Ministerial Decree No. 197 on approval of the Charter of state expertise and exploitation of enterprises and facilities affecting the water quality adversely
颁布于 1998-09-28 · 文本截至 2026-10-01
以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。
研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。
关于这部法律
- 原标题
- Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikiləcəyi yerlərin müəyyənləşdirilməsi və onların tikinti layihələrinin razılaşdırılması, onların dövlət ekspertizası və istismara verilmə Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 197.
- 语言
- Azerbaijani
- 类型
- 条例
- 国家
- 阿塞拜疆
- 主题
- Water
- 关键词
- basin/catchment/watershed, effluent waste water/discharge, water quality standards, waterworks, pollution control, surface water, governance, groundwater, hazardous waste, inspection, institution, local government, freshwater pollution, inland waters, standards
在哪里阅读
该法律没有记录来源链接。
文本
所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。
Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikiləcəyi yerlərin müəyyənləşdirilməsi və onların tikinti layihələrinin razılaşdırılması, onların dövlət ekspertizası və istismara verilmə Qaydalarının təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. “Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikiləcəyi yerlərin müəyyənləşdirilməsi və onların tikinti layihələrinin razılaşdırılması, onların dövlət ekspertizası və istismara verilmə Qaydalar”ı təsdiq edilsin. 2. Bu qərar imzalandığı gündən qüvvəyə minsin. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 28 sentyabr 1998-ci il № 197 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 28 sentyabr tarixli 197 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikiləcəyi yerlərin müəyyənləşdirilməsi və onların tikinti layihələrinin razılaşdırılması, onların dövlət ekspertizası və istismara verilmə QAYDALARI 1. ÜMUMİ MÜDDƏALAR 1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanının icrası ilə əlaqədar hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində suların vəziyyətinə təsir edən yeni tikinti, yenidənqurma, genişləndirmə, yeni avadanlıqla təchiz olunma obyektlərinin subyektləri olan mülkiyyət formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər üçün məcburidir. Bu Qaydalarla suların vəziyyətinə birbaşa və yaxud dolayı təsir edən obyektlərin tikintiləri üçün torpaq sahələrinin ayrılmasına icazə verilməsi, onların layihələndirilməsi və istifadəyə verilməsinin bu sahədə nəzarəti həyata keçirən dövlət orqanları ilə razılaşdırılması məsələləri tənzimlənir.[1] 1.2. Bu Qaydalar respublikanın su ehtiyatlarının kimyəvi, bakterioloji, radioaktiv, mexaniki, istilik və maqnit çirklənməsindən mühafizə olunmasını əhatə edir və tikilən, yenidən qurulan, yeni texniki avadanlıqla təchiz olunan bina və qurğularda su təchizatı mənbələrinin normal istismarına, eləcə də çirkab suların kənar edilməsinin optimal sxem üzrə lazımi səviyyədə təmizlənməsi və zərərsizləşdirilməsinə yönəldilmişdir. 1.3. Tikilən, yenidən qurulan, yeni texnika ilə təchiz edilən tikinti obyektlərinin inşası və istismarı zamanı təbii suyun keyfiyyətinə təsir edən obyektlər eyni qaydada razılaşdırılır. Yerüstü su mənbələrini Azərbaycan Respublikasının Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə, yeraltı su mənbələrini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə, həmçinin müvafiq yerli icra hakimiyyəti orqanları və xüsusi mülkiyyətçilər, sanitariya, lazım gəldikdə səlahiyyətləri daxilində, dəniz və çay naviqasiyası, liman idarəsi, torpaq idarələr və baytarlıq xidmətiilə razılaşdırılmalıdır.[2] 1.4. Bu Qaydalar, tikinti obyektlərinin layihə qabağı və layihə sənədlərinin razılaşdırılması və tətbiqinə icazə verilməsi zamanı su hövzələrinin vəziyyətinə təsirini nəzərə alaraq onların məqsədyönlü və səmərəli yerləşdirilməsi şərti ilə müvafiq qərar qəbul edilməsi üçün ümumi tələbləri əhatə edir. 2. AZƏRBAYCAN RESPUBLİKASININ SU HÖVZƏLƏRİNİN VƏZİYYƏTİNƏ TƏSİR EDƏCƏK TİKİNTİ OBYEKTLƏRİ VƏ SUBYEKTLƏRİ 2.1. Bu Qaydaların hüquqi təsir dairəsinə düşən tikinti obyektlərinə Xəzər dənizi də daxil olmaqla yeraltı və yerüstü su ehtiyatlarının keyfiyyətinə təsir edə bilən yeni tikintilər, genişləndirmə və yenidənqurma, sənaye, mülki bina və qurğularda yeni texnika ilə təchiz olunmalı obyektlər aiddir. 