跳到主要内容
Nelum
阿塞拜疆的法律

Ministerial Decree No. 10 on the approval of rules regarding the rules of usage and the list of high toxic and environmentally hazardous substances

颁布于 2007-01-22 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
Yüksək toksiki-ekoloji təhlükəli preparatların siyahısı və tətbiqi qaydalarinin edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərari № 10.
语言
Azerbaijani
类型
条例
国家
阿塞拜疆
主题
Environment, Cultivated plants, Waste and hazardous substances
关键词
hazardous substances, pesticides, pollution control, precautionary principle, protection of environment, classification/declassification, hygiene/sanitary procedures, inspection, institution, toxicity/poisoning, governance, plant protection
类别
agriculture

在哪里阅读

    该法律没有记录来源链接。

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.16-cı, 1.17-ci, 1.25-ci, 1.26-cı və 1.27-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Qaydaları", "İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının sahibindən geri alınaraq zərərsizləşdirilməsi və yaməhv edilməsi Qaydaları", "Yüksək toksiki-ekoloji təhlükəli preparatların siyahısı və tətbiqi Qaydaları", "Dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqi Qaydaları" və "Zəhərli kimyəvi maddələrin ölkə daxilində daşınması və saxlanması Qaydaları" təsdiq edilsin (əlavə olunur). 2. "Pestisidlər və aqrokimyəvi maddələr haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı müvafiq normativ hüquqi aktların təsdiqedilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 oktyabr tarixli 120 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin. 3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında aqrar bölmənin idarəetmə sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 fevral tarixli 272 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi barədə" 2000-ci il 31 may tarixli 97 nömrəli qərarının 1-ci bəndi, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi və bəzi qərarlarının və sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə" 2004-cü il 10 mart tarixli 27 nömrəli qərarının 5-ci bəndi, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə" 2005-ci il 7 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişikliklər edilən bəzi qərarlarının Siyahısı"nın 6-cı bəndi, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə" 2006 -cı il 22 may tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına edilən əlavələr və dəyişikliklər "in 2-ci bəndi qüvvədən düşmüş hesab edilsin. 4. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 22 yanvar 2007-ci il № 10 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli 10 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Yüksək toksiki-ekoloji təhlükəli preparatların siyahısı və tətbiqi Q A Y D A L A R I I. ÜMUMİ MÜDDƏALAR 1.1. Bu Qaydalar "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.25-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və yüksək toksiki ekoloji təhlükəli preparatların siyahısını və tətbiqini müəyyən edir. 1.2. Fiziki şəxslər və mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün hüquqi şəxslər (bundan sonra - sahibkar) yüksək toksiki-ekoloji təhlükəli preparatların ətraf mühit və insan sağlamlığı üçün ziyanlı olduğunu nəzərə alaraq, onların tətbiqi zamanı bu Qaydalara riayət etməlidirlər. II. YÜKSƏK TOKSİKİ-EKOLOJİ TƏHLÜKƏLİ PREPARATLARIN SİYAHISI 1. Tiodan 35% 2. Fosforin M 36% 3. Bazudin 60% 4. Dursban 40,8% 5. Fosfamid 40% 6. Zolon 30% 7. Akreks 50% 8. Nurell D 20% 9. Sumi-alfa 5% 10. Arrivo 25% 11. DNOK 40% 12. Sink fosfid 21 - 80% 13. Nematosid qarışığı 50% 14. Dropp-ultra 15. Zookumarin 0,5% 16. Ratindan 0,5% 17. Metaldehid 5% 18. Karate 5% 19. Desis 2,5% 20. Danitol 10% 21. Sumisidin 20% 22. Maqtoksin 66% 23. Fostoksin 57% III. YÜKSƏK TOKSİKİ-EKOLOJİ TƏHLÜKƏLİ PREPARATLARIN TƏTBİQİ 3.1. Bu Qaydaların II bölməsində sadalanan yüksək toksiki -ekoloji təhlükəli