Law № 595-VQD amending the Law No. 513-IQ on gas supply
颁布于 2017-04-15 · 文本截至 2026-10-01
以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。
研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。
关于这部法律
- 原标题
- Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasinin Qanunu № 595-VQD.
- 语言
- Azerbaijani
- 类型
- 法令
- 国家
- 阿塞拜疆
- 主题
- Energy
- 关键词
- energy conservation/energy production, certification, natural gas, business/industry/corporations, transport/storage
- 类别
- *, energy
在哪里阅读
该法律没有记录来源链接。
文本
所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 563; 2004, № 7, maddə 505; 2007, № 5, maddə 442; 2009, № 10, maddə 768; 2010, № 5, maddə 374; 2011, № 4, maddə 262, № 12, maddə 1091; 2015, № 11, maddə 1251; 2016, № 12, maddə 1991) aşağıdakı dəyişikliklər edilsin: 1. 1-ci maddənin altıncı abzası aşağıdakı redaksiyada verilsin: “qaz eksperti - qaz təchizatı sahəsində sınaq işlərinin aparılması üzrə “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş fiziki və hüquqi şəxslər;”. 2. 3-cü maddəyə aşağıdakı məzmunda 9-cu hissə əlavə edilsin: “9. Sənaye qurğularının və proseslərinin, istehlakçı qurğularının, enerji daşıyıcılarının və məhsullarının sertifikatlaşdırılması “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən aparılır. ”. 3. 4-cü maddənin ikinci hissəsinin birinci cümləsindən “və sertifikat verildikdən” sözləri, ikinci cümləsindən “və sertifikatın verilməsinə” sözləri çıxarılsın. 4. 8-ci maddənin birinci hissəsindən “sertifikatlaşdırılması,” sözü, dördüncü hissəsindən “və sertifikatlarının” sözləri çıxarılsın. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 14 aprel 2017-ci il № 595-VQD