跳到主要内容
Nelum
阿塞拜疆的法律

Green Development: Energy efficiency and alternative sources

颁布于 2014 · 文本截至 2026-10-01

以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。

研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。

关于这部法律

原标题
Yaşıl İnkişaf: Enerji səmərəliliyi və alternativ mənbələr.
语言
Azerbaijani
类型
policy
国家
阿塞拜疆
主题
Energy, Environment
关键词
energy conservation/energy production, renewable energy, air quality/air pollution, bioenergy, business/industry/corporations, climate change, emissions, environmental standards, protection of environment, sustainable development, waste domestic sources, waste management, waste non-domestic sources, pollution control, standards, access-to-information, capacity building, ecofriendly products/ecofriendly processes, education, environmental planning, financing, subsidy/incentive, innovation, investment, labour, natural gas, oil, poverty, research, risk assessment/management, social protection, special fund, transport/storage, policy/planning
类别
*, energy

在哪里阅读

文本

所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。

  1. 1.1. Nəyə görə yaşıl iqtisadiyyat? 14

  2. 1.2. Yaşıl iqtisadiyyat nədir? 15

  3. 1.3. Yaşıl iqtisadiyyata təşəbbüs 17

  4. 1.4. Yaşıl iqtisadiyyatda fiskal siyasət 21

  5. 1.5. Yaşıl iqtisadiyyat və məşğulluq 26

  6. 1.6. Yaşıl iqtisadiyyat və beyin mərkəzləri 31 1.7. Yaşıl iqtisadiyyat və Korporativ Sosial Məsuliyyət 34

  7. 1.8. Yaşıl iqtisadiyyatın mənfi tərəfləri varmı? 41

  8. 1.9. Yaşıl iqtisadiyyat və Azərbaycan 42 Fəsil 2. Alternativ və bərpa olunan enerji mənbələri 51

  9. 2.1. Giriş 51 2.2. Alternativ (bərpa olunan) enerji mənbələrinin əsas inkişaf prinsipləri 54

  10. 2.3. Sosial-iqtisadi inkişaf 54

  11. 2.4. Enerji resurslarına çıxış 55

  12. 2.5. Enerji təhlükəsizliyi 56

  13. 2.6. İqlim dəyişikliyi və ətraf mühitə təsirin azaldılması 57

  14. 2.7. AEM-in inkişafına mane olan baryerlər 58

  15. 2.7.1. Sosial-mədəni baryerlər 58

  16. 2.7.2. İnformasiya və məlumatlılıq baryerləri 59

  17. 2.7.3. Bazar uğursuzluqları və iqtisadi baryerlər 60

  18. 2.8. Alternativ (bərpa olunan) enerji mənbələrinin normativ-hüquqi çərçivədə inkişaf etdirilməsi 61

  19. 2.9. Yaşıl tarif (Feed-in Tariff) 64 2.10. Azərbaycanda alternativ (bərpa olunan) enerji mənbələrinin inkişaf perspektivi 67

  20. 2.11. Nəticə 73 -2- YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Fəsil 3. Enerji subsidiyaları 75

  21. 3.1. Giriş 75 3.2. Enerji subsidiyalarının təsnifatı və hesablanması 76

  22. 3.2.1. Enerji subsidyalarının təsnifatı 76

  23. 3.2.2. Enerji subsidiyalarının hesablanması 78

  24. 3.2.3. Enerji subsidiyalarının tətbiqi 81

  25. 3.3. Subsidiyaların iqtisadi, sosial və ekoloji təsiri 83

  26. 3.3.1. Enerji subsidiyalarının iqtisadi təsiri 83

  27. 3.3.2. Enerji subsidiyalarının sosial təsiri 87

  28. 3.3.3. Enerji subsidiyalarının ekoloji təsiri 88 3.4. Enerji subsidiyaları islahatları, dünya təcrübəsi və Azərbaycan 92 3.4.1. Ölkələr üzrə enerji subsidiyaları və həyata keçirilən islahatlar 92

  29. 3.4.2. Azərbaycanda enerji subsidiyaları 99

  30. 3.4.3. Subsidiya reformlarına dair öyrənilmiş dərslər 105 Fəsil 4. Enerji səmərəliliyi və fiskal siyasət 106

  31. 4.1. Enerji səmərəliliyinin təmin edilməsində fiskal alətlərin rolu 106 4.2. Beynəlxalq təcrübədə fiskal alətlərdən istifadə 107

  32. 4.3. Nəticə 112

  33. 4.4. Azərbaycanda fiskal alətlərdən istifadənin inkişaf perspektivləri 114 Fəsil 5. Azərbaycanda davamlı enerji siyasəti 118

  34. 5.1. Azərbaycanda ümumi enerji istehlakı 118 5.2. Azərbaycanın ümumi enerji səmərəliliyi göstəriciləri 120

  35. 5.3. Ev təsərrüfatlarında enerji səmərəliliyi 121

  36. 5.4. Nəqliyyat Sektoru 126

  37. 5.5. Sənaye sektoru 130

  38. 5.6. Energetika sektorunda enerjiyə qənaət 132

  39. 5.7. Nəticə və tövsiyyələr 135 Fəsil 6. Enerji səmərəliliyi: İnstitutsional aspektlər 136 -3- YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR İllüstrasiyalar Cədvəllər Cədvəl 1.1. Yaşıl iqtisadiyyat üzrə fəaliyyət göstərən əsas qurumlar Cədvəl 1.2. Yaşıl iqtisadiyyat Cədvəl 1.3. Azərbaycan İqtisadiyyatının Yaşıllaşdırılmasının SWOT (GZİT) analizi Cədvəl 2.1. Son enerji istehlakında bərpa olunan enerji mənbələri (%) Cədvəl 2.2. AEM-in vacib xüsusiyyətləri Cədvəl 2.3. AEM-ə dair ən mühüm dəstək siyasəti seçimləri Cədvəl 2.4. Azərbaycanda bərpa olunan enerji mənbələrinin potensialı Cədvəl 2.5. Dövlət Agentliyinin fəaliyyəti nəticəsində istifadəyə verilmiş obyektlər Cədvəl 3.1. Enerji Subsidiyalarının əsas növləri Cədvəl 3.2. Neft məhsulları, elektrik, təbii qaz və kömür üçün vergi sonrası subsidiyalar (2011) %-lə Cədvəl 3.3. Köçürmələr matrisi (kömür mədənlərində dəstək siyasətinə dair nümunə) Cədvəl 4.1. Avropa Birliyində enerji vergilərinin ümumi vergilərdə payı (%) Cədvəl 4.2. Avropa Birliyi ölkələrində enerji səmərəliliyinin dövlət sektorunda artırılması imkanları Şəkillər Şəkil 1.1. Davamlı inkişafın yol xəritəsi Şəkil 1.2. Avropada külək enerjisi sektorunda çalışanların məşğulluğa təsiri Şəkil 1.3. 2011-ci ildə müxtəlif iqtisadiyyat sektorlarının gəlirləri Şəkil 2.1. İsrailin Derriqat Bədəvi kəndində günəş panelləri Şəkil 2.2. AEM üzrə dəstək tədbirləri Şəkil 3.1. Enerji subsidiyalarının sosial, iqtisadi və ekoloji təsiri Şəkil 3.2. İstehlak subsidiyalarının miqyası və maliyyələşdirilməsi* Şəkil 3.3. Enerji subsidiyaları və CO2 emissiyası Şəkil 3.4. Qazıntı yanacaqları (fossil fuel) üzrə CO2 emissiyası Şəkil 3.5. Ayrı-ayrı ölkə qrupları üzrə 2004-2010-cu illərdə büdcədən verilən enerji subsidiyaları (ÜDM-də %-lə) -4- YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Şəkil 3.6. Neft ixracatçısı və idxalatçısı olan ölkələrdə vergi öncəsi subsidiyalar (ÜDM-ə faizlə nisbəti) Şəkil 3.7. Azərbaycanın enerji sektorunda subsidiyalar (ÜDM-ə %-lə) Şəkil 3.8. Azərbaycan büdcəsində neft subsidiyaları (2003-2010) Şəkil 3.9. 2012-ci ildə Azərbaycanda kvintillər üzrə su, işıq, qaz və digər yanacaq növlərinə çəkilən xərclər (ev təsərrüfatının büdcəsində faizlə) Şəkil 3.10. Dünya üzrə hər nəfərə düşən ÜDM və karbon emissiyası göstəricilərinin qarşılaşdırılması Şəkil 4.1. Vergilərin ödənilməsi hesabatında Azərbaycanın mövqeyi Şəkil 5.1. 2007-2011-ci illər üzrə Azərbaycanın ümumi enerji təhcizatı (Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi) Şəkil 5.2. 2007-2011-ci illər üzrə Azərbaycanda enerji məqsədi ilə son istehlak Şəkil 5.3. Azərbaycanda ümumi enerji intensivliyi (kne son enerji istehlakı/dollar AQP ÜDM) Şəkil 5.4. 2007-2011-ci illər ərzində ev təsərrüfatlarının enerji istehlakı, Azərbaycan Dövlət Statistika Komitəsi Şəkil 5.5. 2000-2011-ci illər ərzində Azərbaycanda ev təsərrüfatları tərəfindən təbii qaz istehlakı, Azəri Qaz Şəkil 5.6. 2009-cu il Azərbaycanda və bəzi Avropa ölkələrində yaşayış binalarında bir kv. m2-ə düşən enerji istehlakı, kne ilə Şəkil 5.7. 2000-2011-ci illər ərzində Azərbaycanda yük daşınması Şəkil 5.8. 2000-2011-ci illər ərzində Azərbaycanda sərnişin daşınması Şəkil 5.9. 2007-2011-ci illər ərzində nəqliyyat sektorunda istehlak olunan enerji miqdarı və enerji resurslarının bölgüsü Şəkil 5.10. 2002-2011-ci illərdə şəxsi avtomobillərin sayı və istehlak olunduqları regionlar Şəkil 5.11. Azərbaycanda sənaye sektorunda əlavə dəyər (mln. manatla) Şəkil 5.12. Azərbaycanda sənaye sektorunda enerji səmərəliliyinin dinamikası, 2007-2011-ci illər üzrə (kne/$-la) Şəkil 5.13. Sənaye sektorunda enerji intensivliyi (2009, kne/$ əlavə dəyər) Şəkil 5.14. Transformasiya sektorunun prosesləri (2009, ÜET-nin faizi ilə) Şəkil 5.15. Energetika sektorunun daxili istehlakı 2009 (ÜET-nin faizi ilə) -5- YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Akronimlər AB Avropa Birliyi ABEMDA Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ABŞ Amerika Birləşmiş Ştatları AEM Alternativ enerji mənbələri BMT Birləşmiş Millətlər Təşkilatı CCKP İqlim Dəyişikliyi Bilik Portalı CIP İqlim İnformasiya Platforması CDKN İqlim Bilik İnkişafı Şəbəkəsi CWPC İqlim İşləri və Layihə Katalizatoru CTF Təmiz Texnologiya Fondu Dİ Davamlı İnkişaf EESM Elektrik enerjisi üzrə satınalma müqaviləsi EU-ETS Avropa Birliyi Emissiya Ticarəti Sistemi ETSN Ekologiya və Təbii Sərvətlər Nazirliyi ƏDV Əlavə dəyər vergisi ƏMMFP Ətraf Mühit üzrə Milli Fəaliyyət Planı FAO Ərzaq və Kənd təsərrüfatı Təşkilatı FCPF Meşə Karbon Əməkdaşlığı İmkanı FIT Bərpa olunan enerji texnologiyasına investisiyaları sürətləndirən siyasi mexanizm FTSE Faynansiyal Tayms Fond Birjası İndeksi GZİT (SWOT) Guclü, Zəif, İmkan, Təhlükə analizi GEA Almaniya Ətraf Mühit Agentliyi GEF Qlobal Ətraf Mühit İmkanı GGAA Yaşıl İnkişaf Fəaliyyəti Alyansı GEC Yaşıl İqtisadiyyat Koalisiyası GGKP Yaşıl İnkişaf Bilik Platforması GGGI Qlobal Yaşıl İnkişaf İnstitutu GIP Yaşıl Sənaye Platforması GGEF Yaşıl İnkişaf Onlayn Tədris GCCA Qlobal İqlim Dəyişikliyi Alyansı IEA Beynəlxalq Enerji Agentliyi İMF Beynəlxalq Valyuta Fondu İEÖ İnkişaf Etmiş Ölkələr İEOÖ İnkişaf etməkdə olan ölkələr İİİ İnsan inkişafı indeksi -6- YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR İXQ İstixana qazları IFAD Kənd təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond IADB İnter-Amerika İnkişaf Bankı KSM Korporativ Sosial Məsuliyyət QHT Qeyri Hökümət Təşkilatları LDC Ən az İnkişaf etmiş Ölkələr LAK Latın Amerikası və Karib Ölkələri MŞA Mərkəz və Şərqi Avropa MEİ Müstəqil Elektrik Enerjisi İstehsalçıları MDB Müstəqil Dövlətlər Birliyi MDB Çoxtərəfli İnkişaf Bankı OECD İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı OPEC Neft İxrac Edən Ölkələr Birliyi OŞŞ Orta Şərq və Şimali Afrika Ölkələri PAGE Yaşıl İqtisadiyyat üzrə Fəaliyyət üçün Tərəfdaşlıq PPP Dövlət-Özəl Əməkdaşlığı R&D Tədqiqat və İnkişaf REDD Meşəsizləşmə və Meşəliklərin Azalmasından Emissiyaların Azaldılması SCCF Xüsusi İqlim Dəyişikliyi Fondu SCF Strateji İqlim Fondu TMK Trans Milli Korporasiyalar UNEP Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı ÜDM Ümumi Daxili Məhsul UNESCAP BMT-nin Asiya və Sakit okean regionu üçün İqtisadi və Sosial Komissiyası UNSDKP BMT Davamlı Bilik İnkişafı Platforması UNDESA BMT-nin İqtisadi və Sosial İşlər Departamenti UNIDO BMT Sənaye İnkişafı Təşkilatı UNITAR BMT Tədris və Tədqiqat İnstitutu UNESCO BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı UNECE BMT-nin Avropa üzrə İqtisadi Komissiyası UNFCCC BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Sazişi WIPO Dünya İntellektual Mülkiyyət Təşkilatı WB Dünya Bankı WEO Dünya Enerji Mənzərəsi YSÖ Yeni Sənayeləşmiş Ölkələr -7- YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Ön söz Azərbaycan Respublikası sürətlə yeniləşir və ölkə inkişaf templərinə görə, bir sıra istiqamətlərdə dünya və regional liderə çevrilib. Sənaye, kənd təsərrüfatı, xidmət sahələrinin diversifikasiyası, planlaşdırma və idarəetmənin optimallışdırılması, fasiləsiz yeniləşən texnoloji tərəqqi ölkədə iqtisadi və sosial irəliləyişin və ümumiyyətlə davamlı inkişafın uğu- runun təzahürüdür. Əldə edilmiş nailiyyətlər bir çox beynəlxalq təşkilatların rəsmi hesabatlarında da əksini tapıb. Qısa zaman kəsiyində qazanılan uğurların kökündə ölkə Prezidenti İl- ham Əliyev tərəfindən reallaşdırılan və insan potensialına, innovativ texno- logiyalara əsaslanan inkişaf strategiyası durur. Bu strategiya inkişaf prosesi- nin hər bir mərhələsindəiqtisadi və sosial prioritetlərin ardıcıllığının düzgün müəyyən edilməsinə, qlobal və milli maraqların qarşılıqlı surətdə təmininə yönəldilmiş fəaliyyətdən keçir. Göstərilən strategiyaya əsaslanaraq ölkə Pre- zidenti İlham Əliyev bu günlərdə 2014-cü ili «Sənaye ili» elan etdi. Əslində, bununla dövlət başçısı Azərbaycan Respublikasının inkişafının növbəti hədəfini açıqladı. Bəllidir ki, hər hansı bir fəaliyyət mütləq enerjidən istifadəyə əsaslanır. Sənayedə enerjidən səmərəli istifadə olduqca əhəmiyyətlidir. Enerjinin daha səmərəli istifadə, onun effektivliyinin artırılması iqtisadi əhəmiyyət daşıdığı kimi, ekoloji baxımdan da çox vacibdir. Beynəlxalq miqyasda prio- ritet sayılan iqlim dəyişikliklərinin qarşısının alınmasında daha az enerjidən istifadə edilməsi və onun daha təmiz mənbələrdən alınması qlobal məqsəd kimi müəyyənləşdirilib. Bu, eyni zamanda digər qlobal problem olan da- vamlı inkişaf və ekoloji sivilizasiyaya keçidin vacib şərtidir. Enerjidən istifadə səmərəliliyinin bir neçə əsas göstəricisi məlumdur. Onların biri və beynəlxalq təşkilatlar tərəfindən daha çox istifadə edilən göstərici hər hansı bir ölkədə və yaxud iqtisadi fəaliyyət sahəsində bir va- hid enerjinin istifadəsi nəticəsində sənayedə, kənd təsərrüfatında və yaxud xidmət sahələrində yaranmış Ümum Daxili Məhsulun (ÜDM-un) dəyəridir. Azərbaycan Respublikasında enerjinin səmərəli istifadə edilməsi istiqamətində uğurlu fəaliyyət həyata keçirilməkdədir və bu sahədə önəmli nəticələr əldə edilib. Ölkədə son on ildə ÜDM-un hər bir vahidinin isteh- -8- YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR salı üçün enerji sərfi sürətlə azalıb. Göstərilən fakt davamlı inkişaf və yaşıl iqtisadiyyatın ən önəmli göstəricilərindən sayılan bərpa olunan və bərpa olunmayan ehtiyatlardan səmərəli istifadənin bariz təsdiqidir. Beynəlxalq təşkilatların 2013-cü ildə dərc edilmiş hesablamalarına görə, ölkədə miq- darca hər bir kq neftdəki enerjinin istifadəsi nəticəsində 2011-ci ildə dəyəri 7,22 ABŞ dolları olan məhsul istehsal edilib və yaxud xidmət göstərilib. Eyni zamanda nəzərə alınmalıdır ki, həmin beynəlxalq təşkilatların 2003-cü ilin nəticələrinə görə hazırlanmış və dərc edilmiş hesabatlarında bu rəqəm yal- nız 2,1, 2005-ci ildə isə 2,7 ABŞ dolları təşkil edirdi. Dünya Bankı tərəfindən həyata keçirilmiş təhlillər və onların əsasında dərc edilmiş rəsmi hesabatlar göstərir ki, Azərbaycanda bu rəqəm əksər neft və qaz ixrac edən ölkələrin göstəricilərindən daha yüksəkdir. Sözügedən göstəriciyə görə, Azərbaycan enerji resursları ixrac edən ölkələr qrupunda yalnız Norveçdən geri qalır. Son on ildə Azərbaycanda ÜDM-n hər bir vahidinin istehsalı üçün sərf edilən enerjinin səmərəliliyi 300%-dən çox artıb. Hazırda ölkədə ener- ji istifadəsinin səmərəliliyi dünya üçün hesablanmış göstəricilərdən daha yüksəkdir. Məsələn, Dünya Bankının 2013-cü ildə təqdim etdiyi beynəlxalq statistikaya görə, 2003–2011-ci illər arasında dünyada orta hesabla hər bir kq neftdə olan enerji ekvivalentinin istifadəsi nəticəsində istehsal olunmuş ÜDM-nin dəyəri 4,93 ABŞ dollarından 6,19 ABŞ dollarına qədər yüksəlib. Azərbaycanda isə eyni mənbələrə görə, həmin dövrdə bu rəqəmlər müvafiq olaraq 2,26 (2003 il) və 7,22 (2011 il) ABŞ dolları təşkil edib. Göstərilən dinamika Azərbaycanda enerji mənbələrindən səmərəli istifadə sahəsində ardıcıl siyasətin həyata keçirilməsindən xəbər verir. Lakin enerji istifadəsinin səmərəliyinin daha da artırılması milli və qlo- bal prioritet təşkil edir. Təqdim olunmuş «Yaşıl inkişaf : enerji səmərəliliyi və alternativ mənbələr» kitabı ölkədə enerji istifadəsinin səmərəliliyinin artırılmasına yönəldilmiş yeni və çox ciddi bir addım kimi qiymətləndirilə bilər. Kitab eyni zamanda Azərbaycanda yaşıl təfəkkürün formalaşdırılması, enerji səmərəliliyinin təmini və alternativ mənbələrin inkişafı baxımından olduqca dəyərli və zamanında işıq üzü görən nəzəri və praktiki əhəmiyyəti olan bir əsərdir. Hazırkı əsərdə enerjinin səmərəli istifadəsinə aid iki ən əsas istiqamət təhlil edilir: mövcud olan enerji mənbələrindən daha səmərəli istifadə və -9- YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR yeni alternativ enerji mənbələrinin səfərbər edilməsi yolları. Bu məlumatlar həm bütövlükdə ölkə üçün, həm də ölkənin fərqli regionları üçün ayrıca ve- rilib. Göstərilən bilgilər bu səpkidə ilk dəfə təqdim olunub. Belə təqdimatın üstünlüyü ondadır ki, həmin bilgilərdən enerji istifadəsi səmərəliliyinin ar- tırılması və bərpa olunan enerjinin istifadəsi üçün bilavasitə regional proq- ramların tərtibi və eyni zamanda iqtisadiyyatın hər hansı bir sahəsinin in- kişafının planlaşdırılması zamanı istifadə edilə bilər. Kitabdakı məlumatlar Azərbaycanın hazırkı inkişaf mərhələsinin məqsədi olan sənayələşdirmə prosesində enerjidən daha səmərəli istifadə, həmçinin enerji səmərəliliyinin idarə edilməsi sahəsində insan potensialının formalaşdırılması üçün əhəmiyyətli vasitədir. Əsərdə davamlı inkişafın yol xəritəsi, külək, günəş re- sursları xəritələri, yaşıl iqtisadiyyat üzrə əsas qurumlar və onların fəaliyyət istiqamətlərinin təsvirinə geniş yer verilib. Həmçinin mövcud beynəlxalq təcrübənin təhlili, eyni zamanda elmi analizlər üçün əvəzsiz mənbə olan və həm dünya, həm də Azərbaycan miqyasında göstərilən istiqamətlərdə durumu, olduqca önəmli statistik bilgiləri əks etdirən cədvəllər, aparılan müqayisələr əsərin həm elmi, həm də praktiki əhəmiyyətini daha da artırır və insan potensialının inkişafına təsir göstərir. Qeyd etmək lazımdır ki, bu bilgilər Azərbaycanda həm iqtisadi, həm də ekoloji təhlükəsizlik məsələləri ilə əlaqəli şəkildə təqdim edilmişdir. Müəlliflərin əldə etdiyi nəticələr də ölkədə gerçəkləşdirilən dövlət siyasətinin, «Azərbaycan 2020 : Gələcəyə baxış» İnkişaf Konsepsiyasının məntiqinə tam uyğundur və olduqca maraqlıdır. Bütövlükdə əsəri, araşdırı- lan məsələlərə köklü nəzəri-praktiki yanaşma nəzərə alınaraq, Azərbaycanda iqtisadiyyatın yaşıllaşdırılması, alternativ (bərpa olunan) enerji mənbələrindən istifadənin stimullaşdırılması, bu sahədə mütəxəssislərin ha- zırlanması və enerji istehlakçılarının maarifləndirilməsinə yönəlik mühüm addım kimi dəyərləndirmək olar. Urxan Ələkbərov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, Akademik - 10 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Giriş Son illərdə dünyanın inkişaf etmiş ölkələri öz siyasətlərini daha çox davamlı inkişafı təmin etmək istiqamətində qururlar. İqtisadi inkişafın bir modeli olan davamlı inkişafda əsas məqsəd ətraf mühiti qorumaqla mövcud resurslardan insanların ehtiyacları üçün istifadə olunmasını təmin etməkdir. Belə ki, bu resurslar istifadə olunarkən yalnız hazırki vəziyyət deyil, eyni za- manda gələcək nəsillərin potensial ehtiyacları da nəzərə alınmalıdır. Müasir dövrdə enerjiyə və enerji resurslarına olan tələbatı nəzərə alsaq onda davam- lı enerji siyasətinin nə qədər əhəmiyyətli olduğunu görə bilərik. Davamlı enerji siyasəti əsas iki istiqamətdən ibarətdir. Bunlardan biri al- ternativ və bərpaolunan enerji mənbələrindən istifadənin artırılması, digəri isə enerjiyə qənaət və enerji səmərəliliyinin artırılması siyasətləridir. Ənənəvi enerji resurslarının emalı nəticəsində ətraf mühitə verilən ziyan, bu resursla- rın tükənməsi və ölkələrin enerji təhlükəsizliklərini təmin etmək istəmələri davamlı enerji siyasətinin hər iki istiqaməti ilə bağlı tədqiqatların və layihələrin artmasına gətirib çıxarmışdır. Əksər neft-qaz ölkələrindən fərqli olaraq Azərbaycanda da son illərdə bu məsələlərə diqqət artırılmışdır və bir sıra tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 Oktyabr 2004-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” və 2009-cu ildə Alternativ və Bərpa Olu- nan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaradılması bu istiqamətdə aparılan əsas işlərdəndir. Birələrlə məşhur bir təcrübə var. Şüşə qabın içərisində yerləşdirilən və ağzı qapaqla bağlanan birələr üç gün sonra, qabın ağzı açılsa da qapağın yaratdığı “xəyali həddən” yuxarı uçmur və qabı tərk etmirlər. Hətta birələrin törəmələri də “xəyali qapağ”a öyrəşmiş valideynlərinin hərəkətlərini təkrarlayırlar. Əslində belə bir mental maneə bəzən insanlar üçün də mövcud olur. Yüzilliklər boyunca formalaşan streotiplər bəşəriyyətin enerji istifadəsinə münasibətini dəyişmir. Ənənəvi iqtisadi inkişaf modeli bir qum saatını xatırladır: yüksək inkişaf tempi təbii sərvətlərin daha kəskin şəkildə istismarı deməkdir, başqa sözlə sosial rifah halı yaxşılaşdıqca, təbii sərvətlər də azalır. Amma Gallup-ın apardığı sorğular göstərir ki, bəzən xoşbəxtlik heç də iqtisadi inkişaf səviyyəsi - 11 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR və ya onu təmin edən təbii sərvətlərin istismarı (enerji istifadəsi) ilə ölçülmür. Məsələn, adambaşına təxminən 500 kvt/saat enerji istifadə edən Qvatemala sakinləri, hər nəfərə 8 min kvt/saatdan çox elektrik enerjisi istehlak edən Sin- qapurlulara nisbətən özlərini daha xoşbəxt sayırlar. Əslində dünyanın gələcəyi ənənəvi yoldan fərqli yeni bir iqtisadi modelə möhtacdır. Elə bir model ki, iqtisadi inkişaf təbii tarazlığı pozmasın və onun- la ahəng təşkil etsin. 2013-cü ildə müəllifinə Nobel mükafatı qazandıran Hiqs sahəsi (Higgs field) ideyası yeni ekoloji iqtisadi siyasəti (environmen- tally adjusted economic development) müəyyənləşdirmək üçün imkan ya- radır. Ehtimala görə Hiqs sahəsi bu sahədən keçən hissəciklərə kütlə verir və beləliklə, enerji kütləyə çevrilir. Bu zaman təbii ahəng qorunur. Ekolo- ji iqtisadi inkişaf da elə bir ahəngi təmin etməlidir ki, resurslardan mal və xidmətlər istehsal ediləndə təbii ahəng pozulmasın. AMEA Coğrafiya İnstitutunda aparılmış tədqiqatların nəticələrinə görə, 1880-2010-cu illəri əhatə edən dövrdə ölkəmizin ərazisində temperaturun dəyişməsi müxtəlif regionlarda 0,2-dən 1,5 °C-yə qədər təşkil edir və son 40 il ən isti dövr kimi qiymətləndirilir. Temperaturun ən çox yüksəlməsi Kür-Araz ovalığında (0,4-0,9 °C), Qazax-Gəncə zonasında (0,6-1,10 °C), Böyük Qafqazın cənub yamacında (0,5-0,80 °C), Kiçik Qafqazın şimal-şərq (0,6-1,5 °C) və şimal (0,4-0,6 °C) yamaclarında müşahidə olunur1. 1999- cu ildə Helsinki şəhərində “İqlim dəyişmələri və Yer kürəsinin su balansı” mövzusunda ikinci beynəlxalq simpoziumun gəldiyi əsas nəticələrdən biri gələcəkdə iqlimin istiləşməsi prosesində arid (quraq) ərazilərdə yağıntının miqdarı bir qədər də azalacaq, rütubətli ərazilər üçün isə əksinə, yağıntının miqdarı artacaq. Azərbaycan ərazisinin 60 faizinin arid ərazi olması proqnoz- laşdırmağa əsas verir ki, onsuz da su ehtiyatlarından elə də zəngin olmayan respublikamızda yağıntının miqdarı azalmağa meyllidir. AMEA Coğrafiya İnstitutunda və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesablamalarına görə Azərbaycanda gələcəkdə temperaturun yüksəlməsi və yağınıtının azal- ması proqnozlaşdırırlır. Yeni iqlim şəraiti Azərbaycan iqtisadiyyatını uzunmüddətli perspektivdə müəyyən çağırışlarla üz-üzə qoyur. Xüsusilə, kənd təsərrüfatı sahəsində istiliyə və quraqlığa davamlı bitkiçiliyin inkişafı, su resurslarının daha 1 Məmmədov R.M., İqlim dəyişmələri: mif və realliqlar, Elm qəzeti, 30 yanvar 2013-cü il, http://www.elmqazeti. com/rubrics/physics-mathematics-technical/520-iqlim-d-yism-l-ri - 12 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR səmərəli istifadəsi, meliorasiya və irriqasiya infrastrukturunun inkişafı, su itkilərinin azaldılması, Xəzərin su ehtiyalarından təsərrüfat məqsədləri ilə istifadə, istilik və quraqlıq şəraitində infeksion xəstəliklərlə müalicə və s. istiqamətlər diqqət mərkəzinə gətirilməlidir. Davamlı enerji siyasətinin qeyd olunan iki istiqaməti bir-biri ilə çox əlaqəlidir və eyni dərəcədə əhəmiyyətlidir. Bu tədqiqat işi əsasən enerjiyə qənaət və enerji səmərəliliyinin artırılması məsələlərini əhatə edir. Tədqiqat işinin əvvəlində Azərbaycandakı ümumi enerji istehlakı təhlil olunub, son- ra iqtisadiyyatın müxtəlif sahələri üzrə enerji istehlakı və enerji səmərəliliyi göstəriciləri analiz edilib və dünyanın inkişaf etmiş ölkələrinin bənzər göstəriciləri ilə müqaisələr aparılıb. Kitabda Azərbaycanda yüksək ener- ji səmərəliliyinə nail olmaq üçün təkliflər verilib. Eyni zamanda enerji səmərəliliyinin artırılması istiqamətində institutsional islahat imkanları təhlil edilib və bu müvafiq tövsiyyələr edilib. - 13 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR FƏSIL 1. Yaşıl iqtisadiyyat

