Action Plan for 2020-2022 on ensuring the efficient use of water resources
颁布于 2020-07-27 · 文本截至 2026-10-01
以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。
研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。
关于这部法律
- 原标题
- Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı.
- 语言
- Azerbaijani
- 类型
- policy
- 国家
- 阿塞拜疆
- 主题
- Agricultural and rural development, Energy, Fisheries and aquaculture, Land and soil, Water
- 关键词
- crops, irrigation, aquaculture, inland fisheries, desertification, drainage/land reclamation, risk assessment/management, survey/mapping, water shortage/drought, hazards, basin/catchment/watershed, climate change, education, effluent waste water/discharge, flood, groundwater, inland waters, inventory, investment, monitoring, policy/planning, potable water, rainwater, recycling/reuse, sustainable use, transboundary waters, water quality standards, water resources management, water supply, waterworks, well sinking/boreholes, pollution control, freshwater pollution, standards, hydropower generation, renewable energy
在哪里阅读
文本
所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。
1. “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. hər il ölkə üzrə son üç ilin faktiki, cari ilin gözlənilən və növbəti ilin proqnoz göstəriciləri əsasında su təsərrüfatı balansını təsdiq etsin; 2.2. Azərbaycan Respublikası Su Məcəlləsinin 97-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq, sudan ödənişli istifadə qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin və təsərrüfat subyektləri arasında sudan ödənişli istifadəyə dair uçotun həmin qaydalara uyğun təşkilini təmin etsin;[1] 2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya (bundan sonra - Komissiya): 3.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Tədbirlər Planının icrası zamanı dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirsin və görülən işlərin nəticələri barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat təqdim etsin; 3.2. suvarma, içməli su təchizatı, energetika və sənaye sahələrində su ehtiyatlarından səmərəli və qənaətli istifadəni təmin etmək məqsədilə elmi müəssisələrlə (təşkilatlarla), mütəxəssislərlə, qeyri-hökumət təşkilatları ilə, beynəlxalq ekspertlər və beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı təmin etsin; 3.3. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması, bərpası, içməli su və suvarma suyu təchizatı, habelə yağış sularının idarə olunması ilə bağlı tədbirlərin əlaqələndirilməsini Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli 2303 nömrəli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahı ilə birlikdə təmin etsin.[2]
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi: 4.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Tədbirlər Planının 4.5-ci, 4.6-cı, 5.1-ci, 5.3-cü, 5.4-cü və 5.5-ci bəndlərində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı torpaqların dövlət kadastrı və daşınmaz əmlakın dövlət reyestri üzrə müvafiq məlumatların “Azmelsutəsərrüfat” ASC-yə və “Azərsu” ASC-yə təqdim olunmasını təmin etsin; 4.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Sərəncamda nəzərdə tutulan tədbirlərin icrası üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini həmin tədbirlərin icra müddətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
5. Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) su ehtiyatlarının qiymətləndirilməsi və onlardan səmərəli istifadənin təmin edilməsi ilə bağlı Komissiyanın fəaliyyətinə peyk xidmətləri vasitəsilə zəruri dəstək göstərilməsini təmin etsin. [3] İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 27 iyul 2020-ci il № 2178 Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün TƏDBİRLƏR PLANI Tədbirin adı İcraçılar
