Law No. 402-IIQ on tea production
颁布于 2002-12-17 · 文本截至 2026-10-01
以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。
研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。
关于这部法律
- 原标题
- Çayçılıq Haqqında Azərbaycan Respublikasinin Qanunu № 402 - IIQ.
- 语言
- Azerbaijani
- 类型
- 法令
- 国家
- 阿塞拜疆
- 主题
- Food and nutrition, Cultivated plants
- 关键词
- agricultural commodities, business/industry/corporations, coffee/cocoa/tea, food safety and quality, processing/handling, hygiene/sanitary procedures, internal trade, governance, inspection, beverages, agricultural development, plant production
- 类别
- *, agriculture, softs
在哪里阅读
该法律没有记录来源链接。
文本
所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。
YÜKLƏ Çayçılıq haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Bu Qanun Azərbaycan Respublikasında çayçılığın təşkilinin, çay istehsalının, emalının və dövriyyəsinin tənzimlənməsinin, habelə çay məhsullarının keyfiyyətinin təmin edilməsinin hüquqi əsaslarını müəyyən edir. I f ə s i l ÜMUMİ MÜDDƏALAR Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. çayçılıq - çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və yeyinti sənayesi sahəsi; 1.0.2. çay - yarpağı, tumurcuqlan və zərif gövdəsi emal ediləndən sonra çay içkisi kimi istehlak olunan həmişəyaşıl çoxillik subtropik bitki; 1.0.3. çay əkini materialları - çay plantasiyalarının salınmasında, bərpasında və təmirində istifadə edilən veqetativ və generativ üsullarla çoxaldılan tinglər; 1.0.4. çay məhsulları - çay yarpağının emalı yolu ilə istehlak üçün hazırlanmış məxməri, preslənmiş, tozvari və qatılaşdırılmış çay növləri; 1.0.5. çay sənayesi - çay yarpağım ilkin emal edən, onun yarpağından çay məhsulları istehsal edən və qablaşdıran yeyinti sənayesi sahəsi; 1.0.6. qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar – “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi ilə müəyyən edilmiş texniki normativ hüquqi aktlar. [1] Maddə 2. Çayçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi 2.1. Çayçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanunundan, Azərbaycan Respublikasının mülki və aqrar qanunvericiliyindən, habelə bu Qanunla əlaqədar qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir. [2] 2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə çayçılıq məhsullarının istehsalı, dövriyyəsi və minimum keyfiyyətinə dair müəyyənolunmuş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir. [3] Maddə 3. Qanunun məqsədi Bu Qanunun məqsədi çay istehsalını stimullaşdırmaqla ölkədə çayçılığın bərpasının və inkişafını təmin etmək, istehlak bazarına beynəlxalq standartların tələblərinə cavab verən, rəqabət qabiliyyətli çay məhsullarının çıxarılmasına iqtisadi və hüquqi zəmin yaratmaqdır. Maddə 4. Çayçılığın obyektləri və subyektləri 4.1. Çayçılığın obyektləri çay plantasiyaları, çay əkini materialları və çay məhsulları, habelə onun son istehlakına qədər bütün mərhələlərdə bu və ya digər formada istifadə olunan torpaq, bina, texnika, texnoloji maşınlar və avadanlıqlar, köməkçi təbii və süni materiallardır. 4.2. Çayçılığın subyektləri çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının becərilməsi və ilkin emalı, habelə çay məhsullarının istehsalı və dövriyyəsi ilə məşğul olan hüquqi və fiziki şəxslərdir. Maddə 5. Çayçılıq sahəsində dövlət siyasətinin istiqamətləri Çayçılıq sahəsində dövlət siyasətinin əsas istiqamətləri çayçılıqda investisiya fəaliyyətinin və kooperasiyanın stimullaşdırılmasından, lizinq və aqroservis xidmətlərinin genişləndirilməsindən, çay məhsullarının keyfiyyətinin yüksəldilməsindən və ixracının artırılmasından, daxili bazarın qorunmasından, habelə çay becərən regionlarda sosial təminatın yaxşılaşdırılmasından və ekoloji tarazlığın saxlanılmasından ibarətdir. Maddə 6. Çayçılıq sahəsində dövlətin vəzifələri 6.0. Çayçılıq sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 6.0.1. çayçılığın təşkili, çay əkini materiallarının yetişdirilməsi, çay məhsullarının istehsalının, dövriyyəsinin və keyfiyyətinin yüksəldilməsi tədbirlərinin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul etmək; 6.0.2. çay məhsulları bazarını öyrənmək, proqnozlar vermək, sahənin inkişafı üzrə məqsədli dövlət proqramları hazırlamaq və həyata keçirmək; 6.0.3. məqsədli proqramlar əsasında çaya yararlı torpaqlarda yeni çay plantasiyalarının salınmasını, mövcud çay plantasiyalarının bərpasını, çay əkini materiallarının yetişdirilməsini, çayçılığın elmi təminatının yaxşılaşdırılmasını, çay məhsullarının ixracının artırılmasını və keyfiyyətinin yüksəldilməsini stimullaşdırmaq; 6.0.4. çay məhsullarının minimum keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarətini həyata keçirmək; [4] 6.0.5. