跳到主要内容
Nelum
阿塞拜疆的法律

Ministerial Decree № 324s

颁布于 2012-12-11 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı Sərəncam № 324s.
语言
Azerbaijani
类型
条例
国家
阿塞拜疆
主题
Livestock
关键词
institution, animal health, drugs, governance

在哪里阅读

    该法律没有记录来源链接。

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ S Ə R Ə N C A M № 324s Bakı şəhəri, 11 dekabr 2012-ci il “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011 ci il 19 dekabr tarixli 546 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq: 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 fevral tarixli 24s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş 5774100000,0 (beş milyard yeddi yüz yetmiş dörd milyon yüz min) manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsü”ndə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə 25 rayon sahə baytarlıq məntəqəsinin tikintisi məqsədi ilə ayrılması nəzərdə tutulmuş vəsaitdən 135000,0 (yüz otuz beş min) manat məbləğində edilmiş qənaət hesabına Zaqatala rayonunun Əliabad kəndində sahə baytarlıq məntəqəsi binasının tikintisi, 26 ədəd sahə baytarlıq məntəqəsinin avadanlıq və inventarla təchiz olunması üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə 135000,0 (yüz otuz beş min) manat məbləğində vəsait ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1 ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin. 3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Ministerial Decree № 324s · Nelum