1. Su ehtiyatlarının qiymətləndirilməsi, mühafizəsi və onlardan davamlı istifadə Su ehtiyatlarının qiymətləndirilməsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə inventarlaşdırılması, modelləşdirilməsi və bununla Hallar Nazirliyi, Azərbaycan Respublikasının bağlı məlumatların “Elektron su təsərrüfatı” Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial informasiya sisteminə inteqrasiyası İnnovasiyalar üzrə Dövlət Agentliyi Ölkənin əsas su və su təsərrüfatı obyektlərində su Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə ehtiyatlarının qiymətləndirilməsi üçün müasir Hallar Nazirliyi, Energetika Nazirliyi, texnologiyalara əsaslanan ölçmə cihazlarının “Azmelsutəsərrüfat” ASC, “Azərsu” ASC, quraşdırılması, istismarı, ölçmələrə nəzarətin həyata “Azərenerji” ASC, Azərbaycan Respublikasının keçirilməsi və bununla bağlı məlumatların onlayn Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial rejimdə “Elektron su təsərrüfatı” informasiya sisteminə İnnovasiyalar üzrə Dövlət Agentliyi inteqrasiyası Kür çayı hövzəsinin su ehtiyatlarının mühafizəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Xarici İşlər davamlı istifadəsi sahəsində ölkələrarası əməkdaşlığın Nazirliyi gücləndirilməsinə dair təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi Ölkənin əsas hidroqovşaqlarının texniki Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii təhlükəsizliyinin qiymətləndirilməsi və müvafiq Sərvətlər Nazirliyi, “Azərenerji” ASC, təkliflərin Azərbaycan Respublikasının Nazirlər “Azmelsutəsərrüfat” ASC Kabinetinə təqdim edilməsi Hidrotexniki qurğuların mühafizəsinin gücləndirilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi və həmin qurğulara mümkün mənfi təsirin qarşısının alınması baxımından qum-çınqıl karxanalarının fəaliyyətinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı qanunvericilikdə dəyişiklik edilməsinə dair təkliflərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi Alternativ mənbələrdən, o cümlədən, qrunt, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, təmizlənmiş tullantı, kollektor-drenaj sularından, Azərbaycan Milli Elmlər Akademiyası, balıqçılıq təsərrüfatlarında istifadə olunan sulardan və “Azmelsutəsərrüfat” ASC, “Azərsu” ASC, yerli Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflərin icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi Ölkə ərazisində antropogen təsirlər nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, formalaşan sututarların suyundan istifadə imkanlarının “Azmelsutəsərrüfat” ASC, “Azərsu” ASC araşdırılması və müvafiq tədbirlər görülməsi Bakı Metropoliteni ərazisində yeraltı sular və yağış Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Bakı suları hesabına formalaşan qrunt sularının tullantı Metropoliteni” QSC, “Azərsu” ASC, Bakı Şəhər suları şəbəkəsinə axıdılmadan xaric edilməsi və həmin İcra Hakimiyyəti sulardan istifadə imkanlarının araşdırılması və müvafiq tədbirlər görülməsi Subartezian və artezian quyularının sifarişi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd layihələndirilməsi, qazılması və istismarı qaydasının Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, layihəsinin Azərbaycan Respublikasının Nazirlər “Azmelsutəsərrüfat” ASC, “Azərsu” ASC Kabinetinə təqdim edilməsi Mingəçevir su anbarında Yuxarı Qarabağ kanalının baş Fövqəladə Hallar Nazirliyi, “Azmelsutəsərrüfat” suqəbuledici qurğusunun yenidən qurulması ASC, “Azərenerji” ASC
2. Su təsərrüfatının elektronlaşdırılması, uçotun təkmilləşdirilməsi və informasiya təminatı “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyi, əsasnamə layihəsinin Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Prezidenti yanında Prezidentinə təqdim edilməsi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Elektron su təsərrüfatı” informasiya sisteminin (ESTİS) Azərbaycan Respublikasının Prezidenti yanında yaradılması, ölkə üzrə su təsərrüfatı balansının Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə elektronlaşdırılaraq ESTİS-ə daxil edilməsi və müvafiq Dövlət Agentliyi, Ekologiya və Təbii Sərvətlər informasiya sistemlərinin Elektron Hökumət Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, İnformasiya Sistemi vasitəsilə ESTİS-ə inteqrasiyası “Azmelsutəsərrüfat” ASC, “Azərsu” ASC Fəaliyyət istiqamətlərinə uyğun olaraq su və su Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə təsərrüfatı obyektlərindən nəzarətdənkənar istifadənin Hallar Nazirliyi, “Azmelsutəsərrüfat” ASC, aradan qaldırılması, inventarlaşdırmanın aparılması, “Azərsu” ASC, yerli icra hakimiyyəti orqanları uçotun təkmilləşdirilməsi üçün təxirəsalınmaz tədbirlər görülməsi və bu istiqamətdə təkliflərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Strategiya”nın layihəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Prezidentinə təqdim edilməsi Fövqəladə Hallar Nazirliyi, Maliyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Azmelsutəsərrüfat” ASC, “Azərsu” ASC, “Azərenerji” ASC
