Action Plan for the prevention of potential crisis situations in the field of plant health in Azerbaijan
颁布于 2023 · 文本截至 2026-10-01
以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。
研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。
关于这部法律
- 原标题
- Azərbaycan Respublikasında bitki sağlamlığı sahəsində baş verə biləcək böhran vəziyyətlərinin qarşısının alınmasına dair Tədbirlər Planı.
- 语言
- Azerbaijani
- 类型
- policy
- 国家
- 阿塞拜疆
- 主题
- Cultivated plants
- 关键词
- access-to-information, biosecurity, capacity building, climate change, crops, data collection/reporting, early warning system, equipment, hazards, inspection, institution, international cooperation, monitoring, pesticides, pests/diseases, plant protection, precautionary principle, protection of environment, public procurement, quarantine, research, risk assessment/management, standards, traditional knowledge/indigenous knowledge, zoning, governance
- 类别
- agriculture
在哪里阅读
该法律没有记录来源链接。
文本
所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。
AZƏRBAYCAN RESPUBLİKASINDA BITKI SAĞLAMLIĞI SAHƏSİNDƏ BAŞ VERƏ BİLƏCƏK BÖHRAN VƏZİYYƏTLƏRƏ HAZIRLIQ VƏ BELƏ HALLARDA FƏALİYYƏT PLANI Son zamanlarda iqlim dəyişiklikləri və beynəlxalq ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artması zərərli orqanizmlərin yeni ərazilərə keçməsi və yayılması riskini də artırmışdır. Bu səbəbdən, respublika ərazisində təhlükəli bitki xəstəlik və zərərvericilərinin mövcudluğunun vaxtında aşkarlanması, zərərli orqanizmlərin təsirindən baş verə biləcək məhsul itkisinin, karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərin yeni ərazilərə keçməsinin və kütləvi yayılmasının qarşısının alınması və yarana biləcək böhran vəziyyətinin vaxtında aradan qaldırılmasının təmin olunması məqsədilə böhran vəziyyətlərinə hazırlıq və planlaşdırma fəaliyyətlərinin, eyni zamanda böhran vəziyyətlərini idarəetmə tədbirlərinin operativ həyata keçirilməsi zərurəti yaranmışdır. Zərərli orqanizmlərin yeni ərazilərə keçməsindən və ya kütləvi çoxalmasından əvvəl yüksək introduksiya potensialına malik olan bəzi zərərli orqanizmlər və zərərli orqanizm qrupları üçün müvafiq planların hazırlanması olduqca əhəmiyyətlidir. Belə planların işlənib hazırlanması məhvetmə proqramının tez və səmərəli şəkildə həyata keçirilməsini təmin etmək üçün əsaslandırılmış qərarların qəbulu, habelə qiymətləndirmə və tədqiqat üçün əlavə vaxtın əldə olunması baxımından çox faydalıdır. Eyni zamanda bu planlar əlaqəli qurumlar arasında əməkdaşlıq proqramlarının mövcud olması səbəbindən xüsusilə vacibdir, çünki əməkdaşlıq edən tərəflərə öz fəaliyyətlərini aydınlaşdırmağa və məhvetmə proqramını təsdiq etməzdən əvvəl razılığa gəlməyə imkan verir. Həmçinin əvvəlki zərərvericilərin uğurlu məhv edilməsi proqramlarından əldə edilmiş biliklər fövqəladə hallar planının işlənib hazırlanmasında və ya müəyyən məhvetmə proqramının həyata keçirilib-keçirilməməsinə qərar verilməsində xüsusilə faydalı ola bilər. Bitki sağlamlığı sahəsində böhran vəziyyətlərin idarə edilməsi planı böyük iqtisadi və/və ya ətraf mühitə təsir göstərə biləcəcək zərərli orqanizmlərin yayılmasına tez və effektiv cavab verməyi hədəfləyir. Bu planın məqsədi zərərli orqanimlərin yayılmasının qarşısını almaq və ya yavaşlatmaq və onun vurduğu zərəri azaltmaq üçün zərərli orqanizmin erkən aşkarlanması yolu ilə müvafiq mübarizə tədbirlərinin görülməsinə milli səviyyədə aidiyyatı qurumların koordinasiyalı fəaliyyətinin təmin edilməsidir. Plan bitki sağlamlığı sahəsində fəaliyyətləri həyata keçirən qurum və təşkilatların rol və məsuliyyətlərinin aydın şəkildə müəyyən edilməsini təmin edir (Əlavə 1). Planın hazırlanması üçün Avropa və Aralıq Dənizi Bitki Mühafizəsi Təşkilatının (EPPO) PM 9/10 (1) (Fövqəladə hallar planları üçün ümumi elementlər) standartı və Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiyanın (İPPC) “Fövqəladə vəziyyətə hazırlıq: Karantin zərərvericilərinin yayılması üçün fövqəladə hallar planlarının hazırlanması üçün rəhbərlik” sənədindən istifadə olunmuşdur. Əlavə 1. Azərbaycanda Bitki sağlamlığı sahəsində Böhran vəziyyətlərin idarə edilməsində iştirak edəcək maraqlı tərəflər AQTA Dövlət Gömrük Komitəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Elm və Təhsil Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi Böhran idarəetmə mərkəzi (Komissiya) Digər maraqlı tərəflər AQTİ Regional laboratoriyalar Elmi Tədqiqat İnstitutlarıRegional və yerli bölmələr Elmi Tədqiqat İnstitutları Universitetlərin müvafiq bölümləri Azərbaycan Dövlət Aqrar Universiteti Meşələrin İnkişafı Xidməti AXA Əlavə 2. Layihə Azərbaycan Respublikasında bitki sağlamlığı sahəsində baş verə biləcək