跳到主要内容
Nelum
阿塞拜疆的法律

Law No. 700-IIIQ on approval of amendment of Annex B of Kyoto Protocol to the United Nations Framework Convention on Climate Change

颁布于 2008-10-28 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri haqqında Çərçivə Konvensiyasına dair Kioto Protokolunun B Əlavəsinə edilmiş əlavənin təsdiq olunması barədə Azərbaycan Respublikasinin Qanunu № 700-IIIQ.
语言
Azerbaijani
类型
法令
国家
阿塞拜疆
主题
Environment
关键词
climate change, international agreement-text, ratification

在哪里阅读

    该法律没有记录来源链接。

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. Birləşmiş Millətlər Təşkilatının "İqlim dəyişmələri haqqında" Çərçivə Konvensiyasına dair Kioto Protokolunun B Əlavəsinə edilmiş əlavənin təsdiq olunması barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: I. Birləşmiş Millətlər Təşkilatının "İqlim dəyişmələri haqqında" Çərçivə Konvensiyasına dair Kioto Protokolunun B Əlavəsinə edilmiş əlavə təsdiq olunsun. II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 28 oktyabr 2008-ci il № 700-IIIQ FCCC/KP/CMP/2006/10/Add.1 10/CMP.2 nömrəli Qərar Kioto Protokolunun B Əlavəsinə düzəliş edilməsinə dair Belarus Respublikasının TƏKLİFİ Kioto Protokolunun iştirakçısı olan Tərəflərin müşavirəsi qismində fəaliyyət göstərən Tərəflər Konfransı, Belarus Respublikasının Kioto Protokolunun B əlavəsinə düzəliş edilməsinə və tullantıların azaldılması ilə əlaqədar öz üzərinə kəmiyyət öhdəliyi götürməsinə dair təklifini nəzərə alaraq, Kioto Protokolunun 3,20 və 21-ci maddələrinə istinad edərək, həmçinin özünün 32/CMP.1 nömrəli qərarına istinad edərək, Belarus Respublikasının FCCC/KP/CMP/2006/2 nömrəli sənəddə olan təqdimatını nəzərə alaraq, istilik effekti yaradan parnik qazları tullantılarının azaldılması və Kioto Protokolunun nizamnaməsinə riayət edilməsi istiqamətində Belarus Respublikasının göstərdiyi səyləri və əldə etdiyi inkişafı alqışlayaraq, Kioto Protokolunun 21-ci maddəsinin 7-ci bəndinə uyğun olaraq Belarus Respublikasının Kioto Protokolunun B əlavəsinə düzəlişin qəbul edilməsi üçün FCCC/KP/CMP/2006/9 nömrəli sənəddə öz razılığını təqdim etdiyini qeyd edərək, 1. Kioto Protokolunun B əlavəsinə bu qərarın əlavəsində verilən düzəlişi qəbul edir; 2. Belarus Respublikasının meşə təsərrüfatının rasional idarə edilməsi nəticəsində mənbələrdən antropogen istilik effekti yaradan qaz tullantılarının və bu qazların udulması nəticəsində yaranan tullantı azalmalarının Kioto Protokolunun 3-cü maddəsinin 4-cü bəndinə və 16/CMP.1 qərarına uyğun olaraq öhdəliklərin birinci mərhələsi ərzində nəzərə alınmaması barədə qərarını alqışlayaraq; 3. həmçinin Belarus Respublikasının, onun müvafiq orqanlarının razılığı əsasında, istilik effekti yaradan qaz tullantılarının azaldılmasına yönəlmiş tədbirlərin qəbul edilməsi məqsədilə Kioto Protokolunun 17-ci maddəsinə uyğun olaraq satışdan əldə edilən istənilən gəlirlərdən istifadə edəcəyini alqışlayaraq; 4. qərara alır ki, Belarus Respublikası öhdəliklərin yerinə yetirilməsinin birinci mərhələsində 11/CMP.1 qərarının əlavəsinin 6-cı bəndinə uyğun olaraq hesablanmış rezervdən əlavə, Kioto Protokolunun 3-cü maddəsinin 7 və 8-ci bəndlərinə uyğun olaraq müəyyən edilmiş miqdarın 7 faizini öz milli reyestrində rezervdə saxlayır; 5. Kioto Protokolunun iştirakçısı olan Tərəfləri bu qərarın əlavəsində olan düzəlişi təsdiq etməyə, qəbul etməyə və ya bəyənməyə çağırır. FCCC/KP/CMP/2006/10//dd.1 ƏLAVƏ Kioto Protokolunun B əlavəsinə düzəliş “Avstriya” və Belçika” sətirlərinin arasına aşağıdakı mətn1 daxil edilsin: “Belarus Respublikası*92” 10-cu plenar iclas 17 noyabr 2006-cı il

Law No. 700-IIIQ on approval of amendment of Annex B of Kyoto Protocol to the United Nations Framework Convention on Climate Change · Nelum