Ministerial Decree No. 112 on rules regarding the amount and use of payments for issuance of the special permit on emission of harmful substances in atmospheric air and harmful physical influences
颁布于 2002-07-13 · 文本截至 2026-10-01
以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。
研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。
关于这部法律
- 原标题
- Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazə alınmasına görə ödəmələrin miqdarı və istifadə olunması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 112.
- 语言
- Azerbaijani
- 类型
- 条例
- 国家
- 阿塞拜疆
- 主题
- Air and atmosphere
- 关键词
- air quality/air pollution, authorization/permit, classification/declassification, emissions, environmental fees/charges, hazardous substances, special fund, pollution control
在哪里阅读
该法律没有记录来源链接。
文本
所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。
“Atmosfer havasına atılan zərərli maddələrin və ona zərərli fiziki təsirlərin dövlət uçotu Qaydaları"nın, "Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsi Qaydaları"nın və "Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazə alınmasına görə ödəmələrin miqdarı və istifadə olunması Qaydaları"nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli, 501 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Atmosfer havasına atılan zərərli maddələrin və ona zərərli fiziki təsirlərin dövlət uçotu Qaydaları", "Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsi Qaydaları" və "Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazə alınmasına görə ödəmələrin miqdarı və istifadə olunması Qaydaları" təsdiq edilsin (əlavə olunur). 2. "Atmosfer havasına zərərli təsirlərin dövlət uçotuna dair Əsasnamənin təsdiq edilməsi haqqında" SSRİ Nazirlər Sovetinin 1982-ci il 12 avqust tarixli, 746 nömrəli qərarı barəsində" Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il 26 avqust tarixli, 396 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin. 3. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 13 iyul 2002-ci il № 112 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 13 iyul tarixli, 112 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazə alınmasına görə ödəmələrin miqdarı və istifadə olunması QAYDALARI 1. Bu Qaydalar "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli, 501 nömrəli Fərmanının icrası ilə əlaqədar hazırlanmışdır və atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazə verilməsinə görə ödəmələrin miqdarını və istifadə olunması qaydalarını müəyyən edir. 2. Xüsusi icazə verilməsinə görə ödəmə haqları obyektlərin təhlükəlilik kateqoriyalarından asılı olaraq aşağıdakı məbləğlərdə müəyyən olunur: I təhlükəlilik kateqoriyasına aid müəssisələr üçün - şərti maliyyə vahidinin 720 misli; II təhlükəsizlik kateqoriyasına aid müəssisələr üçün - şərti maliyyə vahidinin 360 misli; III təhlükəlilik kateqoriyasına aid müəssisələr üçün - şərti maliyyə vahidinin 180 misli; IV təhlükəlilik kateqoriyasına aid müəssisələr üçün - şərti maliyyə vahidinin 90 misli. 3. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xüsusi icazə verilməsinə görə fiziki və hüquqi şəxslərdən alınan ödəmələr ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna köçürülür və fondun əsasnaməsinə uyğun olaraq istifadə edilir.