3. Energetika sahəsində su ehtiyatlarından istifadədə səmərəliliyin artırılması İstilik elektrik stansiyalarının soyutma sistemlərinin Energetika Nazirliyi, “Azərenerji” ASC müasirləşdirilməsi ilə bağlı təkliflərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi İstilik elektrik stansiyalarında soyutma məqsədilə Energetika Nazirliyi, “Azərenerji” ASC sudan qənaətli istifadənin təmin edilməsi ilə bağlı təkliflərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi Ölkə üzrə elektrik enerjisi tezliyinin müstəqil Energetika Nazirliyi, “Azərenerji” ASC tənzimlənməsi ilə bağlı təkliflərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi
4. Suvarma üçün sudan səmərəli və qənaətli istifadənin təmin edilməsi, su ehtiyatlarının yaradılması Kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, suvarmada müasir texnologiyaların tətbiqinin təşviqi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi bağlı təkliflərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi Suvarma suyundan güzəştli istifadənin yeni mexanizmi Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, ilə bağlı təkliflərin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, “Azmelsutəsərrüfat” ASC Nazirlər Kabinetinə təqdim edilməsi Kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün Kənd Təsərrüfatı Nazirliyi, “Azmelsutəsərrüfat” suvarma qrafiklərinin tərtibi, mütəmadi yenilənməsi və ASC “Elektron kənd təsərrüfatı” informasiya sisteminə (EKTİS) inteqrasiyası[4] Suvarılan torpaqlarda əkin strukturunun müəyyən Kənd Təsərrüfatı Nazirliyi, “Azmelsutəsərrüfat” edilməsi və ona uyğun tərtib olunan suvarma qrafikləri ASC əsasında suvarma dövrü başlamamışdan üç ay əvvəl kənd təsərrüfatı bitkilərinin suvarılması üçün tələb olunan su sifarişinin formalaşdırılması və suyun verilməsinin bu sifarişə uyğun həyata keçirilməsi Su itkilərinin azaldılması və torpaqların meliorativ “Azmelsutəsərrüfat” ASC, Ekologiya və Təbii vəziyyətinin yaxşılaşdırılması məqsədilə bu Tədbirlər Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi Planına Əlavə 1-də nəzərdə tutulan hidroqovşaq, kollektor və suvarma kanallarının yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmənin həyata keçirilməsi Ölkədə su ehtiyatlarının artırılması və bu istiqamətdə “Azmelsutəsərrüfat” ASC, Ekologiya və Təbii dağ çayları sularının yığılması üçün relyefə uyğun bu Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi Tədbirlər Planına Əlavə 2-də nəzərdə tutulan su anbarlarının yaradılması məqsədilə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmənin həyata keçirilməsi
5. İçməli su təchizatı sisteminin təkmilləşdirilməsi II Bakı su kəmərinin məhsuldarlığının artırılması ilə “Azərsu” ASC, Dövlət Şəhərsalma və Arxitektura bağlı texniki-iqtisadi əsaslandırmanın hazırlanması və Komitəsi layihələndirmənin həyata keçirilməsi Neftçala şəhərinin içməli su təchizatı ilə bağlı “Azərsu” ASC proqramın icrasının başa çatdırılması Oğuz–Qəbələ–Bakı su kəmərinin məhsuldarlığının “Azərsu” ASC, Ekologiya və Təbii Sərvətlər artırılması ilə bağlı texniki-iqtisadi əsaslandırmanın Nazirliyi, Fövqəladə Hallar Nazirliyi hazırlanması və layihələndirmənin həyata keçirilməsi III Şollar su kəmərinin mənbəyinin yaradılması ilə bağlı “Azərsu” ASC, Dövlət Şəhərsalma və Arxitektura texniki-iqtisadi əsaslandırmanın hazırlanması və Komitəsi layihələndirmənin həyata keçirilməsi İçməli su təchizatı layihələri icra edilmiş və icra “Azərsu” ASC, Ekologiya və Təbii Sərvətlər edilməsi nəzərdə tutulan şəhərlərin su mənbələrində Nazirliyi iqlim dəyişmələrinin təsiri (quraqlıq, sel-daşqın, suyun keyfiyyəti və s.) qiymətləndirilməklə dayanıqlığın təmin edilməsi üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmənin həyata keçirilməsi Kür-Araz ovalığında yerləşən və içməli su tələbatı Kür “Azərsu” ASC, Ekologiya və Təbii Sərvətlər çayından təmin edilən yaşayış məntəqələrinin su Nazirliyi təchizatının alternativ mənbələr hesabına təmin edilməsi ilə bağlı təkliflərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi İçməli su təchizatı sahəsində sayğaclaşmanın başa “Azərsu” ASC çatdırılması Əhalinin içməli su ilə təmin olunması məqsədilə “Azərsu” ASC, Ekologiya və Təbii Sərvətlər regionlarda quraşdırılmış modul tipli sutəmizləyici Nazirliyi, Səhiyyə Nazirliyi qurğuların fəaliyyətinin yaxşılaşdırılması üçün Tədbirlər Planının hazırlanması və icrasının təmin edilməsi