2.2. Bu Qaydaların hüquqi təsir dairəsinə düşən tikinti subyektlərinə, respublikanın su hövzələrinin vəziyyətinə təsir edən obyektlərin sifarişçiləri, bu Qaydaların 1.3. bəndində sadalanan orqanlar və şəxslər aiddir. 3. AZƏRBAYCAN RESPUBLİKASININ SU HÖVZƏLƏRİNİN VƏZİYYƏTİNƏ TƏSİR EDƏN MÜƏSSİSƏLƏRİN, QURĞULARIN VƏ DİGƏR OBYEKTLƏRİN TİKİLƏCƏYİ YERLƏRİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ VƏ ONLARA TORPAQ SAHƏLƏRİNİN AYRILMASINA DAİR İCAZƏ SƏNƏDLƏRİNİN HAZIRLANMASI 3.1. Azərbaycan Respublikasında su ehtiyatlarının keyfiyyətinə təsir edə bilən yeni tikintilər üçün torpaq sahələri, müəyyən edilmiş qaydada yaşayış məntəqələrinin baş planlarına, kanalizasiya və su təchizatının inkişaf sxemlərinə ciddi riayət edilməklə mövcud torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq icra hakimiyyətləri tərəfindən ayrılır. 3.2. Respublikada suyun vəziyyətinə təsir edən fərdi mülkiyyət obyektlərinin tikintisinə torpaq sahələrinin ayrılması üçün təqdim edilən deklarasiya və əsaslandırma sənədlərinə dövlət ekoloji ekspertizasının razılığı alındıqdan sonra müvafiq icra hakimiyyətləri sudan istifadə və çirkab suların kənar edilməsi layihələrinin ekspertizadan keçirilməsi və http://e-qanun.az/alpidata/framework/data/3/c f 3485.htm# edn1 http://e-qanun.az/alpidata/framework/data/3/c f 3485.htm# edn2 razılaşdırılmasını texno-ekoloji, istehsalat-texnoloji və texniki həllini özündə cəmləşdirən əsaslandırma sənədlərinə uyğun qərar qəbul edir. 3.3. Fərdi tikinti obyektləri üçün torpaq sahələrinin ayrılmasına müəyyən olunmuş qaydada, meliorasiya və su təsərrüfatı, ekologiya və təbii sərvətlər, fövqəladə hallar, səhiyyə, kənd təsərrüfatı sahələri üzrə onların səlahiyyətli orqanları, eləcə də respublika su nəqliyyatı xidmətlərinin (axırıncı üç xidmət zəruri hallarda) razılığı əldə edildikdən sonra müvafiq icra hakimiyyətləri tərəfindən icazə verilir.[3] 3.4. Suların vəziyyətinə təsir edən tikinti obyektinə torpaq sahəsinin ayrılması və texniki şərtlərin verilməsi haqqında sənədlər müəssisə, bina və qurğuların layihələndirilməsi və tikilməsi üçün müəyyən olunmuş normativ müddətdə qüvvədə qalır. 4. SULARIN VƏZİYYƏTİNƏ TƏSİR EDƏN TİKİNTİ OBYEKTLƏRİ ÜÇÜN TƏRTİB OLUNMUŞ LAYİHƏLƏRİN RAZILAŞDIRILMASI VƏ DÖVLƏT EKSPERTİZASININ KEÇİRİLMƏSİ QAYDALARI 4.1. Obyektlərin tikintisinə torpaq sahələri ayrılarkən müvafiq orqanlar tərəfindən texniki şərtlər və tələblərə riayət olunmalıdır. 4.2. Suların vəziyyətinə təsir edən tikinti obyektləri üçün tərtib olunmuş layihə həllinə bu Qaydaların 1.3 bəndində sadalanan orqanlar və şəxslər tərəfindən baxılarkən torpaq sahələrinin ayrılması zamanı verilmiş texniki şərtlər nəzərə alınmalıdır. 4.3. Suların vəziyyətinə təsir edən tikinti obyektləri üçün hazırlanmış layihə sənədləri “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 22 oktyabr tarixli 572 nömrəli qərarına uyğun olaraq bütün sifarişçi investorlar üçün eyni qaydada dövlət ekspertizasına təqdim olunmalı və aşağıdakı müddəalara cavab verməlidir:[4] sudan səmərəli istifadə etmək əsas götürülməklə obyektin yerləşəcəyi ərazi razılaşdırılarkən, müəssisə, bina və qurğuların tikintisi üçün texniki əsaslandırmanın qəbul edilmiş qərarının həllinə marağı olan təşkilat və dövlət nəzarət orqanlarının verdiyi ilkin texniki şərtlərin və tələblərin uyğunluğuna; tikinti üçün sahə (trass) seçildikdə su tələbatı və su kənarlaşdırma məsələlərinin yerli idarəetmə orqanları ilə razılaşdırılmasında şəhərsalma, mühəndis-geoloji, ekoloji mühafizə və başqa amillərə əməl edilməsinə; çirkab suların təmizlənmə səviyyəsi və suyun kənar edilməsində sanitar-gigiyena tələblərinə riayət edilməsinə, sudan istifadə və təbiəti mühafizə tədbirlərinin texniki həllinin düzgünlüyünə və səmərəliliyinə; qanunvericilikdə nəzərdə tutulmuş tələblərə. 