跳到主要内容
Nelum
阿塞拜疆的法律

Law No. 401-IIQ on environmental education and public awareness

颁布于 2002-12-10 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu № 401-IIQ.
语言
Russian; Azerbaijani
类型
法令
国家
阿塞拜疆
主题
Environment
关键词
education, capacity building

在哪里阅读

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. YÜKLƏ Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Bu Qanun əhalinin ekoloji təhsili və maarifləndirilməsi ilə bağlı dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir, bu sahədə münasibətləri tənzimləyir. I f ə s i l ÜMUMİ MÜDDƏALAR M a d d ə 1 . Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. ekoloji təhsil - ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə üzrə normaların, xüsusi biliklərin, təcrübənin tədrisi və öyrənilməsi prosesi; 1.0.2. ekoloji biliklər - ətraf mühitə, ekologiyaya, insan və təbiət arasında qarşılıqlı əlaqələrə dair məlumatlar; 1.0.3. ekoloji maarifləndirmə - ekoloji mədəniyyətin formalaşmasına yönəldilmiş ekoloji bilik və təcrübənin yayılması; 1.0.4. ekoloji mədəniyyət - əhalinin və ölkənin ekoloji təhlükəsizliyinə, insanın ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və təcrübənin məcmusu. M a d d ə 2 . Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında qanunvericilik Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, təhsil və ətraf mühitin mühafizəsi ilə bağlı qanunlardan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən və digər müvafiq normativ hüquqi aktlardan ibarətdir. M a d d ə 3 . Qanunun təsir dairəsi 3.1. Bu Qanunun təsir dairəsinə ekoloji təhsil prinsiplərini özündə əks etdirən və dövlət təhsil standartlarına uyğun fasiləsiz ekoloji təhsil və maarifləndirmə sistemi, həmçinin təhsil müəssisələrində ekoloji təhsilə aid informasiya məkanı daxildir. 3.2. Bu Qanun ekoloji təhsil və maarifləndirmə sahəsində idarəetməni həyata keçirən dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına, təhsil müəssisələrinə, əhalinin maarifləndirilməsi ilə məşğul olan, həmçinin digər aidiyyəti hüquqi və fiziki şəxslərə şamil edilir. M a d d ə 4 . Əhalinin ekoloji təhsili və maarifləndirilməsi sahəsində dövlət siyasətinin əsas prinsipləri 4.1. Əhalinin ekoloji təhsili və maarifləndirilməsi sahəsində dövlət siyasəti ətraf mühitin mühafizəsi və təhsil haqqında qanunvericiliyin tələblərinə, müvafiq dövlət proqramlarına, habelə bunlara dair ölkədə və beynəlxalq təcrübədə mövcud olan prinsiplərə uyğun həyata keçirilir. 4.2. Əhalinin ekoloji təhsili və maarifləndirilməsi sahəsində dövlət siyasətinin prinsiplərinə aşağıdakılar aiddir: 4.2.1. ümumi ekoloji biliklərə yiyələnməsi üçün hər kəsə bərabər şəraitin yaradılması; 4.2.2. orta təhsil sistemində ekoloji biliklərin tədrisinin icbariliyi; 4.2.3. ekoloji təhsil və maarifləndirmə prosesinin fasiləsizliyi; 4.2.4. ekoloji təhsil və maarifləndirmə sahəsində aşkarlığın təmin olunması; 4.2.5. ekoloji təhsil və maarifləndirmə sahəsində dövlət siyasətinin həyata keçirilməsində əhalinin və qeyri-hökumət təşkilatlarının iştirakına şərait yaradılması. I I f ə s i l ƏHALİNİN EKOLOJİ TƏHSİLİ VƏ MAARİFLƏNDİRİLMƏSİ SAHƏSİNDƏ İDARƏETMƏ M a d d ə 5 . Ekoloji təhsil və maarifləndirmə sahəsində dövlət hakimiyyəti