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək. II fəsil ÇAYÇILIĞIN İNKİŞAFINA DÖVLƏT HİMAYƏSİ Maddə 7. Çayçılığın inkişafı üzrə dövlət proqramı 7.1. Çayçılığın inkişafı üzrə dövlət proqramı çaya yararlı torpaqların təyinatı üzrə istifadə edilməsini, yeni çay plantasiyalarının salınmasının, mövcud çay plantasiyalarının bərpasını, çay tingliklərinin salınmasını və çay əkini materiallarının yetişdirilməsini, çayçılıq zonasında suvarma sistemlərinin və istehsalın digər infrastrukturu sahələrinin bərpasını və inkişafını, çayçılığın elmi təminatının yaxşılaşdırılmasını, çay məhsullarının istehsalının və keyfiyyətinin yüksəldilməsini, ixracının artırılmasını, habelə bu işlərin həyata keçirilməsi üçün maliyyə mənbələrinin müəyyən edilməsi və çayçılıq sahəsinə investisiyanın cəlb olunması tədbirlərini nəzərdə tutur. 7.2. Çayçılığın inkişafı üzrə dövlət proqramı müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır və həyata keçirilməsi təmin edilir. Maddə 8. Çayçılığın inkişafının stimullaşdırılması 8.1. Çayçılığın inkişafmı təmin etmək məqsədilə Azərbaycan Respublikasında yeni çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının və çay məhsullarının istehsalı, habelə çayçılığın elmi təminatının yaxşılaşdırılması sahəsində məqsədli dövlət siyasəti həyata keçirilir. 8.2. Çayçılıq zonasında kredit ittifaqları şəbəkəsinin fəaliyyətinin sürətləndirilməsinə şərait yaradılır. 8.3. Çay məhsulları istehsalçılarının fəaliyyətini stimullaşdırmaq və daxili bazarın qorunmasını təmin etmək məqsədilə əhalinin çay məhsuluna olan tələbatı müəyyənləşdirilir və istehlakı proqnozlaşdırılır. 8.4. Çay məhsulları istehsalında istifadə olunan avadanlıqların, maşın və mexanizmlərin, köməkçi materialların idxalına differensiallaşdırılmış gömrük rüsumları tətbiq edilir. Maddə 9. Çayçılığın inkişafın maliyyə təminatı 9.1. Çayçılığın inkişafının maliyyə təminatı dövlət büdcəsindən ayırmalar, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vəsaitləri, habelə investisiyalar, qrantlar və digər mənbələr hesabına formalaşır. [5] 9.2. İnvestorları çayçılığın inkişafı sahəsində həyata keçirilən layihələrin maliyyələşdirilməsinə həvəsləndirmək məqsədilə dövlət tərəfindən onların fəaliyyətinə əlverişli iqtisadi və hüquqi mühit yaradılır. 9.3. Çay əkini materialları və yaşıl çay yarpağı istehsalçıları ilə uzunmüddətli kooperasiya əlaqələri quran, onları resurslarla təmin edən və məhsullarını alan çay emalı müəssisələrinə məqsədli kreditlər alınmasında üstünlük hüququ verilir. 9.4. Çayçılıqda mütərəqqi texnikanın və texnologiyanın tətbiqini təmin etmək məqsədilə lizinq əsasında texniki xidmətin, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin təchizatının təşkili sahəsində sahibkarlıq fəaliyyəti stimullaşdırılır. 9.5. Çayçılığın inkişafının maliyyələşdirilməsinin və stimullaşdırılmasının digər forma, qayda və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir. I I I f ə s i l ÇAYÇILIĞIN TƏŞKİLİ Maddə 10. Çay əkini materiallarının istehsalı 10.1. Çay əkini materialları müvafiq elmi tədqiqat müəssisələrində və ya müqavilə şərtləri ilə elmi tədqiqat müəssisələrinin nəzarəti altında ixtisaslaşdırılmış tinglik müəssisələrində və çayçılıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin şəxsi təsərrüfatlarında istehsal olunur. 