跳到主要内容
Nelum
阿塞拜疆的法律

Law No. 62-VQD amending the Law No.208-IIQ of 2001 on viticulture and wine-making

颁布于 2015-12-18 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu № 62-VQD.
语言
Azerbaijani
类型
法令
国家
阿塞拜疆
主题
Food and nutrition, Cultivated plants
关键词
biotechnology, business/industry/corporations, food safety and quality, genetically modified organism (GMO), inspection, internal trade, international trade, viticulture/oenological practices, genetic resources, seeds/planting material, plant production
类别
*, agriculture

在哪里阅读

    该法律没有记录来源链接。

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1267-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır: “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 3; 2003, № 1, maddə 15, № 12 (I kitab), maddə 674; 2005, № 4, maddə 278; 2007, № 5, maddə 397, № 10, maddə 938; 2008, № 12, maddə 1044; 2013, № 11, maddə 1291) aşağıdakı dəyişikliklər edilsin: 1. Aşağıdakı məzmunda 10.5-ci maddə əlavə edilsin: “10.5. Şərabçılıq məhsullarının istehsalında genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir.”. 2. 20.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: “Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunan şərabçılıq məhsullarının Azərbaycan Respublikasına idxalına yol verilmir.”. 3. 21.4.5-ci maddədə “uyğun gəlmədikdə” sözlərindən sonra “ və ya genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunduqda” sözləri əlavə edilsin. 4. 22.2.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 22.2.9-cu maddə əlavə edilsin: “22.2.9. tərkibində genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edildikdə.”. 5. 22.3-cü maddəyə “digər hallarda” sözlərindən əvvəl “22.2.9-cu maddəsində göstərilən halda məhv edilir,” sözləri əlavə edilsin. http://e-qanun.az/framework/30131 http://e-qanun.az/framework/30131 http://e-qanun.az/framework/1021 İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 18 dekabr 2015-ci il № 62-VQD

Law No. 62-VQD amending the Law No.208-IIQ of 2001 on viticulture and wine-making · Nelum