跳到主要内容
Nelum
阿塞拜疆的法律

Ministerial Decree No. 15 on state control over use and conservation of forest fund and forest restoration

颁布于 2000-02-03 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsi qaydasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 15.
语言
Azerbaijani
类型
条例
国家
阿塞拜疆
主题
Forestry, Land and soil
关键词
enforcement/compliance, cooperative/producer organization, environmental fees/charges, forest management/forest conservation, inspection, institution, biodiversity, ecosystem conservation, monitoring, registration, certification, forestry protection measures, cultural heritage, timber extraction/logging, transport/storage, afforestation/reforestation, pests/diseases, fire management, seeds/planting material, protection of environment, research, risk assessment/management, soil conservation/soil improvement, special fund, sustainable development, sustainable use, collecting/harvesting, governance, hazards, land tenure, land-use planning, cadastre/land registration, desertification

在哪里阅读

    该法律没有记录来源链接。

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsi qaydasının təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI Azərbaycan Respublikası Meşə Məcəlləsinin 45-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur). 2. "Meşələrin vəziyyətinə, istifadəsinə, bərpasına, qorunmasına və mühafizəsinə dövlət nəzarəti haqqında Əsasnamənin təsdiq edilməsi barədə" SSRİ Nazirlər Sovetinin 1982-ci il 30 aprel tarixli 360 nömrəli qərarı haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il 20 may tarixli 246 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin. 3. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 3 fevral 2000-ci il № 15 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 fevral tarixli, 15 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsi QAYDASI 1. Bu Qayda meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsini tənzimləyir. 2. Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin (bundan sonra — dövlət nəzarəti) vəzifəsi fiziki və hüquqi şəxslər tərəfindən meşə fondundan istifadəni, köküstə oduncaq buraxılışını, meşəbərpa və aralıq istifadə qırmaları və digər qırma qaydalarını Azərbaycan Respublikasının meşə qanunvericiliyinə uyğun təmin etməkdən ibarətdir. Bu sahədə dövlət nəzarətini Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, «Azərbmeşə» İstehsalat Birliyi və Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi həyata keçirir.[1] 3. Dövlət nəzarəti orqanı aşağıdakıların yerinə yetirilməsi üzərində dövlət nəzarətini həyata keçirir: [2] meşə fondundan səmərəli istifadə olunmasına, meşə istifadəçiləri tərəfindən icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin şərtlərinə əməl edilməsinə, həmçinin meşə fondundan istifadə üçün haqqın müəyyən olunmuş müddətdə ödənilməsinə; meşələrin torpaqqoruyucu, susaxlayıcı, sanitar-gigiyenik, sağlamlaşdırıcı və digər funksiyaları gücləndirən tədbirlərin yerinə yetirilməsinə; meşə fondu sahələrində meşə qanunvericiliyinin tələblərinə zidd məqsədlər və üsullarla istifadə olunmasına; təbii mühitin ekoloji tarazlığın qorunmasına, bioloji müxtəlifliyin saxlanması tələblərinə cavab verən yeni texnikanın, texnologiyanın və qabaqcıl təcrübənin tətbiq edilməsinə; meşələrin dövlət uçotunun, dövlət kadastrının, meşə monitorinqinin və meşə quruluşu işlərinin aparılmasının qaydalarına riayət edilməsinə; torpaqdan istifadə ixtiyarını təsdiq edən sənədlərin olmasına, ölçülərin torpaqayırma sənədlərinə uyğunluğuna, torpaq uçotu sənədlərinin vəziyyətinə və saxlanmasına; meşə təsərrüfatının və meşədən istifadənin həyata keçirilməsi ilə əlaqəsi olmayan inşaat və partlayış işlərində, faydalı qazıntılar aparılmasında, kabel, boru kəməri, digər xətlərin çəkilməsində, qazma və digər işlərin aparılmasında meşələrdən istifadə edilməsi və onların qorunması qaydalarına; meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə qaydalarına; meşədən istifadə edən müəssisələrin, idarələrin, digər hüquqi və fiziki şəxslərin onlar üçün ayrılmış sahələrdə köküstə oduncaq buraxılışı, digər qırmalar apararkən qırma sahələrindən istifadəyə aid texnoloji xəritələrin tələblərinə əməl edilməsinə, meşəqırma biletində, orderdə göstərilən tapşırıqdan artıq özbaşına qırma hallarına, tədarük zamanı oduncaqdan və oduncaq tullantılarından səmərəli istifadə edilməsinə və