5. AZƏRBAYCAN RESPUBLİKASINDA SULARIN VƏZİYYƏTİNƏ TƏSİR EDƏN TİKİNTİ OBYEKTLƏRİNİN İSTİFADƏYƏ QƏBUL EDİLMƏSİ 5.1. Su ehtiyatlarının vəziyyətinə təsir edən başa çatdırılmış tikililərin istismara qəbulu bina və qurğular üçün mövcud qanunvericiliklə müəyyən olunmuş ümumi qaydada, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və sanitar nəzarəti, sudan istifadə nəzarəti orqanları nümayəndələrinin iştirakı ilə, habelə obyektlərin təyinatlarına uyğun Kənd Təsərrüfatı Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin, Dövlət Torpaq Komitəsinin, http://e-qanun.az/alpidata/framework/data/3/c f 3485.htm# edn3 http://e-qanun.az/alpidata/framework/data/3/c f 3485.htm# edn4 dəniz və çay gəmiçiliyi xidmətinin, limanda yerləşən yaşayış məntəqələrində isəliman idarəsinin iştirakı olmaqla aparılır.[5] 5.2. İstehsalat və mənzil-mülki təyinatlı obyektlərin buraxılış kompleksini mərhələlərlə istifadəyə verərkən suqəbuledici, sukənaredici, sutəmizləyici və sanitar-gigiyenik qurğularsız istismarına icazə verilmir. İstehsalat təyinatlı obyektlərin buraxılış kompleksindən sutəmizləyici və zərərsizləşdiricilərin, torpağa, suya, atmosferə buraxılan zərərli maddələrin təsirini azaldan sanitar-gigiyenik qurğuları, həmçinin kompleks meliorativ tədbirlər daxil edildiyi halda, onların istifadəyə qəbuluna yol verilir. 5.3. Yeni tikilən, genişləndirilən və yenidən qurulan tikinti obyektlərinin sutəmizləyici qurğuları, tullantı sularının kənarlaşdırılması üçün texnoloji avadanlıqların ilkin kompleks sınağı keçirilənədək qurtarmalıdır. Sutəmizləyici qurğuların istismarına boru kəmərlərinin, çənlərin və həcmli qurğuların avadanlıq və mexanizmlərinin kompleks hidravliki sınaqdan (72 saatdan az olmamaqla) keçirilməsindən və bütün qurğularda qarşılıqlı əlaqə yaradıldıqdan sonra qəbuluna icazə verilir. 5.4. Su obyektləri və hövzələrinin dibinin dərinləşdirilməsi, sahilinin genişləndirilməsi, su bitkilərinin tədarükü, sualtı kabel, boru kəmərləri və digər kommunal xətlərin çəkilişi, mühafizə zonasında olan meşələrin qırılması, kənd təsərrüfatı və faydalı qazıntı işlərinin aparılmasına müvafiq orqanlar və şəxslər suların istifadəsi və qorunmasına nəzarət xidmətləri və digər maraqlı təşkilatlar tərəfindən müvafiq razılıqlar alınmasından sonra icazə verilir. 6. SULARIN VƏZİYYƏTİNƏ TƏSİR GÖSTƏRƏ BİLƏCƏK TİKİLİLƏRİN SUBYEKTLƏRARASI MÜNASİBƏTLƏRİ 6.1. Azərbaycan Respublikasında suların vəziyyətinə təsir göstərə biləcək tikililər üzrə sifarişçi-investor, ərazi idarəetmə orqanları və müvafiq dövlət nəzarəti xidmətləri öz münasibətlərində torpaq, su, mineral ehtiyatları, səhiyyə, ətraf mühitin qorunması, həmçinin müəssisə və mülkiyyətə aid olan mövcud qanunvericiliyi əsas tutmalıdırlar. 6.2. Su ehtiyatlarının vəziyyətinə təsir edən obyektlərin tikiləcəyi yerlərin müəyyənləşdirilməsi, layihələndirilməsi, tikintisi və istismarı zamanı mövcud texniki normativ hüquqi aktlara və bu Qaydalara subyektlər tərəfindən riayət edilmədikdə, onlar qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb olunurlar.[6] İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyun 2005-ci il tarixli 122 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558) 3. 8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370) http://e-qanun.az/alpidata/framework/data/3/c f 3485.htm# edn5 http://e-qanun.az/alpidata/framework/data/3/c f 3485.htm# edn6 4. 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822) 5. 10 may 2012-ci il tarixli 104 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 13 may 2012-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 478) 6. 12 iyun 2013-cü il tarixli 117 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2013-cü il, № 131; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 731) 7. 