böhran vəziyyətlərinin qarşısının alınmasına dair Tədbirlər Planı № Tədbirin adı İcra müddəti Əlaqələndirici və ya əsas icraçı Digər icraçılar A. Böhran vəziyyətlərinə hazırlıq və planlaşdırma 1 Böhran vəziyyətlərinin idarə edilməsi üzrə aidiyyəti qurumların nümayəndələrindən ibarət Böhran İdarəetmə Mərkəzinin yaradılması 2025 Qida Təhlükəsizliyi Agentliyi Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Elm və Təhsil Nazirliyi 2 Böhran vəziyyətlərinin idarə edilməsi üzrə Mobil Əməliyyat Dəstələrinin 2025 Qida Təhlükəsizliyi Agentliyi Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsi yaradılması 3 Karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərin erkən aşkar edilməsi məqsədilə Monitorinq Planının hazırlanması və icrası Hər il Qida Təhlükəsizliyi Agentliyi Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 Böhran vəziyyətlərinə səbəb olan karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlər üçün Təxirəsalınmaz Tədbirlər Planının hazırlanması 2025-2026 Qida Təhlükəsizliyi Agentliyi Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Dövlət Gömrük Komitəsi 5 Böhran vəziyyətlərinin Kommunikasiya Planının hazırlanması 2025-2026 Qida Təhlükəsizliyi Agentliyi Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 6 Beynəlxalq ekspertlərin cəlb edilməsi ilə böhran vəziyyətlərinin idarə edilməsində iştirak edəcək mütəxəssislərin təkmilləşdirilməsi Böhran vəziyyətləri baş verməzdən əvvəl Qida Təhlükəsizliyi Agentliyi Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində Qida Təhlükəsizliyi İnstitutu 7 Mobil əməliyyat dəstələrinin üzvlərinin simulyasiya xarakterli təlimlərə cəlb edilməsi Böhran vəziyyətləri baş verməzdən əvvəl / Böhran vəziyyətlləri baş verdikdə Kənd Təsərrüfatı Nazirliyi Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsi B. Böhran vəziyyətlərinin idarəetmə tədbirləri 8 Zərərli orqanizm ilə sirayətlənmiş ərazilərin sərhədlərinin müəyyən edilməsi məqsədilə delimitasiya müşahidələrinin aparılması Mütəmadi – hər il Qida Təhlükəsizliyi Agentliyi Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 Zərərli orqanizmə qarşı mübarizə məqsədilə zərurət olduqda feromonlu tələlərin, pestisidlərin, müvafiq texniki vasitələrin və avadanlıqların aidiyyəti orqanlarla razılaşdırılmaqla alınması Böhran vəziyyətləri baş verməzdən əvvəl / Böhran vəziyyətləri baş verdikdə Kənd Təsərrüfatı Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi 10 Böhran vəziyyətlərinə səbəb olan zərərli orqanizm ilə bağlı elmi tədqiqatların və risk qiymətləndirmələrinin aparılması Böhran vəziyyətləri baş verməzdən əvvəl / Böhran vəziyyətləri baş verdikdə Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində Qida Təhlükəsizliyi İnstitutu , Kənd Təsərrüfatı Nazirliyi, Elm və Təhsil Nazirliyi 11 Böhran vəziyyətlərinə səbəb olan zərərli orqanizmin yayılma yollarına, o cümlədən sahib bitkilərinin idxalı və ixracı prosesinə nəzarətin gücləndirilməsi Böhran vəziyyətləri baş verdikdə Qida Təhlükəsizliyi Agentliyi Dövlət Gömrük Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi 12 Zərərli orqanizmin yayılmasının qarşısının alınması, məhv edilməsi üçün dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin fəaliyyətinin əlaqələndirilməsi Böhran vəziyyətləri baş verdikdə Qida Təhlükəsizliyi Agentliyi Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Elm və Təhsil Nazirliyi yerli icra hakimiyyəti orqanları 13 Zərərli orqanizmə qarşı mübarizə, eləcə də monitorinq və əlaqələndirmə tədbir lərinin həyata keçirilməsi məqsədilə elektron hesabat platformasının, həmçinin “Qaynar xəttin” yaradılması Böhran vəziyyətləri baş verdikdə Kənd Təsərrüfatı Nazirliyi Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 14 Böhran vəziyyətlərinə səbəb olan zərərli orqanizmlə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi Böhran vəziyyətləri baş verdikdə / mütəmadi Qida Təhlükəsizliyi Agentliyi Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, yerli icra hakimiyyəti orqanları 15 Zərərli orqanizmə qarşı ənənəvi və ya alternativ mübarizə tədbirlərinin həyata keçirilməsi Böhran vəziyyətləri baş verdikdə Kənd Təsərrüfatı Nazirliyi Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsi 16 Həyata keçirilən mübarizə tədbirlərinin səmərəliliyinin qiymətləndirilməsi Böhran vəziyyətləri baş verdikdə Kənd Təsərrüfatı Nazirliyi Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 17 Həyata keçirilən tədbirlər barədə dövri hesabatların və təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi Böhran vəziyyətləri baş verdikdə Qida Təhlükəsizliyi Agentliyi Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Dövlət Gömrük Komitəsi, yerli icra hakimiyyəti orqanları