  40. 1.1. Nəyə görə yaşıl iqtisadiyyat? Müasir iqtisadi inkişaf bir tək makroiqtisadi göstəricilərin səviyyəsi, tələb-təklif və ya iqtisadiyyatın başlıca problemi hesab edilən “nə?”, “kimin üçün?”,“necə?” suallarına cavab tapmaqla müəyyən olunmur. Son qlobal maliyyə böhranını misal gətirərək sübüt etmək olar ki, müasir iqtisadi in- kişafda makro və mikro iqtisadi göstəricilərdən savayı digər təbii amillərə yer yoxdur. Onda müasir iqtisadi nəzəriyyə əsrlər boyu klassikaya çevrilmiş olan iqtisadi modelleri baş vermiş böhranlarla inkar edib nəyi zəruri hesab etməlidir? Müasir iqtisadi inkişaf sırf insan, insan şüuru, onun intellekti, mədəniyyəti, məntiqi və savadını tələb edir. Daha aydın desək, insan təbiəti və onun azad qərarları iqtisadi nəticə və ictimai hadisələri bir-birinə bağla- yan bir körpüdür ki, bu da iqtisadiyyatın bütövlüyünü tamamlayır və onun inkişafını dayanıqlı edir. Davamlı inkişaf anlayışının təməlində yaşadığımız dünyanın iqtisadi və sosial rifahı durur. Bugün dünyada insanın yaşaması üçün bütün növ mal və xidmətlərin istehsalı sağlam ekosistemlər sayəsində mümkündür. Təsadüfi deyildir ki, bugün bütün dünya ölkələri məhz dayanıqlı inkişafa nail ol- mağın yollarını axtarıb onu həyata keçirməyə çalışırlar. Bununla əlaqədar olaraq, davamlı inkişaf konsepsiyası meydana gəlmişdir və onun əsas ide- yası da sosial-iqtisadi və ekoloji inkişafın qarşılıqlı bağlılığı üçün şərait və mexanizmlərin yaradılması, təbii mühitin problemlərinin sosial-iqtisadi proseslərlə vəhdətdə baxılmasıdır. Davamlı İnkişaf Konsepsiyası keyfiyyətcə yeni yanaşma olub özündə aşağıdakı 3 əsas problemin həllini birləşdirir: 1) iqtisadiyyatın davamlı miqyası həyat təminatının ekoloji sisteminə mü- vafiq olmalıdır. 2) resursların və imkanların təkcə indiki nəsil üçün deyil, həmçinin gələcək nəsillər, eləcə də insanla digər bioloji növlər arasında ədalətli bölgüsü (distribution) aparılmalıdır. - 14 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR 3) təbii kapitalı adekvat olaraq nəzərə alan resursların zamanda effektiv böl- güsü (allocation) keçirilməlidir. Beləliklə, davamlı inkişaf konsepsiyası 5 əsas prinsipə əsaslanır: 1. Bəşəriyyət həqiqətən inkişafa davamlı və uzunmüddət mövcud olmaq xa- rakteri verə bilər. Bununla da o hazırda mövcud olan nəslin tələbatlarına cavab verər və eyni zamanda gələcək nəsillərin öz tələbatlarını ödəmək imkanları qorunub saxlanıla bilər. 2. Təbii resursların istismarı sahəsindəki məhdudlaşmalar nisbi xarakterli- dir. Onlar texnika və sosial təşkilin müasir səviyyəsi ilə, eyni zamanda biosferin insan fəaliyyətinin nəticələrini aradan qaldırmaq qabiliyyəti ilə əlaqədardır. 3. Bütün insanların adi tələbatlarını ödəmək və hamının gələcək yaxşı həyata olan ümidinin reallaşdırılmasına şərait yaradılması zərurət olma- lıdır. Bunsuz uzunmüddətli və davamlı inkişaf sadəcə olaraq qeyri-müm- kündür. Ekoloji və digər fəlakətlərin yaranmasının başlıca səbəblərindən biri dünyada adi hadisəyə çevrilmiş səfillikdir. 4. Böyük vasitələrə (kapital və maddi) malik olanların həyat tərzini plane- tin ekoloji imkanları ilə, xüsusilə enerji istehlakı ilə uzlaşdırmaq lazımdır. 5. Əhali artımının sayı və tempi yerin qlobal ekosisteminin dəyişməyə meylli istehsal potensialı ilə uzlaşdırılmalıdır. Davamlı inkişafın dinamik xarakteri xüsusi qeyd edilməlidir. Biz bu prinsipləri diqqətlə nəzərdən keçirsək görərik ki, iqtisadiyyat tam, bütöv bir halda, yəni, özündə sosial və ekoloji tərəfləri də birləşdirməklə in- san amilini və onun gələcəyini önə çıxarır. Bunu praktikada tətbiq etmək üçün bir çox dünya ölkələri özləri üçün davamlı inkişaf konsepsiyaları ha- zırlamışlar. Belə proqramların hazırlanması, elmi konfransların keçirilməsi, elmi-texnoloji tədqiqatların aparılması zamanı aydın olmuşdur ki, biz bu cür inkişafa “Yaşıl iqtisadiyyat” modelini tətbiq etməklə nail ola bilərik. 1.2.Yaşıl iqtisadiyyat nədir? Yaşıl iqtisadiyyat (green economy) paradiqmasına zidd olan qəhvəyi iqtisadiyyat (brown economy) termini, resursların daha çox istifadəsi, aşa- ğı enerji səmərəliliyi, dayanıqlı olmayan enerji qaynaqlarından asılılıq və - 15 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR yüksək dərəcədə iqlim riskinə əsaslanır1. Belə ki, havanın, suyun çirkləndiyi, yaşıllıqların azaldığı indiki vaxtda get-gedə mühüm əhəmiyyət qazanan yaşıl iqtisadiyyat, məhsulları yaşıl paketlərə qoyaraq daha yüksək qiymətlərə sat- maq deyil, hər addımı “davamlılıq” şüuruyla - ekosistemi və bizdən sonrakı nəsilləri düşünərək - atmaq və bizimlə birlikdə təbiətdəki bütün canlıların əsas həyat haqqlarına sahib çıxmaqdır. OECD, UNEP kimi beynəlxalq təşkilatlar “yaşıl böyümə” və ya “yaşıl iqtisadiyyat”ı ekoloji təhlükəsizliyi təmin edən mal və xidmətlərin istehsal və istehlakını, həmçinin yaşıl inkişafa yatırılan investisiyaları nəzərdə tu- taraq bir anlayış olaraq təyin edirlər. Bu baxışda ekoloji davamlılıq təmin edilərkən iqtisadi inkişaf, gəlir artımı, məşğulluq və yoxsulluğun azaldılması düşünülür. Avropa Birliyi isə yaşıl iqtisadiyyatın davamlı istehsal-istehlak, enerji səmərəliliyi və bərpa olunan enerji istifadəsi ilə yeni iş imkanlarının yaradılma- sı və insan rifahının artırılması ilə yaxından əlaqəli olduğunu müəyyən edir2. Yaşıl iqtisadiyyat, əslində yeni iqtisadiyyat anlayışı olaraq da ifadə edilə bilər və ya klassik iqtisadiyyatın təməllərinə insan və təbiət faktorlarının əsaslı bir şəkildə əlavə olunması kimi də təyin oluna bilər. İnsanın və təbiətin dəyərinin bilinməsi, insanların rifahını yüksəldib yoxsulluğun azaldılması, məhdud təbii ehtiyatların effektiv və optimal şəkildə istifadə edilməsi bu yeni iqtisadi anlayışın təməlini meydana gətirir. Hazırda yaşıl iqtisadiyyat anlayışının nəyi əhatə etdiyinin dəqiq olaraq müəyyənləşmiş və hamı tərəfindən qəbul edilən tərifi yoxdur. Bu səbəblə, ayrı-ayrı ölkələr özlərinin xüsusi şərtləri çərçivəsində fərqli təriflər ortaya qoyurlar. Əslində bu günkü dövrdə yaşıl iqtisadiyyatın anlaşılması və ona müvafiq addımların atılmasının dövlətdən-dövlətə fərqlənməsi normaldır. Çünki iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin (İEÖ) insan kapitalı ilə in- kişaf etməkdə olan (İEOÖ) və ya yeni sənayeləşmiş ölkələrin (YSÖ) insan kapitalı arasında keyfiyyət baxımından böyük fərq vardır və bu fərq müvafiq ölkələrin yaşıl iqtisadiyyatla bağlı atdıqları addımlarda da özünü göstərir. Qeyd olunanları ümuləşdirəndə aydın olur ki, davamlı inkişaf iqtisadi, ekoloji və ictimai inkişaf sütunlarının təməli olan yaşıl iqtisadiyyata əsaslanır. 1 UNEP, Annual report, 2009. 2 http://www.unep.org/greeneconomy/AboutGEI/WhatisGEI/tabid/29784/language/en-US/Default.aspx - 16 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR 1.3.Yaşıl iqtisadiyyata təşəbbüs 2012-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Davamlı İnkişaf Konfransındakı (Rio+20) danışıqlardan sonra hökümətlər qərar verdilər ki, yaşıl iqtisadiyyat davamlı inkişaf üçün çox mühüm alətdir. Rio+20 bəyannaməsi informasiya mübadiləsi və potensial imkanların reallığa çevirilməsi ilə yaşıl iqtisadi siyasətin həyata keçirilməsini də vurğuladı. Burada həmçinin maliyyə, texnologiya və elmin mübadiləsi zamanı İEÖ- in birləşərək İEOÖ-ə dəstəyi də nəzərdə tutulur. Buna əsasən beynəlxalq səviyyədə yaşıl iqtisadiyyatın həyata keçirilməsi üzrə təşəbbüslər əsasən aşa- ğıdakı altqruplarda öz əksini tapir: - beynəlxalq yaşıl iqtisadiyyat platformaları və forumları; - beynəlxalq yaşıl iqtisadiyyat üzrə əsas iştirakçılar; - əsas beynəlxalq yaşıl iqtisadiyyat proqramları; - beynəlxalq yaşıl iqtisadiyyat üzrə fondlar/mexanizmlər/obyektlər. Ümumi olaraq, yaşıl iqtisadiyyatın inkişafı naminə indiyə qədər və hazır- da da davam edən 59 beynəlxalq təşəbbüsə cəhd olunmuşdur ki, onun 14-ü bu istiqamətdə olan beynəlxalq forumların payına düşür. Həmin platforma- ların əsas hədəfləri informasiya mübadiləsi, elmin və biliyin idarə olunması, qlobal iqlim dəyişkənliyidir və həmin platformalar aşağıdakılardır: - Yaşıl İnkişaf Bilik Platforması (Green Growth Knowledge Platform - World Bank, Global Green Growth Institute- GGGI, Organisation for Economic Cooperation and Development- (OECD)) - Yaşıl Sənaye Platforması (The Green Industry Platform - UN Industrial Development Organisation- UNIDO, UNEP) - Yaşıl İnkişaf Onlayn Tədris (The Green Growth online e-learning faci- lity - UN Economic and Social Commission for Asia and the Pacific- ESCAP) - Yaşıl Platforma (The WIPO Green platform - World Intellectual Pro- perty Organisation (WIPO)) - İqlim Dəyişikliyi Bilik Portalı (The Climate Change Knowledge Portal -World Bank) - İqlim İnformasiya Platforması (Climate Information Platform - UNDP və bəzi partnyorlarla birgə) - 17 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR - Riql (Reegle - REEEP və REN21) - BMT Davamlı Bilik İnkişafı Platforması (UN Sustainable Development Knowledge Platform - UN Department of Economic and Social Affairs (UNDESA)) və s. Beynəlxalq yaşıl iqtisadiyyatın həyata keçirilməsində geniş əməyi olan iştirakçılar əsasən Avropa Birliyinin İEÖ-i, Avropa Birliyi agentlikləri, nüfuzlu QHT, beyin mərkəzləri, konsaltinq şirkətləri və bəzi özəl sektor nümayəndələridir. Son zamanlar aşağıdakı yeni iştirakçılar da bu prosesə cəlb olunmuşlar: - Qlobal Yaşıl İnkişaf İnstitutu (The Global Green Growth Institute (GGGI)), Yaşıl İqtisadiyyat üzrə Fəaliyyət üçün Tərəfdaşlıq (The Part- nership for Action on Green Economy (PAGE)), BMT Sənaye İnkişafı Təşkilatı (United Nations Industrial Development Organization (UNI- DO)), BMT Tədris və Tədqiqat İnstitutu (UN İnstitute for Training and Research (UNITAR), Yaşıl İnkişaf Fəaliyyəti Alyansı (Green Growth Action Alliance) və Yaşıl İqtisadiyyat Koalisiyası (Green Economy Coa- lition). İqlim dəyişikliyi üzrə fəaliyyət göstərən təşkilatlara İqlim Bilik İnkişa- fı Şəbəkəsi (Climate Development Knowledge Network (CDKN) -Bö- yük Britaniya və Niderland tərəfindən maliyyələşdirilir), İqlim İşləri və Layihə Katalizatoru (ClimateWorks and Project Catalyst - özəl investorlar tərəfindən maliyyələşdirilir), Qlobal İqlim Dəyişikliyi Alyansı (Global Cli- mate Change Alliance - Avropa Birliyi tərəfindən maliyyələşdirilir) və s. mi- sal göstərmək olar. Yaşıl iqtisadiyyatla bağlı həyata keçirilməkdə olan proqramların əsas təşəbbüskarları yuxarıda adı çəkilən əsas təşkilatlarla yanaşı Norveç, Dani- marka, Avtraliya, Almaniya, İspaniya və İsveç kimi fəal ölkələr vardır. Aşağı- dakı cədvəldə isə dominant fondlar, qurumlar və onların yaşıl iqtisadiyyat uğrunda həyata keçirtdikləri və hətta, hazırda da bəzi davam edən proqram- lar üzrə apardıqları maliyyələşmənin həcmi göstərilmişdir. Bundan başqa 1997-ci ildə qəbul edilib, 2005-ci ildə qüvvəyə minən, in- kişaf etmiş və inkişaf etməkdə olan ölkələrin daxil olduğu Kyoto Protokolu (UNFCCC) mövcuddur və o, istixana effekti yaradan qazların emissiyasını azaltmaq üçün sənayeləşmiş ölkələrin məcburi öhdəliklərini müəyyən edən - 18 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR beynəlxalq müqavilədir. Həmin müqavilənin möhləti 2012-ci ildə bitsə də, Qatarın paytaxtı Dohada keçirilən beynəlxalq konfransda onun müddəti 2020-ci ilə kimi uzadıldı. Təxminən 200 ölkənin təsdiqini alan bu qərar yalnız inkişaf etmiş ölkələri əhatə edir. Bu ölkələrdə qlobal səviyyədə isti- xana təsiri yaradan qazların emissiyası isə 15%-dən azdır. Atmosferi ən çox çirkləndirən ölkələrdən ABŞ 1997-ci il tarixli əsl protokolu heç bir zaman təsdiqləmədi. Hal-hazırda protokolda ABŞ, Çin və Hindistan kimi atmosfe- ri ən çox çirkləndirən ölkələrin imzası yoxdur. Doha Konfransında 2015-ci ilə kimi bütün ölkələri əhatə edən və Kyoto Protokolunun əvəz edə biləcək daha geniş diametrli bir plan üzərində də işlərin görülməsi nəzərdə tutuldu. Azərbaycanın isə burada inkişaf etməkdə olan ölkə kimi ətraf mühitə buraxı- lan parnik qazlarının faizinin azalmasında hüquqi öhdəliyi yoxdur. Cədvəl 1.1. Yaşıl iqtisadiyyat üzrə fəaliyyət göstərən dominant qurumlar Fondlar Qurumların adı Qiymətləndirilən həcm Qlobal Ətraf Mühit İmkanı Qlobal Ətraf Mühit 10,5 milyard ABŞ dolları (Global Environment İmkanının qurumları: qrant və 51 milyard Facility) Birləşmiş Millətlər ABŞ dolları müştərək Təşkilatı Ətraf Mühit maliyyələşdirmə üzrə Proqramı (UNEP), BMT İnkişaf Proqramı (UNDP), Dünya Bankı (World Bank), digər çoxtərəfli inkişaf bankları, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD), BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) Ən Az İnkişaf Etmiş QƏMİ (GEF) agentləri Ölkələr Fondu (Least Developed Countries Fund-GEF) 346 milyon ABŞ dolları - 19 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Xüsusi İqlim Dəyişikliyi QƏMİ (GEF) qurumları Fondu (Special Climate Change Fund-GEF) 50 milyon ABŞ dolları və müştərək maliyyələşdirmə üzrə 649 milyon ABŞ dolları Təmiz Texnologiya Fondu Dünya Bankı və digər 4,936 milyard ABŞ dolları çoxtərəfli inkişaf bankları Strateji İqlim Fondu (Stra- Dünya Bankı və digər 1,1 milyard ABŞ dolları tegic Climate Fund-SCF) çoxtərəfli inkişaf bankları – İqlim Sabitliyi üçün Pilot Proqram (Pilot Program for Climate Resilience) SİF-Meşə İnvestisiya Dünya Bankı və digər 639 milyon ABŞ dolları Proqramı (SCF-Forest çoxtərəfli inkişaf bankları Investment Program) SİF-Aşağıgəlirli Dünya Bankı və digər 392 milyon ABŞ dolları Ölkələrdə Bərpaolunan çoxtərəfli inkişaf bankları Enerji Sahəsinin Genişləndirilməsi Proqramı (SCF-Program for Scaling-Up Renewa- ble Energy in Low Income Countries) Meşə Karbon Dünya Bankı, İnter- 385 milyon ABŞ dolları Əməkdaşlığı İmkanı (For- Amerika İnkişaf Bankı est Carbon Partnership (IADB), BMT-nin İnkişaf Facility) Proqramı Mənbə: http://www.climatefundsupdate.org/listing, http://www.unep.org/ Hazırda yaşıl iqtisadiyyatın inkişafı üçün təhlillər, araşdırmalar və yatı- rımlar əsasən aşağıdakı sahələri əhatə edir: - Bacarıqların inkişafı (capacity building): treyninqlər, məsləhət xidmətləri, texniki yardımlar və s. (61%); - Maliyyələşdirmə xidməti: qrantlar, layihələrin maliyyələşdirilməsi və s. (37%); - 20 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR - Elmi araşdırmalar xidməti: əsas bilik bazaları və s. (27%); - İnformasiya xidməti:informasiya mübadiləsi, maariflənmənin inkişafı, elmin idarəedilməsi və s. (64%); - Texnologiya transfer xidməti: texnologiya mübadiləsi və s. (14%). (3) Deməli, yaşıl iqtisadiyyat proqramları tərəfindən daha çox dəstəklənən sahə informasiya sektoru (64%) və daha az dəstəklənən sahə isə texnologiya transferi sektorudur ki, bu da cəmi 14% təşkil edir. Bu göstəricilərə əsasən demək olar ki, elmi araşdırmalara daha çox dəstək olmalıdır ki, nəticədə texnologiya transferi daha sürətlə həyata keçirilsin. Çünki yaşıl iqtisadiyya- ta nail olmaq üçün ölkələrdə müasir və elmi əsaslara söykənən texnologi- yalara ehtiyac vardır, xüsusilə, bu ehtiyac bərpa olunan enerji resurslarının istifadəsi zamanı daha qabarıq şəkildə önə çıxır. Müxtəlif mənbələrin qiymətləndirmələrinə əsasən 2020-ci ilə kimi sırf iqlim dəyişkənliyinin azaldılması məqsədilə bərpa olunan enerji mənbələrinə qoyulacaq investisiyaların həcmi təqribən hər il 500 mil- yard ABŞ dolları təşkil edəcəkdir. Belə investisiya yatırımlarının effektiv nəticələri ölkələr tərəfindən yaşıl iqtisadiyyata yönəlik fiskal siyasətdən asılıdır. 1.4.Yaşıl iqtisadiyyatda fiskal siyasət Yaşıl iqtisadiyyatın inkişafında fiskal siyasətin rolu önəmlidir.Beləki, hər bir ölkənin özünəməxsus fiskal alətləri və islahatları vardır; müxtəlif sahələrdə yanacaqdan istifadəyə görə vergi güzəştləri, israfçı və ekoloji cəhətdən zərərli şəkildə fəaliyyyət göstərən sahələri daha təmiz fəaliyyətə təşviq edən subsidiyalar, təmiz texnologiya və davamlı istehsal fəaliyyəti ilə məşğul olan sektorlara maliyyə güzəştlərinin köməyi ilə dəstək və s. Bütün bunları ümumiləşdirsək yaşıl fiskal siyasətdə istifadə oluna biləcək alətlərin aşağıdakı variantlarının mövcudluğunu görə bilərik: - ekoloji vergi islahatları və alətləri (məsələn, karbon vergisi, vergi güzəştləri və ixtisarları); - intensiv çirkləndirməyə görə cərimə; - ekoloji performansın mükafatlandırılması üçün yaşıl subsidiyalar (məsələn, feed-in tarifi), qrantlar, kreditlər; - 21 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR - ekoloji cəhətdən zərərli fəaliyyətlərə subsidiyaların verilməsinin aradan qaldırılması; - birbaşa dövlət xərcləri (məsələn, ekoloji təmiz infrastruktur və ya təmiz texnologiya üçün tədqiqat və inkişaf (R & D) fəaliyyətinin təşkili) - dolayı dəstək (məsələn, ictimai zəmanətlər və s.). Böyük Britaniya yaşıl iqtisadiyyatın inkişafı üçün bu istiqamətdə FİT (Feed- in-Tarrifs scheme) adlı güzəştli tarifdən istifadə edir. Bu tarifin mahiyyətinə görə, əgər kimsə tutaq ki, öz evinin damında günəş paneli və ya külək enerjisi turbi- ni yerləşdirərsə, həmin şəxslərə bu subsidiya növü tədbiq olunur. Bu alternativ enerjinin şəxsi istehlak və ya hər hansı bir şəbəkəyə ixracından asılı olmayaraq həmin vətəndaşa bu hər iki halda müyyən məbləğdə pul ödənilir və üstəgəl abo- nent hər ay ödəməli olduğu enerji xərclərindən azad olur, çünki o artıq ekoloji cəhətdən həm təmiz, həm də bərpa olunan enerjidən istifadə edir3. Kanada höküməti feed-in tarifləri ilə yanaşı, yaşıl məhsullar istehsal edən firmalara maliyyə yardımını vençur kapitalı (venture capital) verməklə göstərir. Banklar və kredit qurumları adətən kredit riskinin minimum oldu- ğu sahələrə üstünlük verirlər və belə olan halda “yaşıl” firmaların kredit al- maq imkanları məhdudlaşır. Çünki “yaşıl” firmalar qəhvəyi bazar prinsipləri əsasında formalaşmış iqtisadi sistemdə fəaliyyət göstərdiyinə görə bu cür risklərin ola bilmə ehtimalına daha yaxındırlar. Buna görə hökümət bu öhdəliyi öz üzərinə götürmüşdür, lakin hökumət riskin ən az olması üçün eyni vaxtda bir neçə firmaya sərmayə qoyur ki, iflasa uğramış firmaların düş- düyü zərər uğur qazanmış firmalar hesabına ödənilsin. Amma yenə də bu cür maliyyə yardımı dövlət üçün risklidir. Almaniyada isə yaşıl iqtisadıyyatın inkişafı üçün ekoloji vergi (Eco Tax) islahatından istifadə olunur ki, onun da nəticələri bunlardır: - enerjiyə qənaət və ondan daha səmərəli istifadə; - kükürd yanacağından pulsuz istifadə; - bərpa olunan enerji mənbələrinə daha çox investisiya; - enerjiyə qənaət edən məhsulların istehsalının inkişafı (məsələn, yana- caqdan səmərəli istifadə edən avtomobillərin istehsalı); - yeni istehsal edilən avtomobillərin yanacaq istehlakının 20%-ə qədər azaldılması; 3 http://www.energysavingtrust.org.uk/Generating-energy/Getting-money-back/Feed-In-Tariffs-scheme-FITs_ - 22 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR - yol çəkilişi xərclərinin daha da ixtisar edilməsi; - ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayının artması; - günəş enerjsi təsərrüfatının fəaliyyəti nəticəsində su qızdırıcılarının miq- darının iki dəfəyə qədər artımı və bu sektorda yeni iş yerlərinin yaradıl- ması (məsələn, Almaniya Ətraf Mühit Agentliyinin (GEA) hesabatına görə 2003-cü ildə bu verginin tədbiqi nəticəsində Almaniyada 250 min yeni iş yeri açılmışdır.); - bu vergi növü Almaniyanın əsas məqsədlərindən olan 2020-ci ilə kimi CO2 emissiyasının 40%-ə qədər azaldılmasına (1990-cı illərlə müqayisədə) nail olmağa və iqlim mühafizəsi üzrə maarifləndirməyə yardım edir4. Barbadosda ətraf mühit vergisi günəş enerjisi ilə fəaliyyət göstərən su qızdırıcılarının təchizatına böyük köməklik göstərir. Barbados və İndone- ziya ətraf mühit vergilərindən daxil olan gəlirləri ölkənin yoxsul əhalisinin inkişafına dəstək üçün yönləndirir. İordaniya subsidiyaları işsizlik və yoxsulluğun aradan qaldırılması ilə mübarizə aparan, məsələn, dövlət işçilərinin əmək haqqlarının artırılması kimi proqramların həyata keçirilməsi zamanı tədbiq edir və bu yardımı aşağı və orta gəlirli ev təsərrüfatı subyektlərinə də aid edir5. Yeni Zelandiyada isə kənd təsərrüfatına dotasiya sırf ətraf mühitin qorunması deyil, daha çox davamlı inkişafa nail olmaq üçün verilir və bu istiqamətdə islahatlar davam edir6. “Yaşıl” artıma yönəlmiş iqtisadi stimul paketlərinin həcminə və səmərəliliyinə görə Asiya ölkələrindən Cənubi Koreya və Çin daha öndədir. Beləki, Çində “yaşıl” sektorların inkişafı üçün təşviqat paketi ÜDM-in cəmi 3%-ni təşkil edir və bu məbləğ 2020-ci ilə kimi 1,8 milyon yeni iş yerlərinin yaradılmasına yönəldilir. Çin 2020-ci ilə kimi ÜDM-in 3 %-ni yüksək sürətli qatar, külək və günəş enerjisi, eləcə də səmərəli işıqlandırma sisteminin inki- şafına sərf etməyi qərara alıb. Müqayisə üçün qeyd edək ki, ABŞ-nın “yaşıl” təşviqat üçün xərcləri ÜDM-in 0,7%-ni, AB-nin xərci isə ÜDM-in 0,2%-ni təşkil edir7. Yaşıl fiskal siyasət davamlı inkişafın təmin edilməsi üçün zəruri olan is- lahatdır. Uğurlu yaşıl fiskal siyasət isə ənənəvi iqtisadiyyatda bəzən mövcud 4 http://www.unep.org/greeneconomy/EventsConferences/tabid/105555/language/en-US/Default.aspx 5 World Bank (2010), Subsidies in the Energy Sector: An Overview 6 Vitalis, V. (2006), “Subsidy Reform in the New Zealand Agriculture Sector” 7 http://www.unep.org/documents.multilingual/default.asp?DocumentID=624&ArticleID=6548&l=en&t=long - 23 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR olan büdcə konsilidasiyasına səbəb olmur8, çünki o, bölüşdürülmüş təsirlər və səmərəlilik arasındakı tarazlığa söykənir. Burada əsas məsələ qəhvəyi iq- tisadiyyatın mövcudluğunu nəzərə alıb yaşıl fiskal siyasətdə düzgün iqtisadi aləti seçməkdir. Əks halda bu, “yaşıl şirkətlərin” müflisləşməsinə gətirib çı- xaracaqdır. Beləki, “yaşıl” subsidiyalardan alət kimi istifadə edərkən xarici mühit amilləri (qloballaşma, beynəlxalq rəqabət, daxili bazar konyukturası, xüsusilə, istehlakçı psixologiyası və s.) nəzərə alınmalıdır, yoxsa nəticələri gözlənilməz ola bilər. Məsələn, ABŞ höküməti 2011-ci ilin avqustunda günəş panellərinin istehsalı ilə məşğul olan “Solyndra” şirkətinin müflisləşməsini rəsmi elan etdi. Səbəb isə çox sadə idi: şirkət ucuz Çin məhsulları ilə rəqabət edə bilmir. Barak Obamanın rəhbərliyi altında “yaşıl” təşviqat proqramının tətbiqi nəticəsində əldə olunan kreditə federal zəmanət alan ilk şirkətlərdən biri olan “Solyndra”nın müflisləşməsi tənqidçilərə səbəb verdi ki, həmin sti- mullaşdırma proqramının texniki-iqtisadi tərəflərini yenidən araşdırsınlar və çatışmayan tərəfləri müəyyən edib proqramı daha da təkmilləşdirsinlər9. Başqa bir misal: İsveç son 3 il ərzində adambaşına “ekomobiley” (eta- nolla işləyən xüsusi nəqliyyat vasitələri) satışında vergi güzəştləri, belə avtomobillərin alıcıları üçün pul bonusları və avtomobil sığortası güzəştləri şəklində möhkəm dövlət subsidiyalarına görə dünya lideri olmuşdur. Buna baxmayaraq, 2010-cu ildə yalnız bu nəqliyyat sayəsində CO2 emissiyası 100 min ton artmışdır10. Çünki hər avtomobilə düşən CO2 emissiyasının miq- darının azaldılmasına baxmayaraq, ümumi qət olunan kilometrlərin miqda- rı artmışdır, yəni güzəştli şərtlər daxilində insanlar belə avtomobillərdə daha çox səyahət etmişdilər. Bu halı iqtisadi ədəbiyyatlarda Cevons paradoksu 11 (rebound effect) adlandırırlar. Artıq dünyanın müxtəlif ölkələrində tətbiq edilmiş yaşıl fiskal siyəsətin digər bir aləti karbon vergisidir (və ya karbon emissiyası üzrə vergi). Karbon vergisi qlobal istiləşmə və iqlim dəyişikliyinin ən əhəmiyyətli mənbələrindən biri olan və neft, kömür və təbii qaz kimi yanacaqların yanmasından mey- dana gələn karbon emissiyasını azaltmaq məqsədiylə alınan bir vergidir. Bu 8 Beynəlxalq borc əməliyyatlarında, birbaşa borclu olan dövlətin borcu olan təşkilat və ya dövlətlə razılaşaraq, borcun vədəsinin daha da uzadılması prosesinə verilən addır. Xalq arasında “Borcumu nə inkar edirəm, nə də ödəyirəm” kimi izah olunur. Konsolidasiya qərarı alan bir dövlət, o an üçün bu borcların faizini belə ödəyə bilməyəcək vəziyyətdə olur və irəlidəki illərdə özünü düzəldib borclarını bağlasa belə, konsolidasiya əməliyyatı, o ölkənin beynəlxalq kredit qeydini və prestijini aşağı salır. 9 http://www.latimes.com/news/opinion/la-ed-solyndra-20110902,0,7758497.story 10 http://www.treehugger.com/files/2011/03/cleaner-cars-make-people-drive-more.php 11 Cevons paradoksu: texnoloji tərəqqi nəticəsində hər hansı bir resursun istehlak səmərəliliyinin artması elə həmin resursa qarşı olan tələbatı daha da artırır. - 24 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR vergi növünə eyni zamanda CO2 vergisi də deyilir12. Karbon vergisi “yaşıl” subsidiyaların çatışmazlıqlarını nisbətən kompensasiya edir. Beləki, karbon vergisi “qəhvəyi iqtisadiyyat” əsasında formalaşan bir alət olduğuna görə onun əsas məqsədi gəlir götürmək və təbii resurslardan istifadənin qarşısını almaq deyil, əksinə qlobal çirklənməni azaltmaq və təbii resursları qorumaq- dır. Bu vergi növü ətraf mühitə ziyan verən sahələrə tətbiq olunduğu üçün dövlət büdcəsinə ziyan vurmur və həm də yoxsulluq probleminə də müsbət təsir göstərir. Başda Skandinaviya ölkələri olmaqla, Hollandiya, İngiltərə və Almaniya kimi dövlətlər digər vergi yüklərini azaldıb ətraf mühitlə əlaqəli olan vergi yükünü çoxaltmaqla bu balansı qoruyub saxlaya bilirlər. Bu vergi növü Azərbaycan şəraiti üçün də məqsədəuyğundur və eləcə də, Azərbaycan Respublikasının Konstitutsiyasının 39 və 94-cü maddələrinin rəhbər tut- duğu “çirkləndirən özü ödəyir prinsipi”nin həyata keçirilməsinə də kömək edir. Hazırda AB-nin Emissiya Ticarəti Sisteminə (EU-ETS) keçməsi ilə bu vergi növünün əhəmiyyəti bir qədər azalmış kimi görünsə də, bir çox iqtisadçılar (Nobel mükafatlı Qari Bekker daxil olmaqla) karbon vergisini dəstəkləyirlər. Vergi vasitəsilə mübarizə, həm təbii ekosistemlərin və həm də biomüxtəlifliyin qorunması üçün effektiv yol ola bilər. Yuxarıda verilən bütün izahatları ümumiləşdirsək aşağıdakı sistemi ala bilərik: Şəkil 1.1. Davamlı inkişafın yol xəritəsi 12 What ‘s a Carbon Tax, www.carbontax.org - 25 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Ölkələri və atılan addımları nəzərdən keçirərkən aydın olur ki, davamlı inkişafa görə ən təşəbbüskar region Avrozonadır və bu məqsədlə Avropanın 2020-ci ilə kimi olan konkret hədəfləri aşağıdakılardır:  20-64 yaşlı əhalinin 75%-i işlə təmin edilməlidir;  AB-də ÜDM-in 3%-i tədqiqat və inkişafa (R&D) investisiya edilməlidir;  İqlim dəyişkənliyi və enerji istehsalı qoyulan hədəflərə uyğunlaşdırılma- lıdır;  Ümumi təhsil müəssisələrini bitirənlərin və ali və ya ekvivalent təhsil müəssisələrinin 30-34 yaşlı məzunları müvafiq olaraq ən az ümumi əhalinin 10% və 40%-i təşkil etməlidir.  Yoxsulluq riski ən az - 20 milyon insanı əhatə etməlidir. Göründüyü kimi yaşıl iqtisadiyyatın mühüm hədəflərindən biri məşğulluğun təmin edilməsidir.

  41. 1.5. Yaşıl iqtisadiyyat və məşğulluq Rio+20 zirvəsi müəyyən etdi ki, yaşıl iqtisadiyyatın inkişafı ilə məşğulluğun artımı arasında düz mütənasiblik mövcuddur. Beləki, ya- şıl iqtisadiyyat multiplikator rolunu oynayaraq altı sahənin, yəni kənd təsərrüfatı, balıqçılıq, meşə təsərrüfatı, emal sənayesi (məsələn, yüngül və yeyinti sənayesi), bərpa olunan enerji təsərrüfatı və turizmin inkişafını zəruri edir ki, bu da yeni iş yerlərinin açılması üçün imkanlar yaradır. Bu sektorların inkişafı diversifikasiyalaşdırılmış iqtisadi siyasət yürütməyə də imkan verir. Məsələn, Azərbaycanda turizmin inkişafı üçün ölkənin iqtisadi gücü və coğrafi mövqeyi baxımından böyük imkanları vardır. Turizmin inkişafı isə dalğa effekti yaradaraq sadalanan sahələrdə işgüzar canlanma yaradır və məşğulluğu artırır. Sahələrin bir-birilə əlaqəli inkişafı onların defolta uğrama risklərini zəiflədir. Təsadüfi deyildir ki, məhz, Rio +20 zirvəsi də iqtisadiyyatın bu altı sektorunu yaşıl iqtisadiyyat üçün açar səhələr hesab etmişdir. - 26 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Rio+20 hesabatına görə hazırda yaşıl iqtisadiyyatda çalışanların sayı 10 milyon nəfərdir və onun 5 milyonu bərpa olunan enerji sektorunda çalışır. Aşağıdakı qrafikdə Avropada yalnız külək enerjisi sektorunda ça- lışanların sayı göstərilmişdir: 2010-cu ildə bu rəqəm 238 min 135 nəfər olmuşdur və 2030-cu il üçün hədəf bu göstəricini 794 min 79 nəfərə çat- dırmaqdır. Ümumiyyətlə, belə bir sual ortaya çıxır: yaşıl iqtisadiyyat əgər ətrafa zi- yan vurmayan yeni iş yerləri vəd edirsə onda bunlar hansılardır? Cavab üçün sahələri belə qruplaşdırmaq olar: yüksək səviyyəli biliyə və intellektə sahib olan şəxslər, həmçinin müəyyən peşə-ixtisas sahibləri və kənd təsərrüfatı istehsalçıları. Martinez Fernandez və başqaları (13) birbaşa və dolayı ola- raq insan fəaliyyətinin ətraf mühit üzərindəki mənfi təsirlərini azaltmağa istiqamətlənən hər hansı bir işi yaşıl iş olaraq qəbul edirlər13. Xüsusilə, son zamanlar qlobal iqlim dəyişikliyinin qarşısını almaq üçün yaşıl sektorlarda çalışanları “yaşıl boyunluqlular” (green-collar workers) adlandırmağa baş- ladılar. Şəkil 1.2. Avropada külək enerjisi sektorunda çalışanların məşğulluğa təsiri Mənbə:http://www.ewea.org/ 13 Apollo Alliance, Green-Collar Jobs in America’s Cities, United States, 2008. - 27 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Cədvəl 1.2. Yaşıl iqtisadiyyat Yaşıl iqtisadiyyat sahələri Yaşıl işlər Tikinti elektrik və istilik sistemində işçi, dülgər, inşaat operatoru, izolyasiya işçiləri, sənaye yük maşını sürücüləri, inşaat mühəndisləri Nəqliyyat inşaat mühəndisləri, dəmir yolu işçiləri, elektrik, qaynaqçılar, dəmirçilər, mühərrik birləşdiriciləri, istehsal köməkçiləri, avtobus sürücüləri, nəqliyyat üzrə məmurlar, lokomo- tiv mühəndisləri, dəmiryolu konduktorları Ağıllı şəbəkə texnologiyası (Smart Grid) kompüter proqramı mühəndisləri, elektrik və texniki mühəndislər, qaynaqçılar, inşaat işçiləri, sənaye mühəndisləri, təmirçilər Külək enerjisi mühəndislər, dəmir-polad işçiləri, elektriklər, inşaat operatorları, sənaye yük maşını sürücüləri, sənaye istehsal müdirləri, istehsal nəzarətçiləri Günəş enerjisi elektrik mühəndisləri, elektrik, mexaniklər, qaynaqçılar, dəmirçilər, inşaat operatorları, su təsisatçıları, tikinti müdirləri İnkişaf etmiş bioenerji kimya mühəndisləri, kimyaçılar, kənd təsərrüfatı işçiləri, sənaye yük maşını sürücüləri, meşə nəzarətçiləri “Yaşıl boyunluqlular”ın sahib olduqları peşə və bilik bacarıqlarıaşağıdakı kateqoriyalara bölünürlər: • Sadə, təkrarlanan bilik və bacarıqlar (məsələn, surətçıxarma aparatı ilə iş); • Texniki bacarıqlar (dizayn, İKT sahəsində peşə bacarıqları və s.); • İnkişaf etmiş və elmi biliyə əsaslan bacarıqlar (biznesin planlaşdırıl- ması, keyfiyyətə nəzarət, insan resurslarının planlaşdırılması, intellek- tual mülkiyyətin idarə edilməsi, maliyyə menecmenti, təhlükəsizlik əməliyyatlarının aparılması, daha çox xarici dil bilmək və s.) • Sahibkarlıq qabiliyyəti (motivasiya, qrupla işləmək qabiliyyəti, təşəbbüskarlığı qiymətləndirmə, yaşıl məhsullara adaptasiya və s.) • Yaşıl işlər nəinki məşğulluğu təmin edir, həm də insanların sosial-iqti- sadi rifahını yüksəldir. Appolo Alliance-a görə əgər bir iş ətraf mühiti yaxşılaşdırarkən işçisinə ödəniş etmirsə, ya da aşağı gəlirli işçiləri yüksək - 28 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR bacarıq tələb edən peşələrə aparan bir karyera imkanı yaratmırsa, o işin yaşıl iş olaraq qəbul edilməsi mümkün deyildir. İndi isə yaşıl iqtisadiyyatın əmək bazarına təsirini üç zaman kəsiyində nəzərdən keçirək: • Qısa müddət ərzində - daha çox karbon emissiya edən sektorlarda iş yerlərinin ixtisarını yaşıl sektorda yeni iş yerləri kompensasiya edəcəkdir. Bunun üçün texnoloji inkişaf yaşıl iqtisadiyyat prinsiplərinə əsaslanan sek- torların rəqabət qabiliyyətinin artırılmasını təmin etməlidir. Enerji sekto- rundakı islahatlar struktur işsizliyə yol aça bilər. Bu dövrdə işini itirən insan- ların məşğulluq problemi dərhal həll oluna bilməz. Çünki belə işçilər inkişaf edən və yenilənən sektorlarda tələb olunan bacarıqlara hələ sahib deyildirlər. Xüsusilə, əmək qüvvəsinin yaşlı seqmentinin yeni iş yerlərinə cəlb olunması uzun bir zamanı əhatə edə bilər. • Orta müddət ərzində - yaşıl iqtisadiyyata dair islahatlar nəticəsində ixtisara düşmüş və yeni yaradılmış iş yerlərinin təsiri iqtisadiyyatda ümumi şəkildə yayılmağa başlayacaqdır. Tənzimləmə siyasəti şirkətləri daha effek- tiv enerji istehsalı üsullarından istifadə etməyə yönəldəcəkdir. Nəticədə, ənənəvi enerji qiymətləri yüksələcək, bərpa olunan enerji texnologiyaları rəqabət gücünü artıracaq ki, bu da yaşıl sektorlarda məşğulluğun çoxalma- sına səbəb olacaqdır. Beləliklə, məşğulluğun artımı iqtisadi inkişafa dolayı yolla təsir göstərəcəkdir və burada neqativdən pozitivə doğru irəliləyiş ola- caqdır14. • Uzun müddət ərzində - yeni texnologiyaların inkişaf etdirilməsi, innovasiya yönümlü sərmayə yatırımlarının artımı və sürətli inkişaf fürsəti yaranacaqdır. Çünki yenilik və texnoloji dəyişiklik iqtisadi inkişafın təməl prinsiplərini ifadə edir. Yeni texnologiyalara uyğunlaşma ehtiyacı sektorları ikinci yenilik dalğasına aparacaqdır. Uzunmüddətli dövrdə kreativ destruksiya iqtisadiyyatda məhsuldarlığı artıracaq. Bu dövr ərzində ixtisaslı işçi qüvvəsinə tələbat da artacaqdır. Nəticə olaraq, uzun dövrdə yaşıl iqtisadi sistemin aparılan islahatlar nəticəsində ixtisara düşmüş ənənəvi iş yerlərinin sayı ilə müqayisədə daha çox iş yaratma potensialı olduğu mülahizəsi özünü doğruldur. Yaşıl peşələrin ən əhəmiyyətli xüsusiyyəti isə onun insanın təbiəti ilə həmahəng olmasıdır. Bunun mənası özünü gündəlik tələbatı ödəyə biləcək 14 CEDEFOP-ILO, Skills for Green Jobs, European Synthesis Report, 2010. - 29 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR gəlir, sosial təminat, həmkarlar ittifaqının məqsədli fəaliyyəti, sağlamlıq zəmanəti, karyerada irəliləmə fürsəti və gender bərabərliyinin təminatında göstərir. Yaşıl iş yerləri insan qüruruna toxunmadan ona yaşamaq haqqını daha düzgün istifadə etməyə imkan yaradır. Belə yanaşma öz növbəsində sivil dünyada hər hansı bir ölkənin uğurunun və gücünün göstəricisidir. Ona görə də ölkələr xüsusilə, insan kapitalının inkişafına fikir verməlidirlər ki, da- vamlı inkişafa ən optimal yol olan yaşıl iqtisadiyyatı tətbiq edə bilsinlər. Məşğulluq strategiyası mövcud təhsil proqramlarının keyfiyyətinin yüksəldilməsini və yeni proqramların tədbiqini zəruri edir. Danimarka, Al- maniya və Estoniya kimi ölkələrdə buna ciddi fikir verilir. Almaniyada bəzi universitetlər artıq yaşıl iqtisadiyyatı bir kurs kimi tətbiq etməyə başlamış- dır və hətta, şirkətlər kadr siyasətində üstünlüyü belə akademik kursların məzunlarına verirlər. Yaşıl iqtisadiyyatla bağlı kurrikulum yalnız universitet tələbələrinə, xüsusi kurslar və treyninqlər isə çalışanlara və bu istiqamətdə bi- lik və bacarıqlarını artırmaqda maraqlı olan insanlara tətbiq edilməklə daha yüksək nəticə verir. İri şirkətlər isə yeni sistemə adaptasiya olunmaq üçün çalışmalıdırlar ki, öz işçilərinə bu iqtiqamətdə təlimlər keçsin, ya da onların maariflənməsində təşəbbüskar addımlar (məsələn, konsaltinq şirkətlərinin yaşıl iqtisadiyyatın etik davranışları üzrə xidmətlərinə müraciət və s.) atsın. Deməli, biliyə əsaslanan inkişaf və onun başlıca amili olan insan poten- sialı davamlı inkişafın ən vacib şərtidir. Bunu təmin etmək üçün müxtəlif ixtisas sahiblərinin və hər bir vətəndaşın davamlı insan inkişafı sahəsində biliklərə yiyələnməsi və müvafiq bacarığa nail olması vacibdir. BMT və YUNESKO-nun 2005-2014-cü illəri davamlı inkişaf sahəsində təhsil onil- liyi elan etməsi bu məqsədə xidmət edir. Davamlı insan inkişafının planlaşdırılması və həyata keçirilməsi, gələcəksiz inkişafın qarşısını almaqdan ötrü bir sıra prinsiplərə riayət edilməsi olduqca əhəmiyyətlidir. Tələbələrin diqqəti davamlı inkişa- fın təmin edilməsində xüsusi əhəmiyyət daşıyan aşağıdakı vacib şərtlərə yönəldilir və şərtlər korporativ siyasətin formalaşması üçün də çox əhəmiyyətlidir: - Ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan istifadə edilməsi layihələrinin planlaşdırılması və həyata keçirilməsində çağdaş və gələcək nəsillərin maraqlarının nəzərə alınması; - 30 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR - Təbii ehtiyatlardan istifadə etdikdə onların davamlı işlədilməsini təmin edən prinsip və texnologiyaların istifadəsi; - İnkişafın planlaşdırılmasına və həyata keçirilməsinə aid dövlət sənədlərinin hazırlanması və icrası zamanı davamlı inkişaf prinsiplərinin əsas meyar kimi qəbul edilməsi; - Ətraf mühitin keyfiyyəti və təbii ehtiyatların istifadəsi ilə əlaqədar layihələrin müzakirəsi və qərar qəbul edilməsi prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi; - Hazırkı və gələcək nəsillərin sağlamlığının və uzunömürlülüyünün təmin edilməsi və bunlara hər hansı potensial təsir barədə məlumatların əhaliyə çatdırılması; - Davamlı insan inkişafı sahəsində müxtəlif: qlobal, regional, ölkə, bölgə, bələdiyyə, məhəllə, ev və s. səviyyələrdə əməkdaşlığın təşkil edilməsi. Bu prinsiplərə əsaslanan inkişafın planlaşdırılması və idarə edilməsi 2002-ci ildə Yohannesburqda keçirilmiş Dünya Sammitinin qərarlarında da öz əksini tapmışdır. Davamlı inkişaf sahəsində irəli sürülən məqsədlər bu prosesin bütün iştirakçılarının səfərbərliyini tələb edir. Bunlara fərdi sektorda fəaliyyət göstərən şirkətlər və korporasiyalar da aiddir.

  42. 1.6. Yaşıl iqtisadiyyat və beyin mərkəzləri Beyin mərkəzləri elm və siyasət arasında bir körpüdür. Ona görə də onlar ancaq tədqiqatla məşğul olmur, həmçinin təbliğat fəaliyyəti də göstərirlər. Bir beyin mərkəzi olaraq strateji araşdırma mərkəzləri dövlətlər və onların cəmiyyətləri arasında bir güvənilən körpü rolunu oynayırlar. Onlar ilk olaraq insanları müəyyən formada maarifləndirməlidirlər. Çün- ki dayanıqlı inkişafın əsasında birinci növbədə insan kapitalı durur və bu gün dünya ölkələri çoxillik davamlı inkişaf proqramlarını hazırlayıb qəbul etmişlər. Strateji araşdırma mərkəzlərinin əsas məqsədlərindən biri də bu proqramlar çərçivəsində insan kapitalını inkişaf etdirməkdir. Strateji araş- dırma mərkəzləri həmçinin öz tədqiqatları ilə davamlı inkişafa mane ola bilən problemləri üzə çıxarır və onun həlli yollarını elmi əsaslandırılmış şəkildə göstərərək, həm də bu prosesi müşahidə etmiş olurlar. Məhz be- - 31 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR yin mərkəzlərinin apardıqları tədqiqatlardan aydın olur ki,dünya kənd təsərrüfatında kimyəvi preparatların nəzarətsiz istifadəsi aclıq çəkənlərin sayını azalda bilməyəcək və bu vəziyyəti - torpaqların məhsuldarlığının bərpasını, həmçinin ekoloji və sosial sabitliyin əldə olunmasını - ən yeni aqroekoloji texnologiyaların tətbiqi yaxşılaşdıra bilər. Bu araşdırmaların müvəffəqiyyəti qismən onunla izah olunur ki, aclığa kəndlilərin bacarıq- sızlığının və ya torpaqların məhdudluğunun nəticəsi kimi deyil, ekoloji, sosial və siyasi səbəblərin cəmi kimi baxılır. Aclığın öhdəsindən gəlmək üçün kimyaçılar, sosioloqlar, torpaq mütəxəssisləri, aqronomlar, etnoqraf- lar və iqtisadçılar birlikdə işləməlidirlər. Gübrələrin idxalına xərclənmiş qiymətli valyutanı belə mütəxəssislərin hazırlanmasına və əməyinin ödənilməsinə xərcləmək daha səmərəli olardı. Bir çox beyin mərkəzləri Birləşmiş Millətlər Təşkilatının ətraf mühitə və inkişafa dair Rio+20 konfransında öz tədqiqatlarını təqdim ediblər. Məhz bu tədqiqatlar da konfransın nəticə sənədinin hazırlanmasında böyük rol oynamışdır. Beləki, beyin mərkəzləri təbii resursların qiymətləndirilməsi konsepsiyasına əsaslanaraq təbii resurslardan istifadəyə dair islahatlarda meydana gələ biləcək problemlərin praktiki həlli yollarını təklif ediblər. Məsələn: - Meşə təsərrüfatı yeni mexanizmlər vasitəsilə qorunmalıdır, bu sahədə REDD+15 kimi proqramların tətbiqi müsbət ola bilər, hətta belə proq- ramlar yerli əhalinin hüquqlarının qorunması üçün də əlverişli mühiti formalaşdırar. - Su resurları və dənizlərdə neft istismarına nəzarət olunmalıdır. İnnova- tiv yanaşma imkan verər ki, torpaqların şoranlaşması və çiklənməsinin, həmçinin qanunsuz balıq ovunun qarşısı alınsın. Bundan başqa beyin mərkəzləri resurslardan daha səmərəli istifadə məqsədinə çatmaq üçün yeniliklərin daha çox aşağıdakı iki sahədə tətbiqini təsdiqləyib: - Kənd təssərüfatında: Davamlı kənd təsərrüfatı praktikasına keçmək, kəndlərdə yoxsulluğun aradan qaldırılması kimi strateji-siyasi məqsədlərə çatmaq üçün kəndlərin inkişafının prioritetləşdirilməsi məsləhət görülür. 15 REDD (Reducing Emissions from Deforestation and Forest Degradation)- meşə təsərrüfatında davamlı inikaşafa investisiyanı stimallaşdıran və İEOÖ meşədə torpaqların mənimsənilməsinin qarşısını alan bir proqramdır. - 32 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR - Enerji təsərrüfatında: Tədqiqat və işləmələrə qoyulan sərmayə, enerji səmərəliliyi, diversifikasiya, başqa regionlarla korporativ əlaqələrin in- kişafı, mərkəzləşdirilmiş elektrik təchizatı sxemlərinin genişləndirilməsi enerji sektorunda (xüsusilə, bərpa oluna bilən enerji sektorunda) əhəmiyyətli inqilab yarada bilər16. Beyin mərkəzlərinin gəldiyi qənaətə əsasən, belə taktikaların daxil ol- duğu inkişaf strategiyaları daha az karbon emissiyasına, inkişafa, gəlirlərin və yeni iş yerlərinin artmasına təkan ola bilər. Xüsusilə, ilkin olaraq böyük şəhərlər bu strategiyadan faydalana bilər; faktiki olaraq, artıq bəzi Avro- pa şəhərlərində CO2 emissiyasının azaldılması və iqtisadi artıma nail ol- maq üçün bəzi strategiyalar praktikada artıq uğurla həyata keçirilmişdir17. Nəticə sənədinə ümumi və mütləq şəkildə daxil olunan bu təkliflərin hər bir ölkə tərəfindən həyata keçirələcək və davamlı inkişafı təmin edə biləcək inkişaf konsepsiyalarında da nəzərə alınması təqdirə layiq haldır. Ayrı-ayrı ölkələrin beyin mərkəzlərinin əməkdaşlığı, onların birgə fəaliyyətləri, fikir mübadilələri isə bu prosesi daha da sürətləndirir. Həm də ölkələrin iqtisa- di, siyasi, sosial və mədəni baxımdan bir-birlərinə inteqrasiya olması strateji araşdırmalar mərkəzlərinin birgə fəaliyyətini zəruri edir. Bu zaman əldə olu- nan nəticələrin səmərəliliyi artacaqdır və dünya ölkələri davamlı inkişafın təmin edilməsi üçün ən uyğun proqramların hazırlanmasına nail olacaqdır. Hər bir proqramın həyata keçirilməsi təbiidir ki, maliyyə resurslarının ol- masını tələb edir. Beyin mərkəzləri doğru və müvafiq maliyyə mənbələrinin seçilməsində, banklar və beynəlxalq maliyyə institutları ilə danışıqlarda öz tövsiyələrini verə bilər, hansı ki, bu tövsiyələr müvafiq dövlətlərin büdcə vəsaitlərinin səmərəli istifadəsinə dəmüsbət təsir göstərə bilər. Müxtəlif beyin mərkəzləri iddia edir ki, yaşıl iqtisadiyyatın inkişafı üçün şəffaflıq və hesabatlılığın təmin edilməsində dövlət və özəl sektorlar birlikdə işləməlidirlər (məsələn, birlikdə informasiyanı beynəlxalq səviyyədə bölüşmək üçün müvafiq kanal yarada bilərlər). Davamlı inkişaf strategiyasında beyin mərkəzlərinin rolu ona görə əhəmiyyətlidir ki, onlar təkcə ölkə daxilində deyil, ölkənin mövcud oldu- ğu regionda və dünyada baş vermiş dəyişiklikləri izləyir və buna uyğun 16 Outcome document The Future we want, UN Document A/CONF.216/L.1, Agriculture: par. 108-118; Water par. 119-124 and 158-177; Energy par. 125-129; Transportation and cities par. 132-137; Social protection par. 147-157. 17 http://www.nestle.com/randd/environmental-sustainability - 33 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR analizlər aparıb dinamik siyasət, milli mənfəəti əks etdirən qərarlar hazırla- yırlar. Hətta beyin mərkəzlərinin təşkil etdikləri təlim proqramlarını, iclas- ları, konfransları, master klasları, forumları, gələcəyin elm adamlarına staj proqramlarının təşkil etmələrini davamlı inkişaf strategiyasına aid etmək olar. Çünki belə addımlar yaşıl iqtisadiyyatın zəruri etdiyi insan kapitalının inkişafı üçün hesablanmışdır. Beyin mərkəzləri hər zaman yaşıl iqtisadiyyat- la maraqlanan bütün alimləri, tədqiqatçıları, yazıçıları, siyasətçiləri, qeyri- hökumət təşkilatlarını, aktivistləri, tələbələri, ekoloqları, bir sözlə, yaşıl dünyanın və insanlığın gələcəyinin qayğısını çəkən və bu sahədə fəaliyyət göstərən hər kəsi müxtəlif müzakirələrə, layihələrdə iştirak etməyə və gedən prosesləri izləməyə və ən əsas maariflənməyə dəvət edir ki, bu da davamlı in- kişaf strategiyasında ən mühüm addımlardan biridir. Buna görə də çalışmaq lazımdır ki, dünyada beyin mərkəzlərinin sayı artdıqca onların yaşıl inkişafa yönəlik sistemli fəaliyyəti genişləndirilsin və beynəlxalq əhəmiyyət daşısın. Unudulmamalıdır ki, tədqiqat və inkişaf (R&D) yanaşı gedən bir prosesdir. Əgər diqqət yetirsək görərik ki, dünyada inkişaf üçün təkan verici qüvvə rolunu oynamağa çalışan beynəlxalq maliyyə institutlarının və şirkətlərin hər birisinin özünün tədqiqat və təlim mərkəzləri mövcuddur. Hazırda yeni sənaye dalğasına xidmət edən tədqiqat və inkişaf yaşıl məqsədlərə çatmaqda mühüm əhəmiyyət kəsb edir.

