Ministerial Decree No. 117 on approval of the rules on supply of wildlife products
颁布于 2000-07-13 · 文本截至 2026-10-01
以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。
研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。
关于这部法律
- 原标题
- Vəhşi heyvanlardan onların həyata fəaliyyətinin məhsullarını əldə etmək məqsədi ilə istifadə edilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 117.
- 语言
- Azerbaijani
- 类型
- 条例
- 国家
- 阿塞拜疆
- 主题
- Wild species and ecosystems
- 关键词
- authorization/permit, endangered species, wild fauna, wild flora, wildlife products, protection of species, management/conservation, biodiversity
在哪里阅读
该法律没有记录来源链接。
文本
所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。
Azərbaycan Respublikasında heyvanlar aləmi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli, 186 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Dövlət əhəmiyyətli təbii sərvətləri aid edilən heyvanlar aləmi obyektlərinin növləri, bələdiyyə və ya xüsusi mülkiyyət hüququnda ola bilər heyvan növlərinin sənədlərinin forması və siyahısı", "Heyvanlar aləmindən ümumi və xüsusi istifadə Qaydaları", "Vəhşi heyvanlardan onların həyata fəaliyyətinin məhsullarını əldə etmək məqsədi ilə istifadə edilməsi Qaydaları", "Zooloji kolleksiyaların yaradılması, zənginləşdirilməsi, saxlanması, istifadəsi, dövlət uçotuna alınması, onlarla ticarət, habelə Azərbaycan Respublikasına gətirilməsi, onun hüdudlarından kənara göndərilməsi və aparılması Qaydaları" və "Ekoloji təhlükəsizlik normativləri və vəhşi heyvanların əldə edilməsi limitləri" təsdiq edilsin (əlavə olunur). 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 13 iyul 2000-ci il № 117 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli, 117 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Vəhşi heyvanlardan onların həyat fəaliyyətinin məhsullarını əldə etmək məqsədi ilə istifadə edilməsi QAYDALARI I. ÜMUMİ MÜDDƏALAR 1. Bu Qaydalar «Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikası Qanununa və «Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli, 186 nömrəli Fərmanına əsasən hazırlanmışdır və vəhşi heyvanlardan onların həyat fəaliyyətinin məhsullarını əldə etmək məqsədi ilə istifadə edilməsi qaydalarını müəyyən edir. 2. Vəhşi heyvanlardan onların həyat fəaliyyətinin məhsullarını əldə etmək məqsədi ilə istifadə edilməsinə yalnız heyvanları təbii mühitdən ayırmamaqla və məhv etməməklə və onların yaşayış mühitini pisləşdirməməklə yol verilir. 3. Vəhşi heyvanların həyat fəaliyyəti məhsullarına bal, mum, zəhər, hormonlar, propolis, lələk və digər məhsullar aid edilir. 4. Vəhşi heyvanlardan onların həyat fəaliyyətinin məhsullarının əldə edilməsi Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin razılığı ilə həyata keçirilir. II. VƏHŞİ HEYVANLARDAN ONLARIN HƏYAT FƏALİYYƏTİ MƏHSULLARINI ƏLDƏ ETMƏK MƏQSƏDİ İLƏ İSTİFADƏ EDİLMƏSİ 1. Vəhşi heyvanlardan onların həyat fəaliyyəti məhsullarını əldə etmək məqsədi ilə istifadə edilməsi aşağıdakı hallarda qadağandır: a) vəhşi heyvanların qış yuxusuna getdiyi dövrdə; b) cütləşmə və çoxalma zamanı; c) həyat fəaliyyəti məhsullarının bərpa müddəti başa çatmadıqda; ç) bioloji xüsusiyyətlərini nəzərə alaraq vəhşi heyvanların yaşamasının təmin edilməsi üçün tələb olunan həddi gözləmədən həyat fəaliyyəti məhsullarının yığılması (əldə edilməsi); d) həyat fəaliyyəti məhsullarının yığıldığı (toplandığı) obyektlərin dağıdılması və məhv edilməsi. 