digər meşəqırma qaydalarına riayət edilməsinə; qırma sahələrinin düzgün seçilməsinə, ayrılmasına oduncağın tədarükü və daşınması texnologiyasına, əməyin təhlükəsizlik qaydalarına, ikinci dərəcəli meşə ehtiyatlarının tədarükünün və meşədən əlavə istifadənin müəyyən edilmiş qaydalarına və şərtlərinə əməl olunmasına; qırıntı üçün təyin olunmuş ağacların həcm və nırx qiymətlərinin düzgün hesablanmasına, meşə məsarifi və xidməti qırıntılar kitabının, meşəqırma biletinin, orderin və meşə biletinin doldurulmasına, uçotuna, saxlanmasına, verilməsinə, ləğv olunmasına; istifadəsi qurtarmış sahələrin müayinə aktlarının yazılmasına, təhvil-təslim sənədlərinin düzgün tərtib olunmasına, meşəqırma qaydalarının pozulmasına görə cərimələrin vaxtında ödənilməsinə; meşəbərpa işlərinin, meşə əkini və səpini, əkin materiallarının yetişdirilməsi, qulluq edilməsi, təbii bərpaya köməklik, az əhəmiyyətli və aşağı sıxlıqlı ağacların rekonstruksiya edilməsi, hidromeliorativ tədbirlərin və torpaqların rekultivasiya olunması, habelə çay və göllərin kənarlarının, dərə-yarğan və qumluqların, digər qeyri-əlverişsiz torpaqların meşələşdirilməsi tapşırıqlarını meşə quruluşu və meşə əkini layihələrinin tələblərinə uyğun aparılmasına; http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 208.htm# edn1 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 208.htm# edn2 meşə əkinlərinin texniki qəbul edilməsi, inventarlaşdırılması, meşə ilə örtülü sahəyə keçirilməsi sənədlərinin və digər sənədlərin müəyyən olunmuş qaydada tərtib olunmasına; daimi meşə toxumluq sahələrinin seçilməsinə, meşə toxumlarının tədarükü tapşırığına, onların keyfiyyəti, toxum ehtiyat fondunun miqdarı, toxumların hazırlanması, tənzimlənməsi və saxlanması qaydalarına, onların dövlət standartlarına uyğunluğuna və digər texniki şərtlərə əməl olunmasına; meşə fondunda zərərvericilərdən və xəstəliklərdən mühafizəsi üzrə fitosanitar qaydalarına riayət edilməsi və meşə yanğınlarına qarşı əhali arasında izahat işlərinin aparılmasına, təsərrüfatların yanğına qarşı yanğınsöndürən avadanlıqlarla, ləvazimatlarla, texniki təchizatlarla təmin olunmasına, yolkənarı yanğına qarşı zolaqların çəkilməsinə, təmir olunmasına və yanğına qarşı digər mübarizə tədbirlərinin yerinə yetirilməsinə; meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dair meşə qanunvericiliyində müəyyən edilən digər tələblərə riayət olunmasına. 4. Dövlət nəzarəti aylıq, rüblük və illik xüsusi iş planları əsasında həyata keçirilir. İş planlarında dövlət nəzarətinin məqsədi, vaxtı və aparılma müddəti göstərilir. İş planları dövlət nəzarətini həyata keçirən orqanın rəhbəri tərəfindən təsdiq edilir. Dövlət orqanlarının, ayrı-ayrı təşkilatların, digər hüquqi və fiziki şəxslərin müraciətləri əsasında da yoxlamalar aparıla bilər. [3] Yoxlamanın nəticələrinə görə müvafiq protokol və ya akt tərtib edilir. Həmin sənədlərdə təsdiq edilmiş faktlar və məlumatlar göstərilir. Yoxlama əsasında meşə fondunun vəziyyətinin, istifadəsinin, mühafizəsinin, qorunmasının və meşələrin bərpasının yaxşılaşdırılması üçün müvafiq tədbirlər işlənib hazırlanır. Bu tədbirlərin həyata keçirilməsi bütün meşə fondu istifadəçiləri üçün məcburidir. 4-1. Sahibkarlıq subyektlərində dövlət nəzarəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.[4] 5. Dövlət nəzarətini həyata keçirən orqan aşağıdakı hüquq və vəzifələrə malikdir: [5] meşə qanunvericiliyinin pozulmasında təqsirkar olan vətəndaşları və vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb etmək;[6] meşə qanunvericiliyinin pozulması nəticəsində dövlətə vurulan zərərin ödənilməsi məqsədi ilə fiziki və hüquqi şəxslərə qarşı iddia qaldırmaq; meşə qanunvericiliyinin pozulmasında təqsirkar şəxsləri cinayət məsuliyyətinə cəlb etmək məqsədi ilə müvafiq sənədləri hüquq-mühafizə orqanlarına göndərmək; meşə fondunun istifadəsinə və mühafizəsinə dair müəyyən edilmiş qaydalar pozulduqda meşə fondu ərazisində hüquqi və fiziki şəxslərin təsərrüfat və digər fəaliyyətlərinə məhdudiyyət qoymaq və ya dayandırmaq, xitam vermək barədə müəyyən edilmiş qaydada qərar qəbul etmək. 6. