Ministerial Decree No. 117 on native wildlife species and approval of the list of privately and municipally owned animal species
颁布于 2000-07-13 · 文本截至 2026-10-01
以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。
研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。
关于这部法律
- 原标题
- Dövlət əhəmiyyətli təbii sərvətləri aid edilən heyvanlar aləmi obyektlərinin növləri, bələdiyyə və ya xüsusi mülkiyyət hüququnda ola bilər heyvan növlərinin sənədlərinin forması və siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 117.
- 语言
- Azerbaijani
- 类型
- 条例
- 国家
- 阿塞拜疆
- 主题
- Wild species and ecosystems
- 关键词
- aquatic animals, birds, pests/diseases, hunting/capture, institution, endangered species, certification, amphibians, management/conservation, molluscs, protection of habitats, protection of species, reptiles, wild fauna, biodiversity, governance
在哪里阅读
该法律没有记录来源链接。
文本
所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。
Azərbaycan Respublikasında heyvanlar aləmi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli, 186 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Dövlət əhəmiyyətli təbii sərvətləri aid edilən heyvanlar aləmi obyektlərinin növləri, bələdiyyə və ya xüsusi mülkiyyət hüququnda ola bilər heyvan növlərinin sənədlərinin forması və siyahısı", "Heyvanlar aləmindən ümumi və xüsusi istifadə Qaydaları", "Vəhşi heyvanlardan onların həyata fəaliyyətinin məhsullarını əldə etmək məqsədi ilə istifadə edilməsi Qaydaları", "Zooloji kolleksiyaların yaradılması, zənginləşdirilməsi, saxlanması, istifadəsi, dövlət uçotuna alınması, onlarla ticarət, habelə Azərbaycan Respublikasına gətirilməsi, onun hüdudlarından kənara göndərilməsi və aparılması Qaydaları" və "Ekoloji təhlükəsizlik normativləri və vəhşi heyvanların əldə edilməsi limitləri" təsdiq edilsin (əlavə olunur). 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 13 iyul 2000-ci il № 117 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli, 117 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Dövlət əhəmiyyətli təbii sərvətlərə aid edilən heyvanlar aləmi obyektlərinin növləri, bələdiyyə və ya xüsusi mülkiyyət hüququnda ola bilən heyvan növlərinin sənədlərinin FORMASI VƏ SİYAHISI I. ÜMUMİ MÜDDƏALAR 1. Bu sənəd «Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikası Qanununa və «Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli, 186 nömrəli Fərmanına əsasən hazırlanmışdır və dövlət əhəmiyyətli təbii sərvətlərə aid edilən heyvanlar aləmi obyektlərinin növləri, bələdiyyə və ya xüsusi mülkiyyət hüququnda ola bilən heyvan növlərinin sənədlərinin formasını və siyahısını müəyyən edir. 2. Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində, digər su obyektlərində, ov yerlərində və meşə fondu sahələrində təbii sərbəstlik şəraitində olan heyvanlar aləminin obyektləri dövlət əhəmiyyətli təbii sərvətlərə aid edilir. 3. Xüsusi təbii mühafizə, elmi və estetik dəyərli heyvanlar aləmi obyektləri, habelə Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmiş heyvan növləri (qeyri-sərbəst şəraitdə yetişdirilmiş (alınmış) və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyə mülkiyyəti və ya xüsusi mülkiyyət üçün əldə edilmiş heyvanlardan başqa) bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə aid edilə bilməzlər. 4. Heyvanlar aləminin obyektləri üzərində bələdiyyə və ya xüsusi mülkiyyət hüququ qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada heyvanlar aləminin mühafizəsinin xeyrinə məhdudlaşdırıla bilər. 