Law No. 879-IQD on amendments to legislative acts relevant to the implementation of the Environmental Protection Law
颁布于 2000-05-16 · 文本截至 2026-10-01
以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。
研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。
关于这部法律
- 原标题
- «Ətraf mühitin mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu № 879-IQD.
- 语言
- Azerbaijani
- 类型
- 法令
- 国家
- 阿塞拜疆
- 主题
- Environment
- 关键词
- data collection/reporting, offences/penalties, protection of environment, transport/storage
在哪里阅读
文本
所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。
YÜKLƏ «Ətraf mühitin mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: I. «Təbiəti mühafizə və təbiətdən istifadə haqqında» Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992-ci il, № 6, maddə 154) qüvvədən düşmüş hesab edilsin. II. «Təbiəti mühafizə və təbiətdən istifadə haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsi barədə» Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının Qərarının (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 6, maddə 155) 1-3-cü bəndləri qüvvədən düşmüş hesab edilsin. III. İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1984-cü il, № 23, maddə 198) əlavələr edilsin: 1. Məcəlləyə aşağıdakı məzmunda 87-8-ci maddə əlavə edilsin: « M a d d ə 8 7 - 8 . Ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin pozulması Dövlət ekoloji ekspertizasına aid edilən obyektlər barədə ekspertin müsbət rəyi olmadan sənaye və ərzaq məhsullarının istehsalına və ya Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə, işlərin, xidmətlərin yerinə yetirilməsinə, dövlət ekoloji ekspertiza orqanlarının vəzifəli şəxsləri və dövlət ekoloji ekspertizasını aparan ekspertlər tərəfindən rəylərin ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin və normativlərin tələblərini pozaraq hazırlanmasına, vəzifəli şəxslər tərəfindən ətraf mühitin mühafizəsi sahəsində yanlış informasiyanın verilməsinə, informasiyanın vaxtında verilməməsinə və ya gizlədilməsinə görə— vətəndaşlar minimum əmək haqqı məbləğinin on mislindən otuz mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin otuz mislindən əlli mislinədək miqdarda cərimə edilirlər». 2. 233-9-cu maddənin: adında və mətnində «istehsalat» sözü müvafiq olaraq «Ətraf mühitin mühafizəsi sahəsində və istehsalat» sözləri ilə əvəz edilsin; mətnində «və 85-1-ci maddəsində» sözləri «85-1-ci və 87-8-ci maddələrində» sözləri ilə əvəz olunsun. IV. «Statistika haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1994-cü il, № 11, maddə 115) aşağıdakı dəyişikliklər edilsin: 1. 6-cı maddənin 6-cı bəndinə «qaydaları» sözündən sonra «(ətraf mühitin mühafizəsi sahəsində dövlət statistikasının aparılması qaydaları istisna olmaqla)» sözləri əlavə edilsin. 2. 8-ci maddənin ikinci hissəsində «Statistika hesabatları» sözlərindən sonra «(ətraf mühitin mühafizəsi sahəsində statistika hesabatları istisna olmaqla)» sözləri əlavə edilsin. V. «Nəqliyyat haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 1999-cu il, № 7, maddə 399) 22-ci maddəsinin 5-ci bəndinin ikinci hissəsinə «ölkə ərazisinə daşınması» sözlərindən sonra «və ölkə ərazisindən tranzit yolu ilə aparılması» sözləri əlavə edilsin. Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV Bakı şəhəri, 16 may 2000-ci il № 879-IQD