  43. 1.7. Yaşıl iqtisadiyyat və Korporativ Sosial Məsuliyyət Prinsip etibarı ilə davamlı və sürətli inkişafın reallaşması təkcə iqtisadi-siya- si deyil, həm də mənəvi məsələdir. Başqa sözlə, burada insan amili öz həlledici təsirini göstərir, fərdlərin sosial-iqtisadi fəallığı və təşəbbüskarlığı mühüm rol oynayır. Bu özlüyündə bir strategiyadır. Belə strategiya ölkənin malik oldu- ğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, qeyri-istehsal sektorunun inkişaf etdirilməsi, hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə etməsi, ölkə daxilində regionların inkişafının tarazlaşdırılması, yoxsulluğun azaldılması və s. bu kimi məsələlərin həllində ön plana çəkilməlidir. Strategiyanın uğuru mikrosəviyyədə iqtisadi rezidentlərin sosial məsuliyyətliliyi və etik kodekslərə nə dərəcədə riayət etmələrindən asılı olur. - 34 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Korporasiya və şirkətlərin sosial baxımdan məsuliyyətli fəaliyyəti idarəetmənin ən müasir istiqamətlərindəndir və davamlı inkişafı təmin edən amildir. Bu fəaliyyətin planlaşdırılması və həyata keçirilməsi insan potensialına arxalanır və davamlı inkişaf sahəsində təhsilin vacib elementi- dir. Korporativ sosial məsuliyyət ilk növbədə hər bir fəaliyyətin etik forma- da aparılmasını nəzərdə tutur. Bu isə öz növbəsində təbii və sosial mühitə təsir edən fəaliyyətlərin sivil cəmiyyətdə qəbul olunmuş normalar əsasında həyata keçirilməsinə əsaslanır. Korporativ sosial məsuliyyətli fəaliyyət şirkət daxilində və şirkətdən kənarda həyat səviyyəsinin daimi yüksəlməsini bir məqsəd kimi qarşısına qoyur və bu məqsədi gəlir götürməkdən daha yüksək tutur. İqtisadi və sosial, fərdi və ictimai maraqlar arasında balansın təmin edilməsi bu prosesin idarə edilməsinin əsas prinsipidir. Bu prinsipin təmin edilməsi kifayət dərəcədə çətin olsa da, hər bir milli və transmilli korpora- siyanın tanınması və şöhrətlənməsi, ictimaiyyət ilə əlaqələr qurulması üçün olduqca önəmlidir. Belə yanaşma sosial məsuliyyətli idarəetmə prinsiplərini tətbiq edən qurumların şöhrətini artırır, onlar üçün azad rəqabətdə əlavə im- tiyazlar yaradır. Korporativ sosial məsuliyyət (KSM) elə bir sosial məsuliyyət növüdür ki, qanunvericiliyə uyğun olaraq şirkətlərin könüllülük prinsipi əsasında cəmiyyətə hər hansı bir faydası verən fəaliyyətlərini əhatə edir. Deməli, şirkətlərin KSM-i davamlı inkişafa müəyyən prinsiplər- sistemli yanaşma, uzunmüddətli perspektivlər, resurslardan səmərəli istifadə, partnyorluq aspektlərində ekoloji, iqtisadi və sosial sahədə tarazlığa diqqət- əsasında nail olmaq üçünmühüm açarlardan biridir. Şirkətlər KSM-in yerinə yetirilməsi zamanı sağlamlığın, əməyin və ətraf mühitin mühafizəsi üzrə normaları, qlobal iqlim dəyişikliklərini, su ehtiyat- larına çıxışı, tullantıların minimuma endirilməsini, biomüxtəlifliyin qorun- masını, resurslara və enerjiyə qənaət edən texnologiyaları, məhsulların eko- loji saflığını, biznes etikasını və s. məsələləri əhatə edə bilir ki, bu da özündə yaşıl iqtisadiyyatın formalaşması üçün zəruri olan tədbirləri əks etdirir. Re- allıqda isə kommersiya məqsədli şirkətlər tərəfindən son beş ildə davamlı inkişaf üçün edilən təşəbbüslərin nəticələrini aşağıdakı kimi təsnifləşdirmək olar: - 35 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR - enerji baxımından səmərəli texnologiyaların istifadəsi nəticəsində xərclərin azaldılması; - KSM proqramların tətbiqi daxil olmaqla, müxtəlif yollarla yüksək ixti- saslı mütəxəssislərin cəlb edilməsi və onlara uzunmüddətli məşğulluq imkanlarının yaradılması; - tərəfdaşlar, müştərilər, əməkdaşlar və digər maraqlı tərəflərlə davamlı münasibətlərin qurulması vasitəsilə şirkətin gəlirlərinin artırılması; - işgüzar nüfuzun gücləndirilməsi. Dünyada әrzaq mәhsullarının iri istehsalçısı olan İsveçrә şirkәti “Nestle” davamlı inkişafın inteqrasiya prinsiplərinə yönəldilmiş kompleks proq- ramın həyata keçirilməsini öz hesabatlarında aşağıdakı kimi təsvir etmiş- dir18: - məhsulun qablaşdırılmasının optimallaşdırılması (583,7 milyon İsveçrə frankına qənaət etmişdir) - enerji baxımından səmərəli texnologiyalara keçid(33 milyonİsveçrə frankına qənaət olunmuşdur). İri biznes strukturları tərəfindən atılan addımlara diqqətlə baxsaq görərik ki, belə şirkətlərin davamlı inkişaf naminə həyata keçirdikləri fəaliyyətlər cəmiyyətə mənəvi xeyirlə yanaşı, həm də şirkətlərin imicinin və maddi du- rumunun yaxşılaşması ilə nəticələnmişdir. Bəzən iri şirkət nümayəndələri özlərinin ətraf mühitə olan “qayğıların- dan” danışdığı halda, cipsi kimi məhsulların insan orqanizminə vurdugu ziyandan, paketlənmiş hazır qidaların duz miqdarının normadan çox ol- masından və bu kimi problemlərin aradan qaldırılması yollarını müəyyən etməkdən bəhs etmirlər. Yaşıl iqtisadiyyat üçün sağlam insan lazımdır və bü- tün beyin mərkəzlərinin, beynəlxalq ətraf mühit qurumlarının yeni utopiya hesab edilən yaşıl iqtisadiyyat üzrə təşəbbüskar proqramları da buna çalışır. Yüksək maliyyə performansına malik olmalarına baxmayaraq, əksər sayda TMK-lar yaşıl inkişafa xidmət kimi təqdim edilən fəaliyyətlərdən kommersi- ya məqsədi güdürlər. Harvard Universitetinin və London Biznes Məktəbinin analitikləri sosial baxımdan məsuliyyətli şirkətlərin maliyyə reytinqlərinin öz KSM-i prinsipləri haqqında informasiyanı açıq bəyan etməyən şirkətlərin maliyyə reytinqlərindən yuxarı olduqlarını müəyyən etmişdirlər. Bu nəticə 18 http://www.sealy.com/About-Sealy/Environmental-Footprint.aspx - 36 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR yaşıl iqtisadiyyatda maddiyyatla yanaşı mənəvi məsələlərin, o cümlədən in- san amilinin ön planda olduğunu göstərir. Hər bir ölkədə qəbul olunan davamlı inkişaf konsepsiyalarında KSM prinsipləri, insanların sağlamlığı və insan kapitalının formalaşması nəzərə alınmalıdır. Sinqapur dünya ölkələri arasında davamlı inkişaf proqramın- da humanistliyi ilə fərqlənir. Bu ölkədə davamlı inkişafın idarə olunması, təbii resurslardan istifadənin səmərəliliyi, ətraf mühitin vəziyyətinə nəzarət, davamlı inkişaf sahəsində bilik bazasının formalaşdırılması və aparıcı təcrübənin təşviqatı, əhalinin davamlı inkişaf prinsiplərinin praktiki icrasına şəxsi marağın artırılmasına yönələn tədbirlər sahəsində uğurlar əldə edil- mişdir. Bu tədbirlər sistemi sırf insan və onun gələcəyi üçün hazırlanaraq aşağıdakı məqsədlərə yönəldilmişdir19:  (2005-ci il ilə müqayisədə) 2020-ci ilə enerji effektivliyinin 20%, 2030- cu il üçün isə 35% artırılması;  Təsərrüfat məqsədləri üçün su sərfiyyatının 2008-ci ildəki adambaşına gündəlik 156 litrdən 2020-ci ilə gündə adambaşı 147 litrə, 2030-cu ilə isə adambaşına gündəlik 140 litrə çatdırılması;  Atmosferə kiçik hissəciklərin tullanmasının 2008-ci ildəki 16 mkq/ kub.m-dən 2020-ci ildə 12 mkq/kub. m-ə, kükürd dioksid tullantıların isə15 mkq/kub.m-ə qədər azaldılması;  Əhalinin hər 1000 nəfərinə hesabı ilə 0,8 ha yaşıl əkin sahələrin yaradıl- ması, çoxmərtəbəlibinaların ətrafında yaşıllığın 2020-ci ildə 30 hektara, 2030-cu ildə isə 50 hektara qədər artırılması;  2030-cu ilə qədər rekreasiya məqsədləri üçün 900 hektar sahəyə malik su anbarların və 100 km uzunluğunda su yolların yaradılması və s. Sinqapurda davamlı inkişafın idarəolunmasısistemi BMT tərəfindən inkişaf edən ölkələrüçün ekologiya sahəsində aparıcı praktika kimi də tanınmışdır. Bu cür qiymətləndirmə siyasətin, reallaşdırılmış planların və proqramların effektivliyinə əsaslanmışdır.Sistemin vacib xüsusiyyəti ondadır ki, ölkə hakimiyyəti əldə olunan nəticələri izləmək və operativ şəkildə düzəlişlər etmək bacarığına malikdir. Bu isə, öz növbəsində, müa- sir informasiya texnologiyalarının və sistemlərinin tətbiqi sayəsində müm- kündür. 19 http://www.corporatereporting.com/sustainability_reports_independent.html - 37 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Şirkət və dövlət səviyyəsində davamlı inkişaf və yaşıl iqtisadiyyat sahəsində atılan praktiki addımlarla tanış olarkən aydın olur ki: şirkətlərin bəziləri KSM ilə biznes strategiyasının prinsipləri arasında əlaqə qurur; bəziləri yalnız insan amilini və öz istehlakçısının sağlamlığını düşünür; bir sıra dövlətlər isə KSM-i özlərinin davamlı inkişaf konsepsiyalarında əsas meyar kimi qiymətləndirir. Ümumiyyətlə, hər bir şirkət çalışmalıdır ki, yaşıl iqtisadiyyatın inkişafı naminə əsas prinsiplərdən biri olan şəffaflıq təmin olunsun və bu məqsədlə davamlı inkişaf və KSM sahəsində ayrıca bir hesabat tərtib edilsin. Böyük Britaniyada aparılan araşdırmaların nəticələri göstərir ki, FTSE 100 (Finan- cial Times Stock Exchange İndex) daxil olan şirkətlərin 90 faizi davamlı in- kişaf və KSM sahəsində ayrıca hesabatnəşr edir20. Nəticə ondan ibarətdir ki, yaşıl iqtisadiyyatda qəhvəyi iqtisadiy- yatdan fərqli olaraq, özünü sosial məsuliyyətli təqdim etdiyi halda, in- san sağlamlığı üçün zərərli məhsullar istehsal edən şirkətlərə yer yox- dur. Çünki yaşıl iqtisadiyyatda KSM tam anlamıyla maddiyatdan uzaq şəkildə qiymətləndirilir. Belə olan halda, şirkətlər etik kodekslərini həyata keçirəndə hökümət tərəfindən qanunvericilik baxımından dəstək görməlidir və hökumətlər bu köməyi yaşıl fiskal siyasətin vacib alətləri vasitəsilə həyata keçirə bilərlər. Əhalisinin əksəriyyətinin İslam dininə inandığı ölkələr yaşıl iqtisa- diyyatda KSM-i tam anlamıyla həyata keçirilməsində geniş potensia- la malikdirlər. Çünki İslam dini ictimai və əxlaq normaları ilə müəyyən edilən xüsusi iqtisadi inkişaf yolunun mümkünlüyü haqqında təsəvvürləri ifadə edir və elə yaşıl iqtisadiyyatın da əsas qayəsi bundan ibarətdir. Biz bunu İslam iqtisadiyyatının təməl prinsiplərində də görə bilərik ki, ölkələri davamlı inkişafa apara biləcək yaşıl iqtisadiyyat son zamanların trendi deyil və əslində onun tarixi Müqəddəs Quranın tarixi qədər qədimdir. Məzmununa görə ilahi göstəriş əsasında insanların təsərrüfat prosesində davranış qaydalarını müəyyən edən İslam iqtisadiyyatı formasına görə sərvət və nemətlərin istehsalında, bölgüsündə və istifadəsində ədalətli fəaliyyəti ehtiva edir. İslam iqtisadi sistemində əsas məqsədlər kimi aşağı- dakıları göstərmək olar: 20 http://europa.eu/abouteuropa/index_en.htm - 38 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR  Bütün cəmiyyət üzvlərinin rifahını yaxşılaşdırmaq;  Faydalı fəaliyyəti təmin etmək;  Hər bir kəs üçün iqtisadi potensialdan istifadə etməyə bərabər şərait ya- ratmaq;  Yoxsulluğu aradan qaldırmaq;  Əldə olunmuş sərvət və nemətlərdən sədəqə vermək. Bu prinsiplər yaşıl iqtisadiyyatın bütün tələblərini onun istənilən dövründə ödəyir. Məsələn, sədəqənin inkişaf etməkdə olan ölkələrdə (İEÖ) əhəmiyyətinə nəzər salaq. İEÖ-də təhsilə qrantlar, ianələr və s. formada maliyyə yardımı göstərməklə insan kapitalının inkişafına nail olmaq müm- kündür. İslam iqtisadiyyatı təkcə “təmiz” aktivlərə vəsait qoyuluşu və faizlərdən (ri- badan) qaçma demək deyil, həmçinin cəmiyyətin yalandan, dələduzluqdan və sosial gərginlik yarada biləcək münasibətlərdən qorunmasıdır. İlk ba- xışda İslam iqtisadiyyatı paradoks kimi görünə bilər, çünki o sələmçiliyi, ənənəvi bank sisteminin təməl sütunu olan faizlərin yığılmasını qadağan edir. İslam qanunları həmçinin insanlara iqtisadiyyatın haram sahələrindən – spirtli içkilər, qumar oyunları, silah ticarəti, pornoqrafiya və s. - gəlir əldə etməyi, həmçinin onlarla bağlı hər növ investisiyaları qadağan edir. Bu sahələrin verdiyi ziyan onun xeyrindən dəfələrlə çoxdur. Çünki bu industri- yaların iqtisadiyyatda həcminin izafi şəkildə artması qeyri-sağlam, depressi- yaya düşmüş və pozğun bir cəmiyyətə gətirib çıxarır. Məsələn, bir çox gənc nəsil nümayəndələri spirtli içkilərə aludə olarsa, bu daha sonra məktəblərdə və universitetlərdə bir çox problemlərə, o cümlədən,təhsildən yayınmaya, cinayətkarlığa və əxlaqsızlığa səbəb ola bilər. Statistikaya əsasən, hər il Av- ropada 300 mindən çox insan ancaq spirtli içkilərdən istifadə nəticəsində həyatını dəyişir21. Amma yenədə unudulmamalıdır ki, biz milyonlarla gəlir gətirən industriyalar barəsində danışırıq. Accenture şirkətinin 2011-ci ildə dərc edilmiş bir hesabatına əsasən, dünyada spirtli içki sənayesinin gəlirləri 900 milyard, strip klub sənayesinin gəlirləri 75 milyard, pornoqrafiya sənayesinin gəlirləri 57 milyard, kazino sənayesinin gəlirləri isə 102 milyard ABŞ dolları təşkil etmişdir22. 21 http://www.accenture.com/us-en/pages/index.aspx 22 F.Nomani and A.Rahnema, Islamic Economic Systems, London & New Jersey, Zed Books Ltd, 1994. - 39 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Şəkil 1.3. 2011-ci ildə dünyada müxtəlif iqtisadiyyat sektorlarının gəlirləri Əgər maliyyə qurumları bu tip “pis əmtəə və xidmətlərə” sərmayəni azaldıb alternativ enerji kimi cəmiyyətə faydalı başqa sahələrə vəsait yatı- rımını artırsalar, bu cəmiyyətin inkişafına daha müsbət təsir göstərərdi. Deməli, bu tip “pis əmtəə və xidmətlər”ə invesitisiya yatırımını qadağa edən İslam maliyyəsi milyardlarla vəsaitin qənaəti və onun müsbət istiqamətdə xərclənməsi üçün şərait yaradır. Quran Allahın yerdə və göylərdə olan bütün şeyləri insana boyun əydirdiyini, Allahın quruda, suda və səmada olan hər şeyi insan üçün ya- ratdığını bildirir. Allahın yaratdıqlarından necə faydalanmağın və gələcək nəsilləri də, nəzərə almaqla onlardan ağıllı bir şəkildə necə istifadə etməyin məsuliyyəti insanın öz üzərinə düşür. İnsanlar hər cür zənginliyə, yeməyə, içməyə layiqdirlər, lakin onlar hər cürə israfçılıqdan uzaq olma- lıdırlar. “Ey Adəm oğulları, hər ibadət vaxtı gözəl libaslarınızı geyinin, ye- yin, için, lakin israf etməyin. Çünki Allah israf edənləri sevməz” (Əl-Əraf surəsi, ayə 31). Normal iqtisadi məntiqə görə istənilən yolla həddən çox qazanc əldə edib onun əvəzini cəmiyyətə qaytarmamaq arzu olunan deyil. Baxmayaraq - 40 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR ki, “həddən çox qazanc” ifadəsinin tam mənası aydın deyildir, amma qazanc yeganə motiv olmamalıdır. Bu “İslami şəxs”i (Homo İslamicus) “iqtisadi şəxsdən” (Homo Economicus) fərqləndirir. “İslami şəxs” yaşıl iqtisadiyyatı anlayan və tətbiq edən şəxsdir, bir sözlə, “yaşıl korporativ sosial məsuliyyəti” yerinə yetirən fərddir.

  44. 1.8. Yaşıl iqtisadiyyatın mənfi tərəfləri varmı? Hər bir paradiqmanın müxtəlif kriteriyalar üzrə qiymətləndirilməsi müsbət və mənfi tərəfləri üzə çıxarır. Bu prizmadan yanaşanda yaşıl iqtisa- diyyat da istisna deyildir. Çünki yaşıl iqtisadi sistemə keçid üçün təşəbbüslər və proqramlar bir ölkəyə ziyan, digərinə xeyir verə bilər. Təşəbbüslərin həyata keçirilməsindən öncə düzgün maariflənmə aparılmalı və insanların yeniliklərə sürətlə adaptasiyası üçün imkanlar yaradılmalıdır. Yaşıl iqtisadiy- yata keçidin mənfi təsirləri daha çox İEOÖ-ə və təbii resurslarla zəngin olan ölkələrdə biruzə verə bilər. Təsadüfi deyil ki, yaşıl iqtisadi sistemə keçid əsas üç dövrü əhatə edir: - I dövr - 2020-ci ilə kimi olan zamanı əhatə edir ki, buraya insanların maariflənməsi və insan kapitalının inkişafı kimi tədbirlər daxil edilir. - II dövr - 2020-2030-cu illəri əhatə edir ki, burada yaşıl iqtisadi sitemin elementlərinin formalaşdırılması nəzərdə tutulur. - III dövr - 2030-2050-ci illərə təsadüf edir. Bu dövrdə artıq yaşıl iqtisadi sistem bəhrə verir və davamlı inkişaf təmin olunur. I dövrdə buraxılan səhv, digər dövrlərdə sistemin səmərəsini azalda bilər. Bu haldan isə daha çox İEOÖ narahatdırlar. Çünki İEÖ-in əhalisi insan inki- şafı indeksinə, xüsusilə, təhsilin səviyyəsinə görə öndədirlər. Nəticədə, İEÖ ilk pilləni daha uğurla tamamlayıb, II mərhələyə qədəm qoya biləcəyi halda, İEOÖ birinci dövrdə insan kapitalının qıtlığına görə uğursuzluqla üzləşə bilərlər. Elə buna görədir ki, bəzi İEOÖ yaşıl iqtisadiyyatın İEÖ-in yeni bir siyasi oyunu olduğuna güman edirlər. Bu səbəblə İEOÖ-ə, xüsusilə, neft-qaz kimi təbii ehtiyatlarla zəngin olan ölkələrə daha ehtiyatla yanaşılmalıdır. I dövrün İEOÖ-də də uğurla başa çatması üçün İEÖ-in dəstəyinə ehtiyac var. Bu yardım aşağıdakı formalarda özünü göstərə bilər: - 41 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR - Maariflənmə və islahatlara adaptasiya olunmaq üçün təlimlər, kurslar və konfranslar təşkil etmək; - R&D sahəsində əməkdaşlığı genişləndirməklə İEOÖ-i müasir dövrün ən qiymətli resurslarından olan informasiya ilə təmin etmək; - KİV-ə yaşıl iqtisadiyyatın təbliğatı istiqamətində maddi dəstək vermək; - İEOÖ-də su qıtlığı probleminin sistemli şəkildə həllinə yardım etmək; - Yaşıl iqtisadiyyat üçün potensial sahə olan kənd təsrrüfatına investisiya yatırmaq; - Bərpa olunan təbii resurslarla zəngin ölkələrə alternativ enerji mənbələrinin inkişafı üçün xarici birbaşa və portfel investisiayaları yatır- maq; - Yaşıl iqtisadiyyat sahəsində uğurlu və eyni zamanda uyğun praktikanı belə ölkələrə transfer etmək; - Təşəbbüskar addımlarda İEOÖ-in iqtisadi durumunu nəzərə almaq və s. İEÖ iqtisadi cəhətdən zəif olan ölkələrə bu və ya başqa formada yardım göstərməyəcəyi təqdirdə onların təşəbbüskar tədbirləri uzunmüddətdən sonra özlərinə də ziyan verə bilər. Çünki yaşıl iqtisadiyyat sistemli olmağı tələb edir, sistemdə isə bir elementin inkişaf edib digərinin kənarda qalması sonda sistemin pozulmasına gətirib çıxaracaqdır. Yaşıl iqtisadi sistemə nail olmaq o demək deyildir ki, bütün problemlər həll olunmuşdur. Beləki, bəzi problemlər vardır ki, onların həlli hələ də sual altındadır. Məsələn, küləkdən elektrik enerjisi hasil edilərkən quşların məhv olması, hibrid vasitələrin istismar müddəti bitdikdən sonra yararsız batare- yaların ətraf mühit üçün zərəri və s. çağırışlar qalmaqdadır. Biz yaşıl iqtisadiyyatın mənfi tərəflərini nəzərdən keçirsək də, onun üstünlükləri çatışmayan tərəflərindən daha çoxdur. Buna görə də yaşıl iqti- sadiyyata davamlı inkişafa aparan alternativsiz yol kimi önəm verilir.

  45. 1.9. Yaşıl iqtisadiyyat və Azərbaycan Müstəqillik illərində Azərbaycanın neft sənayesinin uğurlu sıçrayışı ilə yanaşı qeyri-neft sektorunda inkişaf, regionların canlanması, qlobaq iqtisa- di inkişafa inteqrasiya və iqtisadiyyatın rəqabətədavamlılığının yüksəlməsi - 42 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR geriyədönməz xarakter almışdır. Hazırda Azərbaycan davamlı inkişafın bir komponenti olaraq yaşıl iqtisadiyyatın qurulması istiqamətində uğurlu siyasət yürüdür. Azərbaycanda ekoloji sivilizasiyanın əsas komponenti olaraq - yaşıl əmək fəaliyyəti, yaşıl təfəkkür və yaşıl həyat tərzi təşviq olunmalıdır. Ətraf mühit problemlərinin əhəmiyyətinin qabardılması və ictimai təşəbbüslərin dəstəklənməsi yaşıl inkişafın perspektivlərini müəyyənləşdirir. Ölkədə 2010- cu il “Ekologiya ili” elan olunmuş, bu çərçivədə müxtəlif işlər görülmüş, spe- sifik sahələr üzrə elektron mənbələr hazırlanmış və əhali arasında təbliğat genişlənmişdir. Azərbaycan ətraf mühitin müdafiəsi sahəsində çox sayda beynəlxalq konvensiyaları ratifikasiya edib və normativ-hüquqi bazanın inki- şafına nail olub. Bu sahədə olan qanunvericilik Avropanın hüquqi tələblərinə uyğun hazırlanıb ki, ölkədə mükəmməl ekoloji siyasətin yürüdülməsi üçün zəmin olsun. Rio və Yohannesburq Yer Sammitlərinin qərarlarına uyğun olaraq Azərbaycan ekoloji siyasətin və qanunvericiliyin təkmilləşdirilməsini həyata keçirir. Ekoloji tədbirlər sırasında dövlət proqramlarının və qanunların qəbul edilməsi, yaxşı idarəçilik prinsiplərinin tətbiqi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təsis edilməsi, milli park şəbəkələrinin genişləndirilməsi, insanların su ilə təminatının daha da mükəmməlləşdirilməsi, tullantıların idarəolunması və ətraf mühitin çirklənməsinə qarşı fəaliyyətlər vardır. 1998-ci ildə qəbul edilmiş Ətraf Mühit üzrə Milli Fəaliyyət Planı (ƏMMFP) ölkənin ətraf mühit prioritetlərini və nəzərdə tutulmuş fəaliyyətləri müəyyən edir. Siyasi sənədlərdə Azərbaycan dövlətinin ətraf mühit siyasətinin aşağı- dakı üç əsas istiqaməti müəyyən edilmişdir ki, bunlar da yaşıl iqtisadiyyat prinsiplərinə müvafiqdir: - Ətraf mühitin mühafizəsi və çirklənmənin minimuma endirilməsi üçün dayanıqlı inkişaf prinsiplərinə əsaslanan müasir üsulların tətbiq edilməsi; - İndiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə etmək, alternativ, qeyri-ənənəvi metod- lar vasitəsilə tükənməyən enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olunması; - Qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi və həlli yollarının müyyənləşdirilməsi, beynəlxalq - 43 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR təşkilatlarla əlaqələrin genişləndirilməsi və milli potensialın imkanlar- dan istifadənin genişləndirilməsi. Azərbaycanda ətraf mühit qanunvericiliyinin aşağıdakı prinsipləri yaşıl iqtisadiyyatın inkişafını vurğulayır: - sosial-iqtisadi, mənəvi-əxlaqi problemlərin qarşılıqlı həlli; - təbii sərvətlərdən dayanıqlı istifadənin təmin edilməsi; - ekoloji tarazlığın qorunub saxlanması və mühafizəsi; - ətraf mühitin mühafizəsinin və təbii sərvətlərdən istifadənin tənzim edilməsinə ekosistemli yanaşma; - ətraf mühitin çirklənmsinə dair sanksiyalar; - təbiətdən istifadənin ödənişli olması; - ərazilərdə ekoloji tarazlığın təmin edilməsi və pozulmuş təbii ekoloji sistemlərin bərpası; - təbii ehtiyatların səmərəli istifadə olunması və bərpası, təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin iqtisadi stimullaşdırılmasının tətbiq edilməsi; - ətraf mühitin biomüxtəlifliyinin qorunmasının təmin edilməsi; - “çirkləndirici ödəyir”23 prinsipinin tətbiqi; - dövlət nəzarəti, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin po- zulmasına görə məsuliyyət; - ətraf mühitə zərər vurulmasının qarşısının alınması və vurulan zərərin qiymətləndirilməsi, buna görə məsuliyyət; - ekoloji cəhətdən əsaslandırılmış dayanıqlı sosial-iqtisadi inkişaf, insanın həyatının və sağlamlığının mühafizəsi; - ətraf mühitin mühafizəsinin hər kəsin işi olması; - ətraf mühitin mühafizəsi sahəsində əhalinin və ictimai birliklərin iştirakı; - ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq, ekoloji qa- nunvericiliyin Avropa qanunvericiliyinə və beynəlxalq müqavilələrə uy- ğunlaşdırılması. Ölkənin ümumi inkişaf strategiyasında ətraf mühit aspektlərini əhatə edən əsas proqram - Azərbaycan Respublikasında ekoloji cəhətdən daya- nıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram - 2003-cü ildə qəbul edilib. 23 Ətraf mühit hüququna əsasən, ”çirkləndirici ödəyir” prinsipi ətraf mühitə dəyən zərərin çirkəndiricilərin istehsalçısı tərəfindən ödənməsi yolu ilə məsuliyyətin artırılmasını nəzərdə tutur. - 44 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Bu sənəd dayanıqlı inkişafın əsas sahələrini qeyd etmişdir və 2003-2010- cu illərdə su ehtiyatları, atmosfer havası, torpaq ehtiyatları, meşə, balıq eh- tiyatları, tullantılar, elektroenergetika, tikinti, nəqliyyat, kənd təsərrüfatı, turizm sahələrində planlaşdırılmış tədbirlər görülmüşdür. Həmçinin, “Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nın 2013-cü ilə kimi uzadılması ölkə iqtisadiyyatının yüksəlişi üçün - yaşıl biznesin inkişafına şərait yaratmış olan aşağıdakı tədbirlərin görülməsini daha da genişləndirmişdir. Məsələn, Qəbələdə yaradılan müasir səviyyəli turizm obyektləri, Qusarda Şahdağ dağ-xizək turist kompleksinin işə salınması, Qubada Qolf mərkəzinin yaradılması və s. bu kimi layihələr Azərbaycan dövlətinin şaxələndirilmiş və yaşıl iqtisadiyyata istiqamətlənmiş siyasətindən xəbər verir. 2008-2015-ci illərdə “Azərbaycan Respublikasın- da yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın strate- ji məqsədləri sırasında aşağıdakılar da vardır: - makroiqtisadi sabitliyi saxlamaqla və qeyri-neft sektorunu tarazlı inkişaf etdirməklə davamlı iqtisadi artımın təmin edilməsi; - ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin davamlı idarə olunma- sının təmin edilməsi. 2012-ci ildə qəbul edilən “Azərbaycan 2020: Gələcəyə baxış” inki- şaf konsepsiyası yaşıl iqtisadiyyatın inkişafına geniş imkanlar yaradır. Konsepsiyanın əsas hədəflərindən biri ekoloji cəhətdən dayanıqlı sosi- al-iqtisadi inkişafa nail olmaqdır. Sənəddə göstərilib ki, biomüxtəlifliyin qorunması, yanacaq-enerji kompleksinin ətraf mühitə mənfi təsirinin neytrallaşdırılması, dənizin və onun akvatoriyasının çirklənməsinin ara- dan qaldırılması və qorunması, yaşıl ərazilərin bərpası və mövcud resurs- ların səmərəli mühafizəsi istiqamətində zəruri tədbirlər gələcəkdə də da- vam etdiriləcəkdir. Konsepsiyanın əhatə etdiyi dövrdə Azərbaycanda orta hesabla bir vahid ÜDM istehsalı üçün istifadə edilən enerjinin və emissiya olunan karbon dioksidin miqdarı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri üzrə müvafiq göstəriciyə yaxınlaşdırılacaqdır. Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2010-cu il tarixli sərəncamı ilə vahid texnoloji prosesdə fəaliyyət göstərən neft-qaz emalı və neft-kimya sənayesinin səmərəliliyinin artırılması, bu sahədə beynəlxalq - 45 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR təcrübəyə uyğun müasir kompleksi təşkil etmək üçün zəruri investisiyala- rın cəlb edilməsi, ekoloji normativlərə riayət olunması və hazır məhsulun rəqabət qabiliyyətinin gücləndirilməsi məqsədilə dövlət mülkiyyətində olan kimya müəssisələri ARDNŞ-nin tabeçiliyinə verilib və həmin sahənin inkişafı ilə əlaqədar yeni proqramlar hazırlanmağa başlanıb. İnkişaf etmiş Avropa ölkələrinin təcrübəsi göstərir ki, ətraf mühitə təhlükəsiz olan texno- logiya tətbiq etməklə kimya sənayesini inkişaf etdirmək və bununla da bir sıra təbii sərvətlərin qənaəti mümkündür. Azərbaycanda elektrik enerjisinin istehsalında qənaət edici texnologi- yaların tətbiqinə ehtiyac var. Hazırda müasir səviyyəli istilik elektrik stan- siyalarında Avropada 1 kvt/saat elektrik enerjisinin alınması uçun 185- 187 şərti yanacaq vahidi (qaz və mazutdan asılı olaraq) istehlak edildiyi halda Azərbaycanda bu rəqəm ortalama 330 qram, yeni İES-da isə 260- 270 qramdır. Avropa standartına uyğun qənaət atmosferə emissiya edilən karbon oksidinin azalmasına səbəb olar. Azərbaycanda bərpa olunan enerjinin resurslarının böyük olmasına baxmayaraq, yalnız hidroenergetika geniş yayılıb və ölkədə istehsal olu- nan enerjinin 12%-i Su Elektrik Stansiyalarının payına düşür.Ölkədə külək enerjisindən istifadə ediləcək Ələt və Yalama layihələrinin həyata keçirilməsi layihələşdirilir. Artıq bir sıra bölgələrdə istirahət zonalarında günəş kollek- torlarından su qızdırılması üçün istifadə edilir. Azərbaycanın külək potensi- alı çox böyükdür. Azərbaycanda külək enerjisinin istehsalı üçün mükəmməl təbii şərait mövcuddur. Abşeron yarımadasında ildə 226 gün küləyin sürəti 8m/san-dən yüksək olur. Sahil ərazilərdə küləyin sürəti 6-20 m/san-dir. Hesablamalara əsasən Abşeronda texniki külək enerji potensialı 1000-1500 MV-dır. Ölkədə isə külək enerjisinin potensialı 4,5 min MV, geotermal və geometrik enerjinin potensialı 800 MV və kiçik su elektrik stansiyalarının potensialı isə 350 MV təşkil edir24. Bu günə kimi alternativ və bərpa olunan enerji mənbələrinin inki- şafına 300 milyon manat investisiya yatırılıb, onun 70 milyon mana- tı dövlət, qalanı isə özəl investisiyaların payına düşür. 2020-ci ilə kimi Azərbaycanda alternativ enerjinin ümumi həcmində günəş enerjisinin 24 http://news.milli.az/economy/223608.html - 46 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR xüsusi çəkisinin 40%-ə, külək enerjisinin payını isə 28%-ə çatdırmaq planlaşdırılır25. 2004-cü ildə Prezident sərəncamı ilə Alternativ və Bərpa olunan Enerji Mənbələrinin istifadə olunması üzrə Dövlət Proqramı təsdiqlənib. Sənaye və Energetika Nazirliyi və UNDP-nin birgə texniki yardımı ilə kommersi- ya məqsədli külək enerjisinin istehsalı və bu stansiyaların tikilməsinə olan əngəllərin aradan qaldırılması təşviq edilib. 2007-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Abşeron yarımadasını (1500 MV), Kür çayı vadisini (500MV) və Naxçıvanı (70MV) külək turbinlərinin qurulması üçün prio- ritet elan edib və təklif olunub ki, turbinlər ada və “offşor”neft platforma- larında qurulsun. Hazırda 2 külək turbini quraşdırılıb və birinci faza üzrə ümumilikdə 40 turbinin qurulması planlaşdırılır. Külək turbinlərinin idxalı gömrük və əlavə dəyər vergisindən (ƏDV) azad olunub ki, külək enerjisi layihələrinin yerinə yetirilməsi stimullaşsın. Digər stimullaşdırıcı tədbirlər isə bunlardır: 2010-cu ilin mayında Sənaye və Energetika Nazirliyi tərəfindən verilmiş enerjinin alınması üzrə zəmanət və Xüsusi İcazə. Azərbaycan hökuməti atmosferə buraxılan qazların azaldılması məqsədilə ictimai nəqliyyatın inkişafına xüsusi diqqət verir. Bakı şəhərində metropoliten şəbəkəsinin genişləndirilməsi barədə qərar qəbul edilib və 2040-cı ilə kimi paytaxt metro stansiyalarının sayının 70-ə çatdırılması plan- laşdırılır. Bakı şəhərinin yeni Baş planının konsepsiyasına əsasən, şəhərdə müasir tramvay nəqliyyatının inkişafı da nəzərdə tutulur. Kənd təsərrüfatı Azərbaycanda əsas məşğulluq mənbəyidir və iqtisadi diversifikasiya üçün vacibdir. Kənd təsərrüfatı həm də ona görə dəyərlidir ki, bu sahə ərzaq təhlükəsizliyi və bölgələrdə yoxsulluğun azaldılması baxı- mından mühüm əhəmiyyət daşıyır. Azərbaycanda ekoloji təmiz əkinçiliyi inkişaf etdirmək, onun məhsullarının dünya, xüsusilə Avropa bazarına ixracını genişləndirmək üçün imkanlar genişdir. Azərbaycan höküməti kənd təsərrüfatına subsidiyalar, lizinq xidmətləri, güzəştli kreditlər və ver- gi siyasəti formasında yardım edir, geniş əhatəli meliorasiya və irriqasiya tədbirləri həyata keçirir. 25 http://www.muallim.edu.az/arxiv/2010/25/18.htm - 47 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Cədvəl 1.3.Azərbaycan İqtisadiyyatının Yaşıllaşdırılmasının SWOT (GZİT) analizi Güclü tərəflər (S) Zəif tərəflər (W) İmkanlar (O) Təhlükələr (T) -Hökümətin yaşıl -Biznesin bu işdə -Enerji daşıyıcılarının -Bürokratik inkişafda maraqlı marağının az olması; qiymətinin artması; əngəllərin olması; yaranması; -Bir sıra texnoloji -Ciddi maliyyə -Dövlət Neft Fond- -Qanunvericiliyin avadanlıqlara idxal resurslarının tələb unun vəsaitlərinin lazımi şəkildə tətbiq güzəştləri; edilməsi; yaşıl inkişafa edilməməsi; yönəldilməsi; -Gənclərin bu sahəyə -İctimaiyyətin -Xüsusi yaşıl -Müxtəlif iqti- artan marağı. məsələnin vacibliyini biznes zonasının sadi maraqların tam şəkildə yaradılması; toqquşması; dəyərləndirməməsi; -Xüsusi “yaşıl” tarifin -İqtisadiyyatın -Korporativ müəyyən edilməməsi; texnoloji bazasının idarəetmənin yenilənməsi qane etməyəcək zəruriliyi; vəziyyəti; -Bu sahədə peşəkar -Vergi və göm- -Korporativ Sosial kadrların azlığı; rük güzəştlərinin Məsuliyyətin aşağı tətbiqinin olması. genişləndirilməsi. -Dövlət özəl əməkdaşlığının (PPP) inkişafına gərəyin olması GZİT analizdən görünür ki, Azərbaycan yaşıl iqtisadiyyatın inkişa- fı üçün güclü potensial imkanlara və tərəflərə malikdir. Lakin zəif tərəflər və təhlükələr yaşıl iqtisadiyyatın inkişafını məhdudlaşdırır. Hazırda ya- şıl iqtisadiyyatın sistemyaradan paradiqması - insan kapitalının inki- şafı Azərbaycanda dövlətin iqtisadi siyasətinin təməlini təşkil edir. Bu siyasət çərçivəsində həyata keçirilən kompleks proqramlar (yoxsulluqla mübarizə, davamlı inkişaf, regionların sosial-iqtisadi inkişafı, ərzaq və ener- ji təhlükəsizliyi, təhsil, informasiya və kommunikasiya texnologiyaları və - 48 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR s. sahələr üzrə sənədlər) öz nəticəsini verir. İnsan inkişafına dair qərar və proqramların qəbul edilməsində və hazırlanmasında respublikada fəaliyyət göstərən xarici və beynəlxalq şirkətlər, habelə QHT (Qeyri-Hökümət Təşkilatları) və beyin mərkəzləri də iştirak edir. Hazırda BMT tərəfindən yeni minillik üçün fəaliyyət planları da hazırlanmışdır. BMT-nin üzvü olan bütün ölkələr 2015-ci ildə həmin planın həllinə nail olmalıdırlar. Bu plana yoxsulluğu kəskin azaltmaq,bütün gənclərin təhsil almasını təmin etmək, gender bərabərliyinə nail olmaq, uşaq və qadın ölümünü azaltmaq,yoluxucu xəstəliklərin (QİCS, vərəm, malyariya və s.) və immun çatışmazlığının qarşısını almaq, insan alverinə/oğurluğuna qarşı mübarizə, ətraf mühiti qorumaq, onun təbii sərvətlərindən səmərəli istifadə etmək və beynəlxalq əməkdaşlığı güclədirmək kimi məsələlər daxil edilmişdir. Azərbaycan davamlı inkişafa nail olmaq üçün beynalxalq səviyyədə də aktiv fəaliyyət göstərir və bu sahədə bir çox konvensiyalara (məsələn, Kyo- to protokolu, ESPO konvensiyası, MARPOL, YUNESKO-nun Ramsar konvensiyası, Tehran konvensiyası və s.) qoşulub. Azərbayan Respublika- sı Konstitusiyasının 148-ci maddəsinə əsasən, beynəlxalq konvensiyalar Azərbaycan Respublikasının daxili hüquq sisteminin tərkib hissəsidir, və 151-ci maddəyə əsasən, Konstitusiya və referendumla qəbul olunan akt- lar istisna olmaqla Azərbaycan qanunvericiliyinə nisbətən üstün hüquqi qüvvəyə malik olmaqla birbaşa tətbiq ediləndir. Qeyd etmək lazımdır ki, insan potensialına, onun bilik və bacarığına əsaslanan davamlı inkişafın əsaslarının tədrisi, bu sahədə məlumatların ali məktəblərin bütün ixtisaslarının və orta ümumi təhsil məktəblərinin kurri- kulumuna daxil edilməsi dünyada ilk dəfə Azərbaycanda həyata keçirilmiş- dir və bu, bizim ölkənin prioritetidir. Azərbaycan Resrublikası Təhsil Nazir- liyi bu istiqamətdə ilk əmrini (N 964) 14 sentyabr 2001-ci ildə vermişdir və həmin sənəd ilə ümumtəhsil orta məktəblərində davamlı insan inkişafı kursunun tədrisinə başlanmışdır. Pilot layihə kimi başlamış bu təşəbbüsün müsbət nəticəsi kimi dərs vəsaiti dərc edilmişdir. Bu, dünyada ümumtəhsil orta məktəbləri üçün davamlı inkişafa həsr olunmuş ilk dərs vəsaiti idi. BMT-nin Baş Qərargahı (Nyu-York) Azərbaycan Respublikası Təhsil Na- zirliyinin bu təşəbbüsünü innovativ ideya və fəaliyyət kimi üzv olan ölkələr arasında yaymış və bu məlumatı öz saytında yerləşdirmişdir. - 49 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Təbii ki, “yaşıl” təfəkkürün uşaqlarda elə məktəb yaşlarından formalaş- dırılması müsbət haldır, amma bugünki durumu nəzərə aldıqda və Avro- panın İEÖ-nin qabaqcıl təcrübələrini nəzərdən keçirdikdə müəyyən olu- nur ki, belə pilot layihələr universitetlərdə də reallaşdırıla bilər. Çünki orta məktəblərdə belə layihələrin davamlı nəticələr əldə etməsi üçün təhsilin növbəti mərhələlərində “yaşıl” təfəkkürün daha da dərinləşdirilməsinə eh- tiyac var. Azərbaycanda yaşıl iqtisadiyyatın tələbinə uyğun əmək bazarının inkişaf etdirilməsi təhsilin bütün pillələrində bu sahəyə diqqət tələb edir. İnsanlarımız ciblərinə ziyan edib bahalı ciplərdə gəzməkdə, sağlam- lıqlarına zərbə vurub həmin avtomobillərin tüstüsünü udmaqda davam edərlərsə, müasir dövrdə “sosial fiqur” olub ailəsi və doğmalarına daha az zaman ayırmağı üstün tutarlarsa, əlbəttə, biz yaşıl iqtisadiyyatın müsbət nəticələrini görə bilmərik. Təbii ki, problemin bu tərəflərinə toxunma- dan, yaşıl iqtisadiyyatın mahiyyətini və ona haradan, necə başlayacağı- mızı, məsələnin kökündən həllini anlaya bilmərik. İlk öncə yaşıl həyatın mahiyyətini anlamalıyıq ki, onu həyata keçirə bilək. Elə bu səbəbdən irəli gələrək, yaşıl iqtisadi sistemə keçidin ilkin mərhələsi beynəlxalq səviyyədə 2020-ci ilə kimi onun təfəkkürlərdə formalaşmasına həsr olunub. Davam- lı inkişafa nail olmaq üçün, deməli, bu vəziyyəti dərk edib qəbul etmək, nəticədə daha çox maariflənərək “dəbli” həyat tərzindən azad olmağa ehti- yac vardır və yaxın gələcəkdə Azərbaycan öz milli təhsili ilə bu istiqaməti inkişaf etdirən ölkələrdən biri ola bilər. - 50 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR FƏSIL 2. ALTERNATİV VƏ BƏRPA OLUNAN ENERJİ MƏNBƏLƏRI “Sülhü, insan sağlamlığını, ətraf mühiti və istehlakçını əsas tutan davamlı enerji siyasətinin vaxtıdır” Dennis Kusiniç, 2005

