跳到主要内容
Nelum
阿塞拜疆的法律

Ministerial Decree No. 10 on the approval of rules regarding the disposal or destruction of unusable or banned pesticides, biological preparations and their compounds and containers taken back from their owners

颁布于 2007-01-22 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının sahibindən geri alınaraq zərərsizləşdirilməsi və ya məhv edilməsi qaydalarinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 10.
语言
Azerbaijani
类型
条例
国家
阿塞拜疆
主题
Cultivated plants
关键词
inspection, registration, pesticides, plant production, plant protection, international trade, biological control agents, business/industry/corporations, certification, governance, enforcement/compliance, integrated pest management-IPM/pest management strategies
类别
*, agriculture

在哪里阅读

    该法律没有记录来源链接。

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.16-cı, 1.17-ci, 1.25-ci, 1.26-cı və 1.27-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Qaydaları", "İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının sahibindən geri alınaraq zərərsizləşdirilməsi və yaməhv edilməsi Qaydaları", "Yüksək toksiki-ekoloji təhlükəli preparatların siyahısı və tətbiqi Qaydaları", "Dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqi Qaydaları" və "Zəhərli kimyəvi maddələrin ölkə daxilində daşınması və saxlanması Qaydaları" təsdiq edilsin (əlavə olunur). 2. "Pestisidlər və aqrokimyəvi maddələr haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı müvafiq normativ hüquqi aktların təsdiqedilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 oktyabr tarixli 120 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin. 3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında aqrar bölmənin idarəetmə sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 fevral tarixli 272 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi barədə" 2000-ci il 31 may tarixli 97 nömrəli qərarının 1-ci bəndi, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi və bəzi qərarlarının və sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə" 2004-cü il 10 mart tarixli 27 nömrəli qərarının 5-ci bəndi, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə" 2005-ci il 7 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişikliklər edilən bəzi qərarlarının Siyahısı"nın 6-cı bəndi, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə" 2006 -cı il 22 may tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına edilən əlavələr və dəyişikliklər "in 2-ci bəndi qüvvədən düşmüş hesab edilsin. 4. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 22 yanvar 2007-ci il № 10 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli 10 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının sahibindən geri alınaraq zərərsizləşdirilməsi və ya məhv edilməsi Q A Y D A L A R I 1. Bu Qaydalar "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.17-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının sahibindən geri alınaraq zərərsizləşdirilməsini və ya məhv edilməsini tənzimləyir. 2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada pestisidlərin, bioloji preparatların istehsalı, saxlanması, satışı və tətbiqi ilə məşğul olan hüquqi və fiziki şəxslər (bundan sonra - sahibkar) istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlər, bioloji preparatlar, onların birləşmələri və qablan haqqında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinə (bundan sonra - Dövlət Xidməti) məlumat verməlidirlər. 3. Dövlət Xidməti istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının mövcudluğunu yerində müəyyənləşdirmək üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti təşkilatların iştirakı ilə inventarlaşdırma komissiyası yaradır. 4. İnventarlaşdırma komissiyası sahibkarın iştirakı ilə istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının mövcudluğunu, toksikoloji təsirini, ətraf mühitin çirklənməsi və saxlanılma vəziyyətini öyrənərək 1 ay müddətində Dövlət Xidmətinə rəy təqdim edir. 5. İnventarlaşdırma komissiyasının rəyi əsasında istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən qərar qəbul edilir. Qərarda kimyəvi maddələrin adı, miqdarı, həmin maddələrin istehsal olunduğu vaxt, qeydiyyat nömrəsi, həmçinin basdırılacağı və yaxud zərərsizləşdiriləcəyi yer, cavabdeh şəxsin adı göstərilməlidir. 6. İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının sahibindən geri alınaraq zərərsizləşdirilməsi və ya məhv edilməsi inventarlaşdırma komissiyasının daimi nəzarəti altında həyata keçirilir. 7. İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının geri alınmasına, zərərsizləşdirilməsinə, məhv edilməsinə çəkilən xərclər sahibkarın vəsaiti hesabına aparılır. Qanunvericiliklə müəyyən olunmuş qaydada istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının zərərsizləşdirilməsinə və məhv edilməsinə könüllü ödənişlərdən və donor təşkilatların texniki-maliyyə yardımından istifadə edilə bilər. 8. İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin, qablarının toplanması, saxlanması, hazırlanıb müəyyən olunmuş yerə göndərilməsi zamanı texniki təhlükəsizliyə əməl olunmaqla xüsusi geyim və vasitələrdən istifadə edilməlidir. 9. İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidləri, bioloji preparatları, onların birləşmələrini və qablarını zərərsizləşdirmək, məhv etmək məqsədilə bir yerdən başqa yerə daşıyarkən onlar zədələnməmiş, bütöv qablarda olmalıdır. Əks halda kimyəvi maddə başqa qablara doldurulur, ağzı bağlanılır və qabların üzərinə preparatın adı, çəkisi və buraxılış tarixi yazılır. 10. İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlər, bioloji preparatlar, onların birləşmələri və qabları xüsusi hazırlanmış anbarlarda (qəbiristanlıqlarda) dəmir-beton konteynerlərdə basdırılmalıdır. 11. İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş maye pestisidlər, bioloji preparatlar, onların birləşmələri və qabları həmin preparatları istehsal edən şirkətə, zavoda və ya müəssisəyə göndərilir və orada müəyyən olunmuş qaydada məhv edilir. Sözügedən zəhərli maddələrin geri qaytarılması mümkün olmadığı halda bu işə qanunvericiliklə müəyyən olunmuş qaydada toksikoloji maddələrin utilizasiyası ilə məşğul olan firmaları cəlb etməklə və ya onlar tərəfindən hazırlanmış zərərsizləşdirmə metodlarından istifadə etməklə nail olunur. 12. Mövcud qanunvericiliyə uyğun pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının təhlükəliliyi barədə yeni, əvvəllər aşkar olunmayan məlumatlar daxil olduğu halda müvafiq qaydada onların istifadəsinə qadağa qoyulur. və keyfiyyəti yoxlanılmadan Dövlət Xidməti tərəfindən zərərsizləşdirilir və ya məhv edilir. 13. İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının basdırılmasının və ya məhv edilməsinin qeydiyyatı Dövlət Xidməti tərəfindən aparılır.

Ministerial Decree No. 10 on the approval of rules regarding the disposal or destruction of unusable or banned pesticides, biological preparations and their compounds and containers taken back from their owners · Nelum