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə qanunvericiliyinin pozulmasında təqsirkar olan şəxsləri inzibati məsuliyyətə cəlb etmək hüququna malikdir. [7] http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 208.htm# edn3 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 208.htm# edn4 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 208.htm# edn5 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 208.htm# edn6 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 208.htm# edn7 İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. 29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558) 2. 8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370) 3. 11 aprel 2007-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 4, maddə 390) 4. 16 iyul 2014-cü il tarixli 236 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyul 2014-cü il, № 155; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 924) 5. 26 yanvar 2015-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 yanvar 2015-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 66) QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI [1] 29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558) ilə "Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydası"nın 2-ci bəndinin ikinci abzasında "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi" sözləri "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi" sözləri ilə əvəz edilmişdir. 8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370) ilə "Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydası"nın 2-ci bəndinin ikinci abzasında "Azərbaycan Respublikasının Kənd http://e-qanun.az/framework/29256 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 208.htm# ednref1 Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi" sözləri "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir. 26 yanvar 2015-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 yanvar 2015-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 66) ilə “Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nın 2-ci hissənin ikinci abzasından “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti,” sözləri çıxarılmışdır. [2] 26 yanvar 2015-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 yanvar 2015-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 66) ilə “Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nın 3-cü hissənin birinci abzasında “orqanları öz səlahiyyətləri daxilində” sözləri “orqanı” sözü ilə və “keçirirlər” sözü “keçirir” sözü ilə əvəz edilmişdir. [3] 26 yanvar 2015-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 yanvar 2015-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 66) ilə “Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nın 4-cü hissənin birinci abzasının üçüncü cümləsində “müvafiq orqanların rəhbərləri” sözləri “orqanın rəhbəri” sözləri ilə əvəz edilmişdir. [4] 16 iyul 2014-cü il tarixli 236 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyul 2014-cü il, № 155; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 924) ilə “Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”na 4-1-ci hissə əlavə edilmişdir. [5] 26 yanvar 2015-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 yanvar 2015-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 66) ilə “Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nın 5-ci hissənin birinci abzasında “orqanlar öz səlahiyyətləri daxilində” sözləri “orqan” sözü ilə və “malikdirlər” sözü “malikdir” sözü ilə əvəz edilmişdir. [6] 11 aprel 2007-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 4, maddə 390) ilə "Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydası"nın 5-ci bəndinin ikinci abzası çıxarılmışdır. http://e-qanun.az/framework/29256 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 208.htm# ednref2 http://e-qanun.az/framework/29256 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 208.htm# ednref3 http://e-qanun.az/framework/29256 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 208.htm# ednref4 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 208.htm# ednref5 http://e-qanun.az/framework/29256 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 208.htm# ednref6 [7] 11 aprel 2007-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 4, maddə 390) ilə "Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydası"nın 6-cı bəndi əlavə edilmişdir. http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 208.htm# ednref7

Ministerial Decree No. 15 on state control over use and conservation of forest fund and forest restoration · Nelum