  46. 2.1. Giriş Tarixən iqtisadi inkişaf, əsasən, ənənəvi enerji resurslarından istifadə və parnik (istixana) qazları emissiyalarının artımı kimi amillərlə səciyyələndirilmişdir. Lakin alternativ (bərpa olunan) enerji mənbələri bu anlayışı dəyişməklə yanaşı, davamlı inkişaf konsepsiyasının forma- laşmasına da təkan verdi. Qloballaşan dünyada bir çox dövlətlər öz siyasətlərini daha çox davamlı inkişafı təmin etmək istiqamətində qu- rurlar. İqtisadi inkişafın bir modeli olan davamlı inkişafın əsas məqsədi ətraf mühiti qorumaqla mövcud resurslardan insanların ehtiyacla- rı üçün istifadə olunmasını təmin etməkdir. Belə ki, bu resurslardan istifadə olunarkən yalnız hazırkı vəziyyətə deyil, eyni zamanda gələcək nəsillərin potensial ehtiyaclarına da önəm verilməlidir. Müasir dövrdə enerjiyə və enerji resurslarına olan tələbatı nəzərə alsaq, onda davamlı enerji siyasətinin nə qədər əhəmiyyətli olduğunu görə bilərik. Davamlı enerji siyasətinə toxunarkən bu konsepsiyanın aşağıda göstərilən “əkiz sütunları”na diqqət yetirmək önəmlidir:  Bərpa olunan enerji  Enerji səmərəliliyi Alternativ enerji mənbələri(AEM) vasitəsilə alınan enerji insanların istifadəsi nəticəsində tükənə bilməz və bu, ətraf mühitin qorunması üçün də olduqca va- cibdir. Bundan başqa, dünya ölkələri bu enerji mənbələrindən istifadə etməklə, ənənəvi enerji mənbələrindən istifadəni azalda bilər, iqtisadi diversifikasiyaya - 51 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR şərait yaradar və gələcək enerji təhlükəsizliyini təmin edərlər. Uzunmüddətli perspektivdə inkişafa nail olmaq məqsədilə yuxarıda qeyd olunan hər iki amil paralel şəkildə inkişaf etdirilməlidir. Enerjidən səmərəli istifadə ona olan tələbatı aşağı salmaq istiqamətində mühüm rol oynayır və eyni zamanda, artan təmiz enerji ehtiyatları neft, təbii qaz və kömür kimi ənənəvi enerji resurslarından istifadəni azaldır1. Bunları nəzərə alaraq qeyd edə bilərik ki, davamlı enerji iqti- sadiyyatında hər hansı uğur əldə etmək məqsədilə səmərəlilik və bərpa olunan enerji mənbələrinin inkişafına diqqət yetirmək önəmlidir. Dünya təcrübəsi də göstərir ki, səmərəlilik və bərpa olunan enerji mənbələrinin inkişafı əlavə iqtisadi gəlir əldə edilməsinə təkan verir. Məsələn, hər iki sahə sərmayə qoyuluşuna və yeni iş yerlərinin açılmasına stimul yara- dır, bununla da ölkədə regionların inkişafına böyük təkan verir. Bu səbəbdən də bir çox dövlətlər səmərəliliyə və bərpa olunan enerji mənbələrinə iqtisa- di inkişaf strategiyası kimi dəyər verir. Avropa Komissiyasının Bərpa olunan enerji mənbələri Direktivinə nəzər yetirsək görərik ki, bərpa olunan enerji mənbələrinin inkişafı çərçivəsində son enerji istehlakında bu mənbələrin payı hədəf 20%, nəqliyyatda isə 10% təşkil etməlidir. Bu iki məqsəd Avropa Birliyi- nin (AB)2020 - İnkişaf Konsepsiyasının əsas hədəflərindəndir2. Cədvəl 2.1. Son enerji istehlakında bərpa olunan enerji mənbələri (%) 2010 2011 2011-2012 2013-2014 2020 hədəf dəyişmə trayektoriyası AB-27 12.5 13.0 : : 20.0 AB-28 12.5 13.0 : : 20.0 Belçika 4.9 4.1 4.4 5.4 13.0 Bolqarıstan 13.7 13.8 10.7 11.4 16.0 Çexiya 9.2 9.4 7.5 8.2 13.0 Danimarka 22.0 23.1 19.6 20.9 30.0 Almaniya 10.7 12.3 8.2 9.5 18.0 1 Bill Prindle et al. “The Twin Pillars of Sustainable Energy: Synergies between Energy Efficiency and Renew- able Energy Technology and Policy” [pdf] American Council for an Energy-Efficient Economy (ACEEE №E074), May 2007 2 Commission of the European Parliament, Renewable e nergy progress report, COM (2013) 0175 final, Brussels: European Commission, 27/ 03/ 2013 - 52 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Estoniya 24.6 25.9 19.4 20.1 25.0 İrlandiya 5.6 6.7 5.7 7.0 16.0 Yunanıstan 9.8 11.6 9.1 10.2 18.0 İspaniya 13.8 15.1 11.0 12.1 20.0 Fransa 12.8 11.5 12.8 14.1 23.0 Xorvatiya 14.6 15.7 14.1 14.8 20.0 İtaliya 9.8 11.5 7.6 8.7 17.0 Kipr 5.4 5.4 4.9 5.9 13.0 Latviya 32.5 33.1 34.1 34.8 40.0 Litva 19.8 20.3 16.6 17.4 23.0 Lüksemburq 2.9 2.9 2.9 3.9 11.0 Macarıstan 8.6 9.1 6.0 6.9 13.0 Malta 0.2 0.4 2.0 3.0 10.0 Niderland 3.7 4.3 4.7 5.9 14.0 Avstriya 30.6 30.9 25.4 26.5 34.0 Polşa 9.3 10.4 8.8 9.5 15.0 Portuqaliya 24.4 24.9 22.6 23.7 31.0 Rumıniya 23.4 21.4 19.0 19.7 24.0 Sloveniya 19.6 18.8 17.8 18.7 25.0 Slovakiya 9.4 9.7 8.2 8.9 14.0 Finlandiya 31.4 31.8 30.4 31.4 38.0 İsveç 47.9 46.8 41.6 42.6 49.0 Böyük Britaniya 3.3 3.8 4.0 5.4 15.0 Mənbə: Eurostat Yuxarıda göstərilən cədvəl AB-nin üzvü olan dövlətlərin bərpa olunan enerji mənbələrindən istifadə istiqamətində əldə etdikləri nailiyyətləri və AB 2020 - İnkişaf Strategiyası çərçivəsində planlaşdırılan hədəfi əks etdi- rir. AB-yə üzv dövlətlər arasında bu istiqamətdə ən yüksək nailiyyət İsveçin payına düşür. Göründüyü kimi, əgər 2011-ci ildə son enerji istehlakında AB-27 dövlətlərində bərpa olunan enerji mənbələrinin istifadəsi 13% təşkil edirdisə, 2020-ci ilin hədəfi bu göstəricini 20%-ə çatdırmaqdır. Qısaca qeyd etsək, 2020-ci ilin hədəfi təkcə iqtisadi və sosial deyil, həmçinin ətraf mühi- tin qorunması istiqamətində atılmış mühüm addımdır. - 53 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR

  47. 2.2. Alternativ (bərpa olunan) enerji mənbələrinin əsas inkişaf prinsipləri AEM və davamlı inkişaf (Dİ) arasında olan əlaqələrə həm qlobal, həm də regional və ya lokal xüsusiyyətləri özündə cəmləşdirən məqsədlər iyerarxiya- sı nöqteyi-nəzərindən baxıla bilər. Bu enerji mənbələri Dİ-nin: 1) sosial-iq- tisadi inkişaf; 2) enerji resurslarına çıxış; 3) enerji təhlükəsizliyi və 4) iqlim dəyişikliyi və ətraf mühitə təsirin azaldılması kimi mühüm məqsədlərinə müsbət təsir göstərir3. Lakin iqtisadi inkişaf səviyyəsindən asılı olaraq, müxtəlif ölkələr AEM-in inkişafına fərqli yanaşmaya və sosial-iqtisadi məqsədlərə ma- likdir. Məsələn, sənayeləşmiş ölkələrdə iş yerlərinin açılması və iqtisadiyyatda mütərəqqi struktur dəyişikliklərinin aparılması AEM-in təşviqinə dəstək verən məqsədlərdən hesab olunur. Məsələnin tam izahı üçün yuxarıda göstərilən məqsədlərin ayrı-ayrılıqda qısa şəkildə izahı önəmlidir.

  48. 2.3. Sosial-iqtisadi inkişaf Məlum olduğu kimi, enerji sektoru iqtisadi inkişafa təkan verən əsas mexanizmlərdən biridir. Hazırda artan enerji tələbatı əksər ölkələrin iq- tisadiyyatına mənfi təsir göstərməklə, onları enerji istehsalçılarından ası- lı vəziyyətə salır. Ümumiyyətlə, iqtisadi nəzəriyyədə iqtisadi inkişafın ölçülməsi üçün Ümumi Daxili Məhsulun artımından və adambaşına düşən Ümumi Daxili Məhsulun dinamikasından istifadə olunur. İnsan İnkişafı İndeksi isə cəmiyyətin rifahını, insanların alıcılıq qabiliyyətini, gəlirlərini və savadlılıq səviyyəsini müəyyən edir4. Lakin qeyd olunan bu iki iqtisadi indeks sosial və iqtisadi inkişafın davamlılığının ölçülməsində tam yetərli deyil.Bu səbəbdən də ümumi enerji intensivliyi göstəricisindən istifadə etməklə ölkədə $1 ÜDM üçün istifadə olunan enerji miqdarının müəyyən edilməsi daha düzgündür. Göstərilən amillərdən başqa, AEM-in inkişafı yeni iş yerlərinin açılması kimi əlavə iqtisadi gəlirlər də yaradır. Məsələn, UNEP-in 2008-ci ildə apardığı araşdırmalara əsasən, dünyada təxminən 2,3 milyon insan AEM sahəsində çalışır və bir çox dövlətlərdə yeni iş yerlərinin 3 IPCC SREEN: Special Report on Renewable Energy Sources and Climate Change Mitigation [pdf], Final Release 4 ibid - 54 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR açılması bu sahəyə investisiya yatırılmasının əsas səbəblərindəndir. AEM-in inkişaf etdirilməsi bahalı enerji avadanlıqları istehsalına söykənən ənənəvi enerji resurslarından fərqli olaraq, daha çox işçi bazarının formalaşmasına yönəlir.Artıq bir çox dövlətlər bu istiqamətdə təqdirə layiq addımlar at- mışlar. 2011-ci ildə Almaniyada bu sahədə təxminən 372 min iş yeri möv- cud olmuş və 2010-cu illə (360 min) müqayisədə 3% artmışdır. Almaniya hökuməti bu göstəricini 2020-ci ilə 400-500 minə, daha sonra – 2030-cu ilə isə təxminən 710 minə çatdırmağı nəzərdə tutur5.

  49. 2.4. Enerji resurslarına çıxış İstənilən ölkə üçün istər AEM-ə, istərsə də ənənəvi enerji resurslarına çıxışhəmin ölkənin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Bir çox inkişaf et- miş dövlətlər uzunmüddətli inkişafa nail olmaq üçün ənənəvi enerji resursla- rından tədricən qeyri-ənənəvi resurslara – bərpa olunan enerji mənbələrindən və nüvə enerjisindən istifadəyə keçid alırlar. Lakin 2011-ci ildə Yaponiyada baş vermiş zəlzələ və sunami nəticəsində Fukuşima nüvə stansiyasında radiasi- ya sızması nüvə enerjisindən istifadənin nə qədər təhlükəli olduğunu bir daha sübut etdi. Bu səbəbdən də bir sıra inkişaf etmiş ölkələr, əsasən də Avropa dövlətləri özlərinin uzunmüddətli enerji təhlükəsizliyini məhz AEM vasitəsilə təmin etməyi əsas məqsəd kimi qarşılarına qoymuşlar. XXI əsrdə yaşamağımıza baxmayaraq, başlıca olaraq kənd yerlərində məskunlaşan dünya əhalisinin əksəriyyəti hələ də müasir enerjidən istifadə etmək imkanına malik deyil. Bu kontekstdə, əsasən inkişaf etməkdə olan Asiya və Sub Sahara Afrika ölkələrinin 95%-i çağdaş enerji mənbələrinə çıxışdan məhrumdur. 2010-cu ildə dünya əhalisinin təxminən 20%-i elekt- rik enerjisindən istifadə edə bilməyib6. Müasir enerji mənbələrinə çıxış əldə etmək əsasən davamlı iqtisadi inkişaf üçün önəmli olmaqla, yoxsulluq səviyyəsinin və kəndlə şəhər arasındakı sosial bərabərsizliyin azaldılmasında əhəmiyyətli rol oynayır. Təmiz və etibarlı enerji mənbələrinə çıxış insanlığın inkişafı üçün vacib olan sağlamlıq, ətraf mühitin təhlükəsizliyi, təhsil və gen- 5 The Federal Ministry forthe Environment, Nature Conservation and Nuclear Safety: Gross employment from renewable energy in Germany in 2011 [pdf], 14 March 2012 6 International Energy Agency,2013. “Global status of modern energy access,“[Online]. Available at: http:// www.worldenergyoutlook.org/resources/energydevelopment/globalstatusofmodernenergyaccess/[Accessed 18 October, 2013] - 55 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR der bərabərliyi kimi mühüm fundamental dəyərlərin qorunub saxlanılması- nın qarantlarından hesab olunur.

  50. 2.5. Enerji təhlükəsizliyi Enerji təhlükəsizliyi məsələsinə toxunarkən, qeyd etmək lazımdır ki, ha- zırda bu məsələ dünyada öz aktuallığı ilə seçilir. Enerji təhlükəsizliyi kon- sepsiyasının dəqiq başa düşülməsi üçün təkcə onu vurğulamaq yetərlidir ki, neft və təbii qaz kimi önəmli ənənəvi enerji resursları dünya ölkələri ara- sında bərabər səviyyədə paylanmayıb. Enerji resursları bir neçə regionda toplanıb. Bu isə öz növbəsində dövlətlər arasında əməkdaşlığın və dialo- qun güclənməsinə öz töhfəsini verir, yaxud da əksinə, bu resurslar uğrunda müxtəlif siyasi oyunların formalaşmasını stimullaşdırır. Bu səbəbdən də qlo- ballaşan dünyada bir çox dövlətlər üçün əsas məqsəd neft və təbii qaz kimi resurslardan asılılığı azaltmaq və AEM-i inkişaf etdirməkdir. Enerji istehlakı və iqtisadi inkişaf asılılığını nəzərə alaraq deyə bilərik ki, bu mənbələrin inki- şaf etdirilməsi etibarlı enerji təchizatının formalaşmasına, iqtisadi inkişafa, həmçinin də bir çox dövlətlər üçün “Axilles dabanı”na çevrilən digər ölkədən enerji asılılığının aradan qaldırılmasına şərait yaradacaqdır. AEM-in inkişaf etdirilməsi əsasən enerji şəbəkələrindən daha uzaq məsafədə yerləşən kənd yerlərində və dağlıq ərazilərdə olduqca əhəmiyyətlidir. Şəkil 2.1. İsrailin Derriqat Bədəvi kəndində günəş panelləri - 56 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Məsələn, İsrail Dövlətində ərəb bədəvilərinin məskunlaşdığı mübahisəli yaşayış yerlərində elektrik enerjisindən istifadə dövlət tərəfindən təmin olunmur. Bu səbəbdən də, bədəvilər günəş panellərindən çox effektli şəkildə istifadə etməklə öz enerji ehtiyatlarını tam qarşılayırlar. Günəş panelləri vasitəsilə onlar suyun qızdırılmasını, həmçinin istehsal olunan elekt- rik enerjisindən istifadə edərək soyuducu, kondisioner, televizor və digər önəmli məişət cihazlarının işləməsini təmin edirlər. Bu, bir daha sübut edir ki, enerji mənbələrindən asılı olmayaraq, düzgün idarəetmə və coğrafi məkanın təsiri nəticəsində sistemin dəqiq seçilməsi və quraşdırılması ener- ji təhlükəsizliyinin artırılmasına kömək edir. Ona görə də qeyd edə bilərik ki, AEM-in ümumi enerji təchizatını diversifikasiya etmək iqtisadiyyatda həssas sayılan qiymət dəyişkənliyini aradan qaldırır və bununlada enerji təhlükəsizliyini qlobal, regional və lokal səviyyədə artırmağa imkan yaradır7. 2.6.İqlim dəyişikliyi və ətraf mühitə təsirin azaldılması Hazırda iqlim dəyişikliyi və mədən yanacaqları ehtiyatlarının azalma- sı planetimizin üzləşdiyi əsas problemlərdəndir. Bu problemlərin həlli ənənəvi enerji resurslarından istifadənin azaldılmasını və istixana qazları- nın (İXQ) atmosferə buraxılmasının dayandırılmasını tələb edir. Proble- min həlli üçün dünyanın 192 ölkəsinin dövlət nümayəndələri 1997-ci ildə Yaponiyanın Kioto şəhərində atmosferə buraxılan və havanın istiləşməsinə səbəb olan karbon dioksid və başqa zərərli qazların atılmalarının azaldılma- sı üzrə beynəlxalq saziş - Kioto Protokolunu imzaladılar. “BMT-nin İqlim dəyişmələri haqqında Çərçivə Konvensiyasına dair” bu protokol 2007-ci ildə bütünlükdə qüvvəyə mindi. Qəbul olunmuş sənədə əsasən, dünyanın sənaye cəhətdən güclü inkişaf etmiş 38 ölkəsi atmosferə karbon qazı atılma- larını əhəmiyyətli dərəcədə azaldaraq, 2012-ci ilə qədər onların miqdarını 1990-cı ildə olduğundan da 5,2% az səviyyəyə çatdırmalıdırlar. Bu məqsədlə AB ölkələri karbon qazı da daxil olmaqla İXQ-nin atılmalarını 8%, ABŞ 7%, Yaponiya isə 6% azaldacaqdır. Protokolun maraqlı tərəfi ondan ibarətdir ki, o, həmçinin İXQ emissiyaları üçün kvotalar nəzərdə tutur8. Belə ki, kvo- ta həddini keçməyə məcbur olan ölkələr və ya şirkətlər atılmaları kvotada 7 ibid 8 IETA: Greenhous Gas Market 2012. New Markets, New Mechanisms, New Opportunities [pdf] - 57 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR göstərildiyindən daha az olan ölkələrdən və yaxud şirkətlərdən atmosferə əlavə atılmalar üçün ödənişli yolla icazə ala bilərlər. Sənəddə əksini tapan kvota sistemi İXQ bazarının aktiv formalaşmasına və karbon kreditlərinin inkişaf etməsinə təkan verdi. Məsələn, Misirin şimal sahilində yerləşən Af- rikanın ən iri gübrə zavodu 2010-cu ildə atmosferə buraxılan karbon tul- lantılarının $25 milyon dəyərində kompensasiyasını təqdim etmişdir. Bu kompensasiyalar Almaniyanın sənaye ürəyi sayılan Reyn-Rur bölgəsində kömürlə işləyən 5 elektrik stansiyasına satılmışdır9. AEM texnologiyaları digər enerji resursları ilə müqayisədə ətraf mühitə daha az zərər vurur, eyni zamanda ümumi İXQ emissiyalarını azaltmaqla, etibarlı və davamlı enerji xidmətləri təklif edir. Bu baxımdan, AEM həm ge- osiyasi, həm də dəyişən enerji qiymətləri problemlərini azaldaraq, yeni tex- nologiyaların yaranmasına və yerli iqtisadiyyatın inkişafına zəmin yaradır. Yuxarıda göstərilən amillər bir daha sübut edir ki, iqlim dəyişikliyi və ətraf mühitə dəyən zərərli təsirləri azaltmaq məqsədilə İXQ emissiyalarının azal- dılması AEM texnologiyalarına artmaqda olan tələbatın prioritet hədəfidir.

  51. 2.7. AEM-in inkişafına mane olan baryerlər AEM üzrə qanunvericiliyin və icra işlərinin Dİ strategiyası çərçivəsində inteqrasiyası Dİ-nin əsas elementləri və müvafiq məqsədləri arasında qar- şılıqlı əlaqənin aşkar nəzərə alınmasını zəruri edir. AEM qanunvericiliyi, həmçinin layihələrin planlaşdırılması, qurulması və həyata keçirilməsi isə xüsusi sosial-iqtisadi və ətraf mühit konktekstindən irəli gəlir. Bu, eyni za- manda, ətraf mühit üzrə çoxtərəfli razılaşmaları nəzərə almaqla, müəyyən cəmiyyətin, yaxud layihə yerinin strateji inkişaf məqsədlərinə uyğun ol- maq şərti ilə gerçəkləşdirilir.

  52. 2.7.1. Sosial-mədəni baryerlər10 Ənənəvi olaraq, əksər cəmiyyətlər AEM-dən istifadənin ətraf mü- hit üçün faydalı və səmərəli olması fikrini dəstəkləyirlər. Bu istiqamətdə aparılmış bir çox araşdırmalar və rəy sorğuları da yüksək ictimai dəstəyin 9 PANJA: Carbon Trading in Africa [pdf], Brief 3, March 2012 10 IPCC SREEN: Special Report on Renewable Energy Sources and Climate Change Mitigation [pdf], Final Release - 58 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR mövcudluğunu təsdiq etmişdir. Lakin o da qeyd olunmalıdır ki, AEM-in ümumi ictimai dəstək göstəricisi onun yerli səviyyədə icrasının fərdlərə və qruplara birbaşa təsir etdiyi hallarda qəbul olunması və dəstəklənməsi göstəricisi ilə uyğun gəlməyə də bilər. Məsələn, bəzi ölkələrdə iri yeni tikintilərin və qurğuların həyata keçirilməsi bir sıra hallarda artan ictimai narazılıqla qarşılanır. AEM layihələrinin həyata keçirilməsi və onların Dİ-yə mümkün təsirləri baxımından sosial-mədəni baryerlərin müxtəlif mənbələri mövcuddur. On- lar birbaşa cəmiyyət və fərdi dəyər və normaları ilə əlaqəli olur. Bu cür dəyər və normalar AEM texnologiyalarının və onların işlənməsinin fərdlər, qruplar və cəmiyyətlər tərəfindən qavranılmasına və qəbul olunmasına təsir göstərir. Qeyd etmək lazımdır ki, həmin baryerlər sosial-mədəni məsələlərə qeyri- adekvat yanaşmadan və anlayışdan irəli gələ bilər. Məsələn, bu baxımdan belə baryerlərə biomüxtəliflikvə ekosistemə təsir də daxil olmaqla davranış, təbii ya- şayış məskənləri, təbii və insan irsi qalıqları, landşaft, su və torpaqdan istifadə hüquqları, həmçinin onların rəqabətli istifadəyə açıq olması ilə bağlı baryerlər aiddir11. İri layihələr yalnız ictimaiyyətin tam dəstəyi olduğu halda səmərəli şəkildə həyata keçirilə bilər. AEM layihələrinin verə biləcəyi qazanc ictimaiyyət tərəfindən tam başa düşülməlidir.

  53. 2.7.2. İnformasiya və məlumatlılıq baryerləri AEM layihələrinin əsas piar elementlərindən biri yerli icmaların xeyrinə olan yeni iş yerlərinin açılması, fərdi inkişaf, investisiya imkanları və texno- loji innovasiya vasitəsilə yoxsulluğun azaldılmasıdır. İnkişaf etməkdə olan ölkələrdə həyata keçirilən AEM üzrə bir çox pilot layihələri enerji ilə kasıb icmalarda bərpa olunan enerji resurslarının oynadığı rolla bağlı maraqlı fakt- lar ortaya çıxarmışdır. Lakin əgər yerli icma bu üstünlükləri düzgün qavra- mazsa, yaxud əldə olunan mənfəətin düzgün bölüşdürülməsi nəzərə alın- mazsa, onda layihənin qəbulu ilə bağlı problemlər yarana bilər. Hazırda inkişaf etməkdə olan ölkələrdə texniki biznes vərdişlərinin məhdudluğu və eləcə də texniki dəstək sistemlərinin olmaması müşahidə olunur. Bu, xüsusilə mövcud olan müvafiq AEM-in seçimləri barədə po- 11 ibid - 59 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR tensial istehlakçılar arasında məlumatın olmaması və ya düzgün başa düşülməməsi ilə əlaqələndirilir. Belə amillər bazarın formalaşmasına bir- başa mənfi təsir göstərir və enerji sektorunda aydın hiss olunur.Bu cür məlumatsızlıq adətən AEM-in icrasına, habelə bütövlükdə iqtisadiyyatın tərəqqisinə təkan verən kiçik və orta müəssisələrin inkişafının qarşısını alan ən vacib amillərdən hesab edilir. Göstərilən problemlər əksər hal- larda sistemin çökməsinə və ya funksionallığının itirilməsinə səbəb olur. Sonda AEM texnologiyalarının sahibkarlıq hüququ özəl sektorun əlində olarsa və üstəlik, bu texnologiyaların bazara girişi də həmin şirkətlərin dominantlığı altında həyata keçirilərsə, bu zaman AEM texnologiyaları- nın inkişafı və istifadəsi üçün bu “oyunçular”ın bazar qabiliyyətinə diqqət yetirmək olduqca vacibdir12. Ona görə də belə layihələrin davamlılığının və keyfiyyətinin yüksəldilməsi məqsədilə texniki və biznes imkanlarını ar- tırmaq vacibdir.

  54. 2.7.3. Bazar uğursuzluqları və iqtisadi baryerlər Dİ kontekstində AEM-in iqtisadi tərəflərini qiymətləndirmək üçün sosial xərclər və gəlirlər şəffaf şəkildə nəzərə alınmalıdır. AEM- in qiymətləndirilməsi xərc effektivliyi, regional uyğunluq, ətraf mühitə təsirlərin nəticələri üzrə ölçülə bilən meyarlar əsasında həyata keçirilməlidir. Sosial cəhətdən səmərəli AEM üzrə investisiya qərarlarını dəstəkləmək üçün iqtisadi amillər tələb olunur. Burada vergilər, subsidiya- lar, onların quruluşu, həmçinin bazardakı çatışmazlıqlar və uğursuzluqlar timsalında bazar pozuntularının AEM-in icrasına təsirləri, habelə sosial xərclər fonunda İXQ emissiyalarının sağlamlığa və ətraf mühitə vurduğu zərər də nəzərə alınmalıdır13. AEM-iniqtisadi məqsədəuyğunluğunun qiymətləndirilməsi bərpa olunan resursların mövcudluğuna və xərc amillərinə əsaslanır. Adekvat mənbələrin potensialı barədə məlumat çatışmazlığı mənbənin varlığı ilə bağlı qeyri-müəyyənliyə birbaşa təsir edərək, bazarda layihə icraçıları və in- vestorlar tərəfindən yüksək risk sığortası tələb edir. AEM bazarının səmərəli 12 ibid 13 ibid - 60 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR inkişafı üçün investisiyaların ayrılması və siyasi dəstək olduqca vacibdir. Məsələn, inkişaf etmiş ölkələrdə əsas baryerlərdən sayılan investisiya qoyu- luşu əsasən yeni texnologiyaların alınmasında, sistemin qurulması və çalış- ması üçün texniki xidmətlərin göstərilməsində, siyasi dəstək isə göstərilən xidmətlərin davamlı və effektli şəkildə həyata keçirilməsində böyük stimul yaradır. 2.8.Alternativ (bərpa olunan) enerji mənbələrinin normativ-hüquqi çərçivədə inkişaf etdirilməsi Hazırda dünyanın demək olar ki, bütün ölkələri öz enerji ehtiyacları- nı neft, təbii qaz və kömür kimi ənənəvi enerji mənbələri hesabına ödəyir. Ənənəvi enerji resursları tükənəndir, ətraf mühit üçün zərərlidir və bundan başqa, artan enerji qiymətləri iqtisadiyyata da mənfi təsir göstərir. Bunun əksinə, AEM ekoloji cəhətdən təmiz və tükənməzdir. Müxtəlif enerji mənbələrinə görə, AEM-i beş qrupa bölmək olar. Ən qədim və geniş yayılmış mənbələrdən biri hidro-enerji hesab olunur. Hid- ro-enerji sadəcə sudan əldə edilən və elektrik enerjisinə çevrilən enerjidir. Bu enerji resursu bir çox metodlarla əldə edilə bilər, lakin sudan enerji- nin istifadə edilməsinin ən çox yayılmış metodu hidro-elektrik stansiya bəndidir. Biokütlə enerjisi bütün üzvi materialların istifadəsi ilə alınan enerjidir. Biokütlə enerjisinin üstünlüyü ondadır ki, o, asanlıqla saxlanıla və enerjiyə tələbat yarandıqda istifadə oluna bilər. Geotermik enerji torpaqda yığılan istiliyi ifadə edir. Torpaq istiliklə iki mənbədən, planet və günəşin aktiv istilik zonasından təchiz edilir. Günəş enerjisi - Günəş işığından əldə edilən enerji mənbəyidir. Hazırda bir çox ölkələr günəş enerjisi texno- logiyalarından istifadə edərək, enerjiyə olan ehtiyaclarının bir hissəsini ödəyirlər. Qeyd edə bilərik ki, yer səthinə düşən günəş enerjisinin miqdarı bütün neft, təbii qaz, daş kömür və digər yanacaq ehtiyatlarından çoxdur.14 Külək enerjisi – küləyi meydana gətirən hava axınının yaratdığı hərəkət (kinetik) enerjisidir . Külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya 14 United States Export Council for Renewable Energy (US/ECRE): “Renewable Energy Overwiew. Chapter I” [Online] Available at: http://www.oas.org/dsd/publications/Unit/oea79e/ch05.htm [Accessed Oct. 27, 2013] - 61 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir. Külək turbinləri həm quruda, həm də dənizdə quraşdırıla bilər. Cədvəl 2.2. AEM-in vacib xüsusiyyətləri Seçimlər Status Güc Kiçik hidro Kiçikdən böyük başlı Praktiki olaraq Nominal turbinlərə və dam- hamısı mənfəətlidir yüklənmədən asılı balara Çay məcrası olaraq fasilə ilə Külək Şaquli və üfüqioxlu Mənfəətlidir Dəyişkən, 20%-dən külək turbinləri Yeni modellər 40%-ə kimi Külək nasosları hazırlanma mərhələsindədir Günəş Fotovoltaik Çox mənfəətlidir Saxlanmadan: Aktiv termik Bəziləri <25%, fasilə ilə (qızdırma və elektrik hazırlanma və ya Termal saxlanma ilə: enerjisi üçün aşağı təkmilləşdirilmə 40%-dən 60%-ə kimi, temperaturdan mərhələsindədir orta yuxarı temperatura) Passiv termik Geotermal Dövrələr: Mənfəətlidir Yüksək, nominal Qızdırılmış buxar, Tədqiqat və qazma yüklənmə Alışma, göstəricilərinin İkili rejim yaxşılaşdırılması həyata keçmə mərhələsindədir Bioenerji Yanma Çox mənfəətlidir ABŞ taxta-şalban Fermentasiya Daha çox zavodlarının Üzvi tullantıların hazırlanma və ya ortalaması 95+% bioqaza çevrilməsi təkmilləşdirilmə Orta, maksimum (40-75% metan və mərhələsindədir nəticədə mümkündür karbon dioksidi əsasında) Qazlaşdırma Mayeləşdirmə Mənbə: US/ECRE, http://www.oas.org/dsd/publications/Unit/oea79e/ch05.htm Müxtəlif sənayeləşmiş ölkələrin təcrübəsi göstərir ki, düzgün siyasi-hü- quqi bazanın və səmərəli idarəetmə sisteminin yaradılması AEM-in inkişa- - 62 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR fında və bu sahəyə böyük sərmayələrin cəlb olunmasında əvəzsiz rol oyna- yır. Bu baxımdan,müstəqil enerji istehsalçıları üçün sabit tariflərin, habelə açıq və şəffaf şəbəkəyə qoşulmanı təmin edən hüquqi çərçivənin yaradılma- sı uğur üçün əsas faktorlardandır. Bundan əlavə, uzunmüddətli EESM-lər əsasında təyin edilmiş şəffaf və normal qiymətlər investorların cəlb olunma- sı üçün ən mühüm amildir15. AEM-in səmərəli inkişafı üçün dəstək proqramları olduqca vacibdir. Dəstək proqramları birbaşa dəstək və dolayı dəstək kimi amilləri özündə cəmləşdirir: birbaşa dəstək (yaşıl tarif (feed-in tariff), kvota sistemi, maliyyə yardımı, yüngül kreditlər və fiskal stimullar); ənənəvi enerji mənbələrindən istifadənin azaldılmasına yönəldilmiş tədbirlər vasitəsilə - dolayı dəstək (təşviq proqramları çərçivəsində informasiyanın yayılması, ictimaiyyətə bu cür mənbələrdən istifadənin əhəmiyyətinin izahı və təmiz enerji texnolo- giyalarının müsbət imicinin formalaşdırılması). Əlverişli normativ-hüquqi bazanın yaradılması - səmərəli hüquqi baza olmadan bu sahənin inkişafı və rəqabətli bazarın yaradılması mümkünsüzdür16. Hər bir ölkə özünə uyğun olan səmərəli normativ-hüquqi baza formalaşdırmalıdır. Bütün qanunlar və qərarlar sadə olmaqla yanaşı, bu sahəyə aid bütün məsələləri əks etdirməlidir. Məsələn, bərpa olunan enerji mənbələri texnologiyalarının qurulması və işlədilməsi üçün lisenziyaların verilməsi. Şəkil 2.2. AEM üzrə dəstək tədbirləri 15 Wang, Xiaodong. “Legal and Policy Frameworks for Renewable Energy to Mitigate Climate Change” Sustain- able Development Law & Policy, Winter 2007, 17-20, 77-78. 16 International Institute for Applied systems Anaysis. Global Energy Assesment (GEA). ISBN 9780 51118 2935. 2012 - 63 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR AEM-ə dair dəstək siyasətinin əsas məqsədi bu cür mənbələrin inkişa- fına mane olan amilləri aradan qaldırmaq, bərpa olunan enerji mənbələri sənayesinin inkişafına təkan vermək, bərpa olunan enerji mənbələri bazarı- nı yaratmaq, bu mənbələrin qiymət rəqabətliliyini artırmaq, ənənəvi enerji resurslarından istifadəni azaltmaqla enerji azadlığını dəstəkləmək və iqlim dəyişikliyi prosesinə müsbət təsir etməkdir. AEM-in inkişafı üçün aşağıda göstərilən bazar siyasəti amilləri mövcud- dur17 . Müxtəlif ölkələrin təcrübələrinə nəzər yetirilərsə, bu istiqamətdə hər bir ölkənin öz siyasətinin və təcrübəsinin mövcudluğunu görmək olar. Bu kontekstdə, qeyd edə bilərik ki, ilkin vəziyyətdən, ənənəvi enerji resursla- rının və AEM texnologiyalarının qiymətlərindən asılı olaraq, dövlət ilkin mərhələdə bir siyasi alətdən istifadə etməklə bu istiqamətdə uğur əldə edə bilər və sonradan digər siyasi alətdən istifadəyə keçmək mümkündür.

  55. 2.9. Yaşıl tarif (Feed-in Tariff)18 Yaşıl tarifin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu tarif alternativ elekt- rik enerjisi istehsalçılarının hər kilovat-saat enerjisinin təyin edilmiş (mini- mum) qiymətinə ödəniş zəmanəti verir. Bu tarifin əsas meyarları aşağıdakı- lardır:  Zəmanətli və güzəştli enerji təchizatı şəbəkəsinə qoşulma və elektrik enerjisinin AEM-dən şəbəkəyə göndərilməsi;  Yetərli olan minimum yaşıl tarif;  Benefisiarlar üçün qanunla müəyyən edilmiş təhlükəsizliyin təmin edilməsi. Məsələn, müəyyən zaman ərzində tarifin ödənilməsi (investi- siya xərcinin müddətlə ödənilməsi) üçün qanunla müəyyən edilmiş (mi- nimum) qiymət ödəniş zəmanəti;  Hər bir AEM texnologiyalarına aid ayrıca yaşıl tariflər;  Mümkün olan qiymət azaldılması. 17 OSCE, Sep. 2009 .The Importance of the Legal and Regulatory Framework for the Development of Renewable Energy [Online] Available at: http://www.osce.org/baku/41263[Accessed 30 August 2013] 18 Federal Ministry for Economic Cooperation and Development: “Legal Frameworks for Renewable Energy” [pdf], GIZ, Feb. 2012 - 64 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Effektiv şəkildə planlaşdırılmış yaşıl tarifin əsas üstünlükləri:  Yüksək effektivlik;  İnvestisiya təhlükəsizliyi. Uzunmüddətli perspektivlər və investisiyanın qaytarılma zəmanəti səbəbindən bank tərəfindən maliyyələşdirmə;  Yerli bazarların AEM avadanlıqları üçün yüksək stimulyasiyası, yeni iş yerlərinin açılması, texnologiya yeniliklərinin dəstəklənməsi, həmçinin səmərəliliyin artırılması/ mümkün olan qiymət azaldılması. Bu sistemin sərfəli olmayan tərəfi isə son istehlakçılar üçün elektrik enerjisi qiymətinin artmasına səbəb olan birbaşa xərclərin təsiri və ya dövlət büdcəsindən xeyli maliyyə vəsaitinin tələb olunmasıdır. Yaşıl tarif sisteminin özünü doğrultduğu ölkələrdə ictimai-siyasi dəstək, davam- lılıq, həmçinin fərdi və kiçik investorlar üçün qanunla müəyyən edilmiş təhlükəsizlik yüksək səviyyədədir. Almaniya bu sistemin ən yaxşı işlədiyi ölkələrdən biridir. Almaniyanın Alternativ Enerji Aktı AEM-in inkişa- fına dair bütün vacib strateji addımları özündə əks etdirən nadir siyasi sənədlərdəndir. Siyasi alətlərin növündən asılı olmayaraq, qeyd olunan sənəddə həm strateji qanunvericilik, həm də dəstək mexanizmi effektli şəkildə icra olunub və bu səbəbdən də o, dünyada AEM-i dəstəkləyən ən uğurlu siyasətlər arasındadır. Almaniya adı çəkilən sənədi 2000-ci ildə qəbul etmişdir. Növbəti illər ərzində AEM-i və texnologiyaları daha da səmərəli inkişaf etdirmək məqsədilə müvafiq dəyişikliklər edilmişdir. Sənədin əsas strateji elementlərindən biri yaşıl tarif alətindən istifadə edərək qarşıya qoyulmuş hədəfə çatmaqdır. Bu baxımdan, məsələn, yaşıl tarif dəstək aləti kimi hər bir AEM texnologiyasına səciyyəvi olan minimum tarif zəmanəti verir. İstənilən elektrik enerjisi istehsalçısı bu zəmanəti 10-20 il ərzində ala biləcək. İstehsalçının standartlaşdırılmış qaydalar çərçivəsində qanuni şəkildə elektrik enerjisi şəbəkəsinə çıxışı mövcuddur. Qiymət nəzarəti və rəqabəti gücləndirmək məqsədilə yeni quraşdırılan cihazlar üçün tariflər həril proporsional şəkildə azaldılır19. 19 ibid - 65 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Cədvəl 2.3. AEM-ə dair ən mühüm dəstək siyasəti seçimləri Nəzərəçarpan üstünlüklər Nəzərəçarpan çatışmazlıqlar Yaşıl tarif Yüksək effektivlik Yaşıl tarifdən daha az (Feed-in tariff) Yüksək investisiya effektivlik (əsasən zəif cəza təhlükəsizliyi sistemində) Güclü bazar dinamikası Yaşıl tarifdən ucuz olma zəruriyyətinin olmaması Maliyyə yardımları AEM layihələrinə Qrantlar/Endirimlər investisiyanı asanlaşdırır İnvestisiyalar və digər vergi İnvestisiya qiymətini azaldır Əgər vergi kreditləri kreditləri Günəş enerjisi layihələri (əməliyyat üçün yox) yalnız üçün əlverişlidir investisiya üçün nəzərdə tutularsa, bu amil enerji istehsalçılarını əməliyyat planından uzaqlaşdıra bilər Kiçik həcmli investorlar üçün az cəlbedicidir AEM sertifikatları Enerji istehsalçılarına imkan Elektrik ener- yaradır ki, ticarət vasitəsilə jisi istehsalçılarının özlərinin elektrik enerjisi özlərini AEM-ə investisiya strukturunda AEM-in payını qoyuluşundan uzaqlaşdıra daha da yüksəltsin bilər Yaşıl enerji istehsalçılarına əlavə gəlir qazanılmasında kömək edir Enerji istehsalı ödəmələri və Yüksək effektivlik üçün Hüquqi bazanın daha zəif ya vergi kreditləri ədalətlidir olmasına görə, yaşıl tarifdən  İnvestisiya və vergi daha aşağı investisiya kreditlərini tamamlaya bilər təhlükəsizliyi Təmiz ölçü sistemi Yaşıl tarifdən daha Yaşıl tarifdən daha az mürəkkəb aşağı maliyyə gəliri Yaşıl tarifdən daha ucuz Günəş enerjisi qurğuları üçün əlverişsizdir Dövlət investisiyası, kredit AEM layihələrinə investisiya və ya maliyyələşdirmə qoyuluşunu asanlaşdırır İctimai müsabiqəli tender Güclü bazar istiqamətliliyi İddiaçılar tenderi qazanmaq Rəqabətli qiymətlər üçün olduqca aşağı qiymətlər Tutumun artırılmasının təklif edə bilərlər; layihənin yoxlanılması tamamlanmamasına, yaxud iflasına gətirib çıxara bilər Mənbə: BMZ; “Mövcud AEM dəstk alətləri” - 66 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Yuxarıda göstərilən müxtəlif dəstək siyasətlərinə nəzər yetirsək, hər bir seçimin öz üstün və çatışmayan cəhətlərinin mövcud olduğunu görərik. Bu səbəbdən də bütün dövlətlər ilkin mərhələdə özünə uyğun və ən sərfəli seçimi etməlidir ki, AEM texnologiyalarının inkişafını və bu sahəyə investisiya qoyuluşunu stimullaşdırsın.

