跳到主要内容
Nelum
阿塞拜疆的法律

Law No. 898-IQ on grain

颁布于 2000-06-16 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
Taxıl haqqında Azərbaycan Respublikasının Qanunu № 898-IQ.
语言
Russian; Azerbaijani
类型
法令
国家
阿塞拜疆
主题
Cultivated plants
关键词
cereals/grains/rice, transport/storage, alternative dispute settlement, internal trade, plant production, crops, agricultural commodities
类别
agriculture

在哪里阅读

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. YÜKLƏ Taxıl haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Bu Qanun Azərbaycan Respublikasında taxıl istehsalının, tədarükünün və bazarının təşkilinin, taxılın və taxıl emalı məhsullarının keyfiyyətinin idarə edilməsinin hüquqi əsaslarını müəyyən edir. I f ə s i l ÜMUMİ MÜDDƏALAR M a d d ə 1 . Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. taxıl - ərzaq, toxum, yem və texniki məqsədlər üçün istifadə edilən dənli və dənli paxlalı bitkilərin dənləri; 1.0.2. taxıl emalı məhsulları - un, yarma çörək, çörəkbişirmə və makaron məmulatları, qarışıq yemlər və taxıl emalından çıxan əlavə məhsullar; 1.0.3. taxıl məhsulları - taxıl və taxıl emalı məhsulları; 1.0.4. taxılın və taxıl emalı məhsullarının minimum keyfiyyəti - taxıl məhsullarının istehlak xassələrinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğunluğu; [1] 1.0.5. qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar - “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi ilə müəyyən edilmiş texniki normativ hüquqi aktlar. [2] M a d d ə 2 . Taxıl haqqında Azərbaycan Respublikasının qanunvericiliyi 2.1. Taxıl haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanunla əlaqədar qəbul edilmiş digər normativ hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının aqrar qanunvericiliyindən ibarətdir. [3] 2.2. Taxıl emalı məhsullarının istehsalının və bazarının təşkili, minimum keyfiyyətinin idarə edilməsi qaydaları bu Qanunla yanaşı, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. [4] 2.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə taxıl istehsalının, tədarükünün və bazarının təşkili, taxıl məhsullarının keyfiyyətinin idarə edilməsi barədə müəyyən olunmuş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq olunur. M a d d ə 3 . Taxıl haqqında qanunvericiliyin məqsəd və vəzifələri 3.1. Taxıl haqqında qanunvericiliyin məqsədi ölkədə taxılçılığı və taxıl məhsullarının emalını inkişaf etdirməklə ölkə istehlakçılarının xarici taxıl bazarından asılılığını azaltmaqdan, sahənin inkişafında yerli istehsalçılara əlverişli hüquqi, iqtisadi və tәşkilatı mühitin formalaşdırılmasından ibarətdir. 3.2. Taxıl haqqında qanunvericiliyin vəzifələri taxılçılığın təşkilinin, taxıl bazarının tənzimlənməsinin və taxıl məhsullarının minimum keyfiyyətinin təmin edilməsinin ümumi qaydalarını müəyyən etməkdir. M a d d ə 4 . Taxılçılıq fəaliyyətinin obyektləri və subyektləri 4.1. Taxılçılıq fəaliyyətinin obyektləri taxıl məhsulları və onların istehsalından son istehlakı da daxil olmaqla bütün mərhələlərdə bu və ya digər formada təmasda olan torpaq, texniki və texnoloji vəsaitlər, habelə köməkçi təbii və süni materiallardır. 4.2. Taxılçılıq fəaliyyətinin subyektləri taxıl məhsullarının istehsalı, tədarükü, saxlanması, daşınması, satışı, idxal və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslərdir. M a d d ə 5 . Taxılçılıq sahəsində dövlətin vəzifələri 5.0. Taxılçılıq sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 5.0.1. taxıl bazarının konyunkturunu öyrənmək, taxıl balansını hazırlamaq, təsdiq etmək, proqnozlar vermək, taxıl bazarının iqtisadi üsullarla tənzimlənməsini həyata keçirmək; 5.0.2. taxıl istehsalının artırılması üçün məqsədli taxıl proqramları hazırlamaq, müvafiq investisiya, qiymət, kredit və vergi siyasətini həyata keçirmək; 5.0.3. taxılçılığın inkişafını və toxumçuluğun elmi təminatını stimullaşdırmaq; 5.0.4. dövlət taxıl fondu yaratmaq, onun formalaşmasını, saxlanmasını və istifadəsini təşkil etmək; 5.0.5. taxılçılıq sahəsində müvafiq normativ hüquqi aktlar qəbul etmək və beynəlxalq əməkdaşlığı inkişaf etdirmək; 5.0.6. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək . M a d d ə 6 . Taxıl istehsalına dövlət himayəsi 6.1. Taxılçılığın seleksiyası və toxumçuluğu, taxıl istehsalının artırılması, məhsuldarlığının və minimum keyfiyyətinin yüksəldilməsi dövlət tərəfindən stimullaşdırılır. 6.2. Dövlət taxıl fondunun formalaşması əsasən yerli istehsal hesabına həyata keçirilir. 6.3. Taxılın və taxıl emalı məhsullarının istehsalı, tədarükü, saxlanması, satışı, habelə taxılçılığın maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində kooperasiya və birgə fəaliyyət növləri dövlət tərəfindən dəstəklənir və müvafiq stimullaşdırma tədbirlərinin tətbiqi əsasında həvəsləndirilir. 6.4. Müasir texnologiyaları tətbiq edən taxıl istehsalçılarını kreditlə təmin etmək məqsədi ilə dövlət taxıl girovu sistemini təşkil edir. Taxıl girovu Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq həyata keçirilir. [5] 6.5. Taxıl istehsalının stimullaşdırılması məqsədi ilə sahənin təbii fəlakətdən və digər risklərdən sığortalanması dövlət vəsaiti hesabına aparılır. Sığortalanmaya ayrılan vəsaitin həcmi, sığortalanmanın şərtləri, habelə sığortalanan taxıl məhsullarının növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 6.6. Dövlət kənddə qabaqcıl texnika və texnologiyanın tətbiqini təmin etmək məqsədi ilə lizinq xidmətinin təşkili, texniki və aqrokimyəvi maddələrlə təchizat, habelə kənd təsərrüfatı texnikasının uzunmüddətli kreditə verilməsi sahəsində sahibkarlıq fəaliyyətini stimullaşdırır. 6.7. Taxıl istehsalına dövlət himayəsinin istiqamətləri və formaları, habelə taxıl istehsalının stimullaşdırılmasının və həvəsləndirilməsinin tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş normativ hüquqi aktlarla müəyyən olunur. 6.8. Taxıl məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir. [6] M a d d ə 7 . Taxılçılığın elmi təminatı və onun maliyyələşdirilməsi 7.1. Azərbaycan Respublikasında taxılçılığın və toxumçuluğun elmi təminatı müvafiq elmi-tədqiqat və ali təhsil müəssisələri tərəfindən həyata keçirilir. [7] 7.2. Taxılçılığın və toxumçuluğun elmi təminatı, məqsədi taxıl proqramlarının hazırlanması və dövlət taxıl fondunun yaradılması dövlət büdcəsindən və büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilir. 7.3. Toxum istehsalında və satışında istifadə edilən taxıl sortunun patent sahibi ilə əməkdaşlıq və ya lisenziya müqaviləsinin bağlanması taxılçılıq subyektləri üçün məcburidir. I I f ə s i l DÖVLƏT TAXIL FONDU, ONUN YARADILMASI VƏ İSTİFADƏSİ M a d d ə 8 . Dövlət taxıl fondunun yaradılması 8.1. Fövqəladə hallarda istehlakçıların taxıl məhsullarına tələbatını ödəmək, dövlət taxıl ehtiyatlarını formalaşdırmaq, beynəlxalq öhdəlikləri yerinə yetirmək və lazım gəldikdə daxili taxıl bazarında kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikasında dövlət taxıl fondu yaradılır. Dövlət və sığorta toxum fondları dövlət taxıl fondunun tərkibinə daxil edilir. [8] 8.2. Dövlət taxıl fondu Azərbaycan Respublikasının mülkiyyətidir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sərəncamında olur. [9] 8.3. Dövlət taxıl fonduna qüvvədə olan qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən taxıl məhsulları tədarük edilir. [10] 8.4. Dövlət taxıl fondu əsasən taxıl birjası vasitəsi ilə yerli istehsal, taxıl məhsullarına tələbat yerli istehsal hesabına ödənilmədikdə isə idxal hesabına formalaşır. [11] 8.5. Dövlət taxıl fondunun saxlanması və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. M a d d ə 9 . Dövlət taxıl fonduna taxıl məhsulları tədarükünün təşkili 9.1. Dövlət taxıl fonduna taxıl məhsulları tədarükünü təşkil etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanı dövlət sifarişçilərini və onların səlahiyyətlərini müəyyən edir, tədarük üçün müvafiq maliyyə vəsaitləri ayırır. 