10.2. Azərbaycan Respublikasında istehsal edilən və satılan çay əkini materiallarına qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlara fitosanitar sertifikatı və akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı verilir. [6] 10.3. Çay və çay məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir. [7] 10.4. Çay əkini materiallarının istehsalı, saxlanması, qablaşdırılması, daşınması və satışı qaydalarını və şərtlərini, habelə keyfiyyət göstəricilərini tənzimləyən təlimatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. [8] Maddə 11. Yaşıl çay yarpağının istehsalı texnologiyaları üzrə hüquqi tənzimləmə [9] 11.1. Yaşıl çay yarpağının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində normalaşdırma, bu məhsulların keyfiyyəti və təhlükəsizliyinə dair tələblər, onların istehsal, daşınma, saxlanma, qablaşdırılma, etiketləşdirilmə və satış şərtləri qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir. 11.2. Yaşıl çay yarpağının becərilməsində istifadə edilən kimyəvi maddələrin, bioloji və digər preparatların yol verilən hədləri qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla tənzimlənir. Maddə 12. Yaşıl çay yarpağının emalı, çay məhsullarının istehsalı və çay məhsullarının istehsalı üzrə texnoloji avadanlıqlara dair tələblər [10] 12.1. Yaşıl çay yarpağının emalı xüsusi texnologiyalar əsasında yarpağın ilkin emalını və çay məhsullarının istehsalını əhatə edir və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara və təsdiq edilmiş resepturaya uyğun olaraq həyata keçirilir. 12.2. Əmtəəlik yaşıl çay yarpağının məhsullarının istehsalı üçün istifadə olunan bütün avadanlıq və vasitələrə dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 12.3. Çay məhsullarının tərkibindəki kofeinin və taninin miqdarı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilmiş həddən az, nəmliyi və metalmaqnit qarışıqlarının miqdarı isə çox ola bilməz. 12.4. Çay məhsullarının istehsalı üzrə texnoloji avadanlıqlar mütləq qaydada elektron nəzarət cihazları və avtomatlaşdırılmış kütlə nəzarət sayğacları ilə təchiz edilməlidir. 12.5. Yaşıl çay yarpağının emalında tərkibində narkotik vasitələr və psixotrop maddələr olan kimyəvi, bioloji və digər preparatların istifadəsinə yol verilmir. 12.6. Yeni çay markası istehsalata hazırlanarkən onların tərkibinin, keyfiyyət göstəricilərinin, insan orqanizmi üçün təhlükəsizliyinin və yararlılıq müddətinin müvafiq qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğunluğu müəyyən olunur, bu göstəricilər məhsulun normativ sənədlərinə daxil edilir. 12.7. Keyfiyyət göstəricilərinin müvafiq standartla müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə istehsalçının öz istəyi əsasında çay məhsulları akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən könüllü sertifikatlaşdırılır. Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Maddə 13. Çay məhsullarının qablaşdırılması, etiketləşdirilməsi və saxlanması 13.1. İstehlak bazarına çıxarılan çay məhsulları “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə uyğun olaraq qablaşdırılır və etiketləşdirilir. [11] 13.2. Çay məhsullarının qablaşdırılması, etiketləşdirilməsi və saxlanması qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun olaraq həyata keçirilir. [12] 13.3. Azərbaycan Respublikasında istehsal edilən çay məhsulunun etiketində aşağıdakılar göstərilməlidir: 13.3.1. məhsulun adı və əmtəə markası; 13.3.2. istehsalçının adı və əmtəə nişanı; 13.3.3. məhsul qrupu; 13.3.4. yararlılıq müddəti; 13.3.5. normativ sənədin (standart, texniki şərt və s.) adı, istehsal və qablaşdırma tarixi; 13.3.6. məhsulun mənşəyi, növü (növlü məhsul üçün) və kütləsi; 13.3.7. sertifikatlaşdırma haqqında məlumat; 13.3.8. sifarişçinin təklifi ilə digər məlumatlar. 13.4. Etiketlərdə göstərilən məlumatlar Azərbaycan dilində, məhsulun adı isə həm Azərbaycan dilində, həm də xarici dillərin birində yazılır. 13.5. İxrac edilən çay məhsullarının etiketlərinin tərtibatı tərəflər arasında bağlanılmış müqavilədə razılaşdırıla bilər. 