  56. 2.10. Azərbaycanda alternativ (bərpa olunan) enerji mənbələrinin inkişaf perspektivi Alternativ enerji mənbələrindən istifadə müxtəlif ölkələrin yerləşdikləri regionların xüsusiyyətlərindən asılı olaraq fərqlənir. Məsələn, Almaniya və İsrail kimi inkişaf etmiş ölkələrdə bərpa olu- nan enerji mənbələrindən - günəş panellərindən istifadə əhəmiyyətli dərəcədə geniş yayılmışdır. İsrail AEM-dən istifadə imkanlarını 10%-ə çatdırmağı planlaşdırır. Xüsusilə, bu mənbələrdən istifadə suvarma və ya- şayış binalarında suyun qızdırılması istiqamətində daha əhəmiyyətlidir və davamlı inkişafın tərkib hissəsi kimi müəyyən edilmişdir. Son illər İsraildə enerji sahəsində aparılan elmi-tədqiqat işləri, həmçinin dövlət və özəl sektor tərəfindən investisiyaların artımı nəticəsində bu sahədə müsbət nəticələr əldə olunmuşdur. Almaniya 2012-ci ildə günəş ener- jisi istehlakını 50% artıraraq, enerji istehlakında 6.1%-ə çatdırmışdır20. ABŞ-da isə son zamanlar külək enerjisindən istifadə çoxalmışdır. Təkcə 2011-ci ildə ABŞ ərazisində 3.464 ədəd külək turbini quraşdırılmışdır. Küləkli aylar ərzində ABŞ-da külək enerjisi ölkənin ümumi enerji isteh- lakının 6%-ni təşkil edir21. Azərbaycanın neft və qaz ölkəsi olmasına, həmçinin dünya enerji ba- zarına öz təbii resurslarını satmaqla iqtisadiyyatını inkişaf etdirməsinə bax- mayaraq, uzunmüddətli davamlı inkişaf üçün ölkəmiz AEM-in inkişafına da diqqət yetirməlidir. Ölkədə bərpa olunan enerji mənbələrindən (su, külək və günəş enerjisi) istifadə potensialı əhəmiyyətli dərəcədə böyükdür. 20 Bloomberg Businessweek 2012. “German solar power production up 50 pct on year” [Online] November 5. Available at: http://www.businessweek.com/ap/2012-11-05/german-solar-power-production-up-50-pct-on- year[Accessed 31 August, 2013] 21 NRDC.Renewable energy for America: Wind energy.[Online] Available at: http://www.nrdc.org/energy/renewa- bles/wind.asp[Accessed 31 August, 2013] - 67 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Cədvəl 2.4. Azərbaycanda bərpa olunan enerji mənbələrinin potensialı Potensialın növü Gücü (MVt) Günəş enerjisi >5000 Külək enerjisi >4500 Bioenerji >1500 Geotermal >800 Kiçik su elektrik stansiyaları >350 Mənbə: Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Azərbaycan günəşli və küləkli günlərin miqdarına görə bərpa olunan enerji mənbələrinin potensialı baxımından əhəmiyyətli mövqeyə malik- dir. Abşeron yarımadasında və Xəzər dənizinin sahilboyu ərazisində günəş işığının müddəti il ərzində 2500 saata, Naxçıvan Muxtar Respublikasında isə 2900 saata bərabərdir22. Külək enerjisinə gəldikdə isə məlumdur ki, Abşeron yarımadası, Xəzər dənizinin sahilboyu əraziləri, Azərbaycanın qərb hissəsi (Gəncə-Daşkəsən) və Naxçıvan MR (Şərur-Culfa) böyük potensiala malikdir. Xüsusilə Ab- şeron yarımadasında külək enerjisi üçün yüksək potensial mövcuddur. Küləyin sürəti il boyu 3-7 m/san arasında dəyişir ki, bu da külək generator- ları üçün mükəmməl hesab edilir. Ümumiyyətlə, ölkədə illik 800 meqavata yaxın külək enerjisi ehtiyatı mövcuddur. Bu enerji isə öz növbəsində ildə 1 milyon ton şərti yanacağa qənaət etmək deməkdir23. Hökumət AEM-dən istifadənin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 oktyabr 2005-ci il tarixli 187 nömrəli sərəncamı iləkülək elektrik qurğularının idxalını gömrük vergilərindən və rüsumlarından azad etmişdir. Bütün bu potensialları nəzərə alaraq, ölkədə külək enerjisinin inkişafı istiqamətində külək turbinlərinin quraşdırılması və külək potensialından istifadə etməklə enerji istehsalı kimi bir sıra müsbət addımlar atılmışdır. 2004-cü ildə Caspian Technology şirkəti Bakıdan 55 km məsafədə yerləşən 22 Trend.az 2011. [Online]İyun 1http://az.trend.az/news/society/1884733.html [Baxılıb 5 sentyabr, 2013] 23 Perspective of use of alternative and renewable energy sources in Azerbaijan. Ministry of Industry and Energy of the Republic of Azerbaujan [Online] Available at: http://www.osce.org/baku/40012[Accessed 24 August 2013] - 68 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Yeni Yaşma regionunda pilot layihəsi çərçivəsində ilk külək turbini quraşdır- mışdır. Bundan əlavə, 2010-cu ildə ölkədə 16 külək turbininin quraşdırılma- sı işlərinə başlanılmışdır. ABEMDA tərəfindən də Qobustan Poliqonunda 0.9 meqavat gücündə hibrid sistemi əsasında işləyən 3 ədəd külək turbini quraşdırılmışdır24. Şəkil 2.3. Azərbaycanda külək resursunun xəritəsi Mənbə: 3TIER Digər mühüm addım Azərbaycan Respublikası Tarif (qiymət) Şura- sının 6 yanvar 2007-ci il tarixli “Respublika ərazisində elektrik enerjisinin tariflərinin tənzimlənməsi” barədə 3 №-li Qərarıdır. Bu qərara əsasən külək elektrik stansiyalarının 1 kVt/saat üçün istehsal tarifi 4,5 qəpik (ƏDV ilə) miqdarında təsdiq edilmişdir25. Lakin yuxarıda göstərilən potensiala baxma- yaraq, ölkədə 2011-ci ildə elektrik enerjisində AEM-in payı 10% (9.8% hid- roenerji, 0.2% digər) təşkil etmişdir. İstehlakın ümumi həcmində isə AEM- in payı 2,3% təşkil edir və 2020-ci ilədək bu göstəricinin 9,7%-ə çatdırılması 24 Hüseynov A., 2012 Social Acceptance of Wind energy in Azerbaijan. LAP LAMBERT Academic Publishing 25 Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının “Respublika ərazisində elektrik enerjisinin tariflərinin tənzimlənməsi” barədəQərarı № 03 [pdf]. Bakı şəh. 6 yanvar 2007-ci il - 69 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR planlaşdırılır26. Bu baxımdan,AEM-in gələcək potensialı nəzərə alınmaqla son illərdə bu istiqamətdə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Azərbaycanda AEM-in inkişafı istiqamətində ən mühüm addımlardan biri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 21 oktyabr tarixli 462 №-li sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublika- sında alternativvə bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”dır. Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardır27:  “elektrik enerjisi istehsalında alternativ (bərpa olunan) enerji mənbələrinin potensialını müəyyənləşdirmək;  bərpa olunan enerji mənbələrini istismara cəlb etməklə, ölkənin enerji resurslarından istifadənin səmərəliliyini yüksəltmək;  yeni enerji istehsalı sahələrinin yaradılması hesabına əlavə iş yerlərinin açılmasını təmin etmək;  Azərbaycan Respublikasında ənənəvi enerji mənbələrinin mövcud ümumi gücünü nəzərə almaqla, alternativ enerji mənbələri hesabına enerji gücünün artırılmasına və bununla da ölkənin enerji təhlükəsizliyi ilə təminatının yüksəldilməsinə nail olmaq.” Dövlət proqramının önəmini nəzərə alaraq və bu proqramdan irəli gələn məsələlərin ardıcıl və səmərəli həyata keçirilməsini sürətləndirmək məqsədilə 2009-cu ildən etibarən Azərbaycan Respublikası Sənaye və Energetika Nazir- liyinin tərkibində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmış və faktiki olaraq 2010-cu ildən fəaliyyətə başlamışdır. 2012-ci ilin 1 iyun tarixində Dövlət Agentliyi ləğv edilmiş və onun əsasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması sahəsində dövlət xidmətləri göstərən, habelə bərpa olunan enerji resursları mənbələrinin müəyyən olunmasını təşkil edən və bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti yaradılmışdır. Sonradan isə ölkə Prezidentinin 26 Teleqraf.az 2012. „Alternativenerjininpayıüçdəfəartacaq” [Online] Mart 14. http://gunteleqraf.az/news. php?id=903#.UiGZXtLItc1 [Baxılıb 27 avqust, 2013] 27 Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyevin 2004-cü il 21 oktyabr tarixli 462 №-li sərəncamı. «Azərbaycan» qəzetində dərc edilmişdir (22 oktyabr 2004-cü il, № 246) - 70 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR 2013-cü il 1 fevral tarixli 810 nömrəli Fərmanı ilə Dövlət Şirkəti yenidən təşkil olunaraq “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmış və yeni yaradılmış ABEMDA-nın tabeliyinə verilmişdir. Dövlət Agentliyi tərəfindən 2011-ci ildə Qobustan rayonunun ərazisində Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi istifadəyə verilmişdir. Poliqonda dünyada analoqu olmayan hibrid tipli (külək, günəş və biokütlə) elektrik və istilik stansiyası yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Təcrübi Hibrid Poliqonunda dispetçer mərkəzinə baxış keçirir (Mənbə: ABEMDA) Həmçinin, Tədris Mərkəzində “1ev-1 elektrostansiya” prinsipi əsasında işləyən 10 kotec tipli elektrik stansiyası və “ağıllı şəbəkə” sistemi qurulmuş və idarəetməyə verilmişdir.Bu stansiyanın məqsədi gələcəkdə bütün Qo- bustan rayonunu tam alternativ və bərpa olunan enerji mənbələri hesabına istehsal olunan enerji ilə təmin etməkdir. Poliqonda yaradılmış Dispetçer Mərkəzi regionlarda quraşdırılan elektrik stansiyalarının müasir texnologi- yalar vasitəsilə “ağıllı şəbəkə” sistemi ilə idarə olunmasına imkan verir. 2012-ci ildə Dövlət Agentliyinin dəstəyi ilə MDB ölkələri arasında ana- loqu olmayan günəş panelləri və LED lampaları istehsal edən “Azgüntex” - 71 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR MMC fəaliyyətə başlamışdır. Avropa ölkələrinin aparıcı şirkətlərinin ən mü- asir texnologiyaları əsasında yaradılmış zavod ildə 30 MVt gücündə günəş panelləri istehsal etmək potensialına malikdir. Hazırda ikinci 30 MVt-lik xəttin qurulması istiqamətində işlər görülür. 2012-ci il ərzində həmçinin Dövlət Agentliyi tərəfindən dünyada ilk dəfə Samux rayonunun ərazisində yerləşəcək “Aqro-Enerji Kompleksi” layihəsi üzrə işlərə də başlanılmışdır. Layihənin əsas məqsədi kənd təsərrüfatı və bu sahə üzrə emal sahələrinin, habelə yaşayış, sosial və digər binaların enerji təminatını alternativ və bərpa olunan enerji mənbələri hesabına, eləcə də kənd təsərrüfatı və məişət tul- lantılarından bioenerji istehsal etməklə daha dayanıqlı etməkdən ibarətdir. Gələcəkdə bu tipli qəsəbələr digər rayonlarda da tətbiq olunacaqdır. Cədvəl 2.5. Dövlət Agentliyinin fəaliyyəti nəticəsində istifadəyə verilmiş obyektlər № Obyekt Miqdarı Tipi 1 Ölkə ərazisində stasionar və 21 Ölçü müşahidə səyyar ölçü müşahidə stansiyaları stansi yaları qurulmuşdur 2 Qobustan Eksperimental Poliqonu və Tədris 1 Hibrid tipli Mərkəzi elektrik stansiyası 3 Bakı şəhərinin Xəzər rayonunun 235 və 149 10 Günəş elektrik istilik saylı, Qaradağ rayonunun 166 və 320 saylı, stansiyası Sabunçu rayonunun 311 saylı, Nizami rayonunun 109 və 220 saylı orta məktəblərində, 150 saylı uşaq bağçasında, Suraxanı rayonunun Hövsan qəsəbəsində uşaq poliklinikası və südçülük sovxozunda günəş panellərinin quraşdırılması (PV modulları) 4 Biləsuvar rayonu ərazisində 6 məktəb və 6 uşaq 12 Günəş elektrik/ bağçasının istilik və elektrik təminatının günəş istilik stansiyası enerjisi ilə təmin edilməsi 5 Beyləqan və Masallı rayonlarında inşa olunan id- 2 Günəş man komplekslərində elektrik və istilik təminatının elektrik/ istilik günəş enerjisiilə təmin edilməsi stansiyası 6 Yunanıstanın Bərpa Olunan Enerji Mənbələri 2 Günəş Mərkəzinin qrantı çərçivəsində Türkan elektrik qəsəbəsində yerləşən internat məktəbdə və stansiyası Səbail rayonunun Badamdar qəsəbəsində 239 saylı məktəbdə günəş panellərinin (PV modulların) avadanlıqlarının quraşdırılması Mənbə: Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi - 72 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Digər önəmli addım 2012-2020-ci illər üçün Azərbaycan Respublikasında al- ternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyası- nın hazırlanması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamıdır. Sərəncamın 1-ci hissəsinə əsasən, Dövlət Strategiyasının layihəsi hazırlanarkən ölkədə alternativ və bərpa olunan enerji mənbələri hesabına elektrik və istilik ener- jisi istehsalı üzrə 2012-2020-ci illər üçün əsas istiqamətlərin müəyyənləşdirilməsi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində normativ hüquqi bazanın yaradılması, alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair stimullaşdırıcı tədbirlərin görülməsi, daxili və beynəlxalq elmi-tex- niki potensiala əsaslanmaqla, iqtisadiyyatın bütün sahələrində alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin təmin edilməsi nəzərdə tutulur28.

  57. 2.11. Nəticə Təbii ki, alternativ enerjinin ənənəvi enerji mənbələrini tam əvəzləyərək neft, təbii qaz və kömür kimi enerji mənbələrindən istifadəni azaltmasına hələ uzun müddət lazım gələcəkdir. Lakin son zamanlarda bu istiqamətdə atılmış addımlar müsbət qiymətləndirilməlidir. Gələcəkdə belə enerji mənbələrinin əhəmiyyətini artıran bir neçə səbəb mövcuddur. Davamlı inkişaf nöqteyi nəzərindən alterna- tiv (bərpa olunan) enerji mənbələrinin üstünlükləri aşağıdakılardır: a) Yeni iş yerlərinin açılması və iqtisadiyyatın inkişafı; AEM-in inkişafı üçün qoyulmuş sərmayələr bahalı enerji idxalından fərqli olaraq, əsasən obyektlərin tikilişi istiqamətində işçi qüvvəsinə və materiallara sərf olunur. b) Enerji təhlükəsizliyi; Neft və təbii qaz kimi ənənəvi enerji resurslarının qiymət yüksəlişi və iqtisadiyyatın bu resurslardan asılı olması AEM-in əhəmiyyətini artırır. Bu enerji mənbələri tükənməzdir və gələcək nəsillər üçün enerji təhlükəsizliyini təmin edə bilər. c) Enerji diversifikasiyası; Fərqli enerji resursları mənbələrinin inkişaf etdirilməsi ölkənin hansısa bir xüsusi texnologiyadan və ya yanacaq növündən asılılığını aradan qaldırır. ç) Ətraf mühitin qorunması; AEM texnologiyaları daha təmizdir və ətraf mühitə daha az ziyan vurur. 28 2012-2020-ci illər üçün Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyasının hazırlanması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı şəh., 29 dekabr 2011-ci il, http://www.president.az/articles/4057 - 73 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Azərbaycan Respublikasında alternativ (bərpa olunan) enerji mənbələrinin inkişaf sürətini təhlil edərkən, demək olar ki, bu istiqamətdə müsbət addımlar atılmışdır və inkişaf özünün ilkin mərhələsindədir. Misal olaraq qeyd edilməlidir ki, ölkədə 2011-ci ildə elektrik enerjisində AEM-in payı 10% (9.8% hidroenerji, 0.2% digər) təşkil etmişdir. Qarşıya qoyulmuş əsas hədəf isə bu göstəricini 2020-ci ilə 20% çatdırmaqdır. Lakin ölkənin potensialı bir daha göstərir ki, bu sahəyə dövlət və özəl sektor tərəfindən investisiyaların daha çox ayrılması vacibdir. Bu istiqamətdə AEM isteh- salçılarını dəstəkləyən vergi kreditləri, subsidiyalar, sərfəli kreditlər və digər dəstək alətlərini özündə əks etdirən yeni qanunvericiliyin yaradılması əhəmiyyətlidir. Qəbul olunmuş və olunacaq bütün qanun və qərarlar çox effektli şəkildə həyata keçirilməlidir ki, bərpa olunan enerji mənbələrinin inkişafına maneçilik törədən amilləri aradan qaldırsın, bu mənbələrin bazarını yaratmaqla, qiymət rəqabətliliyinin artırılmasına təkan versin. Hazırda qəbul olunmuş bütün önəmli qərarlar Azərbaycanda bu bazarın gələcək inkişaf perspektivinin əsasını qoyur. Lakin əsas məsələlərdən biri həmin bazarın səmərəli şəkildə inkişaf etdirilməsi, bərpa olunan enerji mənbələrindən əldə edilən enerjinin istehlakı və enerji səmərəliyinin stabil inkişaf etdirilməsidir. Ona görə də, xüsusilə, bu cür layihələr üzrə nəzərdə tutulmuş müvafiq vergi və gömrük güzəştləri qanunvericiliklə qəbul edilməli və dəstəklənməlidir. Ölkədə alternativ (bərpa olunan) enerji mənbələrinin inkişafına neqativ təsir göstərən amillər aşağıdakılardır: • Alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına təkan verən güclü hüquqi bazanın, eləcə də dəstək alətlərinin yoxluğu; • Alternativ və bərpa olunan enerji mənbələri texnologiyalarının alınması və quraşdırılması sahəsində maliyyə və kredit mexanizimlərinin yoxluğu; • Alternativ və bərpa olunan enerji mənbələrinin iqtisadi perspekti- vi barədə əhalinin məlumatsızlığı və qeyd olunan sahənin rəqabət qabiliyyətinin aşağı səviyyəsi; • Alternativ və bərpa olunan enerji mənbələrinin texnologiyaları və onla- rın istismarı barədə məlumatın azlığı; • Alternativ və bərpa olunan enerji mənbələri ilə məşğul olan ixtisaslaş- mış mütəxəssislərin azlığı və qeyd olunan sahə üzrə qanunvericilik sis- teminin tam formalaşmaması. - 74 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR FƏSIL 3. Enerji subsidiyaları

  58. 3.1. GİRİŞ Ayrı-ayrı ölkələr üzrə enerji qiymətləri arasında olan kəskin fərqlər və qiymətlərin qeyri-sabitliyi, dolayısıyla qlobal güclər tərəfindən enerji qiymətlərinə beynəlxalq nəzarətin çətinliyi enerji subsidiyaları və bunların ləğvi məsələsini gündəmə gətirmişdir. Enerji subsidiyalarının enerji ixracat- çı və idxalatçı ölkələr baxımından ayrı-ayrı qiymətləndirilməsi lazım olan fiskal problemlər, eyni zamanda enerji subsidiyalarının mövcudluğu ilə ar- tan enerji istifadəsinin ortaya çıxarığı ekoloji fəsadlar bu məsələnin aktual- lığını daha da artırır. Enerji subsidiyalarının mövcud olması ölkənin fiskal yükünü artırır, belə ki, dövlət xərclərini böyüdür, dolayısıyla dövlət vergiləri və ya dövlət bor- cunu artırmağa məcbur edir. Bu isə nəticədə əhalinin aşağı gəlir qrupunun rifahına mənfi təsir edir. Enerji subsidiyaları sadəcə ölkənin fiskal yükünü artırmır, həm də bazar mexanizmində mövcud problemlər səbəbindən özəl investisiyalara mane olmaqla kölgə iqtisadiyyatını artırır, resursların bölgüsünü əhalinin yüksək gəlir qrupunun xeyrinə dəyişir. Belə subsidiyalar fərdi və ölkə səviyyəsində enerji istehlakını artırmaqla ekoloji problemləri dərinləşdirir. Hesablamala- ra əsasən subsidiyaların ləğv edilməsi dünya üzrə CO2 emissiyasını nə az, nə çox 13% azalda bilər. Enerji subsidiyalarının təsiri ilə daha da artan enerji istifadəsi CO2 emis- siyasının genişlənməsinə və beləliklə, qlobal istiləşməyə səbəb olmuşdur. Qlobal istiləşmənin artması iqlim dəyişikliyinə, buz təbəqələrinin əriməsiylə dəniz səviyyəsinin yüksəlməsinə və məhsuldar torpaqların su altında qalma- sına səbəb olur. CO2 emissiyası 19-cu əsrin əvvəllərinə qədər aşağı sabit səviyyədə olmuş, daha sonra davamlı olaraq artmışdır. Səbəb isə 18-ci əsrin sonlarında Avropada başlayan sənaye inqilabıdır. İstehsal xərclərini azalt- maq məqsədilə sənayenin inkişafında əsas istehsal vasitəsi olan xam enerji - 75 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR qiymətlərinin aşağı endirilməsi və yanacaq növlərinin ifrat istifadəsi ilə eko- loji çirklənmə səviyyəsi artmışdır. Dolayısıyla məhdud resurslarla sonsuz ehtiyacları ödəməyə çalışan iqtisadiyyat ətraf mühit məsələsini arxa plana keçirmişdir. Bu fəsildə enerji subsidiyaları və bunun iqtisadi-fiskal anlamı, enerji subsidiyalarının tətbiqinin səbəbləri, enerji subsidiyalarının hesab- lanmasında tətbiq olunan qiymət fərqi yanaşmasından bəhs edilmişdir.

  59. 3.2. Enerji subsidiyalarının təsnifatı və hesablanması

  60. 3.2.1. Enerji subsidyalarının təsnifatı Klassik yanaşmada dövlət büdcəsinin kəsirini ixtisar etməyin bir yolu da ya aktivləri kəskin şəkildə azaltmaq, ya da gizli öhdəliklərin artırılmasıdır. Ra- sional dövlət uzun müddətli səmərəlilik üçün bir illik kəsir göstəriciləri ilə kifayetlənə bilməz. Dolayısıyla xalis aktivlərdəki inkişaf burada daha vacibdir. Əgər xalis aktiv dəyişməz qalarsa, büdcə kəsirinin azalmasından bəhs edilə bilməz. Büdcə kəsirinin klassik göstəricilərindən fərqli olaraq (bu yanaşma “axın konsepsiyası”nda öz əksini tapmışdır), alternativ konsepsiya - “aktuar kəsir” dövlət öhdəlikərinin dəyişməsi və pul bazası əsasında bu şəkildə ifadə edilə bilər: Dta=(Bt-Bt-1)+(Mt-Mt-1) Burada D, t zamanı ərzində aktuar büdcə kəsiridir. B dövlət borcudur, M isə pul bazasıdır. Aktuar və klassik büdcə kəsiri arasındakkı fərq gizli kəsirdir.1 Karas və Misra tərəfindən 32 ölkə üçün gizli kəsir hesablanmışdır. On- lar böhranlara gizli kəsrin səbəb olduğunu iddia edirlər. Gizli dövlət kəsiri dövlət büdcəsində əks olunmayan müxtəlif dövlət fəaliyyətləri zamanı meydana gəlir. Məsələn, subsidiyalaşma - dövlət resurslarının özəl sektora və ya əhaliyə verilməsi bir nümunədir. Burada bir-birilə əlaqəli 3 fenomen fərqləndirilməlidir: Gizli büdcə subsidiyaları dövlət tərərfindən ayrı-ayrı şəxslərə və firmalara edilən nəğd transferlərdir. Gizli subsidiyalara birbaşa büdcə kreditləri, vergi istisnaları və ödənilməmiş vergi borcları, büdcədənkənar fondlardan edilmş transfertler, firmaların idxal və ixrac kvotalarından qazancları və problemli müəssisələrin maliyyələşdirilməsi aiddir. 1 Lev Freinkman et al., (2003), Quasi-fiscal Activities, Hidden Government Subsidies and Fiscal Adjustment in Armenia, World Bank Working Paper N 16, səh, 4 - 76 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Kvazifiskal fəaliyyətlər/subsidiyalar - dövlət büdcəsindən kənardövlət sektoru vasitəsi ilə gizli subsidiyaların təminidir. Şərti öhdəliklər isə gələcəkdə büdcədə açıq şəkildə göstərilə bilən sub- sidiyalardır. Buna ən klassik misal kommersiya kreditlərinə verilən dövlət qarantiyalarıdır. Enerji ilə zəngin ölkələrdə enerji subsidiyaları daha geniş yayılmışdır. Bu yolla dövlət yanacağın, elektrikin və digər enerji məhsullarının qiymətini aşağı saxlamaqla əhalini və biznesi subsidiyalaşdırır. Büdcədə görünən subsidiyalar birbaşa hədəflənməmiş qiymət subsidiyaları- dır. Hədəflənməmiş dolaylı qiymət subsidiyaları əlavə dəyər və digər satış vergiləri üzrə güzəştlər, ixrac vergiləri, istehsalçı kvotaları, daşıma və saxlama subsidiyaları və əmlakın beynəlxalq dəyərdən daha aşağı satılması formasında ola bilər. Cədvəl 3.1. Enerji Subsidiyalarının əsas növləri Dövlət müdaxiləsi Nümunə Subsidiyalar adətən necə həyata keçir? İstehsal İstehsalçıya İstehlakçılar xərclərini qiymətləri üçün qiymətləri azaldaraq artıraraq aşağı salaraq Birbaşa maliyyə Istehsalçılara verilən qrantlar transferi İstehlakçılara verilən qrantlar Aşağı faiz və ya güzəştli borclar Güzəştli vergi Satış vergilərində, istehsalçı rüsum və tariflərində endirim və ya istisnalar Vergi endirimi Enerji avadanlıqlarına sürətləndirilmiş amortizasiya tətbiqi Ticarət Kvotalar, texniki məhdudiyyətlər və məhdudiyyətləri ticarət embarqoları Enerjiyə bağlı Enerji infrastrukturuna birbaşa xidmətlərin dövlət investisiyalar tərəfindən birbaşa İctimai araşdırma və inkişaf tam təminatı Sığorta öhdəlikləri və s. Enerji sektorunun Tələb təminatı və mandat yayılma tənzimlənməsi dərəcəsi Qiymətlərə nəzarət Bazara giriş məhdudiyyətləri Mənbə: Morgan, T., (2007), Energy Subsidies: Their Magnitute, How They Affect energy Investment and Greenhouse Gas Emissions, and Prospects for Reform, səh:6 - 77 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Subsidiyalaşdırmanın ən mənfi cəhəti resursların bölüşdürülməsində ədalətsizlik və qeyri şəffaflıqdır. Bu “neqativ subsidiyalar” adətən müəyən qruplara xidmət edir. Bu da büdcə prosesinə, fiskal səmərəliliyə və da- vamlılığa ziyan vurur. Kvazifiskal fəaliyyətin iki tərəfi arasındakı fərqi müəyyənləşdirmək vacibdir. 1. Özəl sektorun (əhali də buraya daxildir) qeyri-şəffaf subsidiyalaşması mexanizmi (resurslar necə transfer olunur?). 2. Bu subsidiyaların maliyyələşdirilməsi (bu resusrsların transferini kim ödəyir və necə?) Cədvəldən də göründüyü kimi subsidiyalaşma dövlətin müxtəlif fəaliyyətlərini özündə birləşdirir. İstehsal xərclərini azaldaraq, istehlakçı qiymətlərini azaldaraq, istehsalçı üçün qiymətlərini artıraraq və ya bunla- rı eyni zamanda həyata keçirməklə subsidiyalaşmanın əsas məqsədlərini müəyyənləşdirmək mümkündür. Cədvəldən də göründüyü kimi subsidi- yalaşma əsasən istehsal xərclərini azaldan və ya azad rəqabəti zəiflədərək müəyyən istehsalçıların fəaliyyətini dəstəkləyən, dolayısıyla daha çox is- tehsalçıya xidmət edən iqtisadi-siyasi fəaliyyət olmaqla istehsalda daha geniş tətbiq olunur. İstehsalçı subsidiyalarıının hesablanmasının konk- ret üsulunun müəyyənləşdirilə bilinməməsi, artan ekoloji problemlər fikirlərin istehlakçı subsidiyaları üzərində cəmlənməsinin təkan vericisi ola bilər.

  61. 3.2.2. Enerji subsidiyalarının hesablanması Enerji subsidiyaları həm istehlakçı, həm də istehsalçını əhatə edir. İs- tehlakçı subsidiyaları həm firmalar həm də əhalini özündə birləşdirən is- tehlakçılar tərəfindən ödənilən qiymətin bençmark qiymətindən aşağı ol- duğu zaman ortaya çıxır. İstehsal subsidiyaları isə tədarükçülər tərəfindən qəbul edilən qiymətlərin bençmark qiymətlərindən yuxarı olduğu vaxt ortaya çıxır. Enerji məhsulunun ticarəti beynəlxalq səviyyədədirsə, o za- man subsidiyaların hesablanmasında bazis bençmark qiyməti beynəlxalq - 78 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR qiymətlərdir. Qeyri-ticari (non-tradeable) mallarda isə məsələn, elekt- rik enerjisində müvafiq olaraq bençmark qiyməti yerli istehsalçının xərclərinə bərabərdir. Subsidiyaların hesablanmasına bu şəkildə yanaşma adətən “qiymət fərqi yanaşmasi” olaraq ifadə edilir. İstehlakçı subsidiyaları özündə iki komponenti ehtiva edir: vergi öncəsi subsidiyalar (pre tax) (əgər firma və əhali tərəfindən ödənilən qiymətlər tədarük və çatdırma dəyərindən aşağıdırsa) və vergi sonrası (post tax) subsidiyalar (əgər vergi effektiv səviyyədən aşağıdırsa). Bir çox ölkələr istehlakçıdan vergi tutmaqla gəlir əldə edir və büdcə xərclərini bu şəkildə maliyyələşdirir. Effektiv vergiqoyma enerji məhsulları da daxil ol- maqla bütün istehlakı əhatə etməyi zəruri şərt kimi tələb edir. Effektiv vergiqoyma həm də ətraf mühitə mənfi təsirləri aradan qaldırmaq üçün lazımdır. Haşiyə 1. Vergi öncəsi və vergi sonrası subsidiyalar Pre tax subsidiya=Pw-Pc Burada Pc istehlakçılar tərəfindən ödənmiş qiymətdir. Əgər mal və xidmətlərin beynəlxalq səviyyədə ticarəti həyata keçirilmirsə, (məsələn elek- trik) bu zaman bençmark qiyməti xərci qarşılayan qiymətdir (Pw). Post tax subsıdıya=(Pw+t*)-Pc Vergi sonrası subsidiyaların vergi öncəsi subsidiyalardan fərqi buraya, yəni bençmark qiymətinə effektiv vergiləmənin (t*>0) əlavə olunmasıdır. Effek- tiv vergiləmənin məqsədi həm gəlir bölgüsünə təsir etmək, həm də istehlakın mənfi xarici təsirlərini azaltmaqdır. Dolayısıyla vergi sonrası subsidiya vergi öncəsi subsidiya ilə effektiv vergiləmənin cəminə bərabərir. IMF, (2013), Energy Subsidy Reform: Lessons And ImplicationsExecutive Summary, səh:7 - 79 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Cədvəl 3.2. Neft məhsulları, elektrik, təbii qaz və kömür üçün vergi sonrası subsidiyalar (2011)%-lə Ölkələr Neft məhsulları Elektrik Təbii qaz Kömür Büdcəyə ÜDM-ə Büdcəyə ÜDM-ə Büdcəyə ÜDM-ə Büdcəyə ÜDM-ə nisbəti nisbəti nisbəti nisbəti nisbəti nisbəti nisbəti nisbəti Albaniya 0.00 0.00 m.y m.y 0.04 0.01 0.05 0.01 Azərbaycan 4.96 2.26 2.00 0.91 4.18 1.90 0.00 0.00 Ermənistan 3.86 0.84 1.81 0.40 3.93 0.86 m.y m.y Belarusya 0.00 0.00 2.32 0.98 5.86 2.46 0.00 m.y Bosniya və Hersoqovina 0.00 0.00 m.y m.y 0.16 0.07 7.35 3.41 Bolqarıstan 0.00 0.00 m.y m.y 0.81 0.26 6.72 2.18 Xorvatiya 0.00 0.00 m.y m.y 0.89 0.33 0.60 0.22 Gürcüstan 2.62 0.74 m.y m.y 1.55 0.44 0.19 0.05 Macarıstan 0.15 0.08 m.y m.y 1.11 0.59 0.56 0.30 Qazaxıstan 7.99 2.22 3.49 0.97 3.45 0.96 10.11 2.81 Kosova 0.00 0.00 m.y m.y m.y m.y 0.06 0.02 Qırğızıstan 20.39 6.80 17.13 5.71 0.81 0.27 4.07 1.36 Latviya 0.00 0.00 m.y m.y 1.14 0.41 0.30 0.11 Litviya 0.00 0.00 m.y m.y 1.17 0.39 0.33 0.11 Makedoniya 0.00 0.00 m.y m.y 0.31 0.09 4.46 1.28 Moldova 0.00 0.00 m.y m.y 4.20 1.54 0.34 0.12 Monqolustan 0.00 0.00 m.y m.y m.y m.y 11.49 4.56 Monteneqro 0.00 0.00 m.y m.y m.y m.y 0.00 0.00 Polşa 0.15 0.06 m.y m.y 0.51 0.19 4.79 1.84 Rumınya 0.00 0.00 m.y m.y 1.34 0.42 1.74 0.55 Rusiya 3.96 1.52 3.30 1.27 6.45 2.47 2.67 1.03 Serbiya 0.00 0.00 m.y m.y 0.89 0.37 6.00 2.46 Tacikistan 0.45 0.11 10.04 2.50 0.87 0.22 0.57 0.14 Türkiyə 0.00 0.00 m.y m.y 0.91 0.31 1.91 0.66 Türkmənistan 44.05 8.31 12.67 2.39 105.63 19.92 m.y m.y Ukrayna 0.48 0.20 4.36 1.85 16.31 6.91 6.40 2.71 Özbəkistan 2.28 0.92 14.80 5.95 63.40 25.50 0.67 0.20 Mənbə: IMF, (2013), Energy Subsidy Reform: Lessons And ImplicationsExecutive Summary - 80 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Cədvəldən də göründüyü kimi keçmiş Sovet İttifaqı ölkələrində ener- ji subsidiyaları yüksəkdir. Subsidiyaların ən yüksək olduğu ölkələr isə Türkmənistan, Qırğızıstan və Qazaxıstandır. Enerji subsidiyalarının yüksək olması əsasən ölkələrin enerji resurslarıyla zəngin olması ilə əlaqəli olsa da, Qırğızıstan və Ermənistanın enerji resurslarının (xüsusilə neftin) olmamasına baxmayaraq subsidiyalar bu ölkələrdə də yüksəkdir. Enerji subsidiyalarının yüksək olması nəticəsində bu ölkələrdə büdcə xərcləri artır və dövlət borcu yüksəlir. Digər yandan isə ƏDV və istehlakçı tərəfindən ödənilən vergilər artır.

  62. 3.2.3. Enerji subsidiyalarının tətbiqi Enerji subsidiyalarının tətbiqi üçün irəli sürülən əsaslar bunlardır. • Enerji yoxsulluğu ilə mübarizə. İstehlakçı subsidiyaları bu məqsədlə tətbiq olunur və az gəlirli qrupa xidmət etməklə enerjini bu qrup üçün əlçatan edir. • Yerli enerji təklifini artırma. İstehsal subsidiyaları bu məqsədlə id- xaldan asılılığı azaltmaq üçün tətbiq olunur. Bu yanaşma həmçinin ölkənin xarici və strateji iqtisadi siyasətinə dəstək məqsədilə milli enerji şirkətlərinin qlobal fəaliyyətinə kömək üçün tətbiq edilir. • Sənayenin inkişafı və məşğulluğu dəstəkləmə. Subsidiyalar sənayeçilər üçün rəqabət üstünlüyü vasitəsidir. Enerji subsidiyaları ener- jinin intensiv istifadə edildiyi sahələrə investisiyaları stimullaşdırmaq üçün tətbiq olunur. Məsələn, alüminium əridilməsi sənayesinin belə bir dəstək olmadan mənfəətli olması çətindir. Enerji subsidiyaları həmçinin tarif və ticarət məhdudiyyətləri formasında xüsusilə keçid və iqtisadi eniş zamanı məşğulluğun artırılması üçün tətbiq olunur. • Milli sərvətin yenidən bölüşdürülməsi. Xüsusilə enerji istehsal edən ölkələrdə istehlak subsidiyaları aşağı enerji qiymətləriylə milli resursla- rın bölüşdürülməsində əhəmiyyətlidir. Bu yanaşma həmçinin iqtisadi diversifikasiyanı təmin etmək və rəqabətliliyi yüksəltməklə məşğulluğu artırmaq üçün tətbiq olunur. • Ətraf mühiti qoruma. Bu yanaşma xüsusilə inkişaf etmiş ölkələr, qismən isə yeni sənaye dövlətləri üçün xarakterikdir. Bu ölkələr bərpa olunan enerjinin inkişafı, nüvə enerjisinin və karbonun zəbti və saxlanıl- ması məqsədi ilə dəstək proqramları həyata keçirir.2 2 İEA, OECD: World Bank, 2010, The Scope Of The Fossil Fuel Subsidies İn 2009 And The Roadmap For Phas- ing Out Fossil Fuel Subsidies - 81 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Müsbət tərəflərinin mövcud olmasına baxmayaraq subsidiyaların ləğv edilməsini irəli sürən fikirlər kifayət qədərdir. Enerji subsidiyalarının enerji istehlakını artırması və CO2 emissiyasını çoxaltması ilə ekologiyaya mənfi təsiri bu tip subsidiyaların əleyhinə işləyən əsas arqumentdir. Digər bir ça- tışmazlıq subsidiyaların dövlət büdcəsi üçün yük olmasıdır. Xüsusilə də dünya bazarında enerji qimətləri yüksəlirsə enerjidaşıyıcılarını idxal edən ölkələrdə fiskal yük böyüyür. Bəzən mənfəət güdən qrupların manipulya- siya ilə subsidiya mexanizmlərini öz maraqlarına uyğunlaşdırılması da unu- dulmamalıdır. Enerji subsidiyaları səbəbi ilə enerji istehlakının artması yerli ehtiyatlar azaldığından enerji idxalatçılarına idxalı artırmağa sövq edir. Subsidiyaya dair məlumatın təşkili zamanı zəruri olan ilk addım hər hansı bir sektor və ya həmin sektorun məhsullarına dair subsidiyalaşma siyasətinin müəyyənləşdirilməsidir. Bu da subsidiyalara dair məlumatların müxtəlif aspektlərdən fərdi səviyyədə öyrənilməsinə kömək edir. Bununla da subsidi- yaların mənbəyini və subsidiyalaşmanın istehlakçı və istehsalçıların davranış- larına təsirini anlamaq mümkün olur. Aşağıdakıcədvəl 3-də yanacaq sektorun- da (kömür) bunu əks etdirən köçürmələr matrisi göstərilmişdir. Cədvəl 3.3. Köçürmələr matrisi (kömür mədənlərində dəstək siyasətinə dair nümunə) Qanuni və ya rəsmi fəaliyyət Birbaşa istehlak Məhsul gəlirləri Müəssisə gəlirləri Ara gəlirlər Istehsal faktorları Köçürmə mexanizmi (köçürmə necə yaradılır) Istehlak dəyəri əhali və ya müəssisə gəlirləri Maliyyə Vahid subsidiya life-line elektrik Ton başına Kömür mədən Mədənlərdə istifadə Mədənə bağlı vəsaitinin dərəcəsinin metallurgiya kömür şirkətlərində istifadə olunan elektrik kapitalın əldə birbaşa dövlət tərəfindən subsidiyaları olunan qrantlar subsidiyaları olunması ilə əlaqəli köçürülməsi subsidiyalaşdırılması kapital qrantları Riskin dövlətə Qiymətə bağlı Büdcə hesablı soyuq Kömür bufer Dövlətin mədən Kömür qatarlarının Mədənə bağlı ötürülməsi istehlak subsidiyası hava qrantları ehtiyatlarına tətbiq qəzaları üzrə təhlükəsizlik kapitalın əldə olunan dövlət istehsalçı öhdəliklərini qarantiyaları olunması ilə əlaqəli xərcləri azaltması kredit təminatı Əvvəlcədən Yanacağa tətbiq Müəyyən gəlir payını Kömürdən Kömür mədən Mədən maşınlarında Mədən təchizatı hesablanmış olunan aksiz vergisi artıran enerji satışı ilə hazırlanan maye şirkətlərində gəlir istifadə olunan investisiyalarına vergi gəlirləri istisnaları əlaqəli vergi endirimləri yanacağın vergisi dərəcəsinin yanacağa tətbiq tətbiq olunan vergi istehsalına tətbiq azaldılması olunan aksiz vergisi endirimləri olunan vergi endirimi endirimləri Digər Son istehlakçı Kömür Malların, dövlət Kömürün saxlanması əvvəlcədən tərəfindən əldə yataqlarında icarə xidmətlərinin və üçün istifadə olunan hesablanmış edilən təbii haqqına tətbiq ya təbii resursların dövlət torpaqlarının dövlət resursların əldə olunan endirimlər əldə edilməsinin dəyərindən aşağı gəlirləri edilməsinin dəyərindən aşağı qiymətlə əldə dəyərindən aşağı qiymətləndirilməsi edilməsi qiymətləndirilməsi Məcburi Tənzimlənən Zəruri əhəmiyyət Kömürə tətbiq Kömür şirkətlərində Yerli kömür Mədən köçürmələr qiymətlər, çarpaz daşıyan elektrik olunan idxal inhisar imtiyazlarının istehsalında ixrac məşğulluğunda subsidiyalar dərəcəsi tarifləri və ya ixrac verilməsi məhdudiyyətləri əmək haqqı subsidiyaları nəzarəti Mənbə: İEA, OPEC, OECD, WB, (2010), Analysis of the Scope of Energy Subsi- dies And Suggestions for The G20 İnitiative, səh: 12 - 82 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR

  63. 3.3. Subsidiyaların iqtisadi, sosial və ekoloji təsiri Subsidiyaların tətbiqi geniş miqyasda iqtisadi, sosial, ekoloji təsirə malik- dir. Enerji subsidiyaları ləğv edilmədən öncə və ya digər bərpa olunan enerji subsidiyaları tətbiq edilmədən öncə iqtisadi təhlil aparılmalıdır. Qlobal- laşmanın artmasıyla subsidiyaların ləğvi məsələsi qloballaşsa da, ölkələrdə tarixən formalaşmış yanaşma tərzi, resusr bölgüsündə fərqlilik və iqtisadi inkişaf səviyyəsinin müxtəlif olması məsələyə fərdi yanaşmanı tələb edir. Şəkil 3.1. Enerji subsidiyalarının sosial, iqtisadi və ekoloji təsiri Mənbə: İEA, OPEC, OECD, WB, (2010), Analysis Of The Scope Of Energy Subsidies And Suggestions For The G-20 İnitiative, səh:9

  64. 3.3.1. Enerji subsidiyalarının iqtisadi təsiri Düzgün idarə olunmayan enerji subsidiyaları vergi ödəyiciləri üçün iqtisadi mənada baha başa gəlir və istixana qazı emissiyasını artırmaqla havanı çirkləndirir, ətraf mühitə ziyan vurur. Enerji subsidiyaları həm də yanlış qiymət siqnalları yaratmaqla yüksək enerji istehlakı və ya istehsa- lı, həmçinin enerji xidmətlərinə sərbəst girişdə maneələrə səbəb olur. İs- - 83 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR tehlak qiymətlərinin aşağı salınması ilə istehlakın subsidiyalaşması enerji istifadəsini artırır və enerji səmərəliliyini azaldır. Enerji subsidiyaları həmişə büdcədə əks olunmur, amma bu müxtəlif vasitələrlə mütləq ödənməkdədir. Deyək ki, vergi öncəsi istehlak subsidi- yası dovlət müəssisələri tərəfindən idarə olunur və qiymətlər təklif olunan qiymətlərdən daha az səviyyədə verilir. Əgər dövlət bu itkini transfertlər vasitəsiylə maliyyələşdirirsə, istehlak subsidiyaları büdcə xərclərində əks olu- nacaq və yüksək dərəcəli vergilərlə maliyyələşdiriləcək, borclar artacaq, borc- lar monetarizasiya olunduğu halda inflyasiya yüksələcək. Amma subsidiya- lar dövlət təşkilatları tərəfindən maliyyələşdirildikdə və itki və ya mənfəətin azalması kimi əks olunduqda dövlətə daha az vergi ödəmələri həyata keçəcək və gecikmiş ödəmələr problemi yaranacaq. Azərbaycan müstəqilliyinin ilk illərində belə bir problemlə üzləşmişdir. Alternativ olaraq istehlak subsidiyala- rının dəyəri subsidiyalaşmış enerji gəlirləri vasitəsiylə qarşılanacaq. Bunun da yükü sonda yenə dövlətin üzərinə düşür. İndoneziya, İordaniya və Malayziya yanacaq subsidiyalarını büdcədə əks etdirdikləri halda, Sudan və Yəməndə bu qismən, Anqolada isə tamamən büdcədə əks olunmayıb. İstehlak subsidiyalarını dövlət büdcəsində əks olunub olunmama- sından asılı olmayaraq bazar quruluşundan və dövlətin maliyyələşdirmə siyasətinə görə müəyyənləşdirmək mümkündür. Qrafik 2”yə əsasən ümumi dəyərlədirmə edilə bilər. Şəkil 3.2. İstehlak subsidiyalarının miqyası və maliyyələşdirilməsi* *oxla göstərilmiş xətt tələb xəttidir Mənbə:David Coady, Moataz El-Said vb., (2006), The Magnitude and Distribution of FuelSubsidies: Evidence from Bolivia, Ghana, IMF - 84 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Fərz edək ki dövlət Qc miqdarında istehsal və məhsulu Pc qiymətinə sat- maqla müəyyən gəlir əldə edir. Eyni zamanda dövlət müəssisələri yerli tələb yerli təklifdən çox olduğunda bu məhsulu həm də idxal edir. İdxal etdiyi qiymət Pm, subsidiyalaşmış qiymət isə Ps olarsa, əhali və firmalar Qs qədər istehlak edər, idxal isə (Qs-Qc)-dir. Bu zaman toplam istehlakçı subsidiyası (A+B+C) sahəsinə bərabər olacaq. Əgər dövlət Ps qiymətində satış üçün emal və ya idxala dair hər hansı subsidiyalaşma həyata keçirməzsə, emal gəliri A-yadək azalacaq və idxalda B+C-yə bərabər itki olacaq. Başqa sözlə istehlak subsidiyaları idxal və emal gəlirindəki dəyişikliyə görə ödənməkdədir. Lakin emaledici sənaye subsidiyalaşmış qiymətlərdən dolayı mənfəət əldə etsə də, bu zaman idxalçılar zərərə uğrayırlar. Bu zərərlər adətən bank sistemindən borclanma hesabına maliyyələşdirilir və dövlət borcunu artıra bilir. Dövlət sadəcə açıq şəkildə büdcə vasitəsilə dövlət şirkətlərini subsidiyalaşdırarsa, bu büdcədə açıq əks oluna bilər. Əgər idxal qiymətləri mövcud vergiləri özündə ehtiva edirsə, məsələn, qrafikdə Pm qiymətinə vergilər də daxildirsə və dövlət müəssisələri hələ də Ps ilə satmağa davam edirlərsə, o zaman istehsalçı və idxalatçılar üçün xalis qiymət Pp-yə (Pp=Ps-vergi) enəcək. Bu zaman dövlət müəssisələrinin xa- lis mənfəəti (D+E) sahəsinə enəcək, dolayısıyla dövlət gəlirləri də. Vergilər gəlirləri dövlət müəssisələrinin gəlirindən büdcə gəlirlərinə çevirir. Adətən dövlətlər yanacaq vergilərini azaltmaqla digər məhsullar üzrə istehlak qiymətlərini artırır. Dolayısıyla dövlət müəssisələrinin mənfəətinə və isteh- lakçıların rifahına müsbət təsirindən bəhs edilə bilməz.3 Beynəlxalq yanacaq qiymətlərində dəyişkənlik inkişaf etmiş ölkələr və yeni sənaye dövlətlərində fiskal riski artırmaqdadır. Dünya enerji qiymətlərindəki dəyişikliklər bu ölkələrin fiskal dayanıqlığına problemlər açır. Yanacaqdan əldə olunan vergi gəlirlərini qorumaq məsqsədilə bəzi ölkələr avtomatik yanacaq qiymətqoyma mexanizmini qəbul edib. Bu mexanizmin qəbul edilməsi həm də qiymətləndirmədə tam liberal sistemə keçid kimi dəyərləndirilə bilər. Bu da subsidiyalardan qaçmanın və büdcə gəlirlərinin təminatı kimi dəyərləndirilməlidir. Avtomatik qiymətqoyma mexanizmi- min qəbulu beynəlxalq yanacaq qiymətlərində olan dəyişikliklərin birbaşa yerli yanacaq qiymətində dəyişikliklərə səbəb olacağına işarə edir. 3 David Coady, Moataz El-Said vb., (2006), The Magnitude and Distribution of FuelSubsidies: Evidence from Bolivia, Ghana, IMF, səh:7 - 85 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Avtomatik qiymətləndirmə mexanizminin məqsədləri: • Avtomatik qiymətqoyma mexanizmi yanacaqdan vergi gəlirlərini qoru- maq və subsidiyalardan qaçmaq məqsədilə yerli qiymətlərin beyəlxalq qiymətlərə uyğunluğunu təmin edir. Yanacaq vergiləri dövlət gəlirləri üçün etibarlı və ədalətli mənbədir. Çünki belə yanaşma iqtisadiyyatın digər sahələrində vergilərin yüksəldilməsindən qaçmağa imkan verir. Subsidiyalar enerji intensivliyini qeyri-effektiv səviyyəyə yüksəldir. Bu həm də qaçaqmalçılığa və yerli təklif kəsirinə səbəb olur. • Avtomatik qiymətqoyma mexanizmi yanacaq vergi gəlirlərindəki dəyişiklikləri ehtiva edir. Adətən vergi gəlirlərində həddindən artıq dəyişikliklər nəğd pulun idarə edilməsi və maliyyə problemlərinə səbəb olur. Xüsusilə də maliyə bazarı inkişaf etməyibsə problem daha qabarıq hiss olunur. • Avtomatik qiymətqoyma mexanizmi enerji qiymətlərinin uzun müddət sabit qalmasına dair siyasi təzyiqlərə son qoyur.4 Yanacaq qiymətinin artımı əhalinin real gəlirlərinə müxtəlif yollarla təsir edir. İlk növbədə müxtəlif mal və xidmətlərin tərkibində yanacaq xərcləri olduğunudan yanacağın bahalaşması dolayı yolla əhalinin istehlak xərclərini artırır. Yüksək yanacaq qiymətləri əhalinin real gəlirlərinə birbaşa və dolaylı yolla təsir edir. Birbaşa təsir əhalinin tərəfindən bilvasitə istehlak edilən ener- ji, dolaylı təsir isə əhali tərəfindən istehlak edilən digər mal və xidmətlərin qiymətində əks olunan bilavasitə istehlak edilen enerjidir. Birbaşa effektin hesablanması neft məhsullarının (dizel, kerosin, ben- zin vs) əhalinin ayrı-ayrı gəlir qrupları tərəfindən istehlak miqdarına görə müəyyənləşir. Qiymət artımı nəticəsində gəlir qrupunun istehlakı arta və ya azala bilər. Dolayı qiymət effekti iqtisadiyyatda hər sahədə enerji inten- sivliyini göstərən sahələrarası balans (input-output) cədvəllərindən istifadə edilməklə və yüksək yanacaq qiymətlərinin ümumi qiymətlərə təsirini müəyyənləşdirən bəsit modellə hesablana bilər. Toplam real gəlir effekti isə dolayı və birbaşa real gəlir effektinin cəmi olaraq hesablanır. Enerji subsidiyaları iqtisadi inkişafa bir neçə yolla mənfi təsir edir. Subsi- diyaların inkişafa təsiri fiskal balans və dövlət borcu vasitəsilədir: 4 David Coady, Javier Arze del Granado, et al., (2012), Automatic Fuel Pricing Mechanisms with Price Smooth- ing: Design, Implementation, and Fiscal Implications, Fiscal Affairs Department, IMF, səh: 3-5 - 86 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR • Subsidiyalar enerji sektorunda investisiya stimulunu azalda bilər. Aşağı və subsidiyalaşmış qiymətlər enerji istehsalçıları üçün aşağı mənfəət və ya açıq itkidir. • Subsidiyalar artımı dəstəkləyən dövlət xərcləri uzərində “crowd out” ef- fekti yaradır, yəni yüksək enerji subsidiya xərcləri digər xərc maddələrinə lazımi diqqət ayırmağa imkan vermir. Səhiyyə və təhsil xərclərindən daha çox subsidiya xərclələri olan ölkələrdə subsidiya islahatlarından sonra qənaət olunan resursları daha səmərli sahələrə istiqamətləndirməklə uzun müddətdə böyük artıma nail olmaq mümkündür. • Subsidiyaar uzun müddətdə özəl sektorda reqabətliliyi azaldır. Subsi- diyalar həmçinin uzunmüddətli dönəmdə resursların az enerjitutumlu və yüksək sərmayə tələb edən sahələrdə cəmlənmsinə rəvac verir. Enerji subsidiyalarının ləğvi alternativ enerji texnologiyalarının inkişafı zəruri edir. Subsidiya islahatları özəl investisiyaları artırır. • Subsidiyalar qaçaqmalçılıq üçün stimulu artırır. Əgər yerli qiymətlər qon- şu ölkələrdən önəmli dərəcədə aşağıdırsa, yüksək qiymət istiqamətində bir axın olacaq. Yanacaq qaçaqmalçılığı Şimali Amerika, Şimali Afri- ka, Orta Şərq və Asiyanın bir qismi olmaqla geniş ərazini əhatə edən problemdir. Kanada Amerikadan ucuz yanacaq alır, qeyri-rəsmi şəkildə Əlcəzair Tunisdən yanacaq qaçaqmalçılığı edir, Yəmən Cibutiyə gizli neft aparır və Nigerya yanacağı bir çox Qərbi Afrika ölkələrinə daşınır.

