Ministerial Decree No. 197 approving the Regulation on open registry of cases giving grounds for considering food products unsafe
颁布于 2023-06-17 · 文本截至 2026-10-01
以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。
研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。
关于这部法律
- 原标题
- “Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestrinin aparılması qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qararı № 197.
- 语言
- Azerbaijani
- 类型
- 条例
- 国家
- 阿塞拜疆
- 主题
- Food and nutrition
- 关键词
- access-to-information, agricultural commodities, consumer protection, data collection/reporting, food additives, food safety and quality, precautionary principle, public health, registration, standards, toxicity/poisoning
在哪里阅读
文本
所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。
“Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestrinin aparılması qaydası”nın təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523 VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 267 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 iyun tarixli 1723 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. “Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestrinin aparılması qaydası” təsdiq edilsin (əlavə olunur). 2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. [1] Əli ƏSƏDOV Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 17 iyun 2023-cü il № 197 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 17 iyun tarixli 197 nömrəli Qərarı ilə təsdiq edilmişdir. “Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestrinin aparılması QAYDASI 1. Ümumi müddəalar 1.1. “Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestrinin aparılması qaydası” (bundan sonra – Qayda) “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 10.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların istifadəçilər üçün açıq reyestrinin (bundan sonra – Reyestr) aparılması qaydasını müəyyən edir. 1.2. Reyestr Qanunun 10.2.2-ci maddəsində nəzərdə tutulmuş qida məhsullarında aşkar korlanma, dağılma, çürümə əlamətlərinin olması hallarına şamil edilmir. 1.3. Reyestr insanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının qorunması üçün qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən hallar barədə məlumatların vahid mənbədə toplanması , emalı , axtarı ş ı , təhlili, ötürülməsi və istifadəçilərin məlumatlandırılması məqsədilə aparılır. 1 . 4 . Reyestrdə olan məlumatlar istifadəçilər üçün açıqdır, ondan istifadə və məlumatların əldə edilməsi ödənişsizdir. Reyestr Azərbaycan Respublikasının mülkiyyətidir və onun saxlanılması Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 1.5. Reyestrin formalaşdırılmasına, aparılmasına və arxivləşdirilməsinə dair bu Qayda ilə tənzimlənməyən digər məsələlər, o cümlədən Reyestrin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə digər dövlət informasiya ehtiyatlarına və sistemlərinə inteqrasiyası Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq tənzimlənir. 2. Əsas anlayışlar 2.1. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. Reyestr – qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən hallar https://e-qanun.az/framework/49866 barədə məlumat toplusundan ibarət informasiya ehtiyatı; 2.1.2. istifadəçi – normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada Reyestrdən informasiya əldə edən və ya informasiyadan istifadə edən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, habelə hüquqi və fiziki şəxslər; 2.1.3. sahib – normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada Reyestr üzərində sahiblik və istifadə hüququnu həyata keçirən, habelə Reyestrin aparılmasını təmin edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra – Agentlik). 2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir. 2.3. Reyestrin sahibi eyni zamanda onun operatoru funksiyalarını həyata keçirir. 