13.6. Çay məhsullarının saxlanması və daşınması onların keyfiyyət və kəmiyyət göstəricilərinin sabitliyini təmin edən vasitələrlə həyata keçirilir. Maddə 14. Çay məhsullarının istehsalı üzrə texnoloji avadanlıqlara dair tələblər 14.1. Çay məhsullarının istehsalı üzrə texnoloji avadanlıqlar yeyinti sənayesində istifadəsinə icazə verilən materiallardan hazırlanmalıdır. Yaşıl çay yarpağının istehsalında və emalında istifadə edilən texniki və texnoloji avadanlıqlara idxaldan əvvəl çay emalı ekspertinin rəsmi rəyi alınır və onlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilir. 14.2. Çay məhsullarının istehsalı üzrə texnoloji avadanlıqlar mütləq qaydada elektron nəzarət cihazları və avtomatlaşdırılmış kütlə nəzarət sayğacları ilə təchiz edilməlidir. Maddə 15. Çay sənayesi müəssisələrinin attestasiyası 15.1. Çay məhsulları istehsal edən müəssisələr buraxılan məhsulların insan həyatı və sağlamlığına, habelə ətraf mühitin mühafizəsinə təminat verən texniki, ekoloji, sanitariya, yanğından mühafizə normalarına və qaydalarına uyğunluğuna görə icbari attestasiyadan keçirilir. 15.2. Attestasiya, müəssisələrdə istehsal edilən və istehlak bazarına çıxarılan hər məhsul markası üzrə müvafiq icra hikimiyyəti orqanı tərəfindən keçirilir və müəyyən olunmuş qaydada sənədləşdirilir. 15.3. Attestasiyanın keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 16. Çay məhsullarının dequstasiyası 16.1. Çay məhsullarının yeni markası tərkibinə və fiziki-kimyəvi göstəricilərinə görə oxşar məhsullardan fərqlənməlidir. 16.2. Çay məhsullarının yeni markası və çeşidləri istehsala hazırlanarkən onların nümunələri tələb olunan sənədlərlə birlikdə qablaşdırılmazdan əvvəl müvafiq icra hakimiyyəti orqanının mərkəzi dequstasiya komissiyasına təqdim edilməlidir. 16.3. Çay məhsullarının yeni markasının dequstasiyadan keçirilməsi və sənədləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən olunur. 16.4. Çay məhsullarının yeni markası “Patent haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq patentləşdirilir. [13] 16.5. Çay məhsullarının yeni markası qanunvericiliyə uyğun olaraq sənədləşdirildikdən sonra istehlak bazarına çıxanla bilər. IV f ə s i l ÇAY MƏHSULLARININ DÖVRİYYƏSİ Maddə 17. Çay məhsullarının reklamı [14] Çay məhsullarının reklamı “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 18. Çay məhsullarının idxalı və ixracı 18.1. Çay məhsullarının idxalı və ixracı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 18.2. Çay məhsullarının idxalı yerli çay istehsalı nəzərə alınmaqla Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq gömrük tarifləri vasitəsilə tənzimlənir. 18.3. Azərbaycan Respublikasına idxal olunan çay məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. İdxal olunan çay məhsulunun istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçdiyi halda həmin istehsalçının məhsullarına qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı tələb olunmur. Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunmuş çay və çay məhsullarının Azərbaycan Respublikasına idxal edilməsinə yol verilmir. [15] 18.4. Çay məhsullarının ixracına məhdudiyyət qoyulmur. Maddə 19. Məhdudlaşdırıcı tədbirlərin tətbiqi [16] 19.1. Sahibkarlıq subyektlərində yoxlamaların aparılması, o cümlədən məhdudlaşdırıcı tədbirlərin tətbiqi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 19.2. Dövriyyədən çıxarılmış çay məhsullarının məhv edilməsi və ya istifadə edilməsi “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tənzimlənir. V f ə s i l ÇAY MƏHSULLARININ KEYFİYYƏTİNİN TƏMİN EDİLMƏSİ VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ Maddə 20. Çay məhsullarının keyfiyyətinə dair tələblərin normalaşdırılması 20.1. Çay məhsullarının keyfiyyətinin təmin edilməsi sahəsində normalaşdırma bu məhsulların keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri, onların istehsal, daşınma, saxlanma, emal, qablaşdırma, etiketləşdirmə, markalarına və satış şərtlərini müəyyən edən texniki, sanitariya, ekoloji və digər standartlar, norma, qayda və tələblər vasitəsilə həyata keçirilir. 