  65. 3.3.2. Enerji subsidiyalarının sosial təsiri Enerji subsidiyalarının tətbiqinin mənfi sosial təsirləri var, çünki sub- sidiyalar adətən yüksək gəlir qruplarını əlavə qazancla təmin edir. Enerji subsidiyaları əhali üçün gündəlik istehsal mallarının və xidmətlərin isteh- lakında faydalıdır. Aşağı və orta gəlirli ölkələrdə toplam yanacaq məhsulları subsidiyalarından orta hesabla əhalinin ən zəngin 20%-lik qrupu ən az gəlirli 20%-lik qrupdan 6 dəfə daha çox gəlir əldə edir. Subsidiyalardan əldə olunan fayda əhali qruplarına görə dəyişir. Beynəlxalq enerji Agentliyinə görə təbii qaz və elektrik subsidiyalarından ən kasıb 20%-lik əhali qrupu müvafiq ola- raq 10% və 9%-ni əldə edir. Ən yüksək gəlir qrupunda isə bu göstəricilər ən az dörd dəfə yüksəkdir, belə ki, gəlir səviyyəsi artdıqca subsidiyalardan əldə - 87 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR olunan mənfəət də artır. Baxmayaraq ki, subsidiyalar əhalinin yüksək gəlir qruplarına daha çox qazanc təmin edir, enerji qiymətlərinin bahalaşmasının az gəlirliləri ev təsərrüfatlarının büdcəsinə təsiri daha böyükdür. Məsələn, yanacaq qiymətinin hər 0, 25 dollar artımı ən az gəlirli 20%-in real istehlakı- nı 5.5 % azaldır.5 Enerji məhsullarının hər kəs üçün əlçatan olmaması digər mənbələrdən (məsələn, odun yanacağı) istifadə ilə nəticələnmiş və ətraf mühitə mənfi təsir etmişdir. Beləliklə, yoxsulluq və ekoloji tarazlıq arasında qarşılıqlı təsir mexanizmi mövcuddur. Enerji subsidiyaları ən az gəlirli qrup üçün dövlət resurslarıyla həyata keçirilən xərclərin istiqamətinin dəyişməsinə səbəb olur. Subsidiyaların ge- niş yayıldığı ölkələrdə ədalət resursların təhsil, səhiyyə və sosial istiqamətdə cəmlənməsiylə bərpa oluna bilər. Uzun müddətli dönəmdə subsidiyaların ləğvi aşağı gəlir qrupunun iqtisadi vəziyyətini yaxşılaşdıra bilər. Neft ix- rac edən ölkələrdə subsidiyalar ilk baxışda resursların əhalinin aztəminatlı təbəqəsinin xeyrinə bölündüyü təsiri bağışlayır. Amma subsidiyalardan daha çox payın yüksək gəlir qrupuna düşməsi subsidiyaların resurs bölgüsündə səmərəsizliyini göstərir.

  66. 3.3.3. Enerji subsidiyalarının ekoloji təsiri Enerji subsidiyalarının səbəb olduğu mənfi təsirlərdən biri də sub- sidiyaların neftin, kömürün və təbii qazın istehlakını artırmaqla enerji səmərəliliyini aşağı salması, həmçinin bərpa olunan enerji mənbələrinə marağın azalmasıdır. Həddindən çox enerji istehlakı qlobal istiləşməni sürətləndirməklə, həm də ekoloji problemlər yaradır. Nəqliyyat yanacaq subsidiyaları vasitəsiylə stimullaşdırılaraq tıxaclar və qəzalar kimi mənfi hal- ların artmasına səbəb olur. Dizelin subsidiyalaşması irriqasiyanın həddən ziyadə istismarına və yeraltı suların qurumasına şərait yaradır. Qrafik 3 mədən yanacağına (fossil fuel) verilən istehsal və istehlak sub- sidiyalarının zərərli qazların emissiyasını necə artırdığını göstərir. Diqqət etsək görərik ki, xüsusi subsidiyaların yanacaq istehsalına tətbiqi istehsal təklif xəttini S-dən Sps-ə endirir və beləliklə qiymətin Pps-ə enməsinə və yanacaq satışının Qps-ə yüksəlməsinə səbəb olur. Bu da emissiyanın E-dən 5 IMF, (2013), Energy Subsidy Reform: Lessons And ImplicationsExecutive Summary, səh:19 - 88 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Eps-ə artmasına gətirib çıxarır. Hər hansı bir istehlak subsidiyasıtələb xəttini D-dən Dcs-ə keçirir. Bu da istehlakçılar tərəfindən ödənilmişnetto qiymətin Pcs-ə azalmasına, istehlak həcminin Qcs-ə yüksəlməsinə və emissiyanın Ecs-ə artmasına səbəb olur. Hər hansı bir istehlak və ya istehsal subsidiyalarının dəqiq təsiri tələb, təklif və emissiya xətlərinin formasından asılıdır. Tələb və təklif qiymətə nisbətən hər nə qədər daha az dəyişkən olarsa, subsidiyaların da ekologiyaya təsiri bir o qədər az olar. Yanacaqların bir biriylə əvəzlənməsi hər hansı bir yanacağa verilən subsidiyanın ətraf mühitə təsirini müəyyən edəcəkdir. Bununla da sub- sidiyalar avtomatik olaraq digər yanacaqların istifadəsinə də təsir göstərəcəkdir. Şəkil 3.3. Enerji subsidiyaları və CO2 emissiyası Mənbə: Morgan, T., (2007), Energy Subsidies: Their Magnitute, How They Affect energy Investment and Greenhouse Gas Emissions, and Prospects for Reform, səh:17 Enerji subsidiyalarının ləğv edilməsi ekoloji və sağlamlıq baxımından önəmli dərəcədə faydalı olacaq. Enerji subsidiyaları ləğv edilərsə CO2 emis- siyası 4,5milyon tona qədər və ya 13 % azalacaq. SO2 emissiyasının isə 10 milyon ton azalması proqnozlaşdırılır. - 89 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR 2012-ci ildə CO2 toplanması 1800-ci illə müqayisədə 40% artmışdır.CO2 emissiyasında ən böyük pay isə qazıntı yanacağınına düşür. CO2 emiisiyasına səbəb olan qazıntı yanacaqları içində ən yüksək pay kömürə (44%), daha son- ra neftə (35%) və qaza (20%) aiddir. Digərləri isə sadəcə 1% təşkil edir.6 Şəkil 3.4. Qazıntı yanacaqları (fossil fuel) üzrə CO2 emissiyası Mənbə: İEA, 2013, CO2 Emissions From Fuel Combustion, IEA Statistics, səh:9 Beynəlxalq Enerji Agentliyinin 2012-ci ildə yayımladığı Dünya Enerji Mənzərəsi (WEO) Hesabatında dünyanın enerji xəritəsinin önəmli dərəcədə dəyişməkdə olduğu söylənilir. WEO-ya görə ABŞ-ın neft və təbii qaz isteh- salı və istehlakındakı artım dünya enerji axınlarıda böyük dəyişikliklərə səbəb olacaq. WEO-nun əsas ssenarisi olan Yeni Siyasət Ssenarisində ABŞ 2020-ci ildə təbii qaz istehsalçısına çevriləcək. 2035-ci ilə qədər isə ABŞ enerji ilə özünü tam təmin edəcək. Ən vacibi isə ABŞ-ın 2020-ci ilə qədər Səudiyyə Ərəbistanını da keçərək dünyanın ən böyük neft ixracatçısına çevrilməsi proqnozudur. Hesabata görə bərpa olunan enerjinin subsidiya- laşması davam edərsə, bərpa olunan enerji istehsalı 2035-ci ildə kömürə üs- tün gələ bilər. Dünyanın enerji sistemində hələ də qeyri-sabitlik mövcuddur. 6 İEA, 2013, CO2 Emissions From Fuel Combustion, IEA Statistics. Burada o cümlədən ayrı ayrı sektorlar və ölkələr üzrə CO2 emissiyasına dair məlumat əldə edilə bilər. - 90 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Yeni Siyasət Ssenarisində əsas meyllər davam etməklə enerji tələbi və CO2 emissiyası daha da artacaq, enerji bazarının dinamikası inkişaf etməkdə olan ölkələr tərəfindən müəyyənləşəcək və qazıntı yanacağı əsas enerji mənbəyi rolunu davam etdirəcəkdir. 2035-ci ilə qədərki müddətdə dünya üzrə enerjiyə tələb 1/3-dən daha çox ar- tacaq. Enerji istehlakına görə CO2 emissiyası isə 2011-ci ildə 31,2 Gt-dan 2013- cü ildə 37 Gt-a yüksələcək. Bununla da, irəliləyən zamanlarda 3,6 °C temperatur artımı proqnozlaşdırılır ki, bu da önəmli iqlim dəyişiklikləri deməkdir. 2035-ci ildə enerji tələbinin ən az 65%ə yüksələcəyi gözlənilir. Ən böyük artım isə 2035- ci ildə 60%ə yüksəlməylə Çin tərəfindən həyata keçiriləcək. Ardından Hindis- tan və Orta Şərq gələcək. İƏİT (OECD) ölkələrində isə 2035-ci ildə 2010-cu ilə görə sadəcə 3% artım olacaq. 2035-ci ilədək neft, qaz və kömürə olan tələb artacaq. Ancaq qlobal səviyyədə bu enerjilərin istehsalı 81%-dən 75%-ə enəcək. Beynəlxalq cəhdlərə baxmayaraq qazıntı yanacağına verilən artan sub- sidiyalar enerji bazarını çalxalamaqda davam edir. Qazıntı yanacaqlarına verilən subsidiyalar 2010-cu illə müqayisədə 2011-ci ildə 30% artaraq 523 milyard dollara yüksəlmişdir. Müqayisə üçün deyək ki, 2011-ci ildə bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə verilən maddi dəstək 88 milyard dollar olmuşdur. Yeni sənayeləşən ölkələrdə, xüsusilə də Çin, Hindistan və Orta Şərqdə qlobal neft istifadəsi davamlı olaraq artır. Yeni Siyasət Ssenarisinə görə neft tələbi 2011-ci ildə günlük 87,4 bareldən 2035-ci ildə 99,7 barelə qədər yüksələcək. Çin bu artımın 50%-nə səbəb olacaq. Səmərəliliyin artması və yanacaqlardakı dəyişikliklər səbəbindən İƏİT ölkələrində davamlı olaraq enerjiyə tələbat azalacaq. Nəqliyyat qlobal neft istehlakının 50%-i reallaşdırdığından, nəqliyyat vasitələinin artımı da neftə olan tələbi yüksəldəcək. 2035-ci ilədək yanacaq qiymətlərinin artması, enerji mənbələrindən daha geniş istifadə və bəzi bölgələrdə CO2 emissiyasına görə ödəmələr səbəbi ilə elektrik qiymətləri real olaraq 15% yüksələcək. Bərpa olunan enerji mənbələri bəlli mənbələrdən daha bahalı olduğun- dan bərpa olunan enerji hesabına elektrik istehsalında artımın təmin edilməsi üçün enerji subsidiyaları lazımdır. 2011-ci ildə Avropa Birliyində, xüsusilə də Almaniya və İtaliyada günəş enerjisindən elektrik istehsalı genişlənmişdir. - 91 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Enerji səmərəliliyi enerji təhlükəsizliyini artıra, iqtisadi böyüməni stimullaşdıra və ekoloji çirklənməni minimuma endirə bilər. WEO-nun Səmərəli Dünya Ssenarisi resursların daha səmərəli bölgüsünü qeyd etməklə 2035-ci ildə doğru toplam iqtisadi hasilatın 18 trilyon dollara yüksəlməsini proqnozlaşdırır. Yeni Siyasətlər Ssenarisinə görə Səmərəli Dünya Ssenarisində ilkin qlo- bal enerji tələbi artımı ½ azalmaqda və 25 ilə görə 2,6 dəfə enerji istifadəsi yaxşılaşmaqdadır. 2020-ci ilə qədər neft tələbi günlük 91 milyon barrelə bərabər olacağı proqnozlaşdırıldığı halda Yeni Siyasətlər Ssenarisinə gorə 2035-ci ildə 87 milyon barrelə enəcək. Səmərəli Dünya Ssenarisində enerjiyə bağlı CO2 emissiyası 2020-ci ildən əvvəl maksimum dərəcəsinə çataraq 2035-ci ildə 30,5 Gt-yə (geqa ton) yüksəlməyə davam etməkdədir, bu isə uzun müddətdə temperaturun 3 dərəcə artması deməkdir. Yeni Siyasətlər ssenarisində irəli sürülən 2 dərəcəlik artımı əldə etmək üçün CO2 emissiyasını azaldacaq texnologiyaların tətbiqi mütləqdir.7 Subsidiyaları ləğv etməzdən əvvəl səmərəsiz və ifrat istehlaka səbəb olub- olmadığı müəyyənləşdirilməlidir. Eyni zamanda subsidiyaların əhali gəlirlərinə təsiri də düzgün qiymətləndirilməlidir. Subsidiyaların ləğvinə dair Ilk iki faza səmərəlilik və ədalət əsasındadır. Üçüncü faza xərc səmərliliyini subsidiya alətləri və alternativ sektor alətlərinə görə müqayisəli şəkildə dəyərləndirilməsidir. Son olaraq subsidiyalara geniş siyasi məqsədlər konteksində baxılmalıdır.8

  67. 3.4. Enerji subsidiyaları islahatları, dünya təcrübəsi və Azərbaycan

  68. 3.4.1. Ölkələr üzrə enerji subsidiyaları və həyata keçirilən islahatlar Enerji subsidiyaları islahatından əvvəl ölkənin sosial iqtisadi inkişafı, ixrac və idxal strukturu, qanunlarının icrası, dövlətin demokratikləşmə və liberal- laşma səviyyəsi düzgün dəyərləndirilməlidir. Bəzi iqtisadçı və siyasətçilərə görə daha demokratik ölkələrdə digərlərinə nisbətən subsidiyaları ləğv etmək daha çətindir. Belə ki, siyasi vəzifələri daha qısa müddətli olduğundan hakimiyyətdəkilər öz mövqelərini zəiflətmək istəmədikləri üçün subsidiyaları 7 İEA, (2012), World Energy Outlook 8 İEA, OECD: World Bank, 2010, The Scope Of The Fossil Fuel Subsidies İn 2009 And The Roadmap For Phas- ing Out Fosil Fuel Subsidies, səh:28 - 92 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR ləğv etmək və sürpriz nəticələrdən uzaq olmaq istəyirlər. Bundan başqa ener- jini idxal edən ölkələrdə subsidiyaları aradan qaldırmaq daha asandır. Çünki dövlət xaricdən idxal olunan baha enerji daşıyıcılarının daxili bazarda ucuz satılması üçün tələb olunan səviyyədə subsidiyalaşmanı həyata keçirə bilmir. Əksinə enerji daşıyıcılarını ixrac edən ölkələrdə subsidiyalaşdırmanı həyata keçirmək daha asan olur. Enerji subsidiyaları ilə əlaqəli ədəbiyyatlarda adətən az gəlirli idxalatçı ölkələr (A), yüksək gəlirli idxalatçı ölkələr (B), az gəlirli ixra- catçı ölkələr (C) və yüksək gəlirli ixracatçı ölkələr (D) şəklində bölgü aparılır. Aşağıdakı qrafikdə bu qruplar üzrə 2004-2010-cu illərdə ölkə büdcələrindəki enerji subsidiyaları göstərilmişdir. Qrafikdən də göründüyü kimi enerji ixra- catçıları İEOÖ və az gəlirli ölkələrdə subsidiyalar daha yüksəkdir. Şəkil 3.5. Ayrı-ayrı ölkə qrupları üzrə 2004-2010-cu illərdə büdcədən verilən enerji subsidiyaları (ÜDM-də %-lə) Mənbə: Vagliasindi Maria., (2013), Implementing Energy Subsidy Reforms, Evidence From Developing Countries, World Bank, səh 12. Aşağıdakı qrafikdən göründüyü kimi yeni sənayeləşmiş və inkişaf etməkdə olan Asiya ölkələri dünya enerji subsidiyalarının 20%-ə sahibdir. Subsidiyalar regionun toplam ÜDM-nin 1%-nə və dövlət gəlirinin 4%-nə - 93 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR bərabərdir. Hətta Banqladeş, Bruney, İndoneziya və Pakistanda subsidiya- lar ÜDM-un 3%-nə bərabərdir. Mərkəzi və Şərqi Avropa (MŞA) və MDB ölkələri subsidiyaların 15%- nə sahib olmaqla dünyada təbii qaz subsidiyalarının ən böyük miqyası ilə seçilir. Qırğızıstan, Türkmənistan, Ukranya və Özbəkistanda enerji subsi- diyası ÜDM-un 5%-nə bərabərdir. Latın Amerika və Karib ölkələri (LAK) subsidiyaların 7,5%-nə sahibdir. Venesuela və Ekvadorda subsidiya ÜDM- un 5%-nə bərabərdir. Səhraaltı Afrika ölkələri dünya enerji subsidiyala- rının 4%-nə sahibdir: Mozambik, Zambiya və Zimbavedə isə subsidiya həcmi ÜDM-in 4%-nə qədər yüksəlmişdir. İnkişaf etmiş ölkələrdə isə sub- sidiyalar sadəcə Çinin Tayvan əyalətində ÜDM-un 0,3%-nə bərabərdir, digərlərində isə daha cüzi miqdardadır. Şəkil 3.6. Neft ixracatçı və idxalatçı ölkələrdə vergi öncəsi subsidiyalar (ÜDM-a faizlə nisbəti) Mənbə: IMF, (2013), Energy Subsidy Reform: Lessons And ImplicationsExecutive Summary, səh:12 *Burada rəqəmlər ölkə sayını göstərir. *Burada: MŞA və MDB-Mərkəzi və Şərqi Avropa və Müstəqil Dövlətlər Birliyi, LAK- Latın Amerika və Karib, OŞŞA- Orta Şərq və Şimali Afrika - 94 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Neft ixrac edən inkişaf etməkdə olan ölkələr adətən daxili enerji qiymətlərini dünya qiymətlərindən aşağı səviyədə saxlayırlar. Təbii ola- raq ucuz enerji qiymətləri bu ölkələrdə daxili istehlakçıların (xüsusilə də kasıb təbəqənin) rifahını qorumaq baxımından rasional davranışdır. Neft ixrac edən inkişaf etməkdə olan ölkələrə aid digər bir xarakterik xüsusiyyət isə bərpa olunmayan təbii resurslarla zəngin olmasına baxmayaraq ener- ji məhsullarının təchizatının əsasən zəif olmasıdır. Enerji məhsullarının daxili bazarda ixrac qiymətlərindən ucuz satılması enerji istehlakının gizli subsidiyalaşması, dövlətin potensial gəlirlərinin itirilməsi, bölgünün səmərəsizliyi və mənfi xarici təsirlərlə nəticələnir. Enerji subsidiyaları islahatı nəticəsində dövlət büdcəsinin fiskal yükü azaldımı? Bu sualı cavablandırmaq üçün gizli və açıq subsidiyalaşmanı doğru an- lamaq lazımdır. Sualın cavabı enerji asılılığına və ölkənin gəlir səviyyəsinə görə dəyişir. A və B grupu ölkələri enerji subsidiyalarının önəmli dərəcədə azaltmışdır. Belə ki, A qrupu ölkələri 2004-cü ildə subsidiyaları ÜDM-un 1%-dən 2010-cu ildə ÜDM-un 0,5 %-nə qədər, B qrupu isə müvafiq olaraq 0,7%-dən 0,3%-ə qədər azalda bilmişdir. Bunun əksinə neft ixrac eden C və D qrupunda enerji subsidiyalarının ÜDM-a nisbəti artmışdır. Belə ki, 2004-2010-cu illərdə C qrupunda subsidiyalar ÜDM-un 2,8%-dən 3%-ə, D qrupunda isə 0,7%-dən də 1,3%-ə yüksəlmişdir.9 Çin Çin illər ərzində kiçik və özünü təmin edən enerji istehlakçısından dünyanın ik- inci ən böyük enerji idxalatçısına çevrilmişdir. Ölkə aşağı keyfiyyətli kömür və digər maye yanacaqlarından daha üstün texnologiyalı enerji sisteminə keçmə axtarışında olmuşdur. Bununla belə kömür Çinin enerji sistemində yerini sax- lamaqla ölkənin 70% enerji ehtiyacını ödəməklə, elektrik istehsalında 80% paya malikdir. Dünya Bankı və Çinin Dövlət Ekoloji Təhlükəsizlik Agentliyinin hesablamalarına görə kömür və dizelin istifadəsi nəticəsində hər il 350-400 min vaxtsız ölüm qeydə alınır. Bu sürətli inkişaf və enerji subsidiyalarının təsiri ilə enerji istehlakının artması nəticəsində ortaya çıxır. Çində enerji sektorunda həddindən artıq əks mərkəzləşdirmə mövcuddur. Burada 1993-cü ildən sonra Energetika 9 Vagliasindi Maria., (2013), Implementing Energy Subsidy Reforms, Evidence From Developing Countries, World Bank - 95 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Nazirliyi mövcud olmamışdır. Ölkədəki enerji subsidiyalarının hesablanması çox çətindir. Beynəlxalq Enerji Agentliyinə görə burada 2005-ci ildə 26 milyard dollar dəyərində subsidiyalaşma həyata keçirilmişdir və Çin dünyanın üçüncü ən böyük enerji subsidiyalarının tətbiq olunduğu ölkəsidir (nominal olaraq, adam başına deyil). Liberal düşüncənin son zamanlar güclənməsinə baxmayaraq Çində enerji bazarı islahatları zamanı mühafizəkar düşüncə uzun müddət dominantlıq etmişdir. Bu da enerjinin əsas açar strateji əmtəə hesab edilməsindən dolayıdır. İEA hesalanmasına görə enerji qiymətlərinin artmasından sonra sadəcə 2005-ci ildən 2006-cı ilə qədər subsidiyalar 58% yəni 11 milyard dol- lar azalmışdır. Neft məhsulları və kömürdə tətbiq olunan nominal subsidiyalar kəskin şəkildə azalmış, lakin əhalinin isitmə və məişətdə istifadə etdiyi enerjiyə tətbiq olunan subsidiyalar dəyişməz qalmışdır. Ən vacib islahatlardan biri 11-ci beşillik planda əks olunan enerji üzrə qiymətləndirmə və vergiqoyma sistemidir. Bu neft və təbii qazla yanaşı bərpa edilən enerjini də ehtiva edir. 2008-ci il deka- brdan etibarən Çin neft və dizel qiymətlərini sərbəstləşdirilməsinə başlayaraq istehlakçıların yanacaq vergilərini artırmaqla neftin qiymətləndirmə sistemini yeniləşdirmişdi. 2009-cu ildən etibarən Pekin Çin neft-qaz emalı müəssisələrinin qlobal bazara inteqrasiya etməsinə mane olan və neftin istismarını azaldan gecikmiş islahatları həyata keçirdi. Buraya həm də 2011-ci ildən etibarən strateji neft ehtiyatlarının artırılması planı daxildir. Kömür subsidiyaları Çində mühim yerə sahibdir. 2008-ci ildə Pekin polad sənayesini 15,7 milyard dollar enerji subsidiyalarıyla təmin etmişdir. 2008-ci il iyun ayından etibarən benzin qiymətlərində 18% və dizeldə isə 16% artım olmuşdur. Mənbə: Grant Dansie vb., (2010), Reducing Energy Subsidies in Chine, İndia And Russia: Dilem- mas For Decision Makers, Sustainability Journal, səh.478. İnkişaf etməkdə olan ölkələrdə subsidiyalarıın mərhələli şəkildə ara- dan qaldırılması birbaşa büdcə subsidiyalarının kəskin şəkildə azaldığını göstərir. 2004-2010-cu illərdə enerji subsidiyalarına görə fiskal yükü Əlavə 2-də vermişik. Bu illər ərzində orta hesabla enerji subsidiyaları 1,8%-dən 1,3 %-ə enmişdir, xüsusilə Azərbaycanda açıq enerji subsidiylarının tədrici - 96 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR yox edilməsi uğurla nəticələnmişdir. Bu istiqamətdə islahat keçirməkdə xüsusilə enerji idxal edən ölkələr daha çox uğur əldə etmişdir.10 Açıq büdcə subsidiyalarından başqa inkişaf etməkdə olan ölkələrdə həm də gizli büdcə subsidiyalarından istifadə edilir. Enerji subsidiyaları islahatları enerji istehlakını azaltmaqda uğurlu ola bilərmi? Az gəlirli ökələr illik 4%, daha yüksək gəlirli ölkələr isə illik 2% ol- maqla benzin istehlakını artırmışlar. Sadəcə yüksək gəlirli idxal ölkələrində azalma olmuşdur. Bu da qiymətlərdəki artımla əlaqəlidir.11 Beynəlxalq enerji qiymətlərinin azalması ilə subsidiyaların da azalma- sına baxmayaraq 2009-cu ildən subsidiyalar yenidən artmağa başlamış və 2011-ci ildə 480 milyard dollara çatmışdır. Bu da dünya üzrə ÜDM-un 0,7%-i və ya toplam dövlət gəlirlərinin 2%-i deməkdir. Polşa 1995-ci ildə əhali tərəfindən istehlak edilən enerji məhsullarında ƏDV 7%-ə bərabər olmuşdur. Digər mallar üçün isə ƏDV 22% idi. Dövlət 1996-cı ildə enerji məhsulları üçün tətbiq olunan ƏDV-ni 12%-ə, 1997-ci ildə 17%-ə, 1998-ci ildə isə 22%-ə yüksəltmişir. Hazırda isə ƏDV 23%-dir. İslahatda əsas məqsəd büdcə gəlirlərini artırmaq və xarici qüvvələrdən (xüsusilə BVF və DB- dən) asılılığı azaltmaq olmuşdur. Ticarət birlikləri ƏDV-nin artımına etiraz etməsələr də hökumətdən enerjinin qiymət artımından sonra kompensasiya tələb etmişdilər. Polşa hökuməti bu islahatdan sonra ümumi qiymət artımına yol verməyəcəyini bildirmişdir. Endirimlər isə az gəlirli qruplar və təqaüdçülər üçün tətbiq edilmişdir. Birbaşa yardımlar əhalinin 1%-ni əhatə edirdi. Polşada enerji sektorunun islahatları baxımından əlverişli hal kimi 1990-cı ildə 586% səviyyəsində olan inflyasiyanın 1999-cu ildə 7%-ə enməsini qeyd etmək müm- kündür. Nəticədə enerjinin real qiymətinin artmasına baxmayaraq əhalinin en- erji istehlakında xərcləri 1990-cı illərlə müqayisədə o qədər də yüksəlməmişdir. Mənbə: OECD, 2011, “Fossil-fuel Support” OECD Secretariat background report to sup- port the report on “Mobilizing Climate Finance” G20 Meeting of Finance Ministers, səh. 16 10 Baxın: Əlavə 1 11 Ayrı ayrı ölkələr üzrə enerji subsidiya reform nəticələrini göstərən cədvəl üçün baxın: Əlavə 3 - 97 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Neft məhsulları üçün subsidiyalar qiymət fərqi yanaşmasından istifadə olunaraq 176 ölkə üçün hesablanmışdır. 22 ölkədə uğurlu və uğursuz nəticələnən 28 subsidiya islahatı həyata keçirilmişdir. Bu islahatlara sub- sidiyaların fiskal yükünü azaltmaq üçün biznes və əhaliyə satılan enerji növlərinin qiymətlərinin artırılması, həmçinin enerji sektorunda dövlət müəssisələrinin səmərəliliyinin yüksəldilməsi daxildir. İslahat çərçivəsində vergi sonrası subsidiyalarının azaldılmasını qeyd etmək olar. Amma subsi- diyaların yenidən ortaya çıxdığı və ya subsidiya islahatlarının nəticəsində qiymətlərin artdığı, bir sözlə, islahatların uğursuz olduğu ölkələr də möv- cuddur. Bizim nümunə kimi təqdim etdiyimiz 28 islahatdan 12-si uğur- lu, 11-i qismən uğurlu və 5-i isə uğursuz olmuşdur. 12 Subsidiyaların ləğvi və güzəştlərin azaldılması ilə qənaət edilən büdcə resurslarının sosial məqsədlərə (o cümlədən, yoxsulluğun azaldılmasına) istiqamətləndirilməsi səmərəli yoldur. Bu baxımdan ən yaxşı misal İndoneziyadır. 2005-ci il ya- nacaq qiymətlərinin artmasından sonra 2005-2006-cı illərdə qənaət edilən büdcə ehtiyatları 10,1 milyard dollar olmuşdur. Bu isə müxtəlif sosial proq- ramlarla az gəlirli əhaliyə köçürülmüşdür. Meksikada da eynilə əldə olunan gəlirlərlə sosial proqramlar həyata keçirilmiş və insan kapitalının inkişafına yönəldilmiş, əhalinin məşğulluq səviyyəsində də artım olmuşdur. Braziliyada Auxilio Qaz və Bolsa Familia birləşmiş və gəlir transfer proqramı yaradılmış- dır. Aşağı gəlir qrupunun yanacaq istifadəsində endirimlər tətbiq olunmuş- dur. Yanacaq subsidiyalarının ləğvi ilə eyni zamanda daha həssas təbəqələrin sosial müdafiəsi gücləndirilmişdir. İordaniyada minimum əmək haqqı artı- rılmış, xüsusilə az gəlirli əhali və təqaüdçülərə endirim və vergi istisnaları tətbiq olunmuş, Milli Yardım Fondunun fəaliyyəti genişləndirilmişdir.13 İordaniya İordaniya MENA ölkələri arasında enerji sektorunda uğurlu islahat apa- ran dövlətlərdən biridir. İordaniyada yerli enerji tarifləri dünya bazarındakı qiymətlər nəzərə alınmaqla avtomatik tənzimlənməyə başlandı. Bu isə dövlət eh- tiyatlarının artımı ilə nəticələndi. Enerji qiymət islahatı məhz ona görə rəvan baş 12 IMF, (2013), Energy Subsidy Reform: Lessons And ImplicationsExecutive Summary 13 İEA, OECD: World Bank, 2010, The Scope Of The Fossil Fuel Subsidies İn 2009 And The Roadmap For Phas- ing Out Fosil Fuel Subsidies, səh:40-47 - 98 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR tutdu ki, geniş informasiya sistemi yaradıldı, kompensasiya paketleri yoxsullu- ğun artımına mane oldu və orta və yüksək gəlir qruplarının razılığı əldə edildi. İs- lahatın uğurlu olmasının bir səbəbi kimi müxtəlif maraq qrupları və qərar qəbul edənlərin bu istiqamətdə fəal müzakirələrə qoşulmasını qeyd etmək mümkündür. Mənbə: Vagliasindi Maria., (2013), Implementing Energy Subsidy Reforms, Evidence From De- veloping Countries, World Bank Azərbaycanda da 2007-ci ildə enerji tariflərinin optimallaşdırıl- masından(həmin vaxt Tarif Şurası bəzi tənzimlənən qiymətləri 2-3 dəfə artırmışdı) sonra da yoxsulluq səviyyəsi düşməkdə davam etmişdir. Belə ki, yoxsulluq səviyyəsi 2007-ci ildə 15,8 % idisə, 2008-də bu göstərici 13,2 %-ə düşdü və sonrakı illərdə pozitiv dinamika saxlanıldı: 2009-cu ildə 10,9%, 2010-cu ildə 9,1%, 2011-ci ildə 7,6 % və 2012-ci ildə 6 %. Beləliklə, Azərbaycan iqtidarı tənzimlənən qiymətlərin artırılması nəticəsində əhalinin aztəminatlı təbəqəsinə dəyə biləcək ziyanı minimuma endirdi, əksinə tariflərin bahalaşmasından əldə olunan gəlirləri əhalinin aşağı təbəqəsinin xeyrinə yenidən böldü. Çünki 2007-2012-ci illər ərzində orta pensiya 62,9 manatdan 152 manata, ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 78 mindən 134 minə, orta əmək haqqı isə 216 manatdan 398 manata çatmışdır. Enerji subsidiyaları islahatı zamanı mənfi sosial təsirlərdən qaçmaq mümkündürmü? Bunun üçün aşağı desil gəlir qrupunun nə qədər enerji istehlak etdiyini və subsidiya islahatlarının bu gəlir qrupuna necə təsir et- diyini bilmək vacibdir. Amma istər Yəmən misalı, istərsə də digər ölkələrin təcrübəsi göstərir ki, qiymət artımı daha çox aşağı gəlir qrupuna təsir göstərməklə onların real gəlirini azaldır.

  69. 3.4.2. Azərbaycanda enerji subsidiyaları Keçmiş sovet respublikalarında ilk bazar islahatları tətbiq olunan zaman kvazifiskal subsidiyaların miqyası böyük olmuşdur. Burada iki fərqləndirici əlaməti qeyd etmək lazımdır: 1. Postsovet məkanında dövlət mülkiyyətində olan müəssisələr yüksək dərəcədə subsidiyalaşmış dövlət xidmətlərinin maliyyələşdirilməsi və təminində əsas mənbə rolunu oynayırdı; - 99 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR 2. Bu ölkələrdə istehlakçılar enerji və digər dövlət xidmətlərinin yüksək dərəcədə istehlakına adət etmişdilər. Müstəqilliklərinin ilk illərində postsovet ölkələri enerji tariflərini dünya qiymətlərinə əsasən balanslaşdıra bilmədiklərinə görə subsidiyalaşmanın ən önəmli kanalı enerji olmuşdur. Belə yanaşma makroiqtisadi və fiskal risklərin əsas səbəbidir. Bu səbəbdən də fiskal və makroiqtisadi dayanıqlıq enerji sek- torundan asılı vəziyyətə gəlmişdir. Müstəqilliyin ilk dövründə karbohid- rogen ixracatçıları (Qazaxıstan, Rusiya və Azərbaycan) enerji islahatlarını təxirə salmış və enerji istehsalçılarını subsidiyalaşdırmışlar. Enerjidən asılı ölkələr (Ukrayna) enerjini dünya qiymətlərinə yaxın tariflərlə idxal etməyə məcbur olmuşlar və əvvəlcədən subsidiyaların maliyyələşdirilməsində çətinlik çəkmişlər. 1995-97-ci illərdə Rusiyada enerji subsidiyaları ÜDM-un 7-10%-ə yüksəlmişdir. Liberallaşma və stabilizasiya siyasətindən sonra bu subsidiya- lar ləğv edilmişdir. 1997-ci ildən etibarən enerji monopoliyaları gizli subsi- diyaların əsas hissəsini dövlət büdcəsinə transfer etməyə müvəffəq olmuş- dur. Bu ödənilməmiş vergi borclarının toplanması və yüksək mənfəətinin əldə edilməsiylə mümkün olmuşdur. Rusiya (həm də) enerji subsidiyaları nəticəsində meydana gələn fiskal kəsiri maliyyələşdirmək üçün xarici və da- xili borclanmanı artırmağa məcbur olmuş və proses 1998-ci ilin böhranına gətirib çıxarmışdır. Azərbaycanda kvazifiskal subsidiyalara misal olaraq enerjinin aşağı qiymətləndirilməsi və enerji tədarükçülərinin ödənişləri vaxtında və tam həcmdə edə bilməməsi göstərilə bilər. 1999-cu ildə kvazifiskal subsidi- yalar ÜDM-un 7%-i təşkil etmişdir. O zaman əhali ən çox ödənişi həyata keçirməyən istehlakçı seqmenti idi. Əhali istifadə etdiyi enerjinin 10%-nin pulunu ödəyirdi. Dünya Bankına görə enerji qiymətələri islahatları iki mərhələdə həyata keçirilməlidir: • Daxili enerji tarifləri dünya qiymətləri ilə bərabərləşdirilməlidir; • Enerji qiymətlərinin çevik tənzimlənmə mexanizmi yaradılmalıdır. Bununla belə 2003-cü ilədək Azərbaycanın enerji sektorunda qiymətlərin demək olar heç dəyişmədiyi görülə bilər.14 14 Bu göstəricilər “İMF, (2003) Staff Country Reports”dan əldə edilib: http://books.google.az/books?id=iLLVwA 2xGgcC&pg=PA76&lpg=PA76&dq=energy+subsidies+in+azerbaijan&source=bl&ots=21deslhqh0&sig=ugM2 d-QmRXlFTg-11T5QVbKGtbQ&hl=en&sa=X&ei=mmpWUvq4FIPbswb204DwAg&ved=0CFYQ6AEwCA#v =onepage&q=energy%20subsidies%20in%20azerbaijan&f=false - 100 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Şəkil 3.6. Azərbaycanın enerji sektorunda gizli subsidiyalar (ÜDM-ə %-lə) Mənbə: Vagliasindi Maria, (2013), Implementing Energy Subsidy Reforms, Evidence From Developing Countries, World Bank, səh. 193. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 5 yanvar 2006- cı il tarixli “Bəzi neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə” qərarına əsasən kerosin, dizel, benzin və s. məhsulların qiyməti bahalaşdı. Bu artım dövlətə dünya və yerli qiymətlər ara- sında fərqi azaltma imkanı vermişdir. Bu addımla büdcə gəlirlərinin 85 mil- yon dollar artacağı və Azərbaycan neftinin və neft məhsullarının qiymətlərin daha baha olduğu Gürcüstan və Rusiyaya qaçaqmalçılığının qarşısının alına- cağı gözlənilirdi. Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən ikinci qiymət artımı isə 2007-ci ilin yanvar ayında həyata keçirilmişdir. Bu dəfə neftin qiymətindəki artımdan başqa elektrik qiymətlərində də kəskin artım olmuşdur. Bu qiymət artımının da büdcəyə əlavə 220 milyon dollar gəlir gətirəcəyi gözlənilirdi.15 Azərbaycan Respublikası Tarif (qiymət) Şu- rasının 2 dekabr 2013-cü il tarixində keçirilmiş növbəti iclasında rabitə, hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin, təbii qazın iri istehlakçılara (“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərikimya” İstehsalat Birliyi) satışı və bəzi neft məhsullarının satışı tariflərinə baxıl- mışdır. Tarif (qiymət) Şurası tərəfindən Aİ-95 benzinin pərakəndə satış 15 Vagliasindi Maria., (2013), Implementing Energy Subsidy Reforms, Evidence From Developing Countries, World Bank, səh 189 - 101 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilmiş, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunmuşdur. Həmçinin, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunmuşdur. Azərbaycanda neft məhsulları üzrə mövcud tariflər nəinki Avropa, hətta əksər MDB ölkələri ilə müqayisədə aşağıdır. Tarif artımından sonra da benzinin pərakəndə satış qiyməti Azərbaycanda digər MDB ölkələrindən aşağı olacaqdır. Hazırda neft istehsalına görə dünyada 2-ci yerdə olan Ru- siyada benzinin qiyməti Azərbaycanla müqayisədə daha yüksəkdir. Neft məhsulları üzrə sonuncu tarif tənzimlənməsi 6 yanvar 2007-ci il tarixində həyata keçirilmişdir. 2007-ci ildə tarif tənzimləməsi aparılarkən xam neftin dünya bazarlarında qiyməti 1 barrel üçün 57 ABŞ dolları təşkil edirdisə, ha- zırda bu rəqəm 110 ABŞ dolları səviyyəsindədir. Bu dövrdə ölkəmizdə mi- nik avtomoillərinin sayı 617 mindən 959 minədək artmışdır. Son 7 ildə av- tomobil benzinləri üzrə ölkədaxili tələbat 800 min tondan 1,3 milyon tona, orta aylıq əmək haqqı isə 215,8 manatdan 417 manatadək, ÜDM-un bir nəfərə düşən həcmi 3,3 min manatdan 5,9 min manatadək yüksəlmişdir16. Şəkil 3.6. Azərbacan büdcəsində açıq neft subsidiyaları (2003-2010) Mənbə: Vagliasindi Maria., (2013), Implementing Energy Subsidy Reforms, Evidence From Developing Countries, World Bank, səh 192. 16 http://tariffcouncil.gov.az/?/az/news/view/101/ - 102 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Azərbaycanda elektrik enerjisi sektorundakı qiymət artımının əsas səbəbi bu sahəyə verilən subsidiyalarının tədricən aradan qaldırılması ol- muşdur. Qaçqın və məcburi köçkünlər subsidiyalaşması da Azərbaycan misalında vacibdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Elektrik enerjisindən istifadəyə görə bir sıra birincı dərəcəli istehlakçıların, məskunlaşmamış qaçqın və məcburi köçkünlərin istehlak etdikləri elekt- rik enerjisinin dəyərinin ödənilməsinin tənzimlənməsi barədə” 10 iyun 2003-cü il tarixli, 80 saylı qərarına əsasən normativ kimi 150 kilovat/saat müəyyən edilib. Bu o deməkdir ki, hökumət hər ay məskunlaşmamış qaç- qın və məcburi köçkünə adambaşına 150 kilovat/saat limit üçün paylayıcı şəbəkələrə ödəniş həyata keçirirlir. Azərbaycanda enerji subsidiya islahatları aşağıdakı xüsusiyyətlərə malikdir: • Enerjinin qiyməti yüksəldiyindən və sayğaclaşmaya görə enerjidən daha rasional istifadə edilir; • Enerji qiymətlərinin yüksəlməsi və yoxsulluğun azalması onu göstərir ki, enerji qiyməti islahatı inklüziv xarakter daşıyır. Azərbaycanda ev təsərrüfatlarının kvintilləri üzrə təhlil onu göstərir ki, gəlirlər artdıqca kommunal xərclərin mütləq və nisbi miqyası da yüksəlir. Məsələn, su, işıq, qaz və digər yanacaq növlərinə çəkilən xərclər 1-ci kvintildə ev təsərrüfatının büdcəsinin 6,5 %-ni təşkil edirsə, 5-ci kvintildə bu göstərici 8,5 %-ə qədər yüksəlir. Deməli, su, işıq, qaz və digər yanacaq növlərinə verilən subsidiyalardan daha çox imkanlı ailələr istifadə edir ki, bunun da heç bir iqtisadi və sosial əsası yoxdur. Bu baxımdan enerji subsidiyalarının azaldıl- ması və əvəzində qənaət edilən vəsaitin sosial proqramlar vasitəsilə əhalinin aztəminatlı təbəqələrinin xeyrinə yenidən bölgüsü daha səmərəli yanaşmadır. Təhlil göstərir ki, 5-ci ən varlı kvintildə su, işıq, qaz və digər yanacaq növlərinə çəkilən xərclər orta təbəqənin əsasən əhatə etdiyi 2-4-cü kvintillərdə eyniadlı göstəricidən üstündür. Beləliklə, sosial proqramlar vasitəsilə enerji subsidiya- larının qənaəti nəticəsində əldə olunan vəsaitlərin yenidən bölgüsü yoxsulla- rın azalması fonunda orta təbəqəni daha da gücləndirir. Belə yanaşma sosial bazar modeli seçmiş Azərbaycan dövlətinin iqtisadi siyasət kursuna tamamilə uyğundur. - 103 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Şəkil 3.7. 2012-ci ildə Azərbaycanda kvintillər üzrə su, işıq, qaz və digər yanacaq növlərinəçəkilən xərclər (ev təsərrüfatının büdcəsində faizlə) Mənbə: AR Dövlət Statistika Komitəsi Kitabın üzərində işləyən tədqiqat qrupu dünya ölkələri üzrə hər nəfərə düşən ÜDM və karbon emissiyası göstəriciləri əsasında reqressiya tənliyi qurmuş və aşağıdkı qrafiki tərtib etmişdir. Tərəfimizdən aparılan təhlillər onu göstərir ki, Azərbaycan hər nəfərə görə ÜDM istehsal edərkən dünyanın orta göstəricisinə uyğun olaraq karbon emissiya edir. Enerji qiyməti islahatları Azərbaycanın gələcəkdə ÜDM istehsalı zamanı daha az karbon emissiya etməsini proqnozlaş- dırmağa imkan verir. Beləliklə, Azərbaycan enerji ölkəsi olmasına baxmayaraq daha az karbon emissiya etməklə ətraf mühiti daha az mənfi təsirə məruz qoyur. Şəkil 3.8. Dünya üzrə hər nəfərə düşən ÜDM və karbon emissiyası göstəricilərinin qarşılaşdırılması - 104 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR

  70. 3.4.3. Subsidiya reformlarına dair öyrənilmiş dərslər Enerji sahəsində subsidiya islahatları aparmadan öncə və islahat zama- nı müxtəlif tədbirlər həyata keçirilməlidir. Bu tədbirləri aşağıdakılardan ibarətdir: 1. Sosial təhlükəsizliyi möhkəmləndirmək və subsidiyalar üçün məqsədli mexanizmi inkişaf etdirmək. Uğurlu islahat üçün ən vacib şərt aşağı gəlir qruplarının sosial müdafiəsində dövlətə inam və qənaət edilən vəsaitin sosial rifahın yaxşılaş- dırılmasına yönəldilməsidir. Aşağıdakı texnologiyalardan isfadə oluna bilər: • Əhali xərcləri anketindən istifadə edilməsi. Anketlərdən istifadənin əsas səbəbi mövcud subsidiyalardan kimin daha çox faydalandığını və subsi- diyaların kimə daha çox təsir etdiyini öyrənməkdir. • Məqsədliliyin artırılması. Effektivliyi artırmaq üçün subsidiya islahatları sadə və şəffaf, məqsədli olmalı və sosial yardım sistemi ilə paralel zaman- da qəbul edilməlidir. Azərbaycanda subsidya islahatları hər dəfə ümumi qiymət artımı ris- kini yaradır. Çünki inflyasiya modelləri göstərir ki, Azərbaycanda qiymət artımına təsir göstərən əsas amillərdən biri də biznesin və əhalinin inflya- siya gözləntiləridir. Buna görə də enerji tariflərinin optimallaşdırılması ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlak- çıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (və digər müvafiq dövlət orqanları) bazarlarda monitorinqi gücləndirir və yeni inflyasiya dalğasının (süni qiymət artımları) qarşısını alır. Xüsusilə, əhalinin ən çox tələbat duy- duğu ərzaq məhsullarının tarla və süfrə qiymətləri arasındakı fərqin azaldıl- ması üçün “Səffaflıgın artırılması və korrupsiyaya qarsı mübarizə üzrə Milli Strategiya” və «2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulalrı ilə etibarlı təminatına dair Dövlət Proqramı» çərçivəsində tədbirlər həyata keçirilir. Öz növbəsində Mərkəzi Bank monetar alətlərdən istifadə etməklə inflyasiya və manatın məzənnəsini nəzarətdə saxlamaqla ta- rif optimallaşdırılmasının risklərini minimuma endirir. - 105 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR FƏSIL 4. Enerji səmərəliliyi və fiskal siyasət 4.1.Enerji səmərəliliyinin təmin edilməsində fiskal alətlərin rolu Hazırda Azərbaycan təbii resursdan böyük həcmdə gəlirlər əldə edir. Əldə edilən gəlirlər strateji valyuta ehtiyatlarının əhəmiyyətli şəkildə ar- tımını (01.09.2013 tarixinə 49.6 mlrd.ABŞ dolları) şərtləndirir. Böyük həcmdə vəsaitlər bir tərəfdən, sosial problemlərin həllinə yönəldilirsə, digər tərəfdən hökumətin fəal investisiya siyasətini aparmasını (o cümlədən, dövlət büdcəsi vasitəsilə) və bununla da ölkədə zəruri infrast- rukturun yaradılması ilə fiskal siyasətin investisiya yönümlülüyünü təmin etməsini göstərir. Bütün bu məsələlər bir sıra sualların meydana çıxmasını şərtləndirir. Əldə edilən böyük gəlirlər nə dərəcədə səmərəli istifadə edilir? Bu vəsaitlərin idarə edilməsi sosial ehtiyacları ödəyirsə hansı nisbətdə və keyfiyyətdə buna çatmaq mümkündür? Digər tərəfdən, enerji sektoru bu vəsaitlərin əsas maliyyə mənbəyi olmaqla yanaşı cəmiyyət böyük resurs olan enerjidən səmərəli istifadə edirmi? Bu halda, hansı yanaşmalar və mexanizmlər möv- cuddur? Yəni son illərdə ölkəmizdə əhəmiyyətli dərəcədə aktuallaşmış “enerji səmərəliliyi” konsepsiyası beynəlxalq təcrübədən hansı dərsləri götürə bilər? Unutmaq olmaz ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Kon- sepsiyanın əhatə etdiyi dovrdə Azərbaycanda orta hesabla bir vahid ÜDM istehsalı ucun istifadə edilən enerjinin və emissiya olunan karbon dioksi- din miqdarı İqtisadi Əməkdaslıq və İnkisaf Təskilatı olkələri uzrə muvafiq gostəriciyə yaxınlaşdırılması hədəf kimi müəyyən edilmişdir. Beynəlxalq təcrübədə enerji səmərəliliyinin təmin edilməsi məqsədilə hökumət tərəfindən bir sıra iqtisadi alətlərdən istifadə edilir. Bu alətlər sı- rasında fiskal (enerji vergiləri, vergi güzəştləri, əmlak vergisi, ƏDV və s.) alətlərlərdən istifadə təcrübəsi kifayət qədər geniş yayılmışdır. - 106 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR

  71. 4.2. Beynəlxalq təcrübədə fiskal alətlərdən istifadə Beynəlxalq təcrübədə aşağıdakı fiskal alətlərdən istifadə edilir: 1. “Enerji vergiləri”. Bir qayda olaraq enerji vergilərinin tətbiqi bu və ya digər enerji resursunun qiymətinin bahalaşmasına səbəb olur. Nəticədə həmin vəsait bir tərəfdən, büdcə gəlirlərinin həcminin ar- tımını şərtləndirirsə digər tərəfdən, həmin ödənişlər eynilədə ener- ji səmərəliliyinin artmasına xidmət etmiş olur. Yəni vergi bu halda iki cür enerji səmərəliliyini stimullaşdırır. Misal üçün, bu vergilər ener- ji səmərəliliyinin təmin edilməsinə yönəldilmiş qrantların alınması yönəldilə bilər. Bu şəraitdə bir məqama xüsusilə diqqət yetirmək lazımdır ki, enerji vergisi yaranan ekoloji fəsadların aradan qaldırılmasına xidmət etmir. Sadəcə o xərclərin bir hissəsini qarşılayır. Beynəlxalq təcrübədə Avropa Birliyi ölkələri tərəfindən minimal enerji vergisinin tətbiq edilməsi ilə bağlı saziş imzalanmışdır. Bu sazişə əsasən 2004-cü ildən başlayaraq AB- yə üzv dövlətlər ölkə ərazisində (kömür, qaz və elektrik enerjisi) mini- mal enerji vergi dərəcələri tətbiq etməlidirlər. Beynəlxalq təcrübədə ekoloji vergilərin tətbiqi çərçivəsində “ver- gi dəyişmələri” konsepsiyasından istifadə edilir. Konsepsiyanını mahiyyəti ekoloji vergilərin tətbiq edilməsi hesabına digər vergilər üzrə vətəndaşların yükünün azaldılmasıdır. Misal üçün, Niderlandda 1996- cı ildən tənzimləyici enerji vergiləri tətbiq edilir ki, əsas məqsəd bir tərəfdən, enerjiyə qənaət və ekoloji fəsadların aradan qaldırılmasıdır- sa, digər tərəfdən, birbaşa vergilərin üzərindən yükün dolayı vergilərin köçürülməsidir. İsveçdə 1989-cu ildən elektrik enerjisindən və yanacaq növlərindən tutulan (bioyanacaq və torf istisna olmaqla) ümumi enerji vergisi tətbiq edilmişdir . 1991-ci ildən İsveçdə aparılan vergi islahatları ekoloji hədəflərə uyğun reallaşdırılır. 2001-ci ildən isə hökumət 2001- 2010-cu illəri əhatə edən (ekoloji hədəfləri) “vergi dəyişmələri” strategi- yasını qəbul etmişdir.Başqa sözlə desək, vətəndaşın vergi yükü azalmır, sadəcə vergi yükünün strukturunda dəyişiklik baş verir. - 107 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Cədvəl 4.1. Avropa Birliyində enerji vergilərinin ümumi vergilərdə payı, %-lə 2007 2008 2009 2010 2011 AB-yə üzv olan 27 dövlət üzrə 4.5 4.4 4.8 4.8 4.7 orta göstərici O cümlədən: Bolqarıstan 8.7 9.0 8.9 9.1 9.1 Latviya 5.6 5.7 7.7 7.3 6.9 Sloveniya 5.7 5.8 7.3 7.2 6.9 Litva 5.3 5.0 6.4 6.5 6.1 Çexiya 5.8 5.7 6.4 5.9 6.0 Yunanıstan 5.5 5.3 6.2 6.2 6.0 Lyüksemburq 6.5 6.4 6.0 5.8 5.9 Mənbə: Taxation trends in the European Union, Eurostat, 2013 2. Vergi güzəştləri. Vergi güzəştlərinin tətbiqi daha çox enerjiyə qənaət edən avadanlığın idxal rüsumundan azad edilməsi [Bolqarıstan, Slovakiya], gəlir (mənfəət) vergisində müəyyən edilən güzəştlər [Fransa (8 min avroya qədər 15%), Çexiya, Niderland, Rumıniyada mənfəət vergisi üzrə güzəştlə yanaşı, dövlət büdcəsindən faizsiz ssuda] şəxsin enerji səmərəliliyini təmin edəcək avadanlığa investisiya qoyuluşunu stimullaşdırmaq məqsədi daşıyır1. 3. Əmlak vergisi. Xüsusilə Skandinaviya ölkələrində populyar olan bu təcrübə daha çox evin 5 standarta uyğunluğu çərçivəsində tətbiq edi- lir. 1-ci standart evin (əmlak) görünüşü (fasada və s.), 2-ci standart sanitar göstəricilər, 3-cü standart mətbəx, 4-cü standart dogər elementlər (ka- min, zirzəmi və s.), 5-ci standart bilavasitə enerji səmərəliliyi göstəriciləri aid edilir. Misal üçün, evdə kamin varsa enerji səmərəliliyinin azalmasını məhdudlaşdıran amil kimi daha böyük dərəcə ilə əmlak vergiyə cəlb edilir. 4. Əlavə Dəyər Vergisi (ƏDV). ƏDV-nin fiskal alət olaraq differensial dərəcələrinin tətbiqi təcrübəsi bu sahəyə investisiya qoyuluşunu stimullaş- dırmaq məqsədi daşıyır. Misal üçün, Çexiya Respublikası bu istiqamətdə 1 http://www.energosovet.ru/stat542p15.html - 108 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR 5%-lik, Macarıstan 12%, Slovakiya isə 10-23% nisbətində aşağı vergi dərəcəsi Enerji səmərəliliyinin artırılmasına tətbiq edir. yönəldilmiş ən uğurlu təcrübə Danimarka nümunəsidir. 70-ci 5. Sürətli amortizasiya. Bir sıra illərdə baş vermiş neft böhranına dövlətlərdə (Niderland, Birləşmiş cavab olaraqenerji istehlakını Krallıq, Rusiya Federasiyası) “ekolo- artırmadan, enerji tutumluğunu ji” investisiyalara sürətli amortizasiya və karbon dioksid tullantıları- tətbiq edir. Rusiya təcrübəsinin əsas nın həcmini əhəmiyyətli şəkildə azaldaraq ÜDM-i iki dəfə artıra xüsusiyyətlərindən biri odur ki, enerji bildi. Əsas fiskal rıçaq kimi enerji səmərəliliyinə xidmət edən avadan- resurslarının istehlakını azaltmaq lıqların A-dan (ən yüksək) G-yə (ən məqsədilə təbii qaz, neft və neft aşağı) qədər səmərəlilik kateqori- məhsullarının vergi dərəcələri artı- yaları müəyyən edilir. Lakin, sürətli rıldı. Bu islahatların digər müsbət amortizasiya təcrübəsi məhz enerji nəticələri dövlət borcunun, neft səmərəliliyinin təmin ediləməsi ba- idxalının həcminin azaldılması və xımından populyar hesab edilmir ətraf mühitin mühafizəsi oldu. və bir qayda olaraq məhdud zaman çərçivəsində istifadə edilir. Birləşmiş Krallıq 2001-ci ildən avadanlığın sürətli amortizasiyanı tətbiq edən proqram qəbul etmişdir. Bunun nəticəsim olaraq 7 mindən 3 milyard funt sterlinq dəyərində avadanlıq alınmışdır. 6. Nəqliyyat və ya yol vergisi (yığım). Bir çox ölkələrdə (Sinqapur, Danimarka, Finlandiya, Norveç, Birləşmiş Krallıq və s.) yollarda yaranan tıxacların aradan qaldırılması məqsədilə nəqliyyat və ya yol vergisi tətbiq edilir. Ən populyar təcrübə Sinqapur nümunəsidir. 1975-ci ildən Sinqapur- da şəhərin mərkəzi hissəsinə səhər pik saatlarında daxil olan 4 və daha ar- tıq sayda sərnişini olan avtomobillər üçün yığımlar (1 avro 1 gün və ya 20 avro aylıq) tətbiq edilir. 1998-ci ilədn bu sistem bir qədər də modernizasiya edildi. Avtomobillərdə smart kartlar qoyuldu. Şəhərin mərkəzi hissəsinə daxil olan avtomobillər vaxtdan asılı olaraq smart kartlardan istifadə etməklə ödəniş edirdilər. Həmçinin avtomobillərin alınması üçün Sinqapur hökuməti böyük nisbətdə vergilər tətbiq etdi. Həmçinin, büdcə sektorunda - 109 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR çalışan işçilər üçün yolda tıxac yaranmaması məqsədilə hökumət müxtəlif iş rejimləri tətbiq etdi Bu sistemin tətbiqi ilə yollarda müşahidə edilən inten- sivlik (xüsusilədə, pik saatlarında 45%) azaldı. Eyni təcrübə Londonda da tətbiq edilir. 2003-cü ildən səhər 7:00-dan ax- şam 18:30-dək şəhərin mərkəzinə daxil olan avtomobillər 5 (2008-ci ildən 8) funt sterlinq ödəməlidir. Sistemin tətbiqinə hökumət 200 milyon funt sterlinq sərf etsə də artıq birinci il bu məbləğin 80 milyonu geriyə qayıtdı (özünü ödəmə birinci il 40%). Nəticədə yollardakı tıxacların həcmi 30% azaldı, avtobuslardan istifadə dərəcəsi 14%, metrodan istifadə 1% artdı2.AFR-də ictimai nəqliyyatdan istifadə edənlərin sayında əhəmiyyətli artım müşahidə edilmişdir. Eyni zamanda, hibrid avtomobilləri alan sürücülərin nəqliyyat vergisindən, həmçinin avtomobillərin park edilməsi xərcindən (ABŞ, Rusi- ya Federasiyası və s.) azad edilir. 7. Dövlətin əsaslı vəsait qoyuluşu. Dövlət sektoru tərəfindən ener- ji səmərəliliyinin artırılması məqsədilə əsaslı vəsait qoyuluşu iki formada həyata keçirilir. I. Cari xərclər üzrə “enerji səmərəliliyi”nin maliyyələşməsi. Cari xərclərin strukturunda yer alan enerji səmərəliliyi xərclərinə nümunə kimi enerji səmərəliliyinə xidmət edən malların alınması, büdcə sektorunda yer alan binaların enerji qənaəti normalarına uyğunlaşdırılması. II. Büdcə qrantları vasitəsilə maliyyələşmə. Dövlət büdcəsi vasitəsilə təsərrüfat subyektlərinə enerji səmərəliliyinin təmin edilməsi məqsədilə investisiya layihələrinin reallaşdırılması məqsədilə qrantların verilməsi AB-yə üzv olan (İtaliya, Çexiya və s.) bir sıra dövlətlərdə tətbiq edilir. Həmçinin, Rusiyanın bir neçə vilayətində (misal üçün, Orenburq) bu təcrübə sınaqdan çıxarılır. İnvestisiya layihəsi 0-5 nisbətində [A.icra səviyyəsinə görə: əgər layihə 70-100% arası icra edilirsə 5, 60-70% − 4, 50-60% − 3, 30-50% − 2, 0-30% − 1 bal ilə, B.layihənin özünüödəmə müddətinə görə 1 ilə qədər 5, 3 ilə qədər 3, 3ildən yuxarı 1 balla, C.layihənin vilayətin inkişafına xidmət edən sosial səmərəsi 5, bələdiyyənin inkişafına xidmət edən sosial səmərəsi 3, təsərrüfat subyektinin inkişafına xidmət edən səmərəsi 1 balla, D.əgər 2 Мировой Энергетический Совет и Институт транспортной политики г. Виктории, 2006 - 110 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR layihə büdcəyə vergi ödənişlərinin həcmini 10% artırırsa 5, 5-10% artırır- sa 3, 5% qədər artırırsa 1 balla] qiymətləndirilir. Tədqiqatlar göstərir ki, enerji səmərəliliyinin təmin edilməsinə yönəldilmiş təsərrüfat subyektlərinə investisiya qoyuluşunun həcminin 10% artımı istehsalın enerji səmərəliliyini 4% yüksəldir3. Cədvəl 4.2. Avropa Birliyi ölkələrində enerji səmərəliliyinin dövlət sektorunda artırılması imkanları İmkanlar Nəqliyyat Avtomobillərin alınması hesabına enerji səmərəliliyinin 22% artırılması (AB üzrə) İctimai binalar 20-30% artırmaq (Danimarka) 20% artırmaq (AFR) 2010-cu ilə 2002-ci illə müqayisədə 17% artırmaq (Yaponiya kommersiya sektoru) Satınalmalar 21% artırmaq (AFR) Ofis avadanlığı 34% artırmaq (AB) Elektrik enerjisi 28% artırmaq (Danimarka) Dövlət sektorunun məcmu potensialı 20% Avropa Birliyi üzrə Mənbə: http://energohelp.net/upload/art165.pdf 8. Məqsədli-proqram və digər strateji sənədlərin qəbulu təcrübəsi. Bu sahədə daha populyar Bolqarsıtan təcrübəsidir. Bolqarıstanda qəbul edilmiş 5 strateji sənəd (Nəqliyyat sektorunda enerji səmərəliliyinin artırıl- ması milli proqramı, Enerjiyə qənaət edən texnologiyaların kiçik və orta sa- hibkarlıqda tətbiqi proqramı və s.) müəyyən bir dövrü (2005-2020-ci illər) əhatə etsədə hər il bu istiqamətdə yeni bir illik dövlət proqramının qəbul edilməsi təcrübəsi mövcuddur4. Misal üçün, bir illik qəbul edilən proqram- lar dövlət və bələdiyyə binalarının termoizolyasiyası məqsədilə auditi və sertifikatlaşdırılmasını aparılmasını tələb edir. Bu tədbir “Enerji səmərəliliyi haqqında Qanun”un müvafiq maddəsinin icrası məqsədilə məqsədli proq- ram çərçivəsində icra edilir5. 3 http://www.csr-nw.ru/upload/file_content_262.pdf 4 Углубленный обзор политики Болгарии в области энергоэффективности, 2008 5 http://energodoma.ru/novosti/stati/249-uglublennyj-obzor-politiki-bolgarii-v-oblasti-energoeffektivnosti - 111 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR 9. İstehlak subsidiyaları. Bu tip subsidiyalar 2 cür olur6: a) Vergilərin ödənilməsinə qədər (VÖQ) və b) vergilərin ödənilməsindən sonra (VÖS). Vergilərin ödənilməsinə qədər olan subsidyaların əsas xüsusiyyəti − isteh- lakçı enerjinin daşınmasına çəkilən xərcdən az qiymət ödəyirsə bu halda, haqqında danışılan subsidiya tətbiq edilir. Misal üçün, yanacaq doldur- ma stansiyasında istehlakçı tərəfindən yanacağa görə ödənilən qiymətlə beynəlxalq qiymət arsındakı fərq. VÖS = VÖQ + vergi subsidiyaları. Ver- gi subsidiyaları (VS) enerji daşıyıcılarına tətbiq edilən vergilər səmərəlilik həddindən aşağı olduğu təqdirdə tutulur. BVF-nin qiymətləndirmələrinə görə Vergilərin ödənilməsinə qədər tutu- lan subsidiyaların həcmi dünya üzrə 480 mlrd.ABŞ dolları (dünya üzrə ÜDM- un 0.7%), vergilərin ödənilməsindən sonrakı dövrdə verilən subsidiyaların həcmi isə 1.9 trilyon ABŞ dolları (dünya üzrə ÜDM-un 2.7%) təşkil edir. Devid Lipton (BVF eksperti) fikrincə7 VÖQ təcrübəsindən imtina dünya üzrə tullantılarınn 15-30% azalmasına səbəb ola bilərdi. VÖS imtina- nın həcmi daha böyük ola bilər. Belə ki, VÖS imtinanın nəticəsində 4.250 milyon ABŞ dolları həcmində karbon dioksid tullantısının həcmi azalardı. 10. Ətraf mühitin çirklənməsinın qarşısını almaq üçün tətbiq edilən yığımlar. Bu sıraya ətraf mühitin çirkləndirilməsi üçün xüsusi yığım- lar, təbbi resurslardan istifadə haqqı, meliorasiyaya görə ödənişlər aiddir. Maraqlı fakt ondan ibarətdir ki, ekoloji vergilərin tətbiqi nəticəsində ver- gi siyasətində ciddi dəyişikliklər müşahidə edilmişdir. Avtomobillərin texni- ki xarakteristikası dəyişmiş və yeni ekoloji səmərəsi olan avtomobillərə olan tələb artmışdır. Bu isə enerjiyə qənaət edən avtonəqliyyat vasitələri üçün patentlərin sayının artımını şərtləndirmişdir.

  72. 4.3. Nəticə Yuxarıda verilən beynəlxalq təcrübənin təhlili fiskal alətlərdən istifadənin aşağıdakı xüsusiyyətlərinin olduğunu göstərir: 6 http://www.imf.org/external/np/fad/subsidies/index.htm 7 http://www.imf.org/external/russian/np/speeches/2013/032713r.pdf - 112 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Haşiyə Beynəlxalq təcrübədə istər strateji planlaşdırma, istərsə də indikativ planlaşdır- manın tətbiqi dövlət büdcəsinin məqsədli proqramlar (və ya Məqsədli Proqram Büdcəsi) əsasında tərtibi edilir. Ən-ənəvi metoddan fərqli olaraq məqsədli proq- ram metodu vəsaitlərin məqsədli istifadəsi, layihələrin müsabiqə yolu ilə seçilməsi, nəticələrin monitorinqi və qiymətləndirilməsini şərtləndirir. Bu metodun əsas üstünlükləri kimi aşağıdakıları göstərmək olar: 1. Dövlət cəmiyyətin daha çox ehtiyac duyduğu xidməti proqramlar vasitəsilə təqdim edir; 2. Dövlət büdcəsi xərclərinə daha tənqidi yanaşmaq və xərclərin sosial-iqtisadi əsaslandırılması olmadığı halda bir sıra maddələrindən imtina etmək müm- kündür. 3. Ayrı-ayrı proqramların icrasına məsul olan dövlət təşkilatlarının məsuliyyəti artırılır. Həmçinin subyektin fəaliyyətinin səmərəliliyi qiymətləndirilir. 4. Optimal idarəetmə modeli qurulur. 5. Dövlətin maliyyə fəaliyyətinin real olaraq qiymətləndirilməsi imkanı yaranır. • Enerji səmərəliliyinin təmin edilməsinə yönəldilmiş tədbirləri şərti olaraq iki kateqoriyaya ayırmaq olar: təşviqedici (məlumat, maliyyə dəstəyi) və məhdudlaşdırıcı (yığım və s.); • Təşviqedici tədbirlərin əsas məqsədi daha çox insanın bu prosesə cəlb edilməsidir; • Vergi güzəştləri daha səmərəli alət hesab edilir və Avropa Birliyi ölkələrində kifayət qədər populyardır. Vergi güzəştlərinin tətbiqi daha çox enerjiyə qənaət edən avadanlığın idxal rüsumundan azad edilməsi, mənfəət vergisində müəyyən edilən güzəştlər, şəxsin enerji səmərəliliyini təmin edəcək avadanlığa investisiya qoyuluşunu stimullaşdırmaq məqsədi daşıyır; • “Enerji vergiləri” daha bir alət olaraq vəsaitin bir tərəfdən, büdcə gəlirlərinin həcminin artımını şərtləndirməsiə digər tərəfdən, həmin ödənişlərin eynilədə enerji səmərəliliyinin artmasına xidmət etməsi deməkdir; • Ayrı-ayrı vergilər üzrə götürdükdə ƏDV üzrə aşağı vergi dərəcələrinin - 113 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR tətbiqi təcrübəsinə üstünlük verilirsə, əmlak vergisi üzrə əmlakın növündən asılı olaraq standartlar üzrə differensial vergi dərəcələri tətbiq edilir; • Digər alətlər sırasında məqsədli-proqram büdcəsi və strateji sənədlərin qəbul edilməsini göstərmək olar; • Digər tərəfdən, bir çox ölkələrin qanunvericiliklərində təsbit edilmiş ekoloji vergilər və ya enerji səmərəliliyinə hədəflənmiş vergi və tədiyələr ən vacib suala cavab vermir. Bir qayda olaraq vergilər məqsədli xarak- ter daşımadığı üçün daha çox ümumən xərclərin maliyyələşdirilməsinə yönəldilir. Yəni daha konkret olaraq enerji səmərəliliyini təmin edən ava- danlığın alınmasına yönəldilməsi məqsədəuyğun olardı; • Unutmaq olmaz ki, dövlət büdcəsi xərclərinin səmərəliliyi anlayışının bu dərəcədə aktuallaşdığı dövrdə enerji səmərəliliyinin tətbiqi büdcə xərclərinin rasionallaşdırılmasına və fiskal fəzanın yaranmasına səbəb ola bilər.

  73. 4.4. Azərbaycanda fiskal alətlərdən istifadənin inkişaf perspektivləri Hazırda Azərbaycan Respublikasının qanunvericiliyində enerji aspektindən fiskal güzəştlər aşağıdakılardan ibarətdir: Hüquqi şəxslərin əmlak vergisi üzrə vergi tutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində azaldılır: ☐ ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən obyektlərin; ☐ məhsul ötürən kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə və enerji ötürücü xətlərinin, meliorasiya və suvarma sistemi obyektlərinin. Azərbaycanda bu halda iki ssenarinin tətbiqi mümkündür. Birinci ssenari kimi dövlət satınalmalarının tətbiqi və enerji səmərəliliyinin təmin edilməsinə hədəflənmiş (hər il hazırlanan Dövlət İnvestisiya Proqramı çərçivəsində həyata keçirilən investisiya layihələrinin enerji səmərəliliyi istiqamətinə üstünlük verməklə) əsaslı vəsait qoyuluşu- nun həyata keçirilməsi məqsədəuyğundur. Yəni enerji səmərəliliyinə xidmət edən avadanlığın alınması və bu istiqamətdə fəal investisiya siyasətinin həyata keçirilməsi nəzərdə tutulur. - 114 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Haşiyə Fiskal fəza – orta və uzunmüddətli dövrdə fiskal dayanıqlılıq şəraitində dövlətin qarşısında duran sosial-iqtisadi problemlərin həlli məqsədilə zəruri maliyyələşmə imkanlarının aşkar edilməsi və müvafiq istiqamətlərə yönəldiməsidir. Eyni zaman- da, bu şəraitdə cari xərclərlə mümkün xərclər arasında yaranan fərq dövlət sekto- runun kredit ödəməqabiliyyətliliyinin azalmasına səbəb olmamalıdır. Bu izah fis- kal fəzanın büdcə sektorunda əlavə maliyyələşmənin aşkar edilməsinə yönəldiyini göstərir. Yəni fiskal fəza hökumətin büdcə sektorunda yaratdığı ehtiyatdır. İkinci ssenari, vergi alətindən kifayət qədər səmərli istifadə edilməsidir. Bu halda, hələ 2002-ci ilə qədər ölkədə mövcud olan “Ətraf mühitin mühafizəsi” məqsədli büdcə fondunun yeni formada və fərqli maliyyələşmə mənbəyi ilə bərpası tövsiyə edilir. İlk öncə qeyd edək ki, Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” Qanuna əsasən məqsədli büdcə fondu dövlət büdcəsi, Naxçı- van Muxtar Respublikasının büdcəsi və yerli büdcələrin tərkibində konk- ret tədbirlərin həyata keçirilməsi üçün formalaşan və istifadə edilən pul vəsaitidir. Məqsədli büdcə fondları dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin və yerli büdcələrintərkib hissəsi kimi yaradıla bilər. Bu fondlar müstəqil mədaxil mənbələrinə malik ola bilərlər. Məqsədli büdcə fondları üzrə daxilolmalar və xərclər büdcələrin gəlir və xərc hissələrində ayrıca göstərilməklə müvafiq maliyyə əməliyyatları xəzinədarlıq vasitəsi ilə həyata keçirilir. Məqsədli büdcə fondlarının vəsaiti təyinatı üzrə istifadə olunmalıdır və onların başqa məqsədlər üçün xərclənməsinə yol verilmir. Müstəqil mədaxil mənbələrinə malik olan məqsədli büdcə fondlarının hesablarında ilin sonuna qalan istifadə olunma- mış vəsait növbəti büdcə ilində onların gəlirlərinə daxil edilir. Məqsədli büdcə fondları müstəqil mədaxil mənbələrinə malik olmaya- raq dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və yerli büdcələrdən ayırmalar hesabına formalaşdıqda, bu fondlar həmin büdcələrin xərc hissəsində əks etdirilir və onların hesablarında ilin sonuna qalan istifadə olunmamış vəsait müvafiq büdcələrə qaytarılır. - 115 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Deməli “Ətraf mühitin mühafizəsi” məqsədli büdcə fondunun “Enerjiyə qənaət” fondu adı altında yaradılması və maliyyələşmə mənbəyi kimi eko- loji vergilərin tətbiqi eynilə də həmin vəsaitlərin büdcə xərclərində ener- ji səmərəliliyinə xidmət edən tədbirlərə yönəldilməsi yeni təcrübə kimi qiymətləndirilə bilər. Xüsusilə nəzərə almaq lazımdır ki, bir sıra ölkələrdə enerjiyə qənaət sahələrarası fondu təcrübəsindən istifadə edilir. Lakin, unutmaq olmaz ki, yeni verginin tətbiqi ölkəmizdə vergi siyasətinin əsas hədəflərindən vergilərin sayının və dərəcələrinin davamlı olaraq azadılması baxımından ziddiyət təşkil edir. Azərbaycan Dünya Bankı ilə Beynəlxalq Maliyyə Korporasiyasının “Vergilərin ödənilməsi” (Paying taxes 2013) hesabatında iki ildə 27 pillə irəliləyərək 103-cü yerdən 76-cı pilləyə qədər yüksəlmişdir. Şəkil 4.1. Vergilərin ödənilməsi hesabatında Azərbaycanın mövqeyi Mənbə: www.doingbusiness.org Şəkildən göründüyü kimi ölkəmiz son beş (2008-2012) ildə 65 pillə irəliləyərək ciddi artım əldə etmiş və 76-cı yerdə qərarlaşmışdır. Məhz bu səbəbdən dövlət büdcəsi gəlirlərində mədən vergisinin bilavasitə faydalı qazıntıların çıxarılması zamanı tətbiqi təcrübəsini nəzərə - 116 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR alsaq bu tədiyə növünün haqqında danışılan fondun maliyyə mənbəyi kimi çıxış etməsi mümkündür. Digər tərəfdən, 12 oktyabr 2006-cı ildə Cənab Prezidentin sərəncamı ilə yaradılmış “Avtomobil yolları” məqsədli büdcə fondu buna nümunə ola bilər. Fondun maliyyələşmə mənbələri yol vergisi, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi, idxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər və s. gəlir mənbəələridir. Həmin mədaxil mənbəələri dövlət büdcəsinin gəlirlərinin tərkibində yer alır. Beləliklə, “Enerjiyə qənaət” məqsədli büdcə fondunun yaradılması və əsas maliyyə mənbəyi kimi mədən vergisindən istifadə ölkəmizdə enerji səmərəliliyinin tətbiqinə tövhə hesab edilə bilər. Fondun fəaliyyətində prioritet kimi bir tərəfdən, enerjiyə qənaət və enerji səmərəliliyi məsələlərinin həllinə yönəlmiş layihələrin maliyyələşdirilməsi, digər tərəfdən enerji səmərəliliyi sahəsində maarifləndirilmə işlərinin apa- rılması göstərilə bilər. - 117 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR FƏSIL 5. Azərbaycanda davamlı enerji siyasəti

  74. 5.1. Azərbaycanda ümumi enerji istehlakı Azərbaycanın ümumi enerji təhcizatı 2007-2011-ci illər ərzində aşağıda- kı diaqramda göstərilmişdi. Şəkil 5.1. 2007-2011-ci illər üzrə Azərbaycanın ümumi enerji təhcizatı (Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi) Diaqramdan göründüyü kimi Azərbaycanda ümumi enerji təhcizatı 2008- ci ildə ən yüksək həddə çatmış, sonrakı iki il ərzində azalma müşahidə olun- muş və sonuncu 2011-ci ildə yenidən artmışdır. 2008-ci ildəki artımın əsas səbəbi Azərbaycanın ÜDM-un əvvəlki illərə nisbətən kəskin artması, sonrakı iki il ərzində azalmanın səbəbi isə energetika sektorunda aparılan islahatlardır. Ümumi enerji təhcizatında əsas yeri son istehlak tutur. 2011-ci ildə son istehlak ümumi enerji təhcizatının 58,2%-ni təşkil edib. Son istehlakdan son- ra ikinci ən böyük payı isə 23,2%-lə transformasiya sektorunun prosesləri - 118 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR tutur. Transformasiya prosesləri təbii enerji resurslarının elektrik və istilik enerjisinə çevrilməsi prosesləridir. Bu sahədə son illərdə əsasən azalma müşahidə olunmuşdur ki, bu da energetika sektorunda aparılan islahatlarla əlaqəlidir. 2011-ci ildə ümumi enerji təhcizatında itkilər və energetika sektoru müvafiq olaraq 9% və 7,5% təşkil etmişdi. İtkilərin payı son üç il ərzində azalsa da Avropanın inkişaf etmiş ölkələriylə müqayisədə hələ də xeyli böyük paya sahibdi. Azərbaycanda enerji məqsədi ilə son istehlak 2011-ci ildə 7290,4 min ton neft ekvivalenti təşkil etmişdi. Enerji məqsədi ilə son istehlakın 2007- 2011-ci illər üzrə dinamikası və bölgüsü Diaqram 2-də göstərilmişdir. Şəkil 5.2. 2007-2011-ci illər üzrə Azərbaycanda enerji məqsədi ilə son istehlak Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi Azərbaycanda ən çox enerji istehlak edən sektor ev təsərrüfatlarıdır. Ev təsərrüfatlarının enerji məqsədli son istehlakda payı təxminən 50%-ə bərabərdir. Nəqliyyat sektorunun son istehlakda payı artan dinamikay- la müşahidə olunur. 2011-ci ildə bu pay 27%-ə bərabər olmuşdur. Bunun əksinə olaraq sənaye sektorunun payında 2009 və 2010-cu illərdə azalma müşahidə olunmuşdur və 2011-ci ildə13%-ə bərabər olmuşdur. - 119 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR

  75. 5.2. Azərbaycanın ümumi enerji səmərəliliyi göstəriciləri Ölkənin ümumi enerji səmərəliliyini dəyərləndirmək üçün dünya təcrübəsində onun enerji intensivliyi göstəricisindən istifadə olunur. Ümu- mi enerji intensivliyi ölkədə istehlak olunan enerji miqdarının onun ÜDM- na nisbətinə bərabərdir və 1 dollar ÜDM üçün istifadə olunan enerji miq- darını göstərir. Azərbaycanın 2000-2011-ci illər ərzində enerji intensivliyi göstəriciləri aşağıdakı şəkildə göstərilmişdir. Göründüyü kimi 2000-ci illə müqayisədə Azərbaycanda enerji səmərəliliyi göstəricisi xeyli yaxşılaşmışdır. Ener- ji intensivliyində kəskin azalmanın əsas səbəbi son illər ərzində ÜDM-un kəskin artmasıdır. Digər bir səbəb elektrik enerjisi istehsalında tamamilə təbii qazdan istifadəyə keçilməsi, sayğaclaşma kimi energetika sektorunda aparılan islahatlardır. Şəkil 5.3. Azərbaycanda ümumi enerji intensivliyi (kne son enerji istehlakı/dollar AQP ÜDM) Azərbaycanın enerji intensivliyinin digər ölkələrin eyni göstəricisi ilə müqayisəsi Diaqram 4-də göstərilmişdir. Azərbaycan enerji səmərəliliyinə görə dünya ölkələri arasında orta möv- qeni tutur və dünyanın bəzi inkişaf etmiş ölkələriylə müqayisədə heç də geri qalmır. Bu sıralamada son yerləri Səudiyyə Ərəbistanı, Bəhreyn, Qazaxıstan, Türkmənistan və Özbəkistan kimi karbohidrogen resursları ilə zəngin olan - 120 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR ölkələr tutur. İlk yerlərdə isə İsveçrə, İtaliya və Danimarka kimi Avropanın inkişaf etmiş ölkələri qərarlaşır. Azərbaycanın ümumi enerji istehlakı və səmərəliliyi göstəricilərinin Yaponiya, Almaniya, Birləşmiş Krallıq, İtaliya kimi dünyanın inkişaf etmiş ölkələri ilə müqayisəsi göstərir ki, Azərbaycanda kifayət qədər enerjiyə qənaət potensialı var. Bu potensialın iqtisadiyyatın hansı sahələrində daha çox olmasını müəyyənləşdirmək üçün bu sahələri ayrılıqda tədqiq etməyə ehtiyac var.