6. İnfrastruktur layihələrinin maliyyələşdirilməsi sahəsində səmərəliliyin artırılması Su təsərrüfatı sahəsində infrastruktur layihələrinin İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi maliyyələşdirilməsi ilə bağlı dövlət investisiya proqramının tərtibi və icrasına nəzarətin gücləndirilməsi İçməli su təchizatı ilə bağlı bitmiş, davam edən və yeni “Azərsu” ASC, İqtisadiyyat Nazirliyi, Maliyyə infrastruktur layihələrinin təhlil olunması və dövlət Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura investisiya proqramının tərtibi zamanı əhalinin artan Komitəsi tələbatının nəzərə alınması
7. Məlumatlandırma və maarifləndirmə Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd sahəsində görülən işlər barədə ictimaiyyətin Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, məlumatlandırılması “Azmelsutəsərrüfat” ASC, “Azərsu” ASC, “Azərenerji” ASC, yerli icra hakimiyyəti orqanları Sudan istifadə ilə əlaqədar istehlakçıların “Azmelsutəsərrüfat” ASC, “Azərsu” ASC müraciətlərinin operativ qaydada qəbulu, baxılma və cavablandırılması məqsədilə çağrı mərkəzinin müasir tələblərə uyğun təşkili İçməli su təchizatı sahəsində sudan qənaətli və səmərəli “Azərsu” ASC istifadə ilə bağlı istehlakçıların maarifləndirilməsi Sudan qənaətli və səmərəli istifadə, suvarma qrafikləri Kənd Təsərrüfatı Nazirliyi, “Azmelsutəsərrüfat” üzrə növbəliliyə riayət olunması ilə bağlı kənd ASC təsərrüfatı məhsulları istehsalçılarının maarifləndirilməsi Təhsil müəssisələrində su ehtiyatlarının idarə olunması, Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii sudan qənaətli və səmərəli istifadə ilə bağlı Sərvətlər Nazirliyi[5] maarifləndirmə tədbirlərinin həyata keçirilməsi
8. Torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması və deqradasiyasına, səhralaşmasına qarşı mübarizə[6] Meliorativ vəziyyətinin yaxşılaşdırılması həyata keçirilən suvarılan “Azmelsutəsərrüfat” ASC, Kənd Təsərrüfatı Nazirliyi, 2 torpaq sahələrinin xəritələşdirilməsi, məlumat bazasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli formalaşdırılması, EKTİS-ə inteqrasiyası, mütəmadi Elmlər Akademiyası, Azərbaycan Respublikasının Kosmik monitorinqinin təşkili, yaxşılaşdırma tədbirlərinin effektivliyinin Agentliyi (Azərkosmos), Azərbaycan Respublikasının yoxlanılması və dayanıqlı inkişaf təcrübəsi metodlarının torpaq Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial istifadəçilərinə öyrədilməsi[7] İnnovasiyalar üzrə Dövlət Agentliyi Suvarılan torpaqların deqradasiyasına (şorlaşma, şorakətləşmə, "Azmelsutəsərrüfat" ASC, Kənd Təsərrüfatı Nazirliyi, eroziya, bataqlıqlaşma və s.) qarşı mübarizə məqsədilə yaxşılaşdırma Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli tədbirlərinin həyata keçirilməsi Elmlər Akademiyası, Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) İqlim dəyişikliyinə həssas, səhralaşma əlamətləri müşahidə olunan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, riskli ərazilərin müəyyən edilərək məlumat bazasının yaradılması, Kənd Təsərrüfatı Nazirliyi, "Azmelsutəsərrüfat" ASC, xəritələşdirilməsi və EKTİS-ə inteqrasiyası Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Səhralaşma prosesinin qarşısının alınması məqsədilə tədbirlərin Kənd Təsərrüfatı Nazirliyi, "Azmelsutəsərrüfat" ASC, (meliorasiya və irriqasiya sistemlərinin qurulması, adaptasiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli olunan bitki növlərinə üstünlük və əkin subsidiyası verilməsi, Elmlər Akademiyası innovativ həllərin tətbiqi və s.) həyata keçirilməsi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilən Tədbirlər Planına Əlavə 1 Yenidən qurulması nəzərdə tutulan hidroqovşaq, kollektor və suvarma kanallarının SİYAHISI