20.2. Çay məhsullarının keyfiyyətinə dair normativ sənədlərin tələbləri çayçılıq subyektləri üçün məcburidir. Maddə 21. Çay məhsullarının keyfiyyət göstəricilərinin qiymətləndirilməsi 21.1. Azərbaycan Respublikasında istehsal edilən və ölkəyə gətirilən çay məhsulları fiziki-kimyəvi, orqanoleptik, toksikoloji, mikrobioloji və radioloji göstəricilərinə görə təhlil edilir və qiymətləndirilir. Təhlil üçün götürülmüş məhsulların miqdarı müvafiq normativ aktlarla müəyyən edilir, dəyəri və laboratoriya xərcləri idxalçının hesabına ödənilir. Keyfiyyət göstəricilərinin qiymətləndirilməsi “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş sınaq laboratoriyalarında vahid metodika üzrə aparılır. [17] 21.2. Çay məhsullarının tərkibində insanların həyatı və sağlamlığı üçün zərərli maddələrin miqdarı qüvvədə olan standartlarla və gigiyenik normativlərlə tənzimlənir. 21.3. Keyfiyyət göstəriciləri qiymətləndirilmiş yaşıl çay yarpağı, habelə dövlət gigiyena qeydiyyatına alınmış çay məhsulları müvafiq qaydada sertifikatlaşdırılır. Maddə 22. Çay məhsullarının saxtalaşdırılmadan qorunması və minimum keyfiyyətinə nəzarət [18] 22.1. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istehsalçıları və ya idxalçıları qida təhlükəsizliyi qeydiyyatına alınmayan və qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmayan, patent hüququ başqasına məxsus olan, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun istehsal edilməmiş çay məhsulları saxta hesab olunur. 22.2. Çay məhsullarının minimum keyfiyyətinin təmin edilməsi ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. 22.3. İstehlakçılar və qeyri-hökumət təşkilatları çay məhsullarının keyfiyyətinə nəzarəti həyata keçirə bilərlər. Maddə 23. Çayçılıq haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət Çayçılıq haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Maddə 24. Mübahisələrin həlli Çayçılıq fəaliyyəti ilə bağlı mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. Heydər ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 17 dekabr 2002-ci il № 402-IIQ QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI 1. 7 dekabr 2007-ci il tarixli 509-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1218) 2. 14 iyun 2016-cı il tarixli 289-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 21 iyul 2016-cı il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1242) 3. 29 noyabr 2016-cı il tarixli 419-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 yanvar 2017-ci il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017 ci il, №1 , maddə 7) 4. 14 aprel 2017-ci il tarixli 603-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 iyun 2017-ci il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 715) 5. 31 oktyabr 2017-ci il tarixli 841-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 dekabr 2017-ci il, № 270, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab maddə 2209) 6. 7 dekabr 2018-ci il tarixli 1388-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 fevral 2019-cu il, № 26, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 10) 7. 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI [1] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 1.0.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 1.0.6-cı maddə əlavə edilmişdir. [2] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 2.1-ci maddəyə “bu Qanundan” sözlərindən sonra “, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanunundan” sözləri əlavə edilmişdir. [3] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 2.2-ci maddəyə “keyfiyyətinə” sözündən əvvəl “minimum” sözü əlavə edilmişdir. [4] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 6.0.4-cü maddəyə “məhsullarının” sözündən sonra “minimum” sözü əlavə edilmişdir. [5] 7 dekabr 2018-ci il tarixli 1388-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 fevral 2019-cu il, № 26, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 10) ilə 9.1-ci maddədə “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə əvəz edilmişdir. [6] 31 oktyabr 2017-ci il tarixli 841-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 dekabr 2017-ci il, № 270, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab maddə 2209) ilə 10.2-ci maddədə “onların sortluq və əkin keyfiyyətlərini təsdiq edən şəhadətnamə və fitosanitar vəziyyətinə dair sertifikat” sözləri “onlara fitosanitar sertifikatı və akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı” sözləri