  76. 5.3. Ev təsərrüfatlarında enerji səmərəliliyi 2010-cu ildə Azərbaycanda ev təsərrüfatlarının enerji istehlakı 3409.2 min tne olmuşdur ki, bu da ümumi son enerji istehlakının 46,8%- nə bərabərdir. Diqram 2-dən də göründüyü kimi son beş il ərzində ev təsərrüfatlarının enerji istehlakı son enerji istehlakının təxminən yarısına bərabər olmuşdur. Ev təsərrüfatlarında enerji istehlakının 79,6%-ni təbii qaz, 14,9%-ni elektrik enerjisi, 5,5%-ni isə digər yanacaq növləri təşkil et- mişdir. Son beş il ərzində ev təsərrüfatlarının enerji istehlakı növbəti diaq- ramda göstərilmişdir. Şəkil 5.4. 2007-2011-ci illər ərzində ev təsərrüfatlarının enerji istehlakı Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi - 121 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Diaqramdan görünür ki, Azərbaycanda ev təsərrüfatları enerji istehlak- larında elektrik enerjisindən tədricən təbii qaza keçirlər. Belə ki 2007-ci ildə elektrik enerjisinin ümumi istehlakda payı 22,1% olmuşdursa, 2011-ci ildə bu rəqəm 14,9%-ə qədər geriləmişdi. Bunun əksinə olaraq təbii qazın payı 71,3%-dən 79,6%-ə qədər artmışdır. Bundan başqa ev təsərrüfatlarının enerji istehlakı 2008-ci ildə 2007-ci ilə nisbətən xeyli artmış sonrakı 2009- cu il ərzində isə xeyli azalmışdır. Bu dinamikanın səbəbini anlamaq üçün Diaqram 6-da verilmiş ümumi istehlakda daha böyük paya sahib olan təbii qazın 2000-2011-ci illər ərzində istehlak dinamikasını baxaq. Şəkil 5.5. 2000-2011-ci illər ərzində Azərbaycanda ev təsərrüfatları tərəfindən təbii qaz istehlakı Mənbə: Azəriqaz SC Diaqram 6 son illərdə Azərbaycanda təbii qaz bazarındakı islahatları özündə əks etdirir. Belə ki, 2000-2005-ci illərdə və 2010-2011-ci illərdə qaz istehlakında artım müşahidə olunur. Bu artımların səbəbi əhalinin, yaşayış sahələrinin və yeni qazlaşdırılan mənzillərin sayının artmasıdır. 2008-ci ildə artım isə digər illərdə müqayisədə kifayət qədər böyükdür ki, təbii qazın paylanması və əhaliyə çatdırılmasına qoyulan investisiyalara baxsaq görərik ki, bu ildə investisiyanın miqdarı digər illərə nisbətən xeyli çoxdur. - 122 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Diaqramda fərqli rənglərlə göstərilmiş 2004, 2005 və 2009-cu illər təbii qazın qiymətinin artırıldığı illərdir. Göründüyü kimi 2004 və 2005-ci illərdə bu artım əhalinin təbii qaz istehlakına mənfi təsir göstərməyib, yalnız 2009- cu ildəki artım təbii qaz istehlakında azalmaya səbəb olub. Bunun səbəbi isə 2005-ci ildən kütləviləşməyə başlayan və artıq tamamlanmaqda olan sayğac- laşma prosesidir. 2005-ci ildə əhalinin yalnız 8,5%-i sayğacdan istifadə edirdi və əhalinin digər hissəsi istehlakdan asılı olmayaraq sabit məbləğdə ödəniş edirdilər. Bu səbəbdən 2004 və 2005-ci illərdə qiymət artımının qaz isteh- lakına neqativ təsiri müşahidə olunmur. Lakin 2009-cu ildə artıq təbii qaz abunəçilərinin 99,2%-ində sayğaclaşma prosesi başa çatmışdı və bu ildəki qiymət artımı əhalinin təbii qazdan daha səmərəli istifadə etməsinə gətirib çıxardı. 2006 və 2007-ci illərdəki azalmanın səbəbi də bu illərdə sürətlənən sayğaclaşma prosesidir. Belə ki, bu illərdə sayğaclaşma müvafiq olaraq 33% və 81,4% olmuşdur. Hal hazırda isə bu rəqəm 99,8%-ə bərabərdir. Ev təsərrüfatları üçün enerji səmərəliliyinin əsas göstəricisi hər kv. m ya- şayış sahəsinə görə istehlak olunan enerji miqdarıdır. Azərbaycanda 2009- cu ildə bu rəqəm təxminən 26 kne-nə bərabər olmuşdu. Bu göstəricinin Avropa ölkələrinin eyni göstəriciləri ilə müqaisəsi aşağıdakı diaqramda göstərilmişdir. Şəkil 5.6. 2009-cu il Azərbaycanda və bəzi Avropa ölkələrində yaşayış binalarında bir kv. m-ə düşən enerji istehlakı, kne ilə - 123 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Sonuncu diaqramdan Azərbaycanda ev təsərrüfatlarının enerji səmərəliliyi göstəricisinin Avropa ölkələri ilə müqayisədə xeyli aşağı oldu- ğu görünür. Azərbaycanın göstəricisinə yaxın göstəricisi olan ölkələr Ru- muniya, Latviya, Finlandiya, Estoniya kimi iqlimi soyuq olan ölkələrdir. Azərbaycanla təxminən eyni iqlim qurşağında yerləşən İtaliya, İspani- ya və Portuqaliya kimi ölkələrin göstəriciləri isə Avropa üzrə ən yüksək göstəricilərdir. Diaqram 7-yə əsasən demək olar ki, Azərbaycan ev təsərrüfatlarında enerji səmərəliliyini Azərbaycanla eyni coğrafi enlikdə yerləşən Avropa ölkələrinin səviyyəsinə çatdırsa, o zaman ev təsərrüfatlarında 50%-dən ar- tıq, başqa sözlə ən azı 1,7 mln. tne miqdarında enerjiyə qənaət edə bilər. Bu da Azərbaycanın ümumi son enerji istehlakının təxminən 25%-nə bərabərdir. Azərbaycanda yaşayış binalarında enerji səmərəliliyinin Avropaya nisbətən aşağı olmasının əsas səbəblərdən biri Azərbaycanın və Avro- panın mövcud və yeni inşa olunan binaları arasındakı fərqlərdir. Belə ki, Avropa ölkələri enerji ehtiyacını əsasən idxal hesabına ödədiklərindən bu ölkələrdə enerji səmərəliliyi ilə bağlı ciddi standartlar tətbiq olunur. Yeni inşa olunan binalarda bu standarlara ciddi nəzarət olunur və möv- cud binalar da əsaslı təmir olunaraq bu standartlara uyğunlaşdırılır. Dünya təcrübəsinə görə əhalinin əsas enerji istehlakı, ümumi istehlakın təxminən 50-60%-i yaşayış sahəsinin qızdırılmasına sərf olunur. Bu səbəbdən Av- ropada yaşayış binalarında istiliyin itməməsinə xüsusi əhəmiyyət veri- lir. Buna nail olmaq üçün binalarda xüsusi istilik keçirməyən örtükdən və qapı-pəncərə sistemlərindən istifadə olunur. Nəticədə əhali daha az enerji sərf etməklə yaşayış sahəsində istədiyi tempraturu saxlaya bilir. Azərbaycanda isə mövcud binaların böyük bir hissəsi müstəqillikdən əvvəlki dövrdə və qeyd olunan texnologiyalar tətbiq olunmamaqla inşa olunmuşdur. Bu binaların qeyri-yaşayış sahələrində pəncərə və qapıların yaxşı vəziyətdə olmaması istiliyin itməsini daha da sürətləndirir. Tikinti şirkətlərinin yeni inşa etdikləri binalarda enerji səmərəliliyi yüksək olan texnologiyadan istifadədə maraqlı olmamaları da enerji səmərəliliyinin aşağı olma səbəblərindən biridir. Azərbaycanda ev təsərrüfatlarında enerji səmərəliliyinin aşağı olmasın digər bir səbəbi isə aşağı səmərəliliyə ma- - 124 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR lik elektriklə işləyən alətlərdən istfadə edilməsidir. Azərbaycanda ev təsərrüfatlarında enerji səmərəliliyinin artırılmasının qarşısında bəzi maneələr dayanır. Əhalinin və tikinti şirkətlərinin enerjiyə qənaət po- tensialı barədə kifayət qədər məlumatları yoxdur. Enerji səmərəliliyi ilə əlaqəli aparılmış tədqiqatların nəticələrini yaymaq və insanları bu barədə marifləndirmək bu maneəni aradan qaldırmaq və yüksək enerji səmərəliliyinə nail olmaq üçün çox əhəmiyyətlidir. Digər tərəfdən yaşayış binalarında enerji səmərəliliyi ilə bağlı standartlara əməl olunmur. Enerji səmərəliliyini artırmaq üçün yeni inşa olunan binalarda məcburi standart- ları tətbiq olunmalı, eləcə də mövcud binalarda monitorinqlər keçirilərək standartlara uyğun olmayan binalar müəyyənləşdirilməli və standartlara uyğunlaşdırılmalıdır. Qeyd olunan standartlar yeni texnologiyalara uyğun hazırlanmalı və periodik olaraq yenilənməlidir. Standartlaşdırma aparıl- dıqdan sonra binalarda enerji səmərəliliyinə görə qiymətləndirilmələr də aparıla bilər ki, bunun nəticəsində əhali mənzil alarkən potensial enerji xərcləri barədə məlumatlana bilər. Enerji səmərəliliyinin artırılması- nın qarşısındakı digər bir maneə isə maliyyə problemləridir. Belə ki, ev təsərrüfatları enerji effektiv texnologiyanı tətbiq və istifadə etmək istəsə belə, bunun üçün kifayət qədər maliyyə vəsaitinə sahib olmaya bilər. Dövlət tərəfindən bu kimi layihələrə güzəştli kreditlərin və subsidiyaların verilməsi ilə bu problem həll oluna bilər. Azərbaycan enerji resursları ilə zəngin bir ölkə olduğundan, ölkəmizdə enerji qiymətləri Avropa ölkələri ilə müqayisədə aşağıdır. Buna görə də əhali enerji istehlak edərkən qənaət barədə çox da fikirləşmir. Bu səbəbdən əhaliyə enerjiyə qənaəti təbliğ edərkən nəticədə qənaət edə biləcəkləri maliyyə vəsaiti ilə yanaşı, enerjiyə qənaət etməklə ətraf mühiti və ekologi- yanı qoruya biləcəklərini də onlara xatırlatmaq lazımdır. Bu siyasət artıq bir çox ölkədə özünü doğruldub. Rusiyada son ilərdə aparılmış araşdırmanın nəticələrinə görə bu ölkədə ev təsərrüfatlarında 50% enerjiyə qənaət etmək mümkündür, bu potensia- lın 80%-dən çoxu iqtisadi, 46%-i isə maliyyə cəhətdən səmərəlidir. Gürcüs- tanda aparılan başqa bir araşdırmaya görə bu ölkdədə yalnız elektrik lam- palarını daha səmərəli lampalarla əvəz etməklə ildə 370 GVt saata qədər enerjiyə qənaət etmək mümkündür. Bu ölkələrdəki yaşayış binalarının və istifadə olunan texnologiyanin Azərbaycandakılarla bənzərliyini nəzərə al- - 125 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR saq, Azərbaycanda ev təsərrüfatlarında enerji səmərəliliyinin potensialını təssəvür etmək elə də çətin deyil.

  77. 5.4. Nəqliyyat Sektoru Azərbaycanda nəqliyyat sektoru son enerji istehlakına görə ev təsərrüfatlarından sonra ən böyük paya sahibdir. Bu sektorda yük daşıması və enerji istehlakı son illərdə kəskin artmışdır. Bunun da əsas səbəbi Bakı-Cey- han neft kəmərinin istifadəyə verilməsi olmuşdur. 2000-2011-ci illər ərzində yük daşımasının dinamikası aşağıdakı diaqramda verilmişdir. Hal hazırda yük daşımasının 70-75%-i boru kəmərinin payına düşür, bu rəqəm 2006-cı ildə 5-6% təşkil edirdi. Avtomobillə, dəmir yolu ilə və dənizlə yük daşıması ümumi yük daşımasının müvafiq olaraq 11-12%, 8-9% və 4-5%-ni təşkil edir. Şəkil 5.7. 2000-2011-ci illər ərzində Azərbaycanda yük daşınması Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi Bu illər ərzində sərnişin daşınması isə Diaqram 9-da göstərilmişdir. 2000-2011-ci illər ərzində sərnişin daşınmasında demək olar ki, sabit artım müşahidə olunur. Sərnişin daşıması 80% avtomobil, 9% hava, 8% metro, 3% dəmir yolu ilə həyata keçirilir. Avtomobil nəqliyyatı üzrə sərnişin daşınma- sında isə avtobus və taksilərin payı müvafiq olaraq 95% və 5%-ə bərabərdir. - 126 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Şəkil 5.8. 2000-2011-ci illər ərzində Azərbaycanda sərnişin daşınması. Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi 2007-2011-ci illər ərzində nəqliyyat sektorunda istehlak olunan enerji miqdarı Diaqram 10-da verilmişdir. Göründüyü kimi enerji istehlakında ən böyük pay avtomobil benzininə məxsusdur. Enerji istehlakında digər yerləri isə dizel yanacağı, ağ neft tipli reaktiv mühərrik yanacağı, elektrik enerjisi, mayeləşdirilmiş neft qazları və yanacağın sair növləri tutur. Şəkil 5.9. 2007-2011-ci illər ərzində nəqliyyat sektorunda istehlak olunan enerji miqdarı və enerji resurslarının bölgüsü Enerji istehlakında əsas payı avtomobil benzini tutduğundan Azərbaycanda nəqliyyat sistemində enerji səmərəliliyini artırmaq üçün avtomobillərlə bağlı digər göstəriciləri tədqiq etmək və bu sahədəki - 127 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR problemləri aradan qaldırmaq lazımdır. Azərbaycanda nəqliyyat sektorun- dakı problemlərdən bəziləri aşağıdakılardan ibarətdir: • Azərbaycanda istifadə olunan avtomobillərin yaşı xeyli çoxdur və enerji səmərəliliyi aşağıdır; • Şəxsi avtomobillərin sayı sürətlə artır və nəticədə ictimai nəqliyyatdan şəxsi avtomobillərə keçid artır; • İctimai nəqliyyat sistemindəki problemlər; • Əhali enerji səmərəli nəqliyyat vasitələrindən istifadəyə maraqlı deyil və istehlakçılar qeyri-səmərəli avtomobillərə daha çox meyl edirlər. 2002-2011-ci illər ərzində Azərbaycanda şəxsi avtomobillərin sayı Di- aqram 11-də göstərilmişdir. Azərbaycanda istifadə olunan şəxsi avtomobil sayı 2002-ci ildə təxminən 350 minə bərabər olmuşdusa, bu rəqəm 2011-ci ildə bu rəqəm 850 mini keçmişdir. Qeyd olunduğu kimi şəxsi avtomobillərlə bağlı əsas problemlərdən biri ölkədə istifadə olunan avtomobillərin əksəriyyətinin yaşının çox olması və enerji istehlakına görə qeyri-səmərəli olmasıdır. Diaqram 11-dən də görünür ki, Azərbaycanda istifadə olunan avtomobillərin əksəriyyəti MDB ölkələrinin istehsalıdır və bu avtomobillər Avropa, Şərqi Asiya və Amerikada istehsal olunan avtomobillərə nisbətən qeyri-səmərəlidir. Məlumat üçün qeyd edək ki, Rusiya istehsalı olan 1,3-1,5 litr mühərrikli VAZ və QAZ markalı avtomobillər Avropa istehsalı bənzər avtomibillərə nisbətən 1,5 dəfə daha çox enerji istehlak edir. Şəkil 5.10. 2002-2011-ci illərdə şəxsi avtomobillərin sayı və istehlak olunduqları regionlar Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi - 128 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Nəqliyyat sektorunda enerji səmərəliliyini artırmaq üçün aşağıdakı təklifləri dəyərləndirmək olar: 1. İctimai nəqliyyat sistemini daha da mükəmməlləşdirmək – son dövrlərdə ictimai nəqliyyat sistemində (intellektual idarəetmə də nəzərə alınmaqla) bir sıra yeniliklər həyata keçirilir və işlər görü- lür. Bunlara misal olaraq şəhərdaxili və şəhərlərarası avtobusların yenilənməsi, yeni dayanacaqların inşa olunması, bu dayanacaqlarda avtobusların iş qrafiklərinin göstərilməsi, eləcə də yeni metro stansi- yalarının istifadəyə verilməsini və s. misal göstərmək olar. Lakin icti- mai nəqliyyat sistemində hələ də bir sıra problemlər mövcuddur. Bu problemlərin müəyyən edilməsi və ictimai nəqliyyatda xidmətin Av- ropa ölkələri səviyyəsinə çatdırılması əhalinin bu nəqliyyatlardan daha çox istifadəsinə gətirib çıxara bilər. 2. Ölkəyə idxal olunan və hazırda istifadə olunan nəqliyyat vasitələrinə enerji səmərəliliyi və istixanana qazları emissiyası standartları- nın sərtləşdirilməsi – artıqqeyd olunduğu kimi ölkəyə idxal olunan nəqliyyat vasitələrinin böyük bir hissəsi yaşı çox olan və enerjini qeyri- səmərəli istehlak edən nəqliyyat vasitələridir. Bu sahədə standartların tətbiqi və standartlara uyğun olmayan nəqliyyat vasitələrinin idxalına və istifadəsinə qadağa və ya yüksək məbləğdə rüsumların təyin olunması bu problemin həllini sürətləndirə bilər. Bundan əlavə ölkəyə enerji səmərəli nəqliyyat vasitələrinin idxalını stimullaşdırmaq da problemin həllinə müsbət təsir göstərə bilər. 3. Əhalinin maarifləndirilməsi – digər sahələrində olduğu kimi nəqliyyat sektorunda da əhalinin maarifləndirilməsi enerji səmərəliliyinin artı- rılması istiqamətində atılması vacib olan addımlardan biridir. Əhalini daha səmərəli nəqliyyat vasitələrindən istifadə və ictimai nəqliyyatdan istifadəyə təşviq edilməsi enerji səmərəliliyini arzuolunan səviyyəyə çat- dırmaq üçün çox əhəmiyyətlidir. Rusiyada Beynəlxalq Maliyyə Korporasiyası və Dünya Bankının hesab- lamalarına görə nəqliyyat sektorunda 41% enerjiyə qənaət etmək mümkün- dür ki, bunun da 95%-i iqtisadi, 84%-i isə maliyyə cəhətdən səmərəlidir. İnvestisiyanın özünü ödəmə müddəti isə 6-7 ilə bərabərdir. Azərbaycanda istehlak olunan avtomobillərin böyük əksəriyyətinin Rusiya istehsalı oldu- - 129 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR ğunu və nəqliyyat sistemlərimizdəki oxşarlığı nəzərə alsaq Azərbaycanda da bu sektorda 40-45% enerjiyə qənaət potensialı olduğunu təxmin edə bilərik.

  78. 5.5. Sənaye sektoru Sənaye sektoru son enerji istehlakına görə Azərbaycanda üçüncü yerdədir. Bu sektorda ən böyük payı neft sektoru təşkil edir. Azərbaycanda sənaye sektorunda istehsal olunan əlavə dəyər Diaqram 12-də göstərilmişdir. Göründüyü kimi Azərbaycanda sənaye sektorunda 2007-2011-ci illər ərzində sürətli artım müşahidə olunur. Yalnız 2009-cu ildə sənaye sektoru- nun əlavə dəyərində azalma olmuş, lakin sonrakı illərdə yenidən artım baş vermişdir. Bu artımın əsas səbəbi təbii ki, neft-qaz sektorunun inkişafı ilə əlaqədardır. Şəkil 5.11. Azərbaycanda sənaye sektorunda əlavə dəyər (mln. manatla) Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi Sənaye sektorunda enerji səmərəliliyinin əsas göstəricisi sənaye sektoru- nun hər dollar əlavə dəyərinə sərf olunan enerji miqdarıdır. Azərbaycanda bu göstəricinin dinamikası aşağıdakı diaqramda göstərilmişdir. 2007-2011-ci illər üzrə Azərbaycanda sənaye sektorunda ener- ji səmərəliliyində böyük artım müşahidə olunur. 2007-ci ildə bir dollar əlavə dəyər üçün 0,06 kne enerji tələb olunurdusa 2011-ci ildə bu rəqəm təxminən 0,024 kne-nə bərabər olmuşdu. Azərbaycanın bu göstərici üzrə dünya ölkələri arasındakı mövqeyi növbəti diaqramda öz əksini tapmışdır. - 130 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Şəkil 5.12. Azərbaycanda sənaye sektorunda enerji səmərəliliyinin dinamikası, 2007-2011-ci illər üzrə (kne/$-la) Göründüyü kimi Azərbaycanda sənaye sektorunda ümumi enerji səmərəliliyi göstəricisi əksər dünya ölkələrindən xeyli yaxşıdır. Göstərilən ölkələrdən yalnız İsveçrə bu göstərici üzrə Azərbaycandan öndədir. Şəkil 5.13. Sənaye sektorunda enerji intensivliyi (2009, kne/$ əlavə dəyər) - 131 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Bu siyahıda son yerləri MDB ölkələri - Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Özbəkistan və Ukrayina tutur. İlk yerləri isə Avropanın inkişaf etmiş ölkələri İsveçrə, Danimarka, Norveç tutur. Azərbaycanın bu siyahıda ilk yerlərdən birini tutmasının əsas səbəblərindən biri Azərbaycanda sənaye sektorunun əsas hissəsini sənayenin digər sahələrinə nisbətən çox da enerji tutumlu olmayan neft sektorunun təşkil etməsidir. Məsələn Diaqram 4-də verilmiş ümumi enerji səmərəliliyi göstəricisində son yerlərdən birini tutan karbohidrogen resurslarla zəngin Səudiyyə Ərəbistanının bu göstərici üzrə Avropanın inkişaf etmiş ölkələri ilə təxminən bir səviyyədə olması bunu bir daha sübut edir. Azərbaycanda sənaye sektoru üzrə ümumi enerji səmərəliliyi göstəricisi əksər inkişaf etmiş ölkələrdən yaxşı olsa da, qeyri neft sektorunda daha ətraflı araşdırma aparılmasına və ayrı-ayrı şirkətlərdə enerji auditlərinin keçirilməsinə ehtiyac var. Yalnız bu auditlərdən sonra şirkətlər enerji səmərəliliyi barədə dəqiq məlumat əldə edə bilərlər. Sənaye sektorunda enerji səmərəliliyinin artırılması şirkətlərin məhsulları daha az xərclə istehsal etməsinə gətirib çıxaracaq və nəticədə məhsullar bazar- da daha çox rəqabətliliyə malik olacaq. Lakin özəl sektorda enerji səmərəliliyi layihələrinin reallaşmasının qarşısında bir sıra maneələr dayanır. Bunlardan ən önəmlisi bu tip layihələrin böyük həcmdə investisiya tələb etməsi və investi- siyanın özünü gec ödəməsidir. Digər bir maneə isə şirkət rəhbərlərinin bəzən enerjiyə qənaətlə bağlı doğru təsəvvürlərinin olmamasıdır.

  79. 5.6. Energetika sektorunda enerjiyə qənaət Şəkildə göstərildiyi kimi son enerji istehlakından başqa ümumi enerji təhcizatının əsas hissələri transformasiya sektorunun prosesləri, itkilər və energetikanın daxili istehlakından ibarətdir. Transformasiya proseslərinə sərf olunan enerji, enerji resurslarını elekt- rik enerjisinə çevrilməsi zamanı istifadə olunan enerjidir. Azərbaycanda 2007-ci ildə bu proseslərə sərf olunan enerji ümumi enerji təhcizatının 29,1%-ni təşkil etmişdisə, 2011-ci ildə bu 23,2%-ə qədər azalmışdır. La- kin Diaqram 15-dən də göründüyü kimi bu faiz inkişaf etmiş ölkələrlə müqayisədə yüksəkdir. - 132 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Bu siyahıda Qırğızıstan və Ermənistanın digər ölkələrə nisbətən transformasiya proseslərində daha az enerji istifadə etməsi bu ölkələrin enerji resurslarının olmaması, daha, enerji resursları əvəzinə elektrik enerjisi idxal etmələridir. Ermənistanın bundan əlavə elektrik və istilik enerjisi istehsalında atom enerjisindən istifadə etməsi bu göstəriciyə də təsir göstərir. Diaqramda son yerləri isə əsasən neft-qaz resursları ilə zəngin ölkələr tutur. Şəkil 5.14. Transformasiya sektorunun prosesləri (2009, ÜET-nin faizi ilə) Azərbaycan son illərdə elektrik enerjisi istehsalı sahəsində bir sıra isla- hatlar həyata keçirdi. Bunlardan ən əhəmiyyətlisi elektrik enerjisi istehsa- lında neft məhsullarından təbii qaza keçid olmuşdur. Belə ki, təbii qazla elektrik enerjisi istehsalı neft məhsullarına nisbətən daha səmərəlidir və ekoloji cəhətdən daha təmizdir. Digər islahatlara isə Bakı ətrafında daha enerji səmərəli istilik elektrik stansiyalarının tikilməsini və son illərdə həyata keçirilən alternativ və bərpaolunan enerji resurslarından istifadəni misal göstərmək olar. Diaqram 15-dən görünür ki, Azərbaycan transfor- masiya proseslərində 20-25% enerjiyə qənaət edə bilər ki bu da, ÜET-nın 5-6%-nəbərabərdir. - 133 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Şəkil 5.15. Energetika sektorunun daxili istehlakı 2009 (ÜET-nin faizi ilə) Energetika sektorunun daxili istehlakı transformasiya proseslərindən əlavə olaraq elektrik və istilik enerjisi istehsal etmək üçün istifadə olunan enerji miqdarıdır. Buna elektrik və istilik enerjisi istehsalı üçün lazım olan avadanlıqların istehlak etdikləri enerjini aid etmək olar. Diaqram 1-də Azərbaycanda bu göstəricinin 2007-2011-ci illər üzrə dinamikası verilib. 2009-cu ildə energetika sektorunun daxili istehlakına görə Azərbaycan Fransa, Almaniya, Yaponiya və İtaliya kimi inkişaf etmiş ölkələrdən daha çox enerji istifadə edir. Bu ölkələrlə müqayisədə deyə bilərik ki, Azərbaycan bu sahədə 40-50% enerjiyə qənaət edə bilər, bu da ÜET-nın 4-5%-i deməkdir. Enerjinin istehsalı və əhaliyə çatdırılması proseslərində baş verən itkilər də Diaqram 1-də öz əksini tapıb. 2011-ci ildə Azərbaycanda energetika sek- torunda itkilər ümumi enerji təhcizatının 9,1%-ni təşkil edib. Bu itkilərin əsas səbəbi elektrik enerjisi paylanmasında texniki itkilər, qaz paylanmasın- da borulardan sızmalar və əhalinin elektrik və qaz paylayıcı sistemlərə qa- nunsuz qoşulmalarıdır. 2009-cu ildə OECD ölkələri üzrə itkilər ÜET-nin 1,2-1,3%-ə bərabər olmuşdu. Bu sahədə Azərbaycanda 80-90% enerjiyə qənaət potensialı var. Məsələn Azəriqazdan alınan məlumatlara görə Hacı- qabul rayonunda qaz paylayıcı sistemdə aparılan yenidənqurma işlərindən sonra bu rayon üzrə itkilər 26,3%-dən 1%-ə qədər enmişdir. - 134 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR İtkiləri minimuma endirmək üçün enerji payılayıcı sistemlərin müasirləşdirilməsi və paylayıcı sistemlər üzrə monitorinqlərin aparılması və qanunsuz qoşulan abonentlərin cəzalandırılması kimi tədbirlər həyata keçirilməlidir. Azərbaycanda elektrik enerjisi ötürülməsində itkilərin əsas səbəblərindən biri də əsas elektrik enerjisi istehsal edən stansiyala- rın daha çox elektrik istehlak edən Bakı və ətrafı rayonlardan xeyli uzaqda yerləşməsidir. Son ilərdə ölkənin şərqində tikilən yeni elektrik stansiyaları bu problemin həllini sürətləndirir. Ümumilikdə energetika sahəsində aparılacaq islahatlar nəticəsində ümumi enerji təhcizatının 15-20%-i həcmində enerjiyə qənaət etmək müm- kündür. Bu da 2000-2500 min tne enerjiyə bərabərdir.

  80. 5.7. Nəticə və tövsiyyələr Bu tədqiqatın nəticələri göstərir ki, Azərbaycanda böyük həcmdə enerjiyə qənaət potensialı var. Bu potensial əsasən energetika və ev təsərrüfatları sahələrində özünü göstərir. Belə ki, yalnız bu iki sektorda ener- ji səmərəliliyini dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaqla 4000-4200 min tne enerjiyə qənaət etmək mümkündür bu da ümumi enerji təhcizatının 30-32%-nə bərabərdir. Qonşu ölkələrin təcrübələri göstərir ki, bu potensialın 75-90%-i iqtisadi cəhətdən səmərəlidir və 5-10 il ərzində in- vestisiyalar özünü ödəyir. Nəqliyyat sektorunda da 40-45% həcmində böyük enerjiyə qənaət po- tensialı var. Ev təsərrüfatları və energetika sahələrindən sonra bu sektora da diqqət ayırmaq əhəmiyyətlidir. Sənaye sektorunda enerjiyə qənaət potensi- alı barədə isə daha ətraflı tədqiqat aparmağa ehtiyyac var. Ümumilikdə enerji səmərəliliyini artırmaq üçün əhalini maarifləndirmə işini genişləndirmək lazımdır. Onları enerjiyə qənaət potensialından, eləcə də bunun həm ölkə iqtisadiyyatına, həm də ətraf mühitə müsbət təsirləri barədə məlumatlandırmaq enerji səmətəliliyini istənilən səviyyəyə çatdırıl- ması üçün olduqca əhəmiyyətlidir. - 135 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR FƏSIL 6. Enerji səmərəliliyi: İnstitutsional aspektlər Dünyanın inkişaf etmiş ölkələri ənənəvi enerji mənbələrinin tükənməsi və istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyanı nəzərə ala- raq, ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadə edirlər. Bu ölkələr sırasında ABŞ, Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka, İspaniya, Yaponiya və Çin daha qabaqcıl mövqe tuturlar. Bu kimi ölkələrdə bərpa olunan enerji mənbələrinin payına ümumi istehsal olunan enerjinin 13,5 %-i düşür. Azərbaycanda ekoloji cəhətdən təmiz alternativ (bərpa olunan) enerji mənbələrindən geniş istifadə potensialı var. Buna ölkəmizin əlverişli coğ- rafi mövqeyi və iqlim şəraiti imkan verir. Bu sahədə aparılacaq işlər böyük miqdarda yanacağa qənaət etməklə yanaşı, eyni zamanda ətraf mühitə atılan zərərli tullantıların miqdarını da azaldar. “Azərbaycan - 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına görə alter- nativ (bərpa olunan) enerji mənbələrindən istifadənin sürətləndirilməsi məqsədilə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, institusional mühi- tin inkişaf etdirilməsi, elmi-texniki potensialın gücləndirilməsi, mütəxəssis hazırlığının davam etdirilməsi və enerji istehlakçılarının maarifləndirilməsi istiqamətində işlərin aparılması planlaşdırılır. Bu sahədə dövlət tərəfindən həyata keçirilən layihələrlə yanaşı,özəl sektorun da bu prosesdə yaxından iştirakı təşviq ediləcək, alternativ enerji tariflərinin çevik tənzimlənməsi təmin ediləcəkdir. Enerji səmərəliliyinin təmin olunması institutsional isla- hatların həyata keçirilməsini, idarəetmə sistemlərinin müasirləşdirilməsini və yeni keyfiyyət mərhələsinə qaldırılmasını tələb edir. Səmərəli dövlət tənzimlənməsi , enerjidən səmərəli istifadə edən və yüksək əlavə dəyər yara- dan ixrac yönümlü iqtisadiyyata transformasiya və sosial-iqtisadi sahələrin kompleks inkişafına şərait yaradacaqdır. Dünya təcrübəsindən istifadə edərək, alternativ və bərpa olunan enerji mənbələri hesabına yeni enerji güclərinin yaradılması məqsədi ilə 2004-cü il 21 Oktyabrında 462 N-li sərəncam ilə “Azərbaycan Respublikasında alter- nativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” təsdiqlənmişdir. - 136 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Dövlət proqramının əsas məqsədi ölkənin təbii potensialından istifadə etməklə bərpa olunan və ekoloji cəhətdən təmiz mənbələrdən enerji isteh- salını genişləndirməkdən və ənənəvi enerji resurslarından daha səmərəli istifadə edilməsini təmin etməkdən ibarətdir. Bu çərçivədə proqramın qarşı- sında duran vəzifələri aşağıdakı kimi sıralaya bilərik. - Elektrik enerjisi istehsalında alternativ (bərpa olunan) enerji mənbələrinin potensialını müəyyənləşdirmək - Bu mənbələri istismara cəlb etməklə, ölkənin enerji resusrlarından istifadənin səmərəliliyini yüksəltmək - Yeni enerji istehsalı sahələrinin yaradılması hesabına əlavə iş yerlərinin açılmasını təmin etmək - Alternativ enerji mənbələrinin hesabına ölkənin enerji gücünün ar- tırılması və bununla da ölkənin enerji təhlükəsizliyinin təminatının yüksəldilməsinə nail olmaq. Dövlət Proqramı çərçivəsində tədbirlərdə iştirak edən bəzi qurumlar: 1. Azərbaycan Respublikasının Energetika Nazirliyi (EN) 2. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) 3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) 4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (MN) 5. Azərbaycan Respublikasının Vergilər Nazirliyi (VN) 6. Azərbaycan Respublikasının Təhsil Nazirliyi (TN) 7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (ƏN) 8. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (KTN) 9. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (DGK) 10. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 11. Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi (DTAK) 12. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) 13. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi (MSTK) 14. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) 15. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 16. Bakı şəhər İcra Hakimiyyəti 17. Sumqayıt şəhər İcra Hakimiyyəti - 137 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Azərbaycan Respublikasının enerji səmərəliliyinin təmin edilməsi, al- ternativ və bərpa olunan enerji mənbələrindən istifadə edilməsi siyasətinin həyata keçirilməsində yuxarıda adları sıralanan dövlət orqanları ilə yanaşı yerli və xarici şirkətlər də əhəmiyyətli rol oynayırlar. Daşıdıqları öhdəliklərə görə qurumlar bu proses çərçivəsində müxtəlif funksiyaları yerinə yetirməkdədirlər. Dövlət Proqramından da göründüyü kimi bu sahədə aparıcı rol Nazirlər Kabineti, Energetika Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsusdur. Bu qurumlar əsas tənzimləyici funksiyanı yerinə yetirməklə bərabər, Azərbaycan Respublikasının enerji siyasətinin, enerji səmərəliliyi və alternativ (bərpa olunan) enerji mənbələrinin istifadə strategiyasının müəyyən edilməsi funksiyasını da həyata keçirirlər. Qeyd etmək lazımdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi həm də Kioto Pro- tokoluna əsasən Milli Vasitəçi rolunda çıxış edir. Alternativ və bərpa olunan enerji mənbələrinin dövriyyəyə cəlb edilməsi və enerji resurslarından istifadənin səmərəliliyinin artırılma- sı məqsədi ilə 2004-cü il 21 Oktyabr tarixində 462 saylı sərəncam ilə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmışdır. Agentliyin məqsədi müvafiq sahənin inkişafı və infrastrukturunun ya- radılması üzrə dövlət siyasətinin işlənib hazırlanmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək idi. 2012-ci il 1 İyun tarixində Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Ener- ji Mənbələri üzrə Dövlət Şirkəti yaradılmışdır. Agentlikdən fərqli olaraq Şirkət artıq Dövlət Siyasətinin təyin edilməsində deyil, birbaşa bərpa olu- nan enerji mənbələrindən istifadə olunması sahəsində dövlət xidmətləri göstərən, bərpa olunan enerji resursları mənbələrinin müəyyən olunma- sının təşkil edən və bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən dövlətə məxsus bir şirkət olacaqdır. Dövlət tərəfindən təyin edilmiş strategiyanın həyata keçirilməsi yolun- da aparıcı rol oynayan orqanlar siyahına ARDNŞ, Azərenerji, Bakı Elektrik Şəbəkə, Azərsu, Azəriqaz və s. kimi strukturları daxil etmək olar. Bu qurum- lar müxtəlif sahələrdə enerji səmərəliliyi strategiyasının həyata keçirilməsi yolunda işlər görürlər. Bunlara enerji resurslarının istehsalı (hasilatı), ötürülməsi (nəqli), paylanması və istehlakı sahəsində texnoloji itkilərin və sərfin azaldılmasına yönələn tədbirləri aid etmək olar. Bu kimi işlər ayrılıq- - 138 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR da kiçik görünsə də ümumilikdə enerji səmərəliliyi yolunda atılmış böyük addımlardır. Nümunə kimi göstərmək olar ki, ARDNŞ-də iqlim dəyişmələrinin azal- dılması strategiyasının inkişaf etdirilməsi məqsədi ilə 2010-cu ildə Almani- ya İqtisadi Tədqiqatlar İnstitutu (DİW econ) ilə Ekologiya İdarəsi arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır. Bu sazişə əsasən DIW econ ilə əməkdaşlıq çərçivəsində “ARDNŞ-də İqlim dəyişmələrinə təsirin azaldılma- sı Strategiyası” sənədi hazırlanmış və təsdiq edilmişdir. Sənəddə ARDNŞ-in struktur bölmələri üçün 2020-ci ilə qədər azaldılma ssenariləri işlənmiş və müvafiq tədbirlər daxil edilmişdir. Strategiya sənədinə daxil edilmiş tədbirlərin həyata keçirilməsini inkişaf etdirmək məqsədi ilə 2011-ci ildə həmin təşkilatla əməkdaşlıq davam etdi- rilmiş və 2011-ci ildə qəbul olunmuş plana uyğun olaraq aşağıdakı layihələr üçün qiymətləndirmə işləri aparılmışdır: • İnventarlaşdırılma sahəsində monitorinq sisteminin təkmilləşdirilməsi; • ARDNŞ-in Ekoloji parkının gələcək inkişaf perspektivləri; • Enerji effektivliyinin artırılması və alternativ enerjinin istifadəsi sahəsində qiymətləndirmə; • Köhnəlmiş kompressorların daha enerji səmərəli yeniləri ilə əvəz edilməsi; • ARDNŞ-in nəqliyyat sistemində alternativ enerjidən istifadənin qiymətləndirilməsi; • ARDNŞ-in ərazisində meşə massivinin salınması. Enerji səmərəliliyi sahəsində fəaliyyət göstərən dövlət orqanlarının ko- ordinasiyası sahəsində müəyyən çağırışlar qalmaqdadır. Ən əsas məsələ səriştəli və ixtisaslı kadrların çatışmamazlığıdır. Buna görə də Azərbaycan hökuməti alternativ və bərpa olunan enerji sahəsində mühəndis ixtisasını “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na prioritet ixtisas kimi əlavə edib. Enerji səmərəliliyi standartları üzrə dövlət proqramının qəbul edilməsi imkan verəcək ki, bu sahədə cavabdeh olan dövlət qurumlarının fəaliyyəti daha ölçüləbilən və praktik olsun. Enerji səmərəliliyi siyasətini aparan dövlət orqanlarının fəaliyyətinin daha səmərəli koordinasiya olunması üçün müvafiq idarəetmə islahat- ları keçirilə bilər. Xüsusilə, təkrarlanan funksiyaların aradan qaldırıl- - 139 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR ması, fəaliyyətlərin bir-birini tamamlaması, yeni vəzifə və öhdəliklərin müəyyənləşdirilməsinə ehtiyac var. Təklif edərdik ki, “Azərbaycan - 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq bu sahədə ins- titusional islahatlar aparılsın. İnstitutsional islahatlar aparılarkən dün- ya təcrübəsinin öyrənilməsi mühüm əhəmiyyət kəsb edərdi. Eyni za- manda beynəlxalq təşkilatların da idarəetmə islahatlarına cəlb edilməsi məqsədəuyğundur. Enerji səmərəliliyi istiqamətində institusional islahatlar həm də bu sahədə elmi-tədqiqat işi aparan dövlət orqanlarının fəaliyyətinin koor- dinasiya edilməsini zəruri edir. Şərqi Avropada ilk dəfə “Yaşıl iqtisadiy- yat” mövzusunda çərçivə tədqiqatı aparan AMEA Azərbaycanda enerji səmərəliliyinin araşdırılması istiqamətində dövlət qurumları ilə birlikdə fəaliyyət göstərməlidir. Koordinasiya olunmuş tədqiqat istiqamətləri aşağı- dakılar ola bilər: • Ölkədə alternativ enerji mənbələrinin potensialının müəyyənləş- dirilməsində elmi-tədqiqat işlərinin aparılması; • Elektrik enerjisi təchizatında külək enerjisi potensialının öyrənilməsi və ondan istifadənin təmin edilməsi; • Ölkə ərazisində binaların qızdırılması və isti su təchizatı üçün günəş kol- lektorlarının tətbiqi; • Günəş enerjisi istehsalında istifadə olunan fotoelementlərin faydalı iş əmsalının artırılması və onların istehsalına başlanması; • Geotermal su mənbələrinin enerjisindən istifadə. Belə tədqiqat işlərinin aparılması üçün maliyyə mənbəyi dövlət orqan- larının büdcəsi ilə yanaşı Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun ayırdığı qrant vəsaiti də ola bilər. Enerji səmərəliliyində son sözü istehlakçı deməlidir. Buna görə də maarifləndirmə fəaliyyətinin gücləndirilməsi dövlətlə bərabər, həm də vətəndaş cəmiyyəti institutlarının işi olmalıdır. Enerji səmərəliliyi sahəsində institutsional islahatlar imkan verəcək ki, Azərbaycanda istehlak edilən enerjinin və emissiya olunan karbon dioksidin miqdarı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri üzrə müvafiq göstəriciyə uyğunlaşdırılsın. - 140 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Müəlliflər Vüsal Qasımlı Vüsal Qasımlı Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin İqtisadiyya- tın təhlili və qloballaşma məsələləri şöbəsinin müdi- ridir. O, əmək fəaliyyəti zamanı ANS-Press Nəşriyyat Evinin prezidenti və Avropa İttifaqının eksperti olub. V.Qasımlı 2009-cu ildə iqtisadi üzrə fəlsəfə doktoru və 2014-cü ildə isə iqtisad elmləri dok- toru alimlik dərəcəsini (ilkin seminarda) müdafiə etmişdir. 2013-cü ildə V.Qasımlıya dosent elmi adı verilmişdir. V.Qasımlı Azərbaycan Dövlət İqti- sad Universitetində Xüsusi İstedadlar Qrupu və MBA proqramı üzrə peda- qoji fəaliyyətlə məşğuldur. O, dünyanın bir sıra nüfuzlu universitetlərində - Vaşinqton Universiteti, Kaliforniya Universiteti, Qahirə Amerika Univeris- teti, Varşava Universiteti, Seulun Hanyan və Hankuk universitetləri və Rio- de Janeyro universitetində - ictimai mühazirələr oxumuşdur. 2013-cü ildə V.Qasımlı Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunda qonaq professor kimi çalışmışdır. 2012-ci ildə Dr.Qasımlıya Astana İqtisadi Forumunun və Avrasiya Alimlərinin İqtisadi Klubunun mükafatı verilmişdir. Zaur Vəliyev İqtisad uzrə fəlsəfə doktoru. Dövlət maliyyəsi sahəsində ekspertdir. 50-dən artıq məqalə və 4 kitabın müəllifidir. 2002-2007-ci illərdə İqtisadi İnkisaf Nazirliyi İqtisadi İslahatlar Mərkəzində çalışmışdır. 2007-2009-cu illərd İqtisadi İnkisaf Nazirliyində “İqtisadi inkişaf siyasəti və proqnozlaşdırma”, “Makroiqtisadi proqnozlaşdırma və təhlil” və “İqtisadi siyasət, təhlil və proqnozlaşdırma” şöbəsində sektor müdiri, müdir müavini və şöbə mü- diri vəzifəsində işləmişdir. 2010-2011-ci illərdə Azərbaycan Respublikası - 141 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada ekspert kimi fəaliyyət göstərmişdir. 2011-2014-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin “İqtisadiyyatın təhlili və qloballaşma məsələləri” şöbəsində işləmişdir. Mahir Hümbətov Böyük Britaniyanın Durham Universitetinin Dövlət və beynəlxalq əlaqələr və Durham biznes məktəbindən magistr (MSc) dərəcəsini, Azərbaycan Dövlət İqti- sad Universitetindən Beynəlxalq münasibətlər üzrə bakalavr (BA), Bakı Dövlət Universitetindən (Türkiyənin 9 Eylül və Mi- sirin Qahirə Universitetləri ilə birgə) İlahiyyat və ərəb dili üzrə bakalavr və magistr (BA və MA) dərəcələrini əldə etmişdir. Beynəlxalq təşkilatlar, beynəlxalq maliyyə institutları, enerji iqtisasiyyatı, alternativ enerji, ener- ji səmərəliliyi, yaşıl iqtisadiyyat, davamlı inkişaf, rəqabətlilik, dövlət-özəl əməkdaşlığı, etik investisiyalar, İslam iqtisadiyyatı və maliyyəsi, Orta Şərq, İslam dünyası və s. sahələr üzrə ekspertdir. Bir sıra yerli və xarici mətbuatda, tanınmış jurnallarda və qəzetlərdə məqalələrin müəllifi və ya müsahibidir. Dünyada bir sıra universitetlərdə - Böyük Britaniyanın Durham, LSE, Ox- ford Universitetlərində, Çexiyanın Çarlz Universitetində, Beynəlxalq Valyu- ta Fondunun Potensialın Artırılması İnstitutunda, Avstralyanın Müştərək Vyana İnstitutunda mühazirələrlə çıxış etmişdir. Bir neçə dövlət qurumun- da və özəl sektorda iş təcrübəsi vardır. 2012-ci ildən Azərbaycan Respubli- kası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində çalışır. - 142 - YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Şahmar Hacıyev Beynəlxalq iqtisadi və siyasi araşdırmalar üzrə ma- gistr. Enerji təhlükəsizliyi, enerji-iqtisadiyyat, alter- nativ enerji mənbələri, yaşıl biznes və yaşıl texnoloji- ya istiqamətləri üzrə ekspertdir. Bir sıra məqalələrin müəllifidir. O, “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Çexiya Respublikasının Çarlz Universitetində magistr dərəcəsi almışdır. 2006-2009-cu il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətində çalışmışdır (ARDNŞ). 2009-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Strateji Arasdır- malar Mərkəzinin İqtisadiyyatın təhlili və qloballasma məsələləri sobəsində fəaliyyətini davam etdirir. Şahmar Hacıyev ABŞ-ın “Stratfor” analitik mərkəzinin “Biznes və analizin inkişafı”, İsrail Xarici İşlər Nazirliyi yanında Beynəlxalq Əməkdaşlığın İnkişafı Agentliyinin (MAŞAV) “Yaşıl iqtisadiy- yat” və Azərbaycan Diplomatik Akademiyasının “Aİ araşdırmaları üzrə Jean Monnet” proqramlarında iştirak etmişdir. Gülay Nəsibova Dövlət maliyyəsi üzrə magistr. 2013-cü il oktyabr-de- kabr tarixində Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində təcrübəçi kimi fəaliyyət göstərib. Bakalavr təhsilini 2005-2009-cu illərdə İqtisadi nəzəriyyə ixtisası üzrə Bakı Dövlət Universitetində almışdır. Magistratura təhsilini 2010-2013-cü ildə dövlət maliyysi ixtisası üzrə Anka- ra Universitetində tamamlamışdır. - 143 - AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA STRATEJİ ARAŞDIRMALAR MƏRKƏZİ YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR Bakı - 2014

Green Development: Energy efficiency and alternative sources · Nelum