orqanlarının hüquqları və vəzifələri 5.1. Ekoloji təhsil və maarifləndirmə sahəsində dövlət hakimiyyəti orqanlarının hüquqları və vəzifələri aşağıdakılardır: 5.1.1. ekoloji təhsil və maarifləndirmə sahəsində dövlət siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsi və onların həyata keçirilməsi; 5.1.2. ekoloji təhsil və maarifləndirmə sisteminin təşkil edilməsi; 5.1.3. ekoloji təhsil və maarifləndirmə sisteminin informasiya və elmi-metodik təminatı; 5.1.4. sahə qanunvericiliyinin digər normativ hüquqi aktlara uyğunluğunun təmin edilməsi; 5.1.5. təhsil və ekoloji təhsil proqramlarının uyğunluğunu təmin etmək üçün dövlət ekspertizasının aparılması; 5.1.6. ekoloji təhsil və maarifləndirmə sahəsində dövlət və yerli özünüidarəetmə orqanlarının, qeyri-hökumət təşkilatlarının, müvafiq hüquqi və fiziki şəxslərin fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi; 5.1.7. ekoloji təhsil və maarifləndirmə sahəsində dövlət ekoloji proqramların hazırlanması, təsdiqi və həyata keçirilməsi; 5.1.8. ekoloji təhsil və maarifləndirmə sistemi üçün mütəxəssis-ekoloqların, elmi, pedaqoji və digər kadrların hazırlanması və ixtisaslarının artırılması; 5.1.9. ekoloji təhsil sahəsində beynəlxalq müqavilələrin və proqramların, dövlətlərarası sazişlərin hazırlanması və yerinə yetirilməsi; 5.1.10. ekoloji təhsil və maarifləndirmə sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin, o cümlədən qeyri-hökümət təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması. 5.1.11. ekoloji təhsilin və maarifləndirmənin təbii ehtiyatlardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi və onun bərpa edilməsi üzrə fəaliyyətin təmin edilməsi; 5.1.12. ekoloji təhsil və maarifləndirmə məsələlərinin müvafiq dövlət proqramlarına daxil edilməsi; 5.2. Ekoloji təhsil və maarifləndirmə üzrə dövlət proqramları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada hazırlanır, qəbul edilir və dərc olunur. M a d d ə 6 . Ekoloji təhsil və maarifləndirmə sahəsində yerli özünüidarəetmə orqanlarının hüquqları və vəzifələri 6.0. Yerli özünüidarəetmə orqanlarının bu Qanuna uyğun olaraq öz səlahiyyətləri daxilində ekoloji təhsil və maarifləndirmə sahəsində aşağıdakı hüquqları və vəzifələri vardır: 6.0.1. ərazi hüdudları daxilində ekoloji təhsilin idarə edilməsi üzrə strukturların yaradılmasında iştirak etmək; 6.0.2. qanunvericiliyə uyğun olaraq ekoloji təhsili və maarifləndirməni təşkil etmək, bu sahədə tədris fəaliyyətini həyata keçirən hüquqi şəxslər yaratmaq, dövlət və bələdiyyə təhsil müəssisələrindən, məlumat-tədris bazasından istifadə etmək; 6.0.3. əhalinin ekoloji təhsili və maarifləndirilməsi üzrə dövlət və regional proqramların işlənməsi və təkmilləşdirilməsi baxımından təkliflər irəli sürmək, qanunvericilikdə nəzərdə tutulan qaydada bu proqramların həyata keçirilməsində iştirak etmək, ekoloji təhsilin inkişafına kömək etmək. M a d d ə 7 . Əhalinin ekoloji təhsili və maarifləndirilməsi sahəsində fiziki şəxslərin, qeyri-hökumət təşkilatlarının və digər hüquqi şəxslərin hüquqları və vəzifələri 7.1. Əhalinin ekoloji təhsili və maarifləndirilməsi sahəsində fiziki şəxslərin, qeyri hökumət təşkilatlarının və digər hüquqi şəxslərin hüquqları və