跳到主要内容
Nelum
阿塞拜疆的法律

Ministerial Decree No. 110 on improvement of some institutions subordinate to the Ministry of Agriculture

颁布于 2015-04-17 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki bəzi qurumların fəaliyyətinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı № 110.
语言
Azerbaijani
类型
条例
国家
阿塞拜疆
主题
Livestock, Cultivated plants
关键词
animal health, inspection, institution, agricultural development, governance, plant protection, protection of environment, research
类别
agriculture

在哪里阅读

    该法律没有记录来源链接。

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki bəzi qurumların fəaliyyətinin təkmilləşdirilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanının 2.5-ci bəndinə və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti orqanlarla razılaşdırılmış təkliflərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Respublika Layihə Axtarış Kimyalaşdırma Stansiyasının bazasında Abşeron Regional Aqrokimya Laboratoriyası yaradılsın. 2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Quba Layihə Axtarış Kimyalaşdırma Stansiyasının, Şabran rayon aqrokimya laboratoriyasının, Xaçmaz rayon aqrokimya laboratoriyasının və Qusar rayon aqrokimya laboratoriyasının bazasında Quba Regional Aqrokimya Laboratoriyası yaradılsın. 3. Lənkəran rayon aqrokimya laboratoriyasının, Astara rayon aqrokimya laboratoriyasının, Lerik rayon aqrokimya laboratoriyasının, Masallı rayon aqrokimya laboratoriyasının və Yardımlı rayon aqrokimya laboratoriyasının bazasında Lənkəran Regional Aqrokimya Laboratoriyası yaradılsın. 4. Salyan rayon aqrokimya laboratoriyasının, Cəlilabad rayon aqrokimya laboratoriyasının, Biləsuvar rayon aqrokimya laboratoriyasının və Neftçala rayon aqrokimya laboratoriyasının bazasında Salyan Regional Aqrokimya Laboratoriyası yaradılsın. 5. Göygöl rayon aqrokimya laboratoriyasının və Goranboy rayon aqrokimya laboratoriyasının bazasında Göygöl Regional Aqrokimya Laboratoriyası yaradılsın. 6. Şamaxı rayon aqrokimya laboratoriyasının, İsmayıllı rayon aqrokimya laboratoriyasının və Ağsu rayon aqrokimya laboratoriyasının bazasında Şamaxı Regional Aqrokimya Laboratoriyası yaradılsın. 7. Şəki rayon aqrokimya laboratoriyasının, Qəbələ rayon aqrokimya laboratoriyasının, Oğuz rayon aqrokimya laboratoriyasının, Qax rayon aqrokimya laboratoriyasının, Balakən rayon aqrokimya laboratoriyasının və Zaqatala rayon aqrokimya laboratoriyasının bazasında Şəki Regional Aqrokimya Laboratoriyası yaradılsın. 8. Tovuz rayon aqrokimya laboratoriyasının, Şəmkir rayon aqrokimya laboratoriyasının və Qazax rayon aqrokimya laboratoriyasının bazasında Tovuz Regional Aqrokimya Laboratoriyası yaradılsın. 9. Ucar rayon aqrokimya laboratoriyasının, Göyçay rayon aqrokimya laboratoriyasının, Kürdəmir rayon aqrokimya laboratoriyasının, Zərdab rayon aqrokimya laboratoriyasının və Ağdaş rayon aqrokimya laboratoriyasının bazasında Ucar Regional Aqrokimya Laboratoriyası yaradılsın. 10. Sabirabad rayon aqrokimya laboratoriyasının, Saatlı rayon aqrokimya laboratoriyasının, İmişli rayon aqrokimya laboratoriyasının, Cəbrayıl rayon aqrokimya laboratoriyasının, Beyləqan rayon aqrokimya laboratoriyasının və Füzuli rayon aqrokimya laboratoriyasının bazasında Sabirabad Regional Aqrokimya Laboratoriyası yaradılsın. 11. Bərdə rayon aqrokimya laboratoriyasının, Ağdam rayon aqrokimya laboratoriyasının, Tərtər rayon aqrokimya laboratoriyasının, Yevlax rayon aqrokimya laboratoriyasının və Ağcabədi rayon aqrokimya laboratoriyasının bazasında Bərdə Regional Aqrokimya Laboratoriyası yaradılsın. 12. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi: 12.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin laboratoriyalarının və regional aqrokimya laboratoriyalarının maddi texniki təchizatının yaxşılaşdırılması və onların akkreditasiyadan keçirilməsi üçün tədbirlərin həyata keçirilməsini təmin etsin; 12.2. bu qərardan irəli gələn digər məsələləri həll etsin. 13. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Bakı şəhəri, 17 aprel 2015-ci il № 110

Ministerial Decree No. 110 on improvement of some institutions subordinate to the Ministry of Agriculture · Nelum