跳到主要内容
Nelum
阿塞拜疆的法律

Ministerial Decree № 302 on food safety certificate

颁布于 2018-07-16 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

research.laws.repealedOn

关于这部法律

原标题
“Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı № 302.
语言
Azerbaijani
类型
条例
国家
阿塞拜疆
主题
Food and nutrition
关键词
certification, food additives, food safety and quality, genetically modified organism (GMO), institution, internal trade, international trade, governance
类别
*

在哪里阅读

    该法律没有记录来源链接。

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1012-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 aprel tarixli 1923 nömrəli Fərmanının 1.4.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları" təsdiq edilsin (əlavə olunur). Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV Bakı şəhəri, 16 iyul 2018-ci il № 302 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmişdir. Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Q A Y D A L A R I 1. Ümumi müddəalar 1.1. Bu Qaydalar “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin dördüncü hissəsinə əsasən hazırlanmışdır və yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının formasını və verilmə qaydalarını müəyyən edir. 1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: http://e-qanun.az/framework/38671 http://e-qanun.az/framework/38671 1.2.1. yeyinti məhsulları - ərzaq xammalı, qida məhsulları və əlavələri (inqrediyentlər), tamlı mallar qrupuna aid edilən məhsullar; 1.2.2. qida təhlükəsizliyi sertifikatı - yeyinti məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə verilən sənəd; 1.2.3. yeyinti məhsullarının təhlükəsizliyi - qida məhsullarının insan həyatı və sağlamlığı üçün təhlükəli olmamasına zəmanət verən ekoloji, sanitariya, baytarlıq və fitosanitar norma, qayda və tələblərə uyğunluğu; 1.2.4. qida (yeyinti) məhsulları sahəsində fəaliyyət göstərən subyektlər – qida zəncirinin bütün mərhələlərində fəaliyyəti həyata keçirən dövlət orqanları (qurumları), bələdiyyələr, hüquqi və fiziki şəxslər. 2. Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə qaydası 2.1. Ölkəyə idxal edilən yeyinti məhsulları qanunvericiliyə əsasən tanınmış və ya bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra-Agentlik) tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına (bundan sonra sertifikat) malik olmalıdır. 2.2. Forması bu Qaydaların əlavəsində göstərilən sertifikat “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Agentlik tərəfindən aparılmış ekspertizanın nəticələrinə əsasən idxal olunan yeyinti məhsullarına verilir. 2.3. İdxal olunan yeyinti məhsulunun istehsalçısı olan subyektlər ”Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olaraq qida təhlükəsizliyi qeydiyyatından keçdiyi halda həmin istehsalçının məhsullarına sertifikat tələb edilmir. 2.4. Xarici ölkələrə ixrac edilən qida məhsullarına idxalçı ölkələr tələb etdiyi hallarda Agentlik tərəfindən idxalçı ölkələrin tələbləri də nəzərə alınmaqla sertifikat verilir. 2.5. Sertifikatın alınması üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə uyğun olaraq ərizə ilə Agentliyə müraciət olunmalıdır. 2.6. Ərizədə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsi ilə müəyyən edilmiş məlumatlar göstərilir. 2.7. Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır: 2.7.1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş sənədlər; 2.7.2. idxal üçün yeyinti məhsulunun mənşə ölkəsini təsdiq edən sertifikat, alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş tərcüməsi, idxal ediləcək yeyinti məhsuluna dair hesab-faktura (invoys), onun növündən asılı olaraq ixracatçı ölkənin səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş yeyinti məhsulunun təhlükəsizliyini təsdiq edən sənəd; 2.7.3. ixrac üçün alqı-satqı müqaviləsi, ixrac olunan yeyinti məhsulunun növündən asılı olaraq fitosanitar sertifikatı, baytarlıq sertifikatı, yeyinti məhsullarının ixracı ilə bağlı idxalçı ölkələrin, o cümlədən Avropa İttifaqının bu sahədə tələblərini əks etdirən sənədlər. 2.8. Bu Qaydaların 2.7.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlər barədə məlumatları Agentlik “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsində göstərilən qaydada əldə etdiyi halda həmin sənədlərin surətlərinin ərizəyə əlavə edilməsi tələb olunmur. 2.9. Yeyinti məhsulları sertifikatlaşdırılarkən təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədi ilə Agentlik tərəfindən ekspertizadan keçirilir. 2.10. Yeyinti məhsullarının ekspertizası yeddi iş günü müddətində aparılmalıdır. Ekspertiza ərizəçinin vəsaiti hesabına həyata keçirilir. 2.11. Ekspertizanın keçirilməsi üçün Agentliyin mütəxəssisləri tərəfindən sertifikatlaşdırılan yeyinti məhsullarından nümunələr götürülür və “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş laboratoriyalarda onların sınağı (tədqiqi) aparılır. 