1. Baş Muğan kanalı
2. Boztəpə kanalı
3. Rəsularx kanalı
4. Qızılarx kanalı
5. Yeni Cənubi Muğan kanalı
6. Köhnə Cənubi Muğan kanalı
7. Yeni Cənubi Muğan kanalının maşın qolu
8. Sabir kanalı
9. Aşağı Muğan kanalı
10. Akuşa kanalı
11. Türyançay Sağ Sahil kanalı
12. Türyançay Sol Sahil kanalı
13. Xanarx kanalı
14. Tərtərçay Sol Sahil kanalı
15. P-O kanalı
16. Köhnə Xanqızı kanalı
17. ÇTZ kanalı
18. Qızlıq kanalı
19. R-15 kanalı
20. Yuxarı Zeyxur kanalı
21. Bəhrəmtəpə hidroqovşağı
22. Mil-Qarabağ kollektoru. “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilən Tədbirlər Planına Əlavə 2 Dağ çayları sularının yığılması üçün relyefə uyğun yaradılması nəzərdə tutulan su anbarlarının SİYAHISI
1. Əlicançay su anbarı
2. Qudiyalçay su anbarı
3. Vəlvələçay su anbarı
4. Qaraçay su anbarı
5. Qusarçay su anbarı
6. Ağsuçay su anbarı
7. Türyançay su anbarı
8. Yengicə su anbarı
9. Viləşçay su anbarı
10. Zəyəmçay su anbarı. İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. 11 dekabr 2020-ci il tarixli 2340 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 12 dekabr 2020-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, II kitab maddə 1520) 2. 19 aprel 2021-ci il tarixli 2594 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 20 aprel 2021-ci il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 365) 3. 29 oktyabr 2022-ci il tarixli 3559 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 oktyabr 2022-ci il, “Xalq” qəzeti, 30 oktyabr 2022-ci il, № 238, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 10, maddə 1208) 4. 3 mart 2023-cü il tarixli 3782 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 mart 2023-cü il, “Xalq” qəzeti, 4 mart 2023-cü il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 3, maddə 391) 5. 16 dekabr 2023-cü il tarixli 4218 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, I kitab, maddə 1733) SƏRƏNCAM EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI [1]16 dekabr 2023-cü il tarixli 4218 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, I kitab, maddə 1733) ilə 2.2-ci bəndindən “Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla” sözləri çıxarılmışdır. [2]19 aprel 2021-ci il tarixli 2594 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 20 aprel 2021-ci il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 365) ilə 3.2-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.3-cü bənd əlavə edilmişdir. [3]29 oktyabr 2022-ci il tarixli 3559 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 oktyabr 2022-ci il, “Xalq”qəzeti, 30 oktyabr 2022-ci il, № 238, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 10, maddə 1208) ilə 5-ci hissədə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” sözləri ilə əvəz edilmişdir. 11 [4] dekabr 2020-ci il tarixli 2340 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 12 dekabr 2020-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, II kitab maddə 1520) ilə "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı"nın 4.3-cü bəndə "sisteminə" sözündən sonra "(EKTİS)" abreviaturası əlavə edilmişdir. [5]3 mart 2023-cü il tarixli 3782 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 mart 2023-cü il, “Xalq” qəzeti, 4 mart 2023-cü il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 3, maddə 391) ilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın 7.5-ci bəndinin “İcraçılar” sütununda “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilmişdir. 11 [6] dekabr 2020-ci il tarixli 2340 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 12 dekabr 2020-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, , № 12, II kitab maddə 1520) ilə "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı"nın yeni məzmunda 8-ci hissə əlavə edilmişdir. [7] 29 oktyabr 2022-ci il tarixli 3559 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 oktyabr 2022-ci il, “Xalq”qəzeti, 30 oktyabr 2022-ci il, № 238, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 10, maddə 1208) ilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nın 8.1–8.3- cü bəndlərinin “İcraçılar” sütununda “Azərkosmos” ASC” sözləri “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” sözləri ilə əvəz edilmişdir.