Ministerial Decree No. 191 on the balances of the main food sources
颁布于 1994-05-14 · 文本截至 2026-10-01
以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。
研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。
关于这部法律
- 原标题
- Əsas ərzaq məhsullarının mənbələr üzrə balansları haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari.
- 语言
- Azerbaijani
- 类型
- 条例
- 国家
- 阿塞拜疆
- 主题
- Food and nutrition
- 关键词
- food safety and quality, food security, business/industry/corporations, institution, internal trade, international trade, governance
- 类别
- *
在哪里阅读
该法律没有记录来源链接。
文本
所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ Q Ə R A R № 191 14/05/1994 il Əsas ərzaq məhsullarının mənbələr üzrə balansları haqqında Əsas ərzaq məhsullarının mənbələr üzrə balansları haqqında Respublika əhalisinin və xüsusi kontingentin həyat təminatlı əsas ərzaq məhsulları ilə təchiz edilməsinə diqqəti gücləndirmək, aidiyyatı olan təşkilatların ərzaq təminatında cavabdehliyini artırmaq və onların fəallaşmasına lazımi şərait yaratmaq məqsədilə, Azərbaycan Respublikası Nazirlər Kabineti QƏRARA ALIR: 1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təqdim etdiyi, respublika üzrə orta illik tələbata uyğun olaraq əsas ərzaq məhsullarının balansları 1-10 saylı əlavələr üzrə müəyyən olunsun. 2. Müəyyən olunmuş dövlət sifarişləri üzrə yerli ərzaq məhsullarının istehlakçılara göndərilməsi tapşırıqları istehsal sahələri rəhbərlərinin şəxsi cavabdehliyi altında həyata keçirilsin. 3. Dövlətlərarası sazişlər əsasında ərzaq alınması və qarşılıqlı surətdə respublikadan məhsul və məmulatlar göndərilməsi tapşırıqları almış nazirlik, baş idarə, müəssisə və təşkilatlar bu sazişlərin həyata keçirilməsi işini vaxtında və razılaşdırılmış miqdarda təmin etsinlər. 4. Balanslardan irəli gələn xarici idxal əməliyyatları ilə 1994-cü ilə lazım olan əsas ərzaq məhsullarının alınıb gətirilməsi 11 saylı əlavə üzrə nəzərdə tutulsun. 5. Respublikaya əsas ərzaq mallarının Dövlətlərarası sazişlərlə və valyuta məsrəfi hesabına Dövlət bazar fondları üzrə gətirilməsi respublikanın Ticarət Nazirliyinə, Azərittifaqa və digər ticarət təşkilatlarına, xammal və köməkçi materialların alınıb gətirilməsi isə ərzaq məhsulları istehsal edən nazirlik, baş idarə, müəssisə və təşkilatlara tapşırılsın. Nəzərə alınsın ki, xüsusi kontingent və Dövlət Ehtiyatları üçün lazım olan ərzaq mallarının balanslarda nəzərdə tutulan mənbələr üzrə alınıb gətirilməsi, tələb olunan hallarda, bilavasitə Müdafiə, Milli Təhlükəsizlik, Daxili İşlər Nazirliklərinə və Material Ehtiyatları Komitəsinə tapşırıla bilər. 6. İqtisadiyyat və Ticarət nazirlikləri 10 gün müddətində balanslarda nəzərdə tutulan bazar fondlarının nazirlik, baş idarə, müəssisə və təşkilatlar üzrə bölgülərini həyata keçirsinlər. 7. Bu qərarın icrasına nəzarət Nazirlər Kabineti İşlər İdarəsinin ticarət və pullu xidmətlər, aqrar-sənaye, müdafiə və müdafiə sənayesi şöbələrinə tapşırılsın. Baş nazir S.Hüseynov legalacts.az/Az/