跳到主要内容
Nelum
阿塞拜疆的法律

Ministerial Decree No. 159 on approval of rules for giving scientific support to organic agriculture

颁布于 2010-08-30 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı № 159.
语言
Azerbaijani
类型
条例
国家
阿塞拜疆
主题
Agricultural and rural development, Environment
关键词
ecological production/organic production, research, capacity building, processing/handling, policy/planning, data collection/reporting, protection of environment, transport/storage, ecofriendly products/ecofriendly processes

在哪里阅读

    该法律没有记录来源链接。

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. "Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 267 nömrəli Fərmanının 2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur). 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Y.EYYUBOV Bakı şəhəri, 30 avqust 2010-cu il № 159 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 avqust tarixli 159 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsi QAYDALARI 1. ÜMUMİ MÜDDƏALAR 1.1. Bu Qaydalar "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 267 nömrəli Fərmanının 2-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilməsini tənzimləyir. 1.2. Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsinin əsas məqsədi bu sahədə səmərəli və effektiv təbiətqoruyucu texnologiyaların və elmi təminatlı innovasiya siyasətinin tətbiqinin genişləndirilməsi, ixtisaslı kadrların hazırlığı və onların idarə olunması, istehsal texnologiyalarının elmi əsaslarla öyrənilməsi və tətbiqi, ekoloji təmiz məhsulların tədarükü, emalı, saxlanması texnologiyalarının və metodikalarının işlənməsi və istehsalata tətbiqi, habelə istehsalçılara elmi-praktiki köməyin göstərilməsi, birgə layihələrin yerinə yetirilməsi, maarifləndirmə və informasiya yayımı sahəsində işlərin müəyyənləşdirilməsindən ibarətdir. 2. EKOLOJİ TƏMİZ KƏND TƏSƏRRÜFATININ ELMİ TƏMİNATININ HƏYATA KEÇİRİLMƏSİNİN ÜMUMİ PRİNSİPLƏRİ 2.1. Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatını Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası öz səlahiyyətləri daxilində həyata keçirirlər. 2.2. Aidiyyəti elmi tədqiqat institutlarının və tədris müəssisələrinin vasitəsilə bu qurumlar, habelə bu işə cəlb olunan hüquqi və fiziki şəxslər sahənin inkişafına zəmin yaradan aşağıdakı prioritet mövzuların öyrənilib istehsalata tətbiq olunmasını təmin edirlər: ətraf mühit və torpaq tədqiqatlarının aparılması yolu ilə ekoloji təmiz kənd təsərrüfatı istehsalı üçün ərazilərin öyrənilməsi və bu cür təsərrüfatların yaradılması prinsiplərinin işlənilməsi; aqrokimyəvi tədqiqatlar vasitəsilə torpaq münbitliyinin qiymətləndirilməsi və torpaqların zərərli maddələrlə çirklənmə səviyyəsinin müəyyənləşdirilməsi; yerli genetik fonddan istifadəyə üstünlük verməklə, fizioloji xüsusiyyətlərə (quraqlığa, istiliyə və şoranlaşmaya davamlı) malik, xəstəlik və zərərvericilərə davamlı yeni sort və hibridlərin yaradılması; ekoloji təmiz təsərrüfatlar üçün, elmi cəhətdən əsaslandırılmış növbəli əkin sistemlərinin və becərmə texnologiyalarının hazırlanması; təbii otlaq və biçənəklərin yaxşılaşdırılmasının elmi əsaslarının işlənməsi; bitkiçilikdə bioloji, mexaniki və aqrotexniki üsulların tətbiqi yolu ilə xəstəliklər, zərərvericilər və alaq otlarına qarşı bitki mühafizəsi sisteminin hazırlanması; ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması və emalı sahəsində müasir texnologiyaların, layihələrin hazırlanması və itirilmiş qida maddələrinin torpağa qaytarılması məqsədilə bitki və heyvan mənşəli tullantıların emalı texnologiyalarının hazırlanması; kənd təsərrüfatı fəaliyyəti nəticəsində torpağın və suyun çirklənməsinin qarşısının alınması üsullarının hazırlanması; ekoloji təmiz kənd təsərrüfatı üçün üzvi gübrələrin və kompostların hazırlanma texnologiyalarının öyrənilməsi; quşçuluq, balıqçılıq təsərrüfatlarında ekoloji təmiz istehsal texnologiyalarının işlənməsi və tətbiqi; biosfer rezervat daxilində yetişdirilməsi mümkün olan və istehsalının stimullaşdırılması üçün tətbiq edilən kənd təsərrüfatı məhsullarının istehsalının elmi əsaslarının öyrənilməsi; ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalına dair beynəlxalq təcrübələrə əsaslanan xüsusi layihələrin hazırlanması. „ 23. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi aidiyyəti üzrə ekoloji təmiz kənd təsərrüfatı üçün mütəxəssislərin və ixtisaslı kadrların hazırlanması və onların ixtisaslarının artırılması üçün müvafiq tədbirlər həyata keçirirlər. [1] 2.4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi: [2] ekoloji təmiz kənd təsərrüfatı sahəsində əhalinin ekoloji təhsili, maarifləndirilməsi və informasiya yayımının genişləndirilməsi işini təşkil edirlər; ekoloji təmiz kənd təsərrüfatına dair elmi məqalələrin dərc edilməsi, jurnalların və kitabların nəşr edilməsi üçün müvafiq tədbirlər görürlər; ekoloji təmiz kənd təsərrüfatının genişləndirilməsi məqsədilə sərgi və yarmarkalar təşkil edirlər; ekoloji təmiz kənd təsərrüfatı sahəsində kadrların ixtisaslarının müntəzəm olaraq artırılması üçün xüsusi kurslar, seminarlar və konfranslar təşkil edirlər; bu sahədə xarici ölkədə keçirilən tədbirlərdə mütəxəssislərin və fermerlərin mütəmadi iştirakını təmin edirlər. İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201) 2. 13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955) 3. 30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817) 4. 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552) 5. 5 avqust 2023-cü il tarixli 279 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2023-cü il, “Xalq” qəzeti, 12 avqust 2023-cü il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab, maddə 1262) QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI [1] 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552) ilə “Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsi Qaydaları”nın 2.3-cü bəndində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilmişdir. [2] 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201) ilə “Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsi Qaydaları”nın 2.4-cü bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir. 13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955) ilə “Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsi Qaydaları”nın 2.4-cü bəndindən “və Sənaye” sözləri çıxarılmışdır. 30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817) ilə “Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsi Qaydaları”nın 2.4-cü bəndinin birinci abzasında “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilmişdir. 5 avqust 2023-cü il tarixli 279 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2023-cü il, “Xalq” qəzeti, 12 avqust 2023-cü il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab, maddə 1262) ilə “Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsi Qaydaları”nın 2.4-cü bəndinin http://e-qanun.az/framework/32862 http://e-qanun.az/framework/39910 https://e-qanun.az/framework/53014 https://e-qanun.az/framework/54908 https://e-qanun.az/framework/53014 http://e-qanun.az/framework/32862 http://e-qanun.az/framework/39910 https://e-qanun.az/framework/54908 birinci abzasından “, Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ” sözləri çıxarılmışdır.

Ministerial Decree No. 159 on approval of rules for giving scientific support to organic agriculture · Nelum