Ministerial Decree No. 118 on some measures to accelerate agrarian reform
颁布于 1999-03-22 · 文本截至 2026-10-01
以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。
研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。
关于这部法律
- 原标题
- Aqrar sahədə islahatların sürətləndirilməsinə dair bəzi tədbirlər haqqında Azərbaycan Respublikasi Prezidentinin Fərmani № 118.
- 语言
- Azerbaijani
- 类型
- 条例
- 国家
- 阿塞拜疆
- 主题
- Agricultural and rural development
- 关键词
- agricultural development, policy/planning, local government, farming, financial agricultural measures, fiscal and market measures, governance, ownership, subsidy/incentive, business/industry/corporations, institution, property rights
- 类别
- *, softs
在哪里阅读
该法律没有记录来源链接。
文本
所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。
Aqrar sahədə islahatların sürətləndirilməsinə dair bəzi tədbirlər haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI Ölkəmizdə aqrar islahatların birinci mərhələsi başa çatmaq üzrədir. İslahatların həyata keçirilməsini təmin edən müvafiq qanunvericilik bazası artıq yaradılıb, torpaqların, keçmiş sovxoz və kolxozların əmlakının kənd əhalisinə paylanması əsasən başa çatmaqdadır. Lakin islahatların dərinləşdirilməsinə yönəldilmiş tədbirlər heç də lazımi qədər həyata keçirilmir, aqrar sahədə mövcud olan istehsal münasibətləri bazar iqtisadiyyatı tələblərinə uyğunlaşdırılmır. Bu səbəbdən son illər aqrar sahənin inkişafı bir sıra obyektiv və subyektiv çətinliklərlə rastlaşmışdır. Mövcud olan problemlərin elmi təhlili aparılmır, bunun nəticəsində aqrar sahədə planlaşdırılmış maliyyə, kredit, bank, vergi, qiymət, daxili bazarın qorunması tədbirlərini nəzərdə tutan, islahatların ikinci mərhələsini təmin edən proqram indiyə qədər hazırlanmamışdır. Hazırda sovxoz və kolxozların mövcud olduqları dövrdən qalan vergi və ödəmələr qüvvədə qalmaqdadır. Bu səbəbdən kənd təsərrüfatı məhsulları istehsalçıları 9 növ müxtəlif vergi və ödəmələrə cəlb edilirlər və istehsal olunan məhsullar bir çox hallarda ziyanla başa gəlir. Nəticədə, bir sıra kənd təsərrüfatı məhsullarının, xüsusilə pambığın istehsalının aşağı düşməsi, kənd əhalisi arasında işsizliyin artması müşahidə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Kənd Təsərrüfatı Nazirliyinin və yerli icra hakimiyyətlərinin pambıqçılığa ögey münasibəti, pambıq emalı müəssisələrində yaradılmış səhmdar cəmiyyətlərin zəif fəaliyyətləri nəticəsində son illər bu sahə böyük tənəzzülə uğramışdır. Özəlləşdirilmiş torpaq sahələrindən istənilən məhsul və gəlir əldə edilmir. Bütün bunlar aqrar sahənin inkişafını təmin etməli olan müvafiq icra hakimiyyəti orqanlarının qeyri-qənaətbəxş fəaliyyətinin, həmin orqanların rəhbərlərinin mövcud olan problemlərə biganəliyinin nəticəsidir. Kənd təsərrüfatı sahəsində mövcud problemlərin aradan qaldırılması, aqrar islahatların ikinci mərhələsinin sürətləndirilməsi, bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının müasir tələblərə uyğun təşkil edilməsi məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, yerli icra hakimiyyəti orqanları aqrar sahədə yaranmış vəziyyəti təhlil edib nöqsanların və bu sahədə yaranmış süni maneələrin aradan qaldırılması üçün təcili tədbirlər görsünlər. [1] 2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay ərzində aqrar islahatların ikinci mərhələsinin həyata keçirilməsini təmin edən dövlət proqramının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 3. Kənd təsərrüfatı məhsulları istehsalçılarının torpaq vergisi istisna olmaqla, digər vergilərdən beş il müddətinə azad edilməsi, bu vergilərə görə borclarının silinməsi məsələsi Azərbaycan Respublikasının Milli Məclisinə baxılmaq üçün təklif edilsin. 4. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi kənddə sahibkarlığın və bazar münasibətlərinin inkişafının sürətləndirilməsi üçün torpaq sahiblərinə, xüsusilə pambıqçılıq sahəsində çalışan torpaq sahiblərinə müvafiq hüquqi sənədlərin verilməsinin başa çatdırılmasını təmin etsin. [2] 5. Azərbaycan Respublikasının Milli Bankı Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə birlikdə aqrar sahənin, xüsusilə fermer təsərrüfatlarının inkişafını təmin edən http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5053.htm# edn1 http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5053.htm# edn2 əlavə kredit resurslarının yönəldilməsi məsələsini araşdırıb bir ay ərzində bu problemin həlli yollarına dair müvafiq təklifləri Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 6. Azərbaycan Respublikasının Nazirlər Kabineti kənd təsərrüfatı məhsulu istehsalçılarına neft məhsullarının pərakəndə satışında güzəştlərin verilməsi haqqında müvafiq qərar qəbul etsin. 7. Aqrar sahənin inkişafına cavabdeh olan Azərbaycan Respublikası baş nazirinin birinci müavini A.Abbasovun və Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İ.Əliyevin fəaliyyətləri qeyri-qənaətbəxş hesab edilsin və onlara xəbərdarlıq elan edilsin. 8. Yerli icra hakimiyyəti orqanları rəhbərlərinin aqrar sahədə, xüsusilə pambıqçılıqda apardıqları işlər qeyri-qənaətbəxş hesab edilsin və onlardan buraxılmış nöqsanların aradan qaldırılması tələb edilsin. 9. Bu Fərman imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV Bakı şəhəri, 22 mart 1999-cu il № 118 İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 21 dekabr 2001-ci il tarixli 609 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 755) FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI [1] 21 dekabr 2001-ci il tarixli 609 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 755) ilə 1-ci bənddə “Dövlət Torpaq” sözlərindən sonra "və Xəritəçəkmə" sözləri əlavə edilmişdir. [2] 21 dekabr 2001-ci il tarixli 609 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 755) ilə 4-cü bənddə “Dövlət Torpaq” sözlərindən sonra "və Xəritəçəkmə" sözləri əlavə edilmişdir. http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5053.htm# ednref1 http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5053.htm# ednref2