跳到主要内容
Nelum
阿塞拜疆的法律

Ministerial Decree № 115 amending the Ministerial Decree No. 41 on approval of the Charter of the State Fund for protection of environment

颁布于 2017-03-31 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
“Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı № 115.
语言
Azerbaijani
类型
条例
国家
阿塞拜疆
主题
Environment
关键词
environmental fees/charges, offences/penalties

在哪里阅读

    该法律没有记录来源链接。

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə”, “Ekoloji auditor fəaliyyətinin aparılması Qaydaları” və “Dövlət ekoloji ekspertizasının maliyyələşdiril-məsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarında dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 398-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 dekabr tarixli 2555 nömrəli Sərəncamının 1.2-ci və 1.4-cü bəndlərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 2, maddə 119; 2002, № 7, maddə 451, № 11, maddə 675; 2003, № 4, maddə 215; 2004, № 9, maddə 745; 2005, № 1, maddə 49, № 7, maddə 667; 2008, № 9, maddə 856; 2011, № 9, maddə 865; 2016, № 9, maddə 1598) ilə təsdiq edilmiş “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin: 1. 2-ci hissəyə “aradan qaldırılması” sözlərindən sonra “və kompensasiya verilməsi” sözləri, “habelə” sözündən sonra “yaşıllıqları mühafizə tədbirlərinin və” sözləri əlavə edilsin. 2. 3-cü hissə aşağıdakı redaksiyada verilsin: “3. Fond aşağıdakı daxilolmalar hesabına formalaşdırılır: 3.1. təbiətdən istifadəyə görə ödəmələr; 3.2. ətraf mühitin mühafizəsi haqqında (balıqçılıq istisna olmaqla) qanunvericiliyin pozulmasına görə alınan cərimələr; 3.3. müsadirə olunan ovçuluq alətlərinin və qeyri-qanuni əldə edilən məhsulların satışından daxil olan vəsaitlər; 3.4. yaşıllıqların götürülməsinə (kəsilməsinə), zədələnməsinə və ya məhv edilməsinə görə ödənilən bərpa dəyəri; 3.5. qrantlar, könüllü ianələr; 3.6. Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan başqa daxilolmalar.”. 3. 6-cı hissəyə “təbiət abidələrinin mühafizəsinə,” sözlərindən sonra “yaşıllıqları mühafizə tədbirlərinin maliyyələşdirilməsinə,” sözləri əlavə edilsin. Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Bakı şəhəri, 31 mart 2017-ci il № 115 http://e-qanun.az/framework/34482 http://e-qanun.az/framework/34482 http://e-qanun.az/framework/2651 http://e-qanun.az/framework/2651