跳到主要内容
Nelum
阿塞拜疆的法律

Law № 602-VQD amending the Law on organic agriculture

颁布于 2017-04-14 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
Ekoloji təmiz kənd təsərrüfatı haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu № 602-VQD.
语言
Azerbaijani
类型
法令
国家
阿塞拜疆
主题
Agricultural and rural development
关键词
ecological production/organic production, certification

在哪里阅读

    该法律没有记录来源链接。

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 24-cü bəndini rəhbər tutaraq, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır: “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 8, maddə 700; 2013, № 3, maddə 206, № 11, maddə 1293; 2014, № 11, maddə 1367; 2016, № 7, maddə 1238) aşağıdakı dəyişikliklər edilsin: 1. 1.1.4-cü maddədə “ekoloji təmiz kənd təsərrüfatının tələblərinə” sözləri “müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə” sözləri ilə, “sertifikatlaşdırma orqanı” sözləri “uyğunluğu qiymətləndirən qurum” sözləri ilə əvəz edilsin. 2. 5.0.8-ci maddədə “və sertifikatlaşdırma üzrə orqanları” sözləri “orqanları və uyğunluğu qiymətləndirən qurumları” sözləri ilə, “akkreditasiya sənədləri” sözləri “akkreditasiya attestatı” sözləri ilə əvəz edilsin. 3. 5.0.9-cu maddədə “və sertifikatlaşdırma” sözləri çıxarılsın və “uçotunu” sözündən sonra “və akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların reyestrini” sözləri əlavə edilsin. 4. 5.0.10-cu maddə aşağıdakı redaksiyada verilsin: “5.0.10. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilmiş qurumların akkreditasiya tələblərinə cavab vermədiyi aşkar edildikdə akkreditasiya attestatının qüvvəsinin müvəqqəti dayandırılması və ya uyğunluğu qiymətləndirən qurum tərəfindən müəyyən edilmiş nöqsanların bildirişdə göstərilən müddətdə aradan qaldırılmaması halında nöqsanın xarakterindən asılı olaraq, akkreditasiya sahəsinin məhdudlaşdırılması və ya akkreditasiya attestatının ləğvi barədə qərar qəbul etmək;”. 5. 10.5-ci maddədə “sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqan” sözləri “akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum” sözləri ilə əvəz edilsin. http://e-qanun.az/framework/28108 http://e-qanun.az/framework/28108 http://e-qanun.az/framework/15321 6. 11.1-ci maddədə “və sertifikatlaşdırma orqanının təklifi əsasında” sözləri “nəzərə alınmaqla, akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun rəyi əsasında” sözləri ilə əvəz edilsin. 7. 11.2.5-ci maddədə “sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanların” sözləri “akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların” sözləri ilə əvəz edilsin. 8. 11.2.6-cı maddədə “sertifikatlaşdırma orqanlarının” sözləri “uyğunluğu qiymətləndirən qurumların” sözləri ilə əvəz edilsin. 9. 12-ci maddə üzrə: 9.1. adında “sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlar” sözləri “akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar” sözləri ilə əvəz edilsin; 9.2. 12.1-ci maddədən “və sertifikatlaşdırma” və “və ayrı-ayrılıqda fəaliyyət göstərirlər” sözləri çıxarılsın, “müvafiq icra hakimiyyəti orqanları” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilsin; 9.3. aşağıdakı məzmunda 12.1-1-ci maddə əlavə edilsin: “12.1-1. Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.”; 9.4. 12.2-ci maddədə “Ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlar” sözləri “Ekoloji müşahidə üzrə akkreditasiya edilmiş orqanlar və akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar” sözləri ilə əvəz edilsin; 9.5. 12.3-cü maddədən “və sertifikatlaşdırma” sözləri çıxarılsın. 10. 13.3-cü maddədə “ərzaq məhsullarının” sözlərindən sonra “, idarəetmə sistemlərinin” sözləri əlavə edilsin. 11. 16.1-ci maddədə “sertifikatlaşdırma orqanı” sözləri “akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar” sözləri ilə əvəz edilsin. 12. 16.7.3-cü maddədə “sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanların adı və kodu” sözləri “akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların adı” sözləri ilə əvəz edilsin. 13. 17.5-ci maddədə ismin müvafiq hallarında “sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlar” sözləri ismin müvafiq hallarında “akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar” sözləri ilə əvəz edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 14 aprel 2017-ci il № 602-VQD

Law № 602-VQD amending the Law on organic agriculture · Nelum