ilə əvəz edilmişdir. [7] 14 iyun 2016-cı il tarixli 289-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 21 iyul 2016-cı il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1242) ilə yeni məzmunda 10.3-cü maddə əlavə edilmişdir. [8] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə yeni məzmunda 10.4-cü maddə əlavə edilmişdir. [9] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 11-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Maddə 11. Çay əkini materiallarının yetişdirilməsi, çay plantasiyalarının salınması və yaşıl çay yarpağının istehsalı üzrə normativ sənədlər 11.1. Çaya yararlı torpaqların seçilməsi, hazırlanması, çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi və yaşıl çay yarpağının istehsalı üzrə normativ sənədlərə onların becərmə, istehsal, saxlanma və satış qaydalarını, habelə keyfiyyət göstəricilərini nizamlayan və müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilmiş standartlar, təlimatlar və tövsiyələr aiddir. 11.2. Çay plantasiyalarının salınması və çay əkini materiallarının yetişdirilməsi ilə məşğul olan hüquqi və fiziki şəxslər, onların sort tərkibinin təmizliyinə və fitosanitar vəziyyətinə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 11.3. Yaşıl çay yarpağının becərilməsi, yığılması və daşınması normativ sənədlərə və texnoloji normalara uyğun olaraq həyata keçirilir. 11.4. Yaşıl çay yarpağının becərilməsində istifadə edilən zərərli kimyəvi maddələrin, bioloji və digər preparatların yol verilən hədləri müvafiq normativ sənədlərlə müəyyən olunur. [10] 7 dekabr 2007-ci il tarixli 509-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1218) ilə 12.3-cü maddəsində “narkotik” sözündən sonra “vasitələr və psixotrop” sözləri əlavə edilmişdir. 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 12-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Maddə 12. Yaşıl çay yarpağının emalı 12.1. Yaşıl çay yarpağının emalı xüsusi texnologiyalar əsasında yarpağın ilkin emalını və çay məhsullarının istehsalını əhatə edir və müvafiq standartların tələblərinə, sanitariya normalarına və qaydalarına riayət edilməklə, təsdiq edilmiş texnoloji təlimatlara və resepturaya uyğun olaraq həyata keçirilir. 12.2. Çay məhsullarının tərkibindəki kofeinin və taninin miqdarı qüvvədə olan standartlarla müəyyən edilmiş həddən az, nəmliyi və metalmaqnit qarışıqlarının miqdarı isə çox ola bilməz. 12.3. Yaşıl çay yarpağının emalında tərkibində narkotik vasitələr və psixotrop maddələr olan kimyəvi, bioloji və digər preparatların istifadəsinə yol verilmir. 12.4. Yeni çay markası istehsalata hazırlanarkən onların tərkibinin, keyfiyyət göstəricilərinin, insan orqanizmi üçün təhlükəsizliyinin və yararlılıq müddətinin müvafiq standartlara və tələblərə uyğunluğu müəyyən olunur, bu göstəricilər məhsulun normativ sənədlərinə daxil edilir. [11] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 13.1-ci maddədə “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq” sözləri “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə uyğun olaraq” sözləri ilə əvəz edilmişdir. [12] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 13.2-13.4, 13.6, 14, 15, 16.5 və 20-ci maddələr ləğv edilmişdir. [13] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 16.4-cü maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 16.4. Çay məhsullarının yeni markası Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət reyestrində qeydiyyata alınır və patentləşdirilir. [14] 29 noyabr 2016-cı il tarixli 419-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 yanvar 2017-ci il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 7) ilə 17.3-cü maddəsində “Azərbaycan Respublikasının qanunvericiliyinə” sözləri “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri ilə əvəz edilmişdir. 