跳到主要内容
Nelum
阿塞拜疆的法律

Law No. 63-VQD amending the Law No. 1012-IIIQ on Cotton

颁布于 2015-12-18 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
Pambıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu № 63-VQD.
语言
Azerbaijani
类型
法令
国家
阿塞拜疆
主题
Agricultural and rural development, Cultivated plants
关键词
biotechnology, crops, genetic resources, internal trade, international trade, seeds/planting material, genetically modified organism (GMO), fibre crops, plant production
类别
*, agriculture, softs

在哪里阅读

    该法律没有记录来源链接。

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. “Pambıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1267-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır: “Pambıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 576) aşağıdakı dəyişikliklər edilsin: 1. 11.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: “Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunan pambığın və pambıq məhsullarının Azərbaycan Respublikasında satılmasına yol verilmir.”. 2. Aşağıdakı məzmunda 15.4-cü maddə əlavə edilsin: “15.4. Pambıq və pambıq məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir.”. 3. 21-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: “Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunan pambığın və pambıq məhsullarının Azərbaycan Respublikasına idxalına yol verilmir.”. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 18 dekabr 2015-ci il № 63-VQD http://e-qanun.az/framework/19873

Law No. 63-VQD amending the Law No. 1012-IIIQ on Cotton · Nelum