9.2. Dövlət sifarişçiləri hər il dövlət taxıl fonduna təminatlı minimum qiymətlərlə taxıl məhsulları tədarükü barədə mediada elan dərc etdirirlər və istehsalçılarla (malgöndərənlərlə) əvvəlcədən müqavilə bağlayırlar. Tədarük zamanı taxıl birjasında faktiki qiymətlər yüksək olduqda dövlət taxıl fonduna tədarük edilən taxıl məhsullarının qiymətinin təminatlı minimum həddinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq əlavələr edilir. [12] 9.3. Taxıl girovu sistemindən kənar müqavilə əsasında yerli istehsalçılardan dövlət taxıl fonduna tədarük edilən taxılın dəyərinin 30 faizdən az olmayan hissəsi avans qaydasında əvvəlcədən ödənilir. 9.4. Dövlət sifarişçiləri dövlət taxıl fondunun nəzərdə tutulan həcminin və çeşidinin formalaşmasına məsuliyyət daşıyırlar və hər ilin yanvar ayında fondun formalaşması və istifadəsi, habelə maliyyə, kredit və maddi ehtiyatlarının təminatı barədə müvafiq icra hakimiyyəti orqanına hesabat təqdim edirlər və hesabatı mediada dərc etdirirlər. I I I f ə s i l TAXIL BAZARI M a d d ə 1 0 . Taxıl bazarının dövlət tənzimlənməsi 10.0. Taxıl bazarının dövlət tənzimlənməsi müvafiq qaydada təsdiq edilmiş taxıl məhsullarının balansları əsasında yalnız iqtisadi üsullarla həyata keçirilir və aşağıdakıları nəzərdə tutur: 10.0.1. qiymət tarazlığının təmin olunması məqsədi ilə taxıl bazarına əmtəə müdaxiləsi; 10.0.2. taxıl bazarının monitorinqi, proqnozlaşdırılması və taxılçılıq fəaliyyəti subyektlərinin məlumatlandırılması; 10.0.3. taxıl bazarında haqsız rəqabətlə mübarizə və yerli istehsalçılara dövlət himayəsi; 10.0.4. taxıl məhsullarının minimum keyfiyyətinə dair tələblərin normalaşdırılması və sertifikatlaşdırılmasının təşkili. [13] M a d d ə 1 1 . Taxıl məhsullarının idxal və ixracı 11.1. Dövlət taxıl fondu üçün taxıl məhsulları idxal hesabına tədarük edildikdə, gətirilən taxıl və taxıl emalı məhsullarının həcmi barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qərar qəbul edilir və idxal əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət sifarişçiləri tərəfindən həyata keçirilir. [14] 11.2. Azərbaycan Respublikasına idxal olunan taxıl məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. İdxal olunan taxıl məhsullarının istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçdiyi halda, həmin istehsalçının məhsullarına qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı tələb olunmur. [15] 11.3. Azərbaycan Respublikasında qüvvədə olan normativ sənədlərdə nəzərdə tutulmuş müvafiq sertifikatı olmayan taxıl məhsulları yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada sərgilərdə nümayiş, tədqiqat və sınaq məqsədi ilə ölkə ərazisinə idxal oluna bilər. 11.4. Taxıl məhsullarının ixracı Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq həyata keçirilir. 11.5. Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunmuş taxıl məhsullarının Azərbaycan Respublikasına idxal edilməsinə yol verilmir. [16] I V f ə s i l TAXIL MƏHSULLARININ MİNİMUM KEYFİYYƏTİNİN İDARƏ EDİLMƏSİ M a d d ə 12. Taxıl məhsullarının minimum keyfiyyətinin təmin edilməsi [17] 12.1. Taxıl məhsullarının minimum keyfiyyəti “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə uyğun olaraq təmin edilir. 