5. Fiziki və hüquqi şəxslər tərəfindən qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə saxlanılan, təbii mühitdən götürülməsinə və başqa yollarla əldə edilməsinə dair sənədləri olmayan vəhşi heyvanlar qanunsuz əldə edilmiş hesab edilir. II. DÖVLƏT ƏHƏMİYYƏTLİ TƏBİİ SƏRVƏTLƏRƏ AİD EDİLƏN HEYVANLAR ALƏMİ OBYEKTLƏRİ 1. Dövlət əhəmiyyətli təbii sərvətlərə aid edilən heyvanlar aləmi obyektlərinə aşağıdakılar aiddir: a) Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilənlər; b) kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna növləri; c) endemik və relikt; ç) tibb sahəsində istifadə olunanlar; d) sənaye əhəmiyyətliləri; e) kənd və meşə təsərrüfatı ziyanvericilərinə qarşı istifadə edilənlər; ə) ov və balıqçılıq obyektlərinə aid olunanlar; f) xəz dərililər; g) ov və balıqçılıq obyektlərinə aid edilməmiş digər növlər; ğ) heyvanların paleontoloji qalıqları; h) heyvanların kütləvi yuvalama, balalama, kürütökmə, tüləmə, daimi və müvəqqəti yığışma yerləri. III. BƏLƏDİYYƏ VƏ YA XÜSUSİ MÜLKİYYƏT HÜQUQUNDA OLA BİLƏN HEYVAN NÖVLƏRİNİN SİYAHISI 1. Təbii sərbəstlik şəraitindən və ya təbii mühitdən ayrılıb, yarımsərbəst və ya qeyri-sərbəst şəraitdə yetişdirilmiş (alınmış), yaxud qanunvericiliklə icazə verilən digər yollarla əldə edilmiş vəhşi heyvanlar və heyvanlar aləminin digər obyektləri bələdiyyə mülkiyyətində və ya xüsusi mülkiyyətdə ola bilər. I bölmənin 3-cü bəndində göstərilən heyvan növləri istisna olmaqla, bələdiyyə mülkiyyətində və ya xüsusi mülkiyyətdə aşağıdakı heyvan növləri ola bilərlər: a) məməlilər; b) quşlar; c) sürünənlər; ç) suda-quruda yaşayanlar; d) balıqlar; e) dəyirmiağızlılar; ə) molyusklar; f) buğumayaqlılar; g) qurdlar; ğ) bağırsaqboşluqlular; h) ibtidai orqanizmlər. 2. Heyvan növlərinin bələdiyyə və ya xüsusi mülkiyyətdə olmasının qanuniliyi Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və «Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserni tərəfindən səlahiyyətləri daxilində verdikləri və xüsusi reyestr kitabında qeydə alınan şəhadətnamə ilə rəsmiləşdirilir (əlavə olunur). 3. Bələdiyyə və ya xüsusi mülkiyyət üçün əldə edilmiş heyvan növlərinə şəhadətnamə alınması üçün onların əldə edildiyi vaxtdan 15 gün müddətində Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin yerli orqanlarına və ya «Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin yerli balıq mühafizə xidmətinə mülkiyyətçilər tərəfindən ərizə (məktubla) müraciət edilməlidir. Ərizədə aşağıdakılar əks olunmalıdır: a) heyvanın növü; b) miqdarı; c) mülkiyyət hüququnda saxlanma məqsədi; ç) saxlanması üçün şəraitin olması; d) hüquqi şəxs üçün — hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı; e) fiziki şəxs üçün — adı, atasının adı, soyadı, ünvanı. Ərizəyə heyvan növünün qanuni əldə edilməsi barədə müvafiq sənəd əlavə edilməlidir. 4. Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin və «Azərbalıq» DK-nın yerli orqanları tərəfindən ərizə (məktub) qeydə alınmaqla qəbul edilir. 5. Ərizəyə (məktuba) qeydə alınma tarixindən başlayaraq 25 gün müddətində baxılır və Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin və ya «Azərbalıq» DK-nın verdikləri şəhadətnaməni bu təşkilatların yerli orqanları (xüsusi kitabda qeyd etməklə) mülkiyyətçiyə təqdim edirlər. 3-cü bölmənin 3-cü bəndində göstərilən tələblərə əməl edilmədikdə və qüvvədə olan qanunvericiliyə zidd olduqda şəhadətnamənin verilməsindən imtina edilir. Bu barədə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin və «Azərbalıq» DK-nın yerli orqanları ərizəyə (məktuba) baxılma müddətində mülkiyyətçiyə rəsmi qaydada bildirməlidirlər. 6. Heyvan növlərinin (yırtıcı, zəhərli və yoluxucu xəstəliklər yayan heyvanlardan başqa) əldə edilməsini təsdiq edən özgəninkiləşdirmə haqqında müqavilə, kolleksiyanın reyestrə daxil edilməsi haqqında şəhadətnamə, digər sənədlər və ov bileti olduqda, bu heyvan növlərinin bələdiyyə və ya xüsusi mülkiyyətdə olmasına şəhadətnamə tələb olunmur. 7. Ayrı-ayrı heyvan növlərinin xüsusi mülkiyyətdə olmasına Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qadağa qoyulduqda, heyvanlar aləminin obyektləri üzərində mülkiyyət hüququna qanunvericilikdə nəzərdə tutulmuş qaydada xitam verilir.