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 17-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Maddə 17. Çay məhsullarının satışa çıxarılması, satışının qadağan edilməsi və reklamı 17.1. Azərbaycan Respublikasında satışa çıxarılan çay məhsullarının müşayiətedici sənədlərində Azərbaycan dilində aşağıdakılar barədə məlumatlar olmalıdır: 17.1.1. məhsulun adı və kütləsi, o cümlədən istehlak qabında olan kütləsi, habelə istehsal edildiyi tarix və istifadəyə yararlılıq müddəti; 17.1.2. istehsalçının adı, hüquqi ünvanı və istehsal olunduğu ölkənin adı; 17.1.3. normativ sənədin (standart, texniki şərt və s.) adı, məhsulun sertifikatlaşdırılması; 17.1.4. beynəlxalq müsabiqələrin qalibi olması barədə qeyd; 17.1.5. məhsulun tərkibi və istehsalında istifadə edilən əlavələr; 17.1.6. məhsulun tərkibində insan həyatı və sağlamlığı üçün zəruri maddələrin yol verilən miqdarı. 17.2. Çay məhsullarının satışı aşağıdakı hallarda qadağan olunur: 17.2.1. saxtalaşdırılması müəyyən olunduqda; 17.2.2. istehsal markasına uyğun gəlmədikdə; 17.2.3. məhsulun hər partiyası üçün müvafiq sertifikatlar olmadıqda; 17.2.4. keyfiyyəti, qablaşdırılması və etiketləşdirilməsi qüvvədə olan standartların tələblərinə və gigiyenik normativlərə uyğun gəlmədikdə. 17.3. Çay məhsullarının reklamı “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. [15] 14 iyun 2016-cı il tarixli 289-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 21 iyul 2016-cı il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1242) ilə 18.3-cü maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 18.3-cü maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 18.3. Azərbaycan Respublikasına idxal olunan çay məhsullarının keyfiyyəti qüvvədə olan standartların və gigiyenik normativlərin tələblərinə cavab verməlidir. Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunmuş çay və çay məhsullarının Azərbaycan Respublikasına idxal edilməsinə yol verilmir. [16] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 19-cu maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Maddə 19. Çay məhsullarının dövriyyədən götürülməsi 19.1. Çay məhsullarının dövriyyədən götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə həyata keçirilir. 19.2. Çay məhsulları dövriyyədən aşağıdakı hallarda götürülür: 19.2.1. məhsulun hər partiyası üçün müvafiq sertifikatlar olmadıqda; 19.2.2. qüvvədə olan normativ sənədlərə uyğun qablaşdırılmadıqda və etiketləşdirilmədikdə; 19.2.3. məhsulun keyfiyyəti qüvvədə olan normativ sənədlərin və gigiyenik normativlərin tələblərinə cavab vermədikdə; 19.2.4. qanuni istehsalı və dövriyyəsi barədə sənədləri olmadıqda; 19.2.5. sahibsiz olması müəyyən edildikdə. 19.3. Dövriyyədən götürülmüş çay məhsulları bu Qanunun 19.2.3-cü maddəsində göstərilən halda məhv edilir, digər hallarda isə istifadə edilir. [17] 14 aprel 2017-ci il tarixli 603-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 iyun 2017-ci il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 715) ilə 21.1-ci maddəsinin üçüncü cümləsində “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş laboratoriyalarda,” sözləri “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş sınaq laboratoriyalarında” sözləri ilə əvəz edilmişdir. [18] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383) ilə 22-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Maddə 22. Çay məhsullarının saxtalaşdırılmadan qorunması və keyfiyyətinə nəzarət 22.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş müddətdə attestasiyadan keçirilmədən, dövlət gigiyena qeydiyyatına alınmadan, habelə təsdiq edilmiş texnoloji normalara uyğun üsullara, ardıcıllığa və materiallara riayət edilmədən istehsal olunmuş çay məhsulları saxta hesab olunur. 22.2. Daxili bazarın saxtalaşdırılmış çay məhsullarından qorunması məqsədilə çayçılıq subyektləri istehsal etdikləri məhsulları qanunvericiliklə müəyyən olunmuş qaydada sertifikatlaşdırmalı, qablaşdırmalı və məhsulun xarici tərtibatını bu Qanunla müəyyən edilmiş qaydada aparmalıdırlar. 22.3. Çay məhsullarının keyfiyyətinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyən edilir. 22.4. Çay məhsullarının keyfiyyətinə dövlət nəzarəti funksiyalarını öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. 22.5. İstehlakçılar və qeyri-hökumət təşkilatları çay məhsullarının keyfiyyətinə nəzarət funksiyalarını səlahiyyətləri daxilində həyata keçirə bilərlər.