vəzifələri: 7.1.1. dövlət siyasətinə dair təklif və layihələrin, dövlət proqramlarının hazırlanmasında, ekoloji təhsilin keyfiyyəti üzrə aparılan monitorinqdə, sahə üzrə beynəlxalq əməkdaşlıq proqramlarının işlənməsində və həyata keçirilməsində iştirak etmək; 7.1.2. təhsil prosesini təmin etmək məqsədilə tələb olunan ekoloji məlumatlara dair sorğu göndərmək və onu əldə etmək; 7.1.3. məlumat-tədris və ekoloji təhsil bazasını yaratmaq və ondan istifadə etmək; 7.1.4. ekoloji biliklərə yiyələnmək; 7.1.5. ekoloji təhsili qanunvericiliyə müvafiq olaraq dövlət təhsil standartlarına uyğun həyata keçirmək; 7.1.6. hər kəsi təbiətə qayğı və məsuliyyətli münasibət bəsləmək ruhunda tərbiyə etmək. 7.2. Ekoloji təhsil ilə məşğul olan hüquqi və fiziki şəxslər bu sahə üzrə müvafiq sənədə malik olmalıdırlar. M a d d ə 8 . Əhalinin ekoloji təhsili və maarifləndirilməsi sahəsində fəaliyyətin əlaqələndirilməsi 8.1. Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları əhalinin ekoloji təhsili və maarifləndirilmənin təşkili, onun həyata keçirilməsi sahəsində öz fəaliyyətlərini əlaqələndirirlər. 8.2. Bu fəaliyyətlərin əlaqələndirilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sahələrarası komissiya yaradılır. Bu komissiyanın fəaliyyəti həmin orqanın təsdiq etdiyi əsasnamə ilə tənzimlənir. 8.3. Sahələrarası komissiyanın tərkibinə ətraf mühitin mühafizəsi, qanunvericilik, elm, təhsil, mədəniyyət, media subyektləri, iqtisadiyyat, səhiyyə, hüquq mühafizə və digər dövlət orqanlarının, habelə tibb müəssisələrinin, bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının nümayəndələri daxil ola bilərlər. [1] M a d d ə 9 . Ekoloji təhsil və maarifləndirmə üzrə məsləhət şuralarının yaradılması 9.1. Ekoloji təhsil və maarifləndirmə sahəsində hüquqi və fiziki şəxslərin ekoloji təhsil, ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə məsələləri üzrə məlumatlandırılması, onlara elmi-metodik məsləhətlərin verilməsi məqsədi ilə məsləhət şuraları yaradılır. 9.2. Məsləhət şuraları ekoloji təhsilin və maarifləndirmənin təşkili və icrası ilə məşğul olan müvafiq hüquqi şəxslərin, icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının nəzdində yaradılır. 9.3. Məsləhət şuralarının fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnamə ilə tənzimlənir. I I I f ə s i l EKOLOJİ TƏHSİL VƏ MAARİFLƏNDİRMƏ SAHƏSİNDƏ STANDARTLAR VƏ İQTİSADİ TƏNZİMLƏNMƏ M a d d ə 1 0 . Ekoloji təhsil sahəsində dövlət təhsil standartları 10.1. Ekoloji təhsil üzrə dövlət təhsil standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlaqədar dövlət orqanlarının iştirakı ilə hazırlanır və təsdiq edilir. 10.2. Ekoloji təhsil sahəsində təhsil müəssisələrinin tipləri, təhsilalma formaları və mərhələləri üçün nəzərdə tutulan icbari ekoloji təhsil proqramlarının məzmunu müvafiq dövlət təhsil standartlarına uyğun müəyyənləşdirilir. 10.3. Ekoloji təhsil üzrə dövlətin təhsil standartları ekoloji təhsilin keyfiyyətinin yüksəldilməsi, bu sahədə mütəxəssislərin bilik səviyyəsinin müəyyənləşdirilməsi məqsədi ilə aparılan attestasiya sənədlərində əsas götürülür. M a d d ə 1 1 . Ekoloji təhsil və maarifləndirmə sahəsində iqtisadi tənzimlənmə 11.1. Ekoloji təhsil və maarifləndirmə ilə bağlı fəaliyyətin maliyyə mənbələri aşağıdakılardır: 11.1.1. dövlət və yerli büdcələrdən ayırmalar; 11.1.2. dövlət ekoloji fondların vəsaitləri; 11.1.3. qrantlar, ianələr və qanuna zidd olmayan digər daxilolmalar. 