preparatların və onların analoqlarının tətbiqi yalnız Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (bundan sonra - Dövlət Xidməti) yerli qurumlarının müvafiq rəyi və nəzarəti altında aparılır. [4] 3.2. Sahibkar yüksək toksiki-ekoloji təhlükəli preparatların tətbiqi üçün Dövlət Xidmətinin yerli qurumlarına müraciət etməlidir. Bu müraciətə əsasən Dövlət Xidmətinin yerli qurumları tərəfindən yüksək toksiki-ekoloji təhlükəli preparatların tətbiqi üzrə cavabdeh şəxs müəyyən edilir. Bu şəxs sahibkarın yüksək toksiki-ekoloji təhlükəli preparatların tətbiq reqlamentinə, sanitariya-gigiyena tələblərinə və təhlükəsizlik qaydalarına riayət etməsinə ciddi nəzarət edir. Preparatın məsrəf normasına, işləmələrin sayma və gözləmə müddətinə (sonuncu işləmə ilə məhsul yığımı arasındakı vaxt) xüsusi diqqət yetirilir. Preparatın tətbiqi ilə bağlı bütün işlər Dövlət Xidmətinin yerli qurumlarında xüsusi kitabda qeyd edilir. 3.3. Yüksək toksiki-ekoloji təhlükəli preparatlarla iş müddəti dörd saatdan artıq olmamaqla, işləməyə sağlamlığı barədə tibbi arayışı olan, təhlükəsizlik texnikası üzrə təlim keçmiş şəxslər buraxılırlar. 3.4. Yüksək toksiki-ekoloji təhlükəli preparatların daşınması, yüklənməsi və tətbiqi zamanı qanunvericilikdə nəzərdə tutulmuş xüsusi kateqoriyalı şəxslərin əməyindən istifadə edilməsinə icazə verilmir. 3.5. Yüksək toksiki-ekoloji təhlükəli preparatlarla əlaqəli olan bütün işlər səhər və axşam saatlarında, havanın nisbətən sərin və az küləkli vaxtlarında aparılmalıdır. Zərərverici, xəstəlik və alaq otlarına qarşı işlədilən bu preparatlar məhlul, emulsiya və suspenziya halında olmaqla, çiləmə və tozlama üsulu ilə istifadə olunur, qranula və kapsul halında torpağa verilir, http://www.e-qanun.az/alpidata/framework/data/12/c f 12729.htm# edn4 toxum materialı dərmanlanır, aldadıcı yem və aerozol (fumiqasiya) halında tətbiq edilir. Çiləmə zamanı küləyin sürəti və istiqaməti nəzərə alınmalıdır. Küləyin sürəti 3-4 m/saniyədən çox olduqda, yağışın yağması ehtimalı olduqda və ya yağışlı hava şəraitində çiləmə işlərinin aparılmasına yol verilmir. Vegetasiya müddətində mühafizə edilməsi üçün çoxsaylı işləmələr tələb olunan bitkilər yaşayış məntəqələrindən ən azı bir kilometr məsafədə küləyin istiqaməti nəzərə alınmaqla əkilməlidir. 3.6. Əkin sahələrində yüksək toksiki-ekoloji təhlükəli preparatlarla bitki mühafizəsi tədbirləri Dövlət Xidmətinin yerli qurumları tərəfindən aparılmış müşahidələrdən sonra yerinə yetirilməlidir. Sahibkar bitki mühafizəsi tədbirlərinin aparılmasına başlamazdan əvvəl həmin ərazidə yaşayan əhaliyə məlumat verməli və sonra bu tədbirləri aparmalıdır və zəhərli maddələr tətbiq edilən sahənin sərhədi boyu xüsusi işarə qoymalıdır. 3.7. Bitki mühafizəsi tədbirləri xüsusi qurğu və maşınlarla aparılmalı, onların kip bağlanmasına nəzarət olunmalıdır. 3.8. Bitkilərin çiçəklənmə dövründə və qida üçün istifadə olunan səbzə-tərəvəz bitkilərində kimyəvi preparatlarla işləmələr aparılmasına icazə verilmir. 3.9. Yüksək toksiki-ekoloji təhlükəli preparatların işçi məhlulları asfalt və ya betonla örtülmüş meydançalarda yerləşən, işçi məhlulun hazırlanması və maşına doldurulması üçün lazım olan bütün ləvazimatla təchiz olunmuş doldurucu məntəqələrdə hazırlanmalıdır. Doldurma məntəqələri yaşayış binalarından, tövlələrdən, su təchizatı mənbələrindən, qida üçün istifadə olunan səbzə-tərəvəz bitkiləri əkilən və yem saxlanılan yerlərdən azı 200 metr uzaqda yerləşməlidir. Çiləmə üçün işçi məhlullar bu məqsədlə nəzərdə tutulmuş xüsusi qurğularda mexaniki qarışdırıcıların köməyi ilə qarışdırılaraq hazırlanmalıdır. [5] 3.10. Yüksək toksiki-ekoloji təhlükəli preparatların tənəffüs yolları, dəri və selikli qişa vasitəsilə insan orqanizminə daxil olmasının qarşısını almaq üçün mühafizə tədbirlərinə cəlb edilən şəxslər sahibkar tərəfindən pulsuz olaraq fərdi mühafizə vasitələri ilə (xüsusi geyim, ayaqqabı, respirator, əleyhqaz, qoruyucu eynək, texniki əlcək və s.) təmin edilməlidir. 