23 oktyabr 2014-cü il tarixli 342 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 oktyabr 2014-cü il, № 233; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1312) QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI [1] 10 may 2012-ci il tarixli 104 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 13 may 2012-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 478) ilə 1.1-ci bəndin ikinci abzasında “müvafiq icra hakimiyyəti” sözləri “dövlət” sözü ilə əvəz edilmişdir. [2] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikiləcəyi yerlərin müəyyənləşdirilməsi və onların tikinti layihələrinin razılaşdırılması, onların dövlət ekspertizası və istismara verilmə Qaydaları"nın 1.3-cü bəndində "Dövlət Hidrometeorologiya komitələri" sözləri "Komitəsi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə, "Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi" sözləri isə "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmiş, bənddən "ekologiya və təbiətdən istifadəyə nəzarət", "balıq nəzarəti" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: 1.3. Tikilən, yenidən qurulan, yeni texnika ilə təchiz edilən tikinti obyektlərinin inşası və istismarı zamanı təbii suyun keyfiyyətinə təsir edən obyektlər eyni qaydada razılaşdırılır. Yerüstü su mənbələrini Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı, Dövlət Hidrometeorologiya komitələri ilə, yeraltı su mənbələrini Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi ilə, həmçinin müvafiq yerli icra hakimiyyəti orqanları və xüsusi mülkiyyətçilər, sanitariya, ekologiya və təbiətdən istifadəyə nəzarət, lazım gəldikdə səlahiyyətləri daxilində, balıq nəzarəti, dəniz və çay naviqasiyası, liman xidməti, torpaq və baytarlıq nəzarət idarələri ilə razılaşdırılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyun 2005-ci il tarixli 122 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558) ilə "Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikiləcəyi yerlərin müəyyənləşdirilməsi və onların tikinti layihələrinin razılaşdırılması, onların dövlət ekspertizası və istismara verilmə Qaydaları"nın 1.3-cü bəndində "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi" və "və baytarlıq nəzarət idarələri" sözləri müvafiq olaraq "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi" və "idarələr və baytarlıq xidməti" sözləri ilə əvəz edilmişdir. http://e-qanun.az/framework/12094 http://e-qanun.az/framework/23566 http://e-qanun.az/framework/26096 http://e-qanun.az/framework/3485 http://e-qanun.az/alpidata/framework/data/3/c f 3485.htm# ednref1 http://e-qanun.az/framework/23566 http://e-qanun.az/alpidata/framework/data/3/c f 3485.htm# ednref2 8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370) ilə qaydanın 1.3 cü bəndində "AzərbaycanRespublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi" sözləri "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir. 10 may 2012-ci il tarixli 104 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 13 may 2012-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 478) ilə 1.3-cü bənddə birinci və ikinci halda “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözlərindən sonra “və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi” sözləri əlavə edilmişdir. 23 oktyabr 2014-cü il tarixli 342 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 oktyabr 2014-cü il, № 233; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1312) ilə “Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikiləcəyi yerlərin müəyyənləşdirilməsi və onların tikinti layihələrinin razılaşdırılması, onların dövlət ekspertizası və istismara verilmə Qaydaları”nın 1.3-cü bənddə “liman xidməti” sözləri “liman idarəsi” sözləri ilə əvəz edilmişdir. [3] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikiləcəyi yerlərin müəyyənləşdirilməsi və onların tikinti layihələrinin razılaşdırılması, onların dövlət ekspertizası və istismara verilmə Qaydaları"nın 3.3-cü bəndində "geologiya və mineral ehtiyatlar, ekologiya və təbiətdən istifadəyə nəzarət, hidrometeorologiya" sözləri "ekologiya və təbii sərvətlər" sözləri ilə əvəz edilmiş və həmin bənddən "balıqçılıq təsərrüfatı" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: 3.3. Fərdi tikinti obyektləri üçün torpaq sahələrinin ayrılmasına müəyyən olunmuş qaydada, meliorasiya və su təsərrüfatı, geologiya və mineral ehtiyatlar, ekologiya və təbiətdən istifadəyə nəzarət, hidrometeorologiya, səhiyyə, kənd təsərrüfatı, balıqçılıq təsərrüfatı sahələri üzrə onların səlahiyyətli orqanları, eləcə də respublika su nəqliyyatı xidmətlərinin (axırıncı üç xidmət zəruri hallarda) razılığı əldə edildikdən sonra müvafiq icra hakimiyyətləri tərəfindən icazə verilir. 