11.2. Maliyyə vəsaitləri aşağıdakı məqsədlər üçün istifadə olunur: 11.2.1. ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlı dövlət, regional və digər proqramlar üzrə ekoloji təhsilin və maarifləndirmənin maliyyələşdirilməsinə; 11.2.2. ekoloji təhsil və maarifləndirmə sahəsində dövlət siyasətini yerinə yetirən hüquqi və fiziki şəxslər üçün maddi və mənəvi stimullaşdırma sisteminin təşkilinə. I V f ə s i l ƏHALİNİN EKOLOJİ TƏHSİLİ VƏ MAARİFLƏNDİRİLMƏSİ SAHƏSİNDƏ QANUNVERİCİLİYİN TƏLƏBLƏRİNİN YERİNƏ YETİRİLMƏSİNƏ NƏZARƏT M a d d ə 1 2 . Qanunun yerinə yetirilməsinə nəzarət 12.1. Bu Qanunun yerinə yetirilməsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. 12.2. Müvafiq icra hakimiyyəti orqanları hər il əhalinin ekoloji təhsili və maarifləndirilməsinə dair hesabat hazırlayır və onu dərc edir. 12.3. Qeyri-hökumət təşkilatları bu Qanunun icrası ilə bağlı ictimai nəzarətin həyata keçirilməsində iştirak edə, həmçinin sahələrarası komissiyaya və məsləhət şuralarına bu sahəyə aid təkliflər verə bilərlər. M a d d ə 1 3 . Qanunun pozulmasına görə məsuliyyət 13.1. Bu Qanunun pozulmasına görə məsuliyyət müvafiq qanunvericiliklə müəyyən edilir. 13.2. Ekoloji təhsil və maarifləndirmə sahəsində mübahisələrə qanunvericiliklə müəyyən edilən qaydada baxılır. V f ə s i l BEYNƏLXALQ ƏMƏKDAŞLIQ M a d d ə 1 4 . Ekoloji təhsil və maarifləndirmə sahəsində beynəlxalq əməkdaşlıq 14.1. Ekoloji təhsilin və maarifləndirmənin səmərəli təşkil edilməsi məqsədi ilə dünya təcrübəsindən istifadə, ölkənin ümumdünya ekoloji təhsil və maarifləndirmə, informasiya məkanına daxil edilməsi məsələləri ekoloji təhsil sahəsində beynəlxalq əməkdaşlıq prinsiplərinə əsaslanır. 14.2. Ekoloji təhsil və maarifləndirmə sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyi, beynəlxalq müqavilələr və sazişlər əsasında həyata keçirilir. 14.3. Beynəlxalq əməkdaşlıq dövlət hakimiyyəti orqanları tərəfindən bağlanan müqavilələrə, sazişlərə, konvensiyalara, habelə Azərbaycan Respublikasının və xarici ölkələrin hüquqi və fiziki şəxsləri arasında razılaşmalara uyğun həyata keçirilir. Heydər ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 10 dekabr 2002-ci il № 401-IIQ İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. 23 aprel 2021-ci il tarixli 303-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 543) 2. 17 fevral 2023-cü il tarixli 818-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73) QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI [1] 23 aprel 2021-ci il tarixli 303-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 543) 8.3-cü maddəsindən “səhiyyə,” sözü çıxarılmışdır və həmin maddəyə “habelə” sözündən sonra “tibb müəssisələrinin,” sözləri əlavə edilmişdir. 17 fevral 2023-cü il tarixli 818-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73) ilə 8.3-cü maddəsində “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz edilmişdir.

Law No. 401-IIQ on environmental education and public awareness · Nelum