跳到主要内容
Nelum
阿塞拜疆的法律

Law № 541-VQD amending the Law No. 176-VQ on licences and permits

颁布于 2017-03-10 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu № 541-VQD.
语言
Azerbaijani
类型
法令
国家
阿塞拜疆
主题
Livestock, Food and nutrition, Cultivated plants, Wild species and ecosystems
关键词
certification, authorization/permit
类别
agriculture

在哪里阅读

    该法律没有记录来源链接。

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq qərara alır: Maddə 1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632, № 12, maddələr 2017, 2036) aşağıdakı dəyişikliklər edilsin: 1.1. 8.1.5-ci, 19.12.4-cü, 22.4-cü, 22.5-ci və 26.1.2-ci maddələrdə “icazənin” sözü “lisenziyanın (icazənin)” sözləri ilə, 22.4-cü və 22.5-ci maddələrdə “İcazənin” sözü “Lisenziyanın (icazənin)” sözləri ilə əvəz edilsin; 1.2. aşağıdakı məzmunda 19.8-1-ci maddə əlavə edilsin: “19.8-1. Bu Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə lisenziyanın verildiyi tarixdən 30 gün müddətində lisenziya sahibi ilə lisenziya verən orqan arasında lisenziya müqaviləsi bağlanılmalıdır. Lisenziya müqaviləsi bağlanılmadıqda, bu Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə verilmiş lisenziya hüquqi nəticələr yaratmır. Lisenziya müqaviləsinin formasını və bağlanılma qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”; 1.3. aşağıdakı məzmunda 19.12-1-ci maddə əlavə edilsin: “19.12-1. Bu Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə verilmiş lisenziyada lisenziyanın verilməsindən sonra bu Qanunun 19.8-1-ci maddəsində nəzərdə tutulan lisenziya müqaviləsi bağlanılmadığı halda, verilmiş lisenziyanın hüquqi nəticələr yaratmayacağı barədə qeyd olmalıdır.”; 1.4. 22.1-ci maddənin birinci cümləsində “Lisenziyalar” sözündən sonra “(bu Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə verilən lisenziyalar istisna olmaqla)” sözləri, üçüncü cümləsində “bitmiş” sözündən sonra “lisenziya və” sözləri əlavə edilsin; 1.5. aşağıdakı məzmunda 22.1-1-ci maddə əlavə edilsin: “22.1-1. Bu Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə lisenziya 10 il müddətinə verilir.”; 1.6. həmin Qanunun 1 nömrəli əlavəsinin 6.3-cü maddəsi ləğv edilsin; 1.7. həmin Qanunun 2 nömrəli əlavəsinə aşağıdakı məzmunda 4-1-ci maddə əlavə edilsin: 4-1. sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə) Maddə 2. Bu Qanun qüvvəyə mindiyi günədək sellülar (mobil) rabitə xidmətlərinin həyata keçirilməsi üçün verilmiş və qüvvədə olan lisenziyalara münasibətdə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində nəzərdə tutulan tədbirlərin görülməsi üçün həmin Qanunun 19.12-1-ci və 26.1.9-cu maddələri əsasdır. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 10 mart 2017-ci il № 541-VQD

Law № 541-VQD amending the Law No. 176-VQ on licences and permits · Nelum