12.2. Keyfiyyət göstəricilərinin müvafiq standartda müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə istehsalçının öz istəyi əsasında taxıl məhsulları akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən könüllü sertifikatlaşdırılır. Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir. M a d d ə 1 3 . Taxıl məhsullarının minimum keyfiyyətinə dair tələblər [18] 13.1. Taxılın minimum keyfiyyətinin təmin olunması sahəsində normalaşdırma müxtəlif taxıl növlərinin istehsal, tədarük, kondisiyaya çatdırma, daşınma, saxlanma, emal və satış şərtlərini nizamlayan qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların müəyyənləşdirilməsidir. [19] 13.2. Taxıl emalı məhsullarının minimum keyfiyyətinin təmin olunması sahəsində tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunur. [20] 13.3. Taxıl məhsullarının minimum keyfiyyətinin təmin olunması sahəsində tələblərin normalaşdırılması qaydasına əməl edilməsi bütün taxılçılıq fəaliyyətinin subyektləri üçün məcburidir. M a d d ə 1 4 . Taxıl məhsullarının keyfiyyət göstəricilərinin qiymətləndirilməsi 14.1. Azərbaycan Respublikasında istehsal edilən və respublikaya gətirilən taxıl məhsullarının tərkibi kimyəvi, bioloji, toksikoloji və radioloji göstəricilərinə görə təhlil edilir və qiymətləndirilir. 14.2. Taxıl məhsullarının keyfiyyətinin qiymətləndirilməsi “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş sınaq laboratoriyalarında vahid metodika üzrə aparılır. [21] 14.3. Taxıl emalı məhsulları həmçinin müvafiq icra hakimiyyəti orqanları tərəfindən dövlət reyestrində gigiyena qeydiyyatına alınır. 14.4. Keyfiyyət göstəriciləri qiymətləndirilmiş taxıl məhsullarına, habelə dövlət gigiyena qeydiyyatına alınmış taxıl emalı məhsullarına müvafiq sertifikatlar verilir. 14.5. Taxıl məhsullarının sertifikatlaşdırılması qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. [22] M a d d ə 1 5 . Taxıl məhsullarının minimum keyfiyyətinə dövlət nəzarəti 15.1. Taxıl məhsullarının minimum keyfiyyətinə dövlət nəzarətinin məqsədi hüquqi və fiziki şəxslər tərəfindən bu məhsulların istehsalını, tədarükünü, saxlanmasını, daşınmasını, satışını, idxal və ixracını nizamlayan qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl edilməsini təmin etməkdir. [23] 15.2. Taxıl məhsullarının minimum keyfiyyətinə dövlət nəzarəti funksiyalarını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. [24] 15.3. Taxıl məhsullarının minimum keyfiyyətinə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının aşağıdakı səlahiyyətləri vardır: [25] 15.3.1. taxılçılıq fəaliyyətinin subyektləri tərəfindən taxıl məhsullarının minimum keyfiyyətinə dair müəyyən olunmuş qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət edilməsini yoxlamaq; 15.3.2. taxıl məhsullarının istehsalı, tədarükü, saxlanması, daşınması, satışı, idxal və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən taxıl haqqında qanunvericiliyə əməl olunmasını yoxlamaq; 15.3.3. müəyyən edilmiş qaydada keyfiyyətinin təyin edilməsi üçün taxıl məhsullarından nümunələr götürmək, taxılçılıq fəaliyyətinin subyektlərindən taxıl məhsullarının keyfiyyəti barədə müvafiq məlumatlar tələb etmək; 15.3.4. taxılçılıq fəaliyyətinin subyektlərinin rəsmi müraciətinə əsasən taxıl məhsullarının keyfiyyətinə və məqsədli istifadəsinə dair qanunvericiliklə müəyyən edilmiş sənədlər vermək; 15.3.5. taxıl məhsullarının keyfiyyəti sahəsində inzibati xətalar haqqında protokollar tərtib etmək; [26] 15.3.6. taxıl məhsullarının istehsalı, alqı-satqısı, saxlanması, daşınması, idxal və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslərə taxıl haqqında qanunvericiliyin pozulması hallarının aradan qaldırılması üçün icrası məcburi olan göstərişlər vermək; 15.3.7. minimum keyfiyyət göstəriciləri qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun gəlməyən taxıl məhsullarının istifadəsini qadağan etmək, onların götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə müvafiq qərarlar qəbul etmək və təkliflər vermək; [27] 15.3.7-1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada sahibkarlıq subyektlərində yoxlamaların aparılmasını, o cümlədən məhdudlaşdırıcı tədbirlərin tətbiqini həyata keçirmək; [28] 15.3.8. hüquqi və fiziki şəxslərin müraciəti əsasında taxıl məhsullarının keyfiyyətini ekspertiza etmək. 