跳到主要内容
Nelum
阿塞拜疆的法律

Law No. 262-IIQD amending the relevant legislative acts in connection with the implementation of the Law No. 109-IIQ on protecting the atmosphere

颁布于 1999-03-22 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
Atmosfer havasının mühafizəsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasinin Qanunu № 262-IIQD.
语言
Azerbaijani
类型
法令
国家
阿塞拜疆
主题
Air and atmosphere, Waste and hazardous substances
关键词
air quality/air pollution, pollution control, public health, waste disposal, waste domestic sources, waste non-domestic sources, liability/compensation, waste management

在哪里阅读

    该法律没有记录来源链接。

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: I. "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 10, maddə 606) 12-ci maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin: "Atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir.". II. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2000-ci il, № 8, maddə 584; 2001-ci il, № 3, maddə 139, I kitab; 2001-ci it, № 7, maddə 455) aşağıdakı məzmunda 76-1-ci maddə əlavə edilsin: " M a d d ə 7 6 - 1 . Atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması 76-1.0. Atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması, yəni: 76-1.0.1. müvafiq icra hakimiyyəti orqanlarının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılmasına; 76-1.0.2. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə nəzarət etmək məqsədi ilə quraşdırılmış qurğuların, avadanlıqların və cihazların istismarı qaydalarının pozulmasına; 76-1.0.3. atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinə cavab verməyən yeni və yenidən qurulmuş qurğuların və avadanlıqların istismara verilməsinə; 76-1.0.4. atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməyən və atmosfer havasına zərərli maddələrin atılmasına nəzarət üçün texniki vasitələrlə təmin olunmasını nəzərə almayan kəşflərin, ixtiraların, səmərələşdirici təkliflərin, yeni texniki sistemlərin, maddələrin tətbiq edilməsinə, habelə bu cür texnoloji avadanlıqların idxal edilməsinə; 76-1.0.5. sənaye və məişət tullantılarının toplanması, yandırılması, bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, mineral gübrələrin və digər preparatların daşınması, saxlanması, tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havasının çirklənməsinə; 76-1.0.6. müəssisə, idarə və təşkilatların yerləşdiyi yerlərdə atmosfer havasının vəziyyətinə nəzarət qaydalarına əməl edilməməsinə görə fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on mislindən otuz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin əlli mislindən səksən mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.”. III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV Bakı şəhəri, 12 fevral 2002-ci il № 262-IIQD http://e-qanun.az/code/13

Law No. 262-IIQD amending the relevant legislative acts in connection with the implementation of the Law No. 109-IIQ on protecting the atmosphere · Nelum