3.11. Bitki mühafizəsi tədbirləri qurtardıqdan sonra maşın və avadanlıqlar yüksək toksiki-ekoloji təhlükəli preparatların qalığından mexaniki üsulla təmizlənməlidir. 3.12. Toxumların dərmanlanmasında istifadə olunan preparatlar yüksək toksiki xassəyə malik olduğundan, əlaqəli işlərdə ümumi qaydalarla yanaşı ,bir sıra əlavə ehtiyat tədbirləri də yerinə yetirilməlidir. Toxumların dərmanlanması üçün istifadə olunan maşınlar hermetik olmalı və toz buraxmamalıdır. Dərmanlanmış toxumlar üzərinə "dərmanlanmışdır, zəhərlidir" sözləri yazılmalı, ağzıbağlı, möhkəm kisələrdə, xüsusi yerlərdə saxlanılmalıdır. Səpin zamanı səpin aqreqatının ağzı kip bağlanmalı, onu idarə edən şəxs isə fərdimühafizə vasitələrindən istifadə etməlidir. Artıq qalmış dərmanlanmış toxum anbara qaytarılmalıdır. Səpindən sonra dərmanlanmış toxum saxlanılan yer, səpində istifadə edilən aqreqatlar təmizlənməli və zərərsizləşdirilməlidir. http://www.e-qanun.az/alpidata/framework/data/12/c f 12729.htm# edn5 3.13. Gəmiricilərə qarşı yüksək toksiki-ekoloji təhlükəli preparatlardan hazırlanmış aldadıcı yemlər sorucu şkafla təmin edilmiş xüsusi yerlərdə və ya yaşayış məntəqələrindən, heyvandarlıq tikililərindən 200 metr aralıda yerləşən xüsusi meydançalarda hazırlanmalıdır. 3.14. Aldadıcı yemlər hazırlandığı gün tətbiq edilməli və artıq qalan yüksək toksiki-ekoloji təhlükəli preparatlar anbarda saxlanmalıdır. Tətbiq üçün yararsız olan aldadıcı yemlər əvvəlcədən hazırlanmış quyu və çalalarda yandırılmalıdır. İş qurtardıqdan sonra inventar və qablar təmiz yuyulmalıdır. Meyvə bağlarına, bostanlara və digər əkin sahələrinə payızın sonunda səpilmiş aldadıcı yemlərin gəmiricilər tərəfindən toxunulmamış qalıqları yaz tarla işlərindən əvvəl Dövlət Xidmətinin yerli qurumlarının nəzarəti altında sahibkar tərəfindən yığılmalı və məhv edilməlidir. 3.15. Təkrarən istifadə edilməyən qablar və kağızlar Dövlət Xidmətinin yerli qurumlarının nəzarəti altında yığılmalıdır və qanunvericiliklə müəyyən olunmuş yerlərdə basdırılmalıdır. Aldadıcı yem hazırlanan sahə 25 santimetr dərinliyində şumlanmalı və sönmüş əhəng tökülməlidir. 3.16. Zəhərlənmənin baş verməməsi üçün yaşayış məntəqələrindən, mal-qara otarılan sahələrdən və fermaların ətrafından 500 metr məsafədə, bağlardan və meşə zolaqlarından 300 metr məsafədə aldadıcı yemlərin açıq sahəyə səpilməsi qadağandır. 3.17. Yüksək toksiki-ekoloji təhlükəli preparatlar tətbiq edilən sahənin ətrafında 20 gün müddətində mal-qaranın otarılmasına yol verilmir. 3.18. Dövlət Xidməti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin iştirakı ilə razılaşdırılmış qrafikə uyğun olaraq yüksək toksiki-ekoloji təhlükəli preparatların tətbiqinin reqlamentinə, sanitariya-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə riayət edilməsini, habelə ətraf mühitə və insan sağlamlığına təsirini yoxlayır. Yoxlamaların nəticələri müvafiq protokolla rəsmiləşdirilir. Protokolda dövlət nəzarəti orqanlarının əməkdaşlarının soyadı, adı, atasının adı göstərilir və bu barədə nəzarət kitabçasında qeyd aparılır. Protokolun bir nüsxəsi sahibkara təqdim edilir. Protokolu imzalayarkən, sahibkarın öz rəyini əlavə etmək hüququ vardır. Protokolda aşağıdakı məlumatlar qeyd edilir: sahibkar haqqında məlumatlar ( soyadı, adı, atasının adı, ünvanı); nəzarətin aparılmasının səbəbləri və müddəti; yoxlamanın nəticələri. Yoxlama zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün mövcud qanunvericiliyə uyğun tədbirlər görülür. Sahibkar yoxlamanın nəticələri ilə razılaşmadığı halda, müəyyən olunmuş qaydada inzibati və məhkəmə qaydasında şikayət edə bilər. [6] http://www.e-qanun.az/alpidata/framework/data/12/c f 12729.htm# edn6

Ministerial Decree No. 10 on the approval of rules regarding the rules of usage and the list of high toxic and environmentally hazardous substances · Nelum