2. Vəhşi heyvanların həyat fəaliyyəti məhsullarının yığılmasına (əldə edilməsinə) razılıq almaq üçün fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinə və ya onun yerli təşkilatlarına müvafiq ərizə (məktub) təqdim edilməlidir. Ərizədə aşağıdakılar əks olunmalıdır: a) heyvanın növü və həyat fəaliyyəti məhsulu; b) heyvanların həyat fəaliyyəti məhsulunun əldə edilməsi üsulu; c) ərazi və müddəti; ç) heyvanların həyat fəaliyyəti məhsulundan istifadənin məqsədi; d) heyvanların həyat fəaliyyəti məhsulunun yığılmasını (əldə edilməsini) aparan şəxs barədə məlumat. Məlumatda aşağıdakılar əks olunmalıdır: a) hüquqi şəxslər üçün — hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı; b) fiziki şəxslər üçün — adı, atasının adı, soyadı və ünvanı. 3. Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsində ərizə (məktub) qeydə alınmaqla qəbul edilir. Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmiş və daxil edilməmiş, lakin kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna növlərinin əldə edilməsinə icazə verilmir. 4. Ərizəyə (məktuba) qeydə alınma tarixindən başlayaraq 15 gün müddətində baxılır və müvafiq cavab verilir. 5. Müvafiq elmi rəy zərurəti olduqda və bu barədə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutuna müraciət edildiyi təqdirdə həmin məktubun (ərizənin) icra müddəti müvafiq cavab alınan vaxta qədər uzadılır. [4] http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 717.htm# edn4 6. Vəhşi heyvanların bəzi həyat fəaliyyəti məhsullarının əldə edilməsi üçün qanunvericiliklə digər tələblər müəyyən edildikdə, bu tələblər yerinə yetirildikdən sonra göstərilən məhsulların əldə edilməsinə icazə verilir. 7. Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin razılıq məktubu (heyvanların həyat fəaliyyəti məhsulunun növü, yığılma üsulu, müddəti, ərazisi və miqdarı göstərilməklə) verildikdə və həmin məktub Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin yerli təşkilatlarında müəyyən olunmuş qaydada qeydə alındıqdan sonra müraciət edən fiziki və hüquqi şəxslər müəyyən olunmuş müddətlərdə heyvanların həyat fəaliyyəti məhsulunun yığılmasını (əldə edilməsini) təşkil edə bilərlər. Əgər heyvanların həyat fəaliyyəti məhsulunun yığılması (əldə edilməsi) meşə fondu sahəsində aparılarsa, bu tədbiri həyata keçirən fiziki və hüquqi şəxslər «Azərbmeşə» İstehsalat Birliyinin yerli təşkilatlarına məlumat verməlidirlər. Müəyyən olunmuş müddət qurtardıqdan sonra 20 gün ərzində heyvanların həyat fəaliyyəti məhsulunun yığılması (əldə edilməsi) barədə Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin yerli təşkilatlarına məlumat (heyvanların həyat fəaliyyəti məhsulunun yığılma miqdarı və ərazisi barədə) təqdim edilməlidir. 8. Heyvanların həyat fəaliyyəti məhsulunun yığılması (əldə edilməsi) zamanı heyvanları zədələməyən, onların yaşayış mühitinə zərər vurmayan və mənfi təsir göstərməyən üsullardan istifadə olunmalıdır. 9. Heyvanların həyat fəaliyyəti məhsulunun yığılmasına (əldə edilməsinə) verilmiş razılıqdan yalnız adı göstərilən fiziki və hüquqi şəxs istifadə edə bilər. 10. Heyvanların həyat fəaliyyəti məhsulunun yığılıb-yığılmamasından (əldə edilib edilməməsindən) asılı olmayaraq, göstərilən vaxt qurtardıqdan sonra verilmiş razılıq öz qüvvəsini itirir. 11. Heyvanların həyat fəaliyyəti məhsullarının yığılması (əldə edilməsi) nəticəsində vəhşi heyvanların yaşayış mühitinə və təbii bərpasına mənfi təsir göstərə bilən hallarda, heyvanların sayı həmin ərazidə optimal miqdardan az olduqda və Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun mənfi rəyi alındıqda fiziki və hüquqi şəxslərə heyvanların həyat fəaliyyəti məhsullarının yığılmasına razılıq verilməyə bilər. [5] http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 717.htm# edn5