Ministerial Decree No. 145 on measures to prevent violations to the forest laws
颁布于 2004-09-30 · 文本截至 2026-10-01
以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。
研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。
关于这部法律
- 原标题
- Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 145.
- 语言
- Azerbaijani
- 类型
- 条例
- 国家
- 阿塞拜疆
- 主题
- Forestry
- 关键词
- afforestation/reforestation, agro-forestry, enforcement/compliance, forest management/forest conservation, forestry protection measures, pastoralism, offences/penalties
在哪里阅读
该法律没有记录来源链接。
文本
所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。
Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması və bu pozuntularda təqsirkar olan şəxslərin maddi məsuliyyətinin meşə fonduna vurduqları faktiki ziyana uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 27 dekabr tarixli 636 nömrəli qərarı ilə təsdiq edilmiş "Meşə əkinlərinin, meşə bərpa işləri üçün nəzərdə tutulan sahələrdə təbii yeniyetmələrin və cücərtilərin məhv edilməsi və ya zədələnməsi nəticəsində vurulmuş ziyanın miqdarının hesablanması üçün nırx"a, "Meşə tingliklərində, böyütmə və plantasiya sahələrində toxmacar və tinglərin məhv edilməsi və ya zədələnməsi nəticəsində vurulmuş ziyanın miqdarının hesablanması üçün mrx"a, "Meşələrdə və dövlət meşə fondunun meşəsiz torpaqlarında özbaşına ot çalınması, mal-qara otarılması, biçənəklərin və otlaq yerlərinin korlanması nəticəsində vurulmuş ziyanın miqdarının hesablanması üçün nırx"a, "Ağac və kolların boy atmasının dayandırılmasına səbəb olmadan zədələnməsi nəticəsində vurulmuş ziyanın miqdarının hesablanması üçün nırx"a, "Qadağan edilən, yaxud yalnız meşədən əlavə istifadə biletlərinə əsasən icazə verilən sahələrdə özbaşına meşə məhsullarının tədarükü və yığılması nəticəsində meşə təsərrüfatına vurulmuş ziyanın hesablanması üçün nırx"a, "Meşələrdə məhdudlaşdırıcı nişanların məhv edilməsi və korlanması nəticəsində meşə təsərrüfatına vurulmuş ziyanın miqdarının hesablanması üçün nırx"a və "Ağacların və kolların qanunsuz qırılması və zədələnməsi (boy artımının dayandırılması dərəcəsinədək) nəticəsində vurulmuş ziyanın miqdarının hesablanması üçün nırx"a görə beş yüksəldici əmsal tətbiq edilsin. 2. "Respublika meşələrində əsas meşə və kol cinslərinin yeni köküstə buraxılış nırxlarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 24 avqust tarixli 312 nömrəli qərarı ilə təsdiq edilmiş "Respublika meşələrində əsas meşə və kol cinslərinin köküstə buraxılış nırxları"nda işlik oduncağa (qabıqsız) görə altı yüksəldici əmsal və oduna (qabıqla) görə on yüksəldici əmsal tətbiq edilsin. 3. "Respublika meşələrində əsas meşə və kol cinslərinin yeni köküstə buraxılış nırxlarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 24 avqust tarixli 312 nömrəli qərarının 2-ci bəndi, həmin qərarla təsdiq edilmiş "Respublika meşələrində əsas meşə və kol cinslərinin köküstə buraxılış nırxları"nın qeydi və "Respublika meşələrində əsas meşə və kol cinslərinin köküstə buraxılış nırxlarına yüksəldici əmsalın tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 14 aprel tarixli 85 nömrəli qərarının 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin. 4. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ Bakı şəhəri, 30 sentyabr 2004-cü il № 145