Law No. 574-IIQD amending the Law on breastfeeding and infant food
颁布于 2004-01-06 · 文本截至 2026-10-01
以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。
研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。
关于这部法律
- 原标题
- Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Qanunu № 574-IIQD.
- 语言
- Azerbaijani
- 类型
- 法令
- 国家
- 阿塞拜疆
- 主题
- Food and nutrition
- 关键词
- breastfeeding/infant food, food security, milk/dairy products, nutrition
在哪里阅读
该法律没有记录来源链接。
文本
所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。
06.01.2004 "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə 574-IIQD "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: I. "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998- ci il, № 1, maddə 12; 1999-cu il, № 4, maddə 225; 2000-ci il, № 8 (III kitab), maddə 587; 2001-ci il, № 3, maddələr 142, 145, № 5, maddələr 295, 298, № 11, maddə 683; Azərbaycan Respublikasının 5 dekabr 2003-cü il tarixli 538-II QD nömrəli Qanunu) 17-ci maddəsinə aşağıdakı məzmunda 9-cu bənd əlavə edilsin: "9. Körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamında aşağıdakı hallara yol verilmir: süni qida məhsullarında körpələrin təsvir olunmasına; qida formulları barədə məlumatların elmi və uşaqlara qayğı məsələləri üzrə ixtisaslaşmış nəşrlərdən başqa digər nəşrlərdə verilməsinə; süni qida məhsulları ilə bağlı reklam xarakterli materialların tibb müəssisələrində yayılmasına; süni qida məhsullarının reklamında süni qidalanmanın ana südünə bərabər və ya ondan üstün olması təsəvvürünün yaradılmasına və ya ana südünün üstünlüyünün qeyd olunmamasına; süni qida məhsulları ilə bağlı məlumatların hamilə qadınlar və analar arasında yayılmasına.". II. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8 (I kitab), maddə 584; 2001-ci il, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 9, № 4 (I kitab), maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003-cü il, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425; Azərbaycan Respublikasının 2003-cü il 5 dekabr tarixli 536-II QD, 9 dekabr tarixli 556-II QD və 557-II QD nömrəli qanunları) aşağıdakı məzmunda 65-1-ci maddə əlavə edilsin: "Maddə 65-1. Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında qanunvericiliyin pozulması 65-1.0. Süni qida məhsullarının istehsalçıları və distribütorları tərəfindən körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında qanunvericiliyin pozulmasına, yəni: 65-1.0.1. süni qida məhsullarının satış-sərgisinin və xüsusi nümayişinin reklam məqsədi ilə təşkil edilməsinə; 65-1.0.2. uşaqların qidalanması ilə bağlı elmi tədqiqat işlərini müvafiq icra hakimiyyəti orqanının müsbət rəyi olmadan maliyyələşdirilməsinə; 65-1.0.3. səhiyyə sistemi işçilərinin elmi və praktik konfranslarda, sessiyalarda, tibbi təhsil təcrübəsində iştirakına, tibb assosiasiyalarının fəaliyyətinə müvafiq icra hakimiyyəti orqanının müsbət rəyi olmadan sponsorluq edilməsinə görə fiziki şəxslər şərti maliyyə vahidinin on beş mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin qırx mislindən altmış mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir.". III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 6 yanvar 2004-cü il № 574-II QD