15.3.9. qanunvericiliklə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək. [29] 15.4. Taxıl məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarəti “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq həyata keçirilir. [30] V f ə s i l TAXIL HAQQINDA QANUNVERİCİLİYİN POZULMASINA GÖRƏ MƏSULİYYƏT VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ M a d d ə 1 6 . Taxıl haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət Taxıl haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. M a d d ə 1 7 . Mübahisələrin həlli Taxıl məhsullarının istehsalı, tədarükü, saxlanması, daşınması, satışı, idxal və ixracı, istifadəsi və keyfiyyəti barədə mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. HEYDƏR ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 16 iyun 2000-ci il № 898-IQ İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) 2. 01 fevral 2007-ci il tarixli 236-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 397) 3. 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) 4. 28 oktyabr 2014-cü il tarixli 1100-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 2 dekabr 2014-cü il, № 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1373) 5. 14 iyun 2016-cı il tarixli 288-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 21 iyul 2016-cı il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1241) 6. 14 aprel 2017-ci il tarixli 605-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2017-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 717) 7. 15 dekabr 2017-ci il tarixli 938-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 yanvar 2018-ci il, № 13, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018 ci il, № 1, maddə 17) 8. 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) 9. 15 oktyabr 2021-ci il tarixli 386-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 oktyabr 2021-ci il, № 236, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №10, maddə 1096) 10. 17 fevral 2023-cü il tarixli 816-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73) QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI [1] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 1.0.4-cü maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 1.0.4. taxılın və taxıl emalı məhsullarının keyfiyyəti - taxıl məhsullarının istehlak xassələrinin qüvvədə olan texniki, ekoloji, sanitariya, baytarlıq və fitosanitar standartlara, normalara, qaydalara və tələblərə (bundan sonra-standartlara və tələblərə) uyğunluğu. [2] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə yeni məzmunda 1.0.5-ci maddə əlavə edilmişdir. [3] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 2.1-ci maddəyə “bu Qanundan” sözlərindən sonra “, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanunundan” sözləri əlavə edilmişdir. [4] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 2.2-ci maddəyə “təşkili,” sözündən, 3.2, 10.0.4, 13.3, 15.1, 15.2, 15.3 və 15.3.1-ci maddələrə, 15-ci maddənin adına “məhsullarının” sözündən sonra “minimum” sözü əlavə edilmişdir, 6.1-ci maddəyə “keyfiyyətinin” sözündən əvvəl “minimum” sözü əlavə edilmişdir, IV fəslin adına “MƏHSULLARININ” sözündən sonra “MİNİMUM” sözü əlavə edilmişdir. [5] 