Law No. 1220-IVQD amending the Water Code
颁布于 2015-03-06 · 文本截至 2026-10-01
以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。
研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。
关于这部法律
- 原标题
- Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasinin Qanunu № 1220-IVQD.
- 语言
- Azerbaijani
- 类型
- 法令
- 国家
- 阿塞拜疆
- 主题
- Fisheries and aquaculture, Water
- 关键词
- aquaculture, aquatic animals, aquatic plants, fishery management and conservation, water resources management, inland waters, sustainable use
在哪里阅读
该法律没有记录来源链接。
文本
所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。
Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır: Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 135; 1999, № 8, maddə 476; 2002, № 5, maddə 237; 2003, № 1, maddə 10; 2004, № 2, maddə 57; 2006, № 11, maddə 923; 2007, № 5, maddə 436, № 10, maddə 938; 2008, № 2, maddə 47; Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1129-IVQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin: 1. 35-ci maddənin onuncu abzasına “balıqçılıq” sözündən sonra “, o cümlədən akvakultura” sözləri əlavə edilsin. 2. 36-cı maddə üzrə: 2.1. birinci hissədə “həvəskar balıq ovu” sözləri “balıq və digər su bioresurslarının həvəskar ovu” sözləri ilə əvəz edilsin; 2.2. ikinci hissədə “təbiəti mühafizə” sözləri “ətraf mühitin mühafizəsini” sözləri ilə, “balıq ehtiyatlarını” sözləri “balıq və digər su bioresurslarını” sözləri ilə əvəz edilsin; 2.3. üçüncü hissədə “balıq” sözündən sonra “və digər su bioresurslarının” sözləri əlavə edilsin; 2.4. beşinci hissənin ikinci cümləsində “balıq tutmaq” sözləri “balıq və digər su bioresurslarının ovu” sözləri ilə əvəz edilsin. 3. 66-cı maddə üzrə: 3.1. birinci hissədə “Balıq ehtiyatlarının yetişdirilməsi, artırılması və ovlanması üçün vətəgə əhəmiyyətli” sözləri “Balıq və digər su bioresurslarının ovu, toplanması və akvakultura üçün balıqçılıq” sözləri ilə əvəz edilsin; 3.2. ikinci hissədə “Balıqçılıq əhəmiyyətli sututarlarından və ya onların ayrı-ayrı sahələrindən” sözləri “Balıqçılıq su obyektlərindən” sözləri ilə əvəz edilsin; 3.3. üçüncü hissədə “balıq ehtiyatlarının” sözləri “balıq və digər su bioresurslarının” sözləri ilə, “balıq təsərrüfatı meliorasiya” sözləri “balıqçılıq təsərrüfatı meliorasiyası” sözləri ilə əvəz edilsin. http://e-qanun.az/code/4 4. 67-ci maddənin adında, birinci və ikinci hissələrində “balıq yetişdirilməsi və ovlanması” sözləri “balıq və digər su bioresurslarının ovu və akvakultura” sözləri ilə əvəz edilsin. 5. 68-ci maddə üzrə: 5.1. adında “İdman və həvəskar balıq ovu” sözləri “Balıq və digər su bioresurslarının idman və həvəskar ovu” sözləri ilə əvəz edilsin; 5.2. birinci hissə aşağıdakı redaksiyada verilsin: “Xüsusi mühafizə olunan təbiət əraziləri və balıqartırma təsərrüfatları istisna olmaqla, digər balıqçılıq su obyektlərindən bu Məcəlləyə və su obyeklərindən istifadəyə dair digər normativ hüquqi aktlara uyğun olaraq balıq və digər su bioresurslarının idman və həvəskar ovu üçün istifadə edilə bilər.”; 5.3. ikinci hissədə “sututarları” sözü “dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərini” sözləri ilə əvəz edilsin; 5.4. üçüncü hissədə “idman və həvəskar balıq ovu” sözləri “balıq və digər su bioresurslarının idman və həvəskar ovu” sözləri ilə əvəz edilsin. 6. 69-cu maddə üzrə: 6.1. adından “əhəmiyyətli sututarlarda” sözləri çıxarılsın; 6.2. birinci cümlədə “Qiymətli balıq növlərinin, su heyvanlarının və bitkilərinin” sözləri “Qiymətli növ balıq və digər su bioresurslarının” sözləri ilə, “əhəmiyyətli sututarlarda” sözləri “balıqçılıq su obyektlərində” sözləri ilə əvəz edilsin; 6.3. ikinci cümlədə “sututarların” sözü “su obyektlərinin” sözləri ilə əvəz edilsin. 7. 70-ci maddə üzrə: 7.1. adında və birinci hissədə “əhəmiyyətli sututarlarda” sözləri “su obyektlərində” sözləri ilə əvəz edilsin; 7.2. birinci hissədə “balıq ehtiyatlarının” sözləri “balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin; 7.3. ikinci hissədə “əhəmiyyətli sututarlardan” sözləri “su obyektlərindən” sözləri ilə əvəz edilsin. 8. 71-ci maddə üzrə: 8.1. adında “əhəmiyyətli sututarların” sözləri “su obyektlərinin” sözləri ilə əvəz edilsin; 8.2. birinci abzasda “əhəmiyyətli sututarlarda” sözləri “su obyektlərində” sözləri ilə əvəz edilsin. 9. 75-ci maddənin ikinci hissəsində “balıq tutmaq, ov etmək, su bitkiləri yığmaq” sözləri “balıq və digər su bioresurslarını ovlamaq və toplamaq” sözləri ilə əvəz edilsin. 10. 81-ci maddənin birinci hissəsində “balıq ehtiyatlarının” sözləri “balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin. 11. 94-cü maddənin ikinci hissəsində “əhəmiyyətli sututarlarda” sözləri “su obyektlərində” sözləri ilə, “balıqların, digər su heyvanları və bitkilərinin” sözləri “balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 6 mart 2015-ci il № 1220-IVQD