2.12. Yeyinti məhsullarından götürülmüş nümunələr “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq ekoloji, sanitariya, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə ekspertizadan keçirilir. 2.13. Müxtəlif yeyinti məhsullarının eyni ad altında və ya eyni yeyinti məhsullarının bir neçə ad altında, yaxud tərkibində narkotik vasitələr və psixotrop maddələr və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materialları olan yeyinti məhsullarına və bioloji fəallığa malik qida əlavələrinə sertifikat verilmir. 2.14. Sertifikatın verilməsi və sertifikatın verilməsi üçün dövlət rüsumunun ödənilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq həyata keçirilir. 2.15. Sertifikatın alınmasına görə dövlət rüsumu subyektlər tərəfindən yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməlidir. 2.16. Sertifikatın müddəti, dublikatının verilməsi, onun yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa edilməsi və ləğvi qaydaları “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 2.17. Sertifikat xüsusi blanklarda Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində tərtib edilir və mühafizə olunur. Sertifikat sertifikatı verən orqanın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və imza həmin orqanın möhürü ilə təsdiqlənir. 2.18. Sertifikat Agentliyin sifarişinə əsasən onun vəsaiti hesabına mətbəə üsulu ilə hazırlanır. 2.19. Sertifikatın doldurulması elektron (lazer) texnikası vasitəsilə həyata keçirilir və onların uçotu Agentlik tərəfindən müəyyən edilən “Qida təhlükəsizliyi sertifikatları kitabı”nda aparılır. “Qida təhlükəsizliyi sertifikatları kitabı” qaytanlanır, səhifələri ardıcıl olaraq nömrələnir və Agentliyin möhürü ilə möhürlənir. 2.20. Sertifikatın sahibi ona verilən sertifikatdan yalnız özü istifadə edə bilər. 2.21. Sertifikatın verilməsindən aşağıdakı hallarda imtina edilir: 2.21.1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda; 2. 21.2. müxtəlif yeyinti məhsulları eyni ad altında və ya eyni yeyinti məhsulları bir neçə ad altında olduqda; 2.21.3. yeyinti məhsulları təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinə uyğun olmadıqda. 2.22. Sertifikatın verilməsindən imtina edildikdə, Agentlik ərizənin qeydiyyata alındığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq, sertifikatın verilməsindən imtina haqqında inzibati akt qəbul edir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində subyektə (ərizəçiyə) təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. "Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları"na əlavə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Qida Təhlükəsizliyi Sertifikatı Food Safety Agency of the Republic of Azerbaijan Health Certificate (idxal / import) Ölkə / Country ƏSLİ / ORIGINAL □ SURƏT / СOPY / □ 1. İdxalçı müəssisənin adı və ünvanı / Name and Address of the Importer: 2. Sertifikatın nömrəsi və verilmə tarixi / Number and Issue Date of the Certificate: 4. Qəbul edən müəssisənin dövlət qeydiyyat nömrəsi / Registration Number of the Consignor: 3. Göndərən müəssisənin adı və ünvanı / Name and Address of the Consignor: 5. Göndərən müəssisənin dövlət qeydiyyat nömrəsi / Registration Number of the Consignee: 6. İstehsalçı müəssisənin adı və ünvanı / Name and Address of the Producer: 7. Məhsulun adı / Name of the Product: 8. Partiyanın miqdarı / The Lot Quantity: 9. Partiyanın nömrəsi / The Total Number of Packaging: 10. Partiyanın son istifadə tarixi / Expiration Date: 11. Qablaşdırma növü / Type of Packaging: 12. Qablaşdırmanın ümumi sayı / The Total Number of Packaging: 13. Mənşə ölkəsı / Country of Origin: İSO Kodu / ISO Code: 14. Təyinat ölkəsi / Country of Destination: Azərbaycan / Azerbaijan İSO Kodu / ISO Code: AZ 15. Yüklənmə yeri / Place of Loading: 16. Yoladüşmə tarixi və Azərbaycan SKM-nə giriş / Date of Departure and Entry BIP in Azerbaijan: 17. Nəqliyyat vasitəsi / Means of Transport: Təyyarə / □ Gəmi / □ Dəmir yolu / □ Aeroplane Ship Railway wagon Avtomobil / □ Digər/ □ Road vehicle Qther Qeydiyyat nişanı / İdentification Number: Konteynerin identifikasiyası və möhürün nömrəsi / Identification of Container and Seal Number: 18. Məhsulun saxlanma şəraiti / Conditions of Storage: 19. XİF MİN / HS CODE: 20. Etibarlılıq müddəti / Validity Period: 21. Xalis çəki / Net Weight: 22. İstifadə təyinatı / İntended Purpose of Use: Bu Sertifikat təsdiq edir ki, yuxarıda göstərilən məhsul partiyası təhlükəsizlik göstəricilərinə görə qüvvədə olan norma və qaydalara uyğundur. / This is to certify that the product lot described above have been inspected and/or tested according to appropriate official procedures. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətli nümayəndəsi (adı, soyadı) Authorised Representative of the Food Safety Agency of the Republic of Azerbaijan (name, surname) İmza / Signature M.Y/ Stamp

Ministerial Decree № 302 on food safety certificate · Nelum