28 oktyabr 2014-cü il tarixli 1100-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 2 dekabr 2014-cü il, № 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1373) ilə 6.4-cü maddənin ikinci cümləsində “girov qanunvericiliyinə” sözləri “Mülki Məcəlləsinə” sözləri ilə əvəz edilmişdir. [6] 14 iyun 2016-cı il tarixli 288-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 21 iyul 2016-cı il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1241) ilə yeni məzmunda 6.8-ci maddə əlavə edilmişdir. [7] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 7.1-ci maddəsində “tədris” sözü “təhsil” sözü ilə əvəz edilmişdir. [8] 28 oktyabr 2014-cü il tarixli 1100-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 2 dekabr 2014-cü il, № 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1373) ilə 8.1-ci maddənin birinci cümləsindən “lazım gəldikdə” sözləri və ikinci cümləsi çıxarılmışdır. [9] 15 oktyabr 2021-ci il tarixli 386-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 oktyabr 2021-ci il, № 236, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №10, maddə 1096) ilə 8.2-ci maddəsində “orqanlarının” sözü “orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə əvəz edilmişdir. [10] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 8.3-cü maddədə “standartlara və tələblərə” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə” sözləri ilə əvəz edilmişdir. [11] 28 oktyabr 2014-cü il tarixli 1100-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 2 dekabr 2014-cü il, № 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1373) ilə 8.4-cü maddədə “zəruriyyət yarandıqda” sözləri “taxıl məhsullarına tələbat yerli istehsal hesabına ödənilmədikdə” sözləri ilə əvəz edilmişdir. [12] 17 fevral 2023-cü il tarixli 816-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023 cü il, № 73) ilə 9.2-ci maddəsinin birinci cümləsində və 9.4-cü maddəsində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilmişdir. [13] 14 aprel 2017-ci il tarixli 605-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2017-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 717) ilə 10.0.4-cü maddədə “sertifikatlaşdırılması” sözü “sertifikatlaşdırılmasının təşkili” sözləri ilə əvəz edilmişdir. [14] 28 oktyabr 2014-cü il tarixli 1100-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 2 dekabr 2014-cü il, № 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1373) ilə 11.1-ci maddədə “İdxal hesabına dövlət taxıl fondu üçün taxıl məhsullarının tədarükünə zərurət yarandıqda, alınası” sözləri “Dövlət taxıl fondu üçün taxıl məhsulları idxal hesabına tədarük edildikdə, gətirilən” sözləri ilə əvəz edilmişdir. [15] 01 fevral 2007-ci il tarixli 236-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 397) ilə 11.2-ci maddəsində "və ya onun tanınması barədə şəhadətnaməsi" sözləri "və fitosanitar sertifikatı" sözləri ilə əvəz edilmişdir. 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 11.2-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 11.2. Xarici dövlətlərdən Azərbaycan Respublikasına dövlət reyestrində qeydiyyatdan keçmiş, müəyyən edilmiş qaydada verilmiş uyğunluq sertifikatı və fitosanitar sertifikatı olan taxıl idxal oluna bilər. [16] 14 iyun 2016-cı il tarixli 288-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 21 iyul 2016-cı il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1241) ilə yeni məzmunda 11.5-ci maddə əlavə edilmişdir. [17] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 12-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: M a d d ə 1 2 . Taxıl məhsullarının keyfiyyətinin təmin edilməsi 12.0. Taxıl məhsullarının keyfiyyəti aşağıdakı yollarla təmin edilir: 12.0.1. taxıl məhsullarının