Ministerial Decree No. 112 on establishment of rules of the state account of harmful substances emitted in atmospheric air and harmful physical influences on it
颁布于 2002-07-13 · 文本截至 2026-10-01
以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。
研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。
关于这部法律
- 原标题
- Atmosfer havasına atılan zərərli maddələrin və ona zərərli fiziki təsirlərin dövlət uçotu Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 112.
- 语言
- Azerbaijani
- 类型
- 条例
- 国家
- 阿塞拜疆
- 主题
- Air and atmosphere
- 关键词
- air quality/air pollution, data collection/reporting, emissions, environmental standards, governance, hazardous substances, pollution control, classification/declassification, registration, standards, protection of environment
在哪里阅读
该法律没有记录来源链接。
文本
所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。
“Atmosfer havasına atılan zərərli maddələrin və ona zərərli fiziki təsirlərin dövlət uçotu Qaydaları"nın, "Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsi Qaydaları"nın və "Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazə alınmasına görə ödəmələrin miqdarı və istifadə olunması Qaydaları"nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli, 501 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Atmosfer havasına atılan zərərli maddələrin və ona zərərli fiziki təsirlərin dövlət uçotu Qaydaları", "Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsi Qaydaları" və "Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazə alınmasına görə ödəmələrin miqdarı və istifadə olunması Qaydaları" təsdiq edilsin (əlavə olunur). 2. "Atmosfer havasına zərərli təsirlərin dövlət uçotuna dair Əsasnamənin təsdiq edilməsi haqqında" SSRİ Nazirlər Sovetinin 1982-ci il 12 avqust tarixli, 746 nömrəli qərarı barəsində" Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il 26 avqust tarixli, 396 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin. 3. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 13 iyul 2002-ci il № 112 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 13 iyul tarixli, 112 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Atmosfer havasına atılan zərərli maddələrin və ona zərərli fiziki təsirlərin dövlət uçotu QAYDALARI Bu Qaydalar "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli, 501 nömrəli Fərmanının icrası ilə əlaqədar hazırlanmışdır və atmosfer havasına atılan zərərli maddələrin və ona fiziki təsirlərin dövlət uçotu qaydalarını müəyyən edir. 1. Atmosfer havasına zərərli təsirin dövlət uçotunun əsas məqsədi zərərli təsir göstərən obyektlər, atmosferə atılan zərərli maddələrin miqdarı və tərkibi, habelə atmosferə zərərli fiziki təsirlərin növləri və miqyası haqqında məlumatları əldə etməkdir. 2. Atmosfer havasına zərərli təsirin dövlət uçotunun aparılması aşağıda qeyd olunan məsələlərin həllini təmin etməlidir: 2.1. ətraf mühitin mühafizəsi üzrə ərazi kompleks sxemlərinin tərtibini; 2.2. Azərbaycan Respublikasının atmosfer havasının mühafizəsi üzrə beynəlxalq öhdəliklərindən irəli gələn tədbirlərin həyata keçirilməsini; 2.3. atmosfer havasına atılan zərərli maddələrin atılma həddi normativlərinin və ona zərərli fiziki təsirlərin müəyyənləşdirilməsini; 2.4. atmosfer havasına atılan zərərli maddələrin və ona zərərli fiziki təsirlərin tənzimlənməsini; 2.5. atmosfer havasına zərərli təsir göstərən obyektlərin, qurğu və avadanlıqların, habelə digər mənbələrin yerləşdirilməsini və layihələndirilməsini; 2.6. şəhərlər və digər yaşayış məntəqələrinin salınmasını və inkişafını; 2.7. atmosfer havasının keyfiyyət dəyişməsinin proqnozlaşdırılmasını; 2.8. atmosfer havasının mühafizəsinə dövlət nəzarətinin aparılmasını; 2.9. əhalinin, dövlət idarəetmə orqanlarının və marağı olan təşkilatların atmosfer havasının çirklənməsi haqqında məlumatlandırılmasını; 2.10. atmosfer havasının mühafizəsi üzrə qanunvericilikdə nəzərdə tutulmuş digər halları. 3. Atmosfer havasına zərərli təsirlərin dövlət uçotu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Statistika Komitəsi tərəfindən aparılır. 