跳到主要内容
Nelum
阿塞拜疆的法律

Ministerial Decree No. 117 on approval of the rules on general and specific use of wildlife

颁布于 2000-07-13 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
Heyvanlar aləmindən ümumi və xüsusi istifadə Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 117.
语言
Azerbaijani
类型
条例
国家
阿塞拜疆
主题
Wild species and ecosystems
关键词
wild fauna, wild flora, wildlife products, research, protection of habitats, protection of species, hazards, pests/diseases, hunting/capture, inspection, institution, biodiversity, governance

在哪里阅读

    该法律没有记录来源链接。

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. Azərbaycan Respublikasında heyvanlar aləmi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli, 186 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Dövlət əhəmiyyətli təbii sərvətləri aid edilən heyvanlar aləmi obyektlərinin növləri, bələdiyyə və ya xüsusi mülkiyyət hüququnda ola bilər heyvan növlərinin sənədlərinin forması və siyahısı", "Heyvanlar aləmindən ümumi və xüsusi istifadə Qaydaları", "Vəhşi heyvanlardan onların həyata fəaliyyətinin məhsullarını əldə etmək məqsədi ilə istifadə edilməsi Qaydaları", "Zooloji kolleksiyaların yaradılması, zənginləşdirilməsi, saxlanması, istifadəsi, dövlət uçotuna alınması, onlarla ticarət, habelə Azərbaycan Respublikasına gətirilməsi, onun hüdudlarından kənara göndərilməsi və aparılması Qaydaları" və "Ekoloji təhlükəsizlik normativləri və vəhşi heyvanların əldə edilməsi limitləri" təsdiq edilsin (əlavə olunur). 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 13 iyul 2000-ci il № 117 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli, 117 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Heyvanlar aləmindən ümumi və xüsusi istifadə QAYDALARI I. ÜMUMİ MÜDDƏALAR 1. Bu Qaydalar «Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikası Qanununa və «Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli, 186 nömrəli Fərmanına əsasən hazırlanmışdır və heyvanlar aləmindən ümumi və xüsusi istifadə qaydalarını müəyyən edir. 2. Heyvanlar aləmindən istifadə mülkiyyət, ümumi və xüsusi istifadə hüquqları əsasında həyata keçirilir. 3. Heyvanlar aləmindən ümumi istifadə, “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda balıq və digər su bioresurslarının ovu istisna olmaqla, vəhşi heyvanları təbii mühitdən ayırmadan insanların həyati vacib tələbatlarını (estetik, sağlamlıq, turizm və rekreasiya və s.) təmin etmək məqsədi ilə ödənişsiz həyata keçirilir.[1] 4. Heyvanlar aləmindən xüsusi istifadəyə vəhşi heyvanları təbii mühitdən ayırmaqla (balıq və digər su bioresurslarının idman və həvəskar ovu istisna olmaqla) həyata keçirilən bütün istifadə növləri aid edilir.[2] II. HEYVANLAR ALƏMİNDƏN ÜMUMİ İSTİFADƏ 1. Təbii sərbəstlik şəraitində olan heyvanlar aləmindən ümumi istifadəyə aşağıdakılar aid edilir: a) heyvanlar aləmi obyektlərindən elmi tədqiqat, mədəni-maarif, tərbiyəvi və estetik məqsədlər üçün (müşahidə, nişanlama, şəkilçəkmə və s.) istifadə edilməsi; b) vəhşi heyvanların həyat fəaliyyətinin faydalı xüsusiyyətlərindən (mühitin təbii sanitarları olmaq, bitkiləri tozlamaq və s.) istifadə edilməsi; c) vəhşi heyvanlardan onların həyat fəaliyyətinin məhsullarını əldə etmək məqsədi ilə istifadə edilməsi; ç) balıq və digər su bioresurslarının idman və həvəskar ovu. Heyvanlar aləmi obyektlərindən elmi tədqiqat, mədəni-maarif, tərbiyəvi və estetik məqsədlər üçün (müşahidə, nişanlama, şəkilçəkmə və s.) və vəhşi heyvanların həyat fəaliyyətinin faydalı xüsusiyyətlərindən (mühitin təbii sanitarları olmaq, bitkiləri tozlamaq və s.) istifadə edilməsi onların yaşayış mühitinə zərər vurmamaq, təbii sərvətlərin mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarını pozmamaq şərti ilə pulsuz və müvafiq icazə almadan (xüsusi mühafizə olunan təbiət əraziləri istisna olmaqla) həyata keçirilir. Vəhşi heyvanlardan onların həyat fəaliyyətinin məhsullarını əldə etmək məqsədi ilə istifadə edilməsi müvafiq Qaydalarla tənzimlənir. Vəhşi heyvanlardan balıq və digər su bioresurslarının idman və həvəskar ovu məqsədi ilə istifadə edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 sentyabr tarixli, 152 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında balıq ehtiyatlarının mühafizəsi və balıq ovu Qaydaları» ilə tənzimlənir. 2. Vəhşi heyvanlardan ümumi istifadə zamanı aşağıdakılar qadağandır: a) vəhşi heyvanların məhv edilməsi, onların yaşayış mühitinə, miqrasiya yollarına və nəsilartırma yerlərinə ziyan vurulması; b) xüsusi icazə olmadan ümumi istifadəni dövlət qoruqlarında və digər xüsusi rejimli ərazilərdə aparmaq; c) qış yuxusuna gedən dövrdə vəhşi heyvanlara yaxınlaşmaq (elmi tədqiqat məqsədlərindən başqa), onları narahat etmək (səs və işıq salmaq, yaşayış yerlərini dağıtmaq); ç) cütləşmə və çoxalma dövrlərində (xüsusən koloniyalarda) onların çoxalma yerlərinə yaxınlaşmaq, yumurtaları, lələkləri və heyvanların həyat fəaliyyətinin digər məhsullarını yığmaq (elmi tədqiqat məqsədlərindən başqa), yuvaları dağıtmaq və gecə vaxtı işıq salmaq. III. HEYVANLAR ALƏMİNDƏN XÜSUSİ İSTİFADƏ http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 717.htm# edn1 http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 717.htm# edn2 1. Təbii sərbəstlik şəraitində olan heyvanlar aləmindən xüsusi istifadəyə aşağıdakılar aid edilir: a) ovçuluq; b) balıqçılıq (balıq və digər su bioresurslarının idman və həvəskar ovu istisna olmaqla); c) vəhşi heyvanların qeyri-sərbəst və yarımsərbəst şəraitdə saxlanılması, çoxaldılması, kommersiya və digər məqsədlər üçün tutulması; ç) heyvanlar aləmi obyektlərinin elmi tədqiqat, mədəni-maarif, tərbiyəvi və estetik məqsədlər üçün tutulması (əldə edilməsi). 2. Heyvanlar aləmindən xüsusi istifadə ödənişlidir və qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir. Bu tələblər su obyektlərinin, torpaq və meşə mülkiyyətçilərinin və istifadəçilərinin ərazilərində məskunlaşan heyvanlar aləminin obyektlərinə də şamil edilir. 3. Heyvanlar aləmindən xüsusi istifadə — ovçuluq, balıqçılıq, vəhşi heyvanların qeyri sərbəst və yarımsərbəst şəraitdə saxlanılması, çoxaldılması, kommersiya, elmi tədqiqat, mədəni-maarif, tərbiyəvi, estetik və digər məqsədlər üçün tutulması müvafiq Qaydalarla tənzimlənir. 4. Heyvan növünün sayı optimal şəraitdən az olduqda, təbii şəraitdə bərpasına təhlükə yarandıqda, xəstəliklərə məruz qaldıqda, epizootik xəstəliklərin baş verməsi təhlükəsi yarandıqda, təbii fəlakət zamanı və heyvanların yaşayış mühitinə mənfi təsir göstərən digər hallarda Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun rəyinə əsasən Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və ya «Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserni tərəfindən bu heyvan növlərindən müvəqqəti və ya daimi istifadə məhdudlaşdırılır. [3] http://www.e-qanun.az/alpidata/framework/data/0/c f 717.htm# edn3

Ministerial Decree No. 117 on approval of the rules on general and specific use of wildlife · Nelum