3. Reyestrin fəaliyyət prinsipləri 3.1. Reyestrin fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın 2.1-ci bəndində qeyd edilən prinsiplər nəzərə alınmaqla aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 3.1.1. istifadə rahatlığı – Reyestrdən istifadənin və məlumat mübadiləsinin əlavə əməliyyatlar aparılmadan təmin edilməsi; 3.1.2. funksionallıq və davamlı inkişaf – Reyestrin inkişaf etdirilməsi imkanını təmin edən proqram-texniki komponentlərin olması və ən son texnologiyalardan istifadə edilməklə Reyestrin daim təkmilləşdirilməsi; 3.1.3. operativlik – Reyestrdə məlumatların yaradılması, toplanılması, işlənilməsi, saxlanılması və axtarışı proseslərinin sürətli şəkildə həyata keçirilməsi; 3.1.4. sərbəstlik – Reyestrin fəaliyyətinin Reyestrdə aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmaması; 3.1.5. şəffaflıq – Reyestrin fəaliyyətində aşkarlığın və hesabatlılığın təmin edilməsi. 4. Reyestrin strukturu və reyestrə daxil edilən məlumatlar 4.1. Reyestr Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (bundan sonra – AQTİS) vasitəsilə aparılır, onun texniki-texnoloji infrastrukturuna uyğun şəkildə formalaşır və aşağıdakı modullardan ibarətdir: 4.1.1. “məlumatların daxil edilməsi” modulu; 4.1.2. “məlumatlara baxış” modulu; 4.1.3. “hesabatlar” modulu. 4.2. Reyestrin strukturuna daxil olan modullar vasitəsilə aşağıdakılar təmin edilir: 4.2.1. “məlumatların daxil edilməsi” modulu vasitəsilə bu Qaydanın 4.3-cü bəndində qeyd olunan məlumatların daxil edilməsi; 4.2.2. “məlumatlara baxış” modulu vasitəsilə Reyestrdə toplanılmış məlumatların axtarışı və məlumatlara baxılması; 4.2.3. “hesabatlar modulu” vasitəsilə müxtəlif parametrlərə görə hesabatların tərtib edilməsi. 4.3. Qanunun 10.2-ci maddəsində qeyd edilən hallara uyğun olaraq Reyestrə aşağıdakı məlumatlar daxil edilir: 4.3.1. qida məhsulunun xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodu; 4.3.2. qida məhsulunun adı; 4.3.3. qısamüddətli və ya uzunmüddətli (kumulyativ toksik təsiri daxil olmaqla) zərərin təsvirinə və sübutuna dair məlumat; 4.3.4. qida təhlükəsizliyi göstəricisi; 4.3.5. qida təhlükəsizliyi göstəricisinin qida məhsulunu təhlükəli edən həddi; 4.3.6. qadağan olunmuş inqrediyentin adı; 4.3.7. istinad edilən texniki normativ hüquqi aktların rekvizitləri; 4.3.8. təhlükəli qida məhsulları barədə məlumat. 4.4. Reyestrə daxil edilən məlumatlar istinad üçün rəsmi mənbə hesab olunur. 5. Reyestrin aparılması 5.1. Reyestrin formalaşdırılması, aparılması, istifadəsi və orada saxlanılan məlumatların mühafizəsi elektron texnologiyalar əsasında həyata keçirilir. 5.2. Bu Qaydanın 4.3-cü bəndində nəzərdə tutulmuş qida məhsullarının təhlükəli halları barədə məlumatlar elmi sübutlar və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar əsasında sahib tərəfindən Reyestrə daxil edilir və daim yenilənir. 5.3. Qanunun 10.2-ci maddəsində qeyd edilən hallara uyğun olaraq əldə edilən yeni məlumatlar (qida məhsullarında aşkar korlanma, dağılma, çürümə əlamətlərinin olması halları istisna olmaqla) dərhal sahib tərəfindən Reyestrə daxil edilir. 5.4. Agentlik Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Reyestrin “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Reyestrin və Reyestrdə saxlanılan məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görür. 5.5. Reyestrin fəaliyyətinin və məlumat mübadiləsinin təkmilləşdirilməsi, habelə Reyestrdə yaranan nasazlıqların aradan qaldırılması məqsədilə Reyestrin sahibi təxirəsalınmaz tədbirlər görür. 5.6. Reyestrin texniki parametrlərində istifadəçilər tərəfindən Reyestrin fəaliyyəti ilə bağlı sahibə təkliflər verilməsi imkanı nəzərdə tutulur. 6. Reyestrdən istifadə 6.1. Reyestrdən məlumatın kağız daşıyıcıda əldə edilməsi ilə bağlı informasiya əldə etməyə dair sorğular “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra edilir. 6.2. Reyestrdə müxtəlif meyarlar əsasında axtarış aparılması və məlumatların əldə edilməsi üçün qeydiyyatdan keçmək tələb olunmur. 6.3. Reyestrə qeyri-qanuni daxilolma və ya müdaxilə həyata keçirildikdə, sahib qeyd edilən əməllərə yol verən istifadəçinin informasiya sisteminə girişini məhdudlaşdırır. İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. 13 mart 2024-cü il tarixli 152 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 mart 2024-cü il, “Xalq” qəzeti, 20 mart 2024-cü il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 329) QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI [1] 13 mart 2024-cü il tarixli 152 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 mart 2024-cü il, “Xalq” qəzeti, 20 mart 2024-cü il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 329) ilə 2-ci hissə ləğv edilmişdir. https://e-qanun.az/framework/56591 https://e-qanun.az/framework/56591