10 may 2012-ci il tarixli 104 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 13 may 2012-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 478) ilə 3.3-cü bənddə “ekologiya və təbii sərvətlər” sözlərindən sonra “, fövqəladə hallar” sözləri əlavə edilmişdir. [4] 12 iyun 2013-cü il tarixli 117 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2013-cü il, № 131; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 731) ilə 4.3-cü bənddən “və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 22 oktyabr tarixli 572 nömrəli qərarına” sözləri çıxarılmışdır. [5] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikiləcəyi yerlərin müəyyənləşdirilməsi və onların tikinti layihələrinin razılaşdırılması, onların dövlət ekspertizası və istismara verilmə Qaydaları"nın 5.1-ci bəndində "Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə, "Dövlət Hidrometeorologiya komitələrinin, Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin" sözləri "Komitəsinin" sözləri ilə əvəz edilmişdir. http://e-qanun.az/framework/23566 http://e-qanun.az/framework/3485 http://e-qanun.az/alpidata/framework/data/3/c f 3485.htm# ednref3 http://e-qanun.az/framework/23566 http://e-qanun.az/alpidata/framework/data/3/c f 3485.htm# ednref4 http://e-qanun.az/framework/26096 http://e-qanun.az/alpidata/framework/data/3/c f 3485.htm# ednref5 8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370) ilə “Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikiləcəyi yerlərin müəyyənləşdirilməsi və onların tikinti layihələrinin razılaşdırılması, onların dövlət ekspertizası və istismara verilmə Qaydaları”nın 5.1-ci bəndində"Kənd Təsərrüfatı Nazirliyinin" sözlərindən sonra "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin" sözləri əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyun 2005-ci il tarixli 122 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558) ilə "Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikiləcəyi yerlərin müəyyənləşdirilməsi və onların tikinti layihələrinin razılaşdırılması, onların dövlət ekspertizası və istismara verilmə Qaydaları"nın 5.1-ci bəndindən "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin" sözləri çıxarılmış və bənddə "sanitar nəzarəti" sözlərindən sonra "sudan istifadə nəzarəti" sözləri əlavə edilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 5.1. Su ehtiyatlarının vəziyyətinə təsir edən başa çatdırılmış tikililərin istismara qəbulu bina və qurğular üçün mövcud qanunvericiliklə müəyyən olunmuş ümumi qaydada, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və sanitar nəzarəti orqanları nümayəndələrinin iştirakı ilə, habelə obyektlərin təyinatlarına uyğun Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Torpaq Komitəsinin, dəniz və çay gəmiçiliyi xidmətinin, limanda yerləşən yaşayış məntəqələrində isə liman xidməti nəzarətinin iştirakı olmaqla aparılır. 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822) ilə “Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikiləcəyi yerlərin müəyyənləşdirilməsi və onların tikinti layihələrinin razılaşdırılması, onların dövlət ekspertizası və istismara verilmə Qaydaları”nın 5.1-ci bəndində “Kənd Təsərrüfatı Nazirliyinin” sözlərindən sonra “Fövqəladə Hallar Nazirliyinin” sözləri əlavə edilmişdir. 23 oktyabr 2014-cü il tarixli 342 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 oktyabr 2014-cü il, № 233; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1312) ilə “Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikiləcəyi yerlərin müəyyənləşdirilməsi və onların tikinti layihələrinin razılaşdırılması, onların dövlət ekspertizası və istismara verilmə Qaydaları”nın 5.1-ci bənddə “liman xidməti nəzarətinin” sözləri “liman idarəsinin” sözləri ilə əvəz edilmişdir. [6] 12 iyun 2013-cü il tarixli 117 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2013-cü il, № 131; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 731) ilə 6.2-ci bəndə “normativ hüquqi aktlara” sözlərindən əvvəl “texniki” sözü əlavə edilmişdir. http://e-qanun.az/framework/12094 http://e-qanun.az/framework/3485 http://e-qanun.az/alpidata/framework/data/3/c f 3485.htm# ednref6 http://e-qanun.az/framework/26096