keyfiyyətinə dair tələblərin normalaşdırılması; 12.0.2. taxıl məhsullarının keyfiyyətinin qiymətləndirilməsinin vahid metodika üzrə müvafiq qaydada təyin edilmiş laboratoriyalarda aparılması; 12.0.3. taxıl məhsullarının sertifikatlaşdırılması; 12.0.4. taxıl emalı məhsullarının dövlət gigiyena qeydiyyatı; 12.0.5. taxıl məhsullarının keyfiyyətinə dövlət nəzarəti. [18] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 13-cü maddənin adında “keyfiyyətinə dair tələblərin normalaşdırılması” sözləri “minimum keyfiyyətinə dair tələblər” sözləri ilə əvəz edilmişdir. [19] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 13.1-ci maddəyə “Taxılın” sözündən sonra “minimum” sözü əlavə edilmişdir, həmin maddədə “standartların və tələblərin” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların” sözləri ilə əvəz edilmişdir. [20] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 13.2-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 13.2. Taxıl emalı məhsullarının keyfiyyətinin təmin olunması sahəsində tələblərin normalaşdırılması yeyinti məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dair tələblərin normalaşdırılması qaydasında həyata keçirilir. [21] 14 aprel 2017-ci il tarixli 605-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyun 2017-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 717) ilə 14.2-ci maddədə “müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş, ixtisaslaşdırılmış laboratoriyalarda” sözləri “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş sınaq laboratoriyalarında” sözləri ilə əvəz edilmişdir. [22] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 14.3-cü, 14.4-cü və 14.5-ci maddələr ləğv edilmişdir. [23] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 15.1-ci, 15.3.1-ci və 15.3.7-ci maddələrdə “standartlara və tələblərə” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə” sözləri ilə əvəz edilmişdir. [24] 28 oktyabr 2014-cü il tarixli 1100-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 2 dekabr 2014-cü il, № 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1373) ilə 15.2-ci maddədə “öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər” sözləri “müvafiq icra hakimiyyəti orqanı həyata keçirir” sözləri ilə əvəz edilmişdir. [25] 28 oktyabr 2014-cü il tarixli 1100-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 2 dekabr 2014-cü il, № 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1373) ilə 15.3-cü maddədə “müvafiq icra hakimiyyəti orqanlarının” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilmişdir. [26] 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 15.3.5-ci maddədə "hüquqpozmalar" sözü "xətalar" sözü ilə əvəz edilmiş və "(aktlar)" sözü çıxarılmışdır. 15 dekabr 2017-ci il tarixli 938-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 yanvar 2018-ci il, № 13, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 17) ilə 15.3.5-ci maddə ləğv edilmişdir. [27] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 15.3.7-ci maddəyə “keyfiyyət” sözündən əvvəl “minimum” sözü əlavə edilmişdir. [28] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə yeni məzmunda 15.3.7-1-ci maddə əlavə edilmişdir. [29] 28 oktyabr 2014-cü il tarixli 1100-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 2 dekabr 2014-cü il, № 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1373) ilə 15.3.8-ci maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilmişdir və 15.3.9-cu maddə ləğv edilmişdir. [30] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 15.4-cü maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 15.4. Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamələr ilə müəyyən olunur.

Law No. 898-IQ on grain · Nelum