4. Parnik effektli qazlar, ozon təbəqəsini dağıdan maddələr və fiziki təsirlər daxil olmaqla atmosfer havasına atılan zərərli maddələrin miqdarı və tərkibi, zərərli fiziki təsirlərin növləri və miqyası göstərilməklə atmosfer havasına atılan zərərli maddələrin və ona zərərli fiziki təsirlərin mənbəyi olan hüquqi və fiziki şəxslər dövlət uçotuna alınır. 5. Dövlət uçotuna alınan və normalaşdırılan atmosfer havasına atılan zərərli maddələrin və ona fiziki təsirlərin mənbələrinin müəssisə və təşkilatlar, şəhər və digər yaşayış məntəqələri üzrə siyahıları atmosfer havasına alınan zərərli maddələrin, fiziki təsir mənbələrinin inventarlaşdırılması məlumatları əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Statistika Komitəsi tərəfindən müəyyənləşdirilir və təsdiq olunur. 6. Ekologiya və Təbii Sərvətlər Nazirliyi atmosfer havasına zərərli təsirin dövlət uçotunun aparılması sahəsində aşağıdakıları həyata keçirir: 6.1. atmosfer havasına zərərli təsir göstərən obyektləri qeydə alır, hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasına zərərli təsirin ilkin uçotunun düzgün aparılmasına, o cümlədən atılma mənbələrindən (mütəşəkkil və qeyri-mütəşəkkil) atılan zərərli maddələrin tutularaq zərərsizləşdirilməsi üçün nəzərdə tutulmuş qurğu və avadanlıqların mövcudluğuna və onların fəaliyyətinə nəzarət edir; 6.2. atmosfer havasına zərərli təsir göstərən obyektlərin, bu obyektlər üzrə atmosfer havasına atılan zərərli maddələrin tərkibinin və miqdarının, eyni zamanda zərərli fiziki təsirin növlərinin və miqyasının uçotunu aparır; 6.3. atmosfer havasına zərərli təsir üzrə statistik hesabatların yoxlanılması və analitik təhlilini aparır; 6.4. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazə verilən müəssisələrin siyahısı barədə Dövlət Statistika Komitəsinə məlumat verir. 7. Dövlət Statistika Komitəsi atmosfer havasına zərərli təsirin dövlət uçotunun aparılması sahəsində aşağıdakıları həyata keçirir: 7.1. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış atmosfer havasına zərərli təsir üzrə dövlət statistika hesabatı formalarını və bu formaların doldurulması üzrə təlimatları təsdiq edir; 7.2. atmosfer havasına zərərli təsir üzrə dövlət statistika hesabatlarının toplanması və saxlanmasını təmin edir; 7.3. atmosfer havasının mühafizəsi sahəsində statistik məlumatların uçotunu və təhlilini həyata keçirir; 7.4. atmosfer havasının mühafizəsi üzrə yekun dövlət statistika hesabatlarını hazırlayaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və digər marağı olan təşkilatlara təqdim edir. 8. Hüquqi və fiziki şəxslərin atmosfer havasına zərərli təsirin uçotu sahəsindəki vəzifələri aşağıdakılardır: 8.1. tabeliyində olan müəssisə, idarə və təşkilatlarda atmosfer havasına atılan zərərli maddələrin və ona zərərli fiziki təsirin ilkin uçotunu müəyyən edilmiş qaydada aparır və bu uçotun düzgünlüyünü və vaxtında təhvil verilməsini təmin edirlər; 8.2. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış, Dövlət Statistika Komitəsi tərəfindən təsdiq olunmuş qaydada və müddətdə, atmosfer havasına atılan zərərli maddələrin tərkibini və onların miqdarını, eyni zamanda atmosfer havasına göstərilən zərərli fiziki təsirin növlərini və miqyasını müəyyən edirlər; 8.3. atmosfer havasına atılan zərərli maddələr və onların miqdarını, ona zərərli fiziki təsirin növlərini və miqyasını instrumental nəzarət ölçü cihazları vasitəsi ilə təyin edirlər, müvafiq avadanlıqlar olmadığı hallarda isə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən işlənib hazırlanmış hesablama metodikalarından (təlimatlarından) istifadə etməyə icazə verilir; 8.4. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış və Dövlət Statistika Komitəsi tərəfindən təsdiq olunmuş forma və təlimatlara müvafiq olaraq, atmosfer havasına zərərli təsir haqqında hesabatları aidiyyəti orqanlara təqdim edirlər. Həmin hesabatlara zərərli maddələrin miqdarının və zərərli fiziki təsirin hansı metodika ilə təyini barədə məlumat əlavə edirlər; 8.5. qəza halları zamanı atmosfer havasına müəyyən edilmiş normadan artıq zərərli təsirlər olduğu hallarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təcili məlumat verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 13 iyul tarixli, 112 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR