Skip to content
Nelum
Laws of Azerbaijan

State Standard No. AZS 838-2015 for standard for olive oils and olive pomace oils

Made 2015-12-14 · Text as of 2026-10-01

Public law and official guidance, published as research. Not legal, tax or financial advice.

About this law

Original title
Azərbaycan Respublikasinin Dövlət Standarti zeytun yağlari və cecələrdən sixilmiş zeytun yağlari AZS 838-2015.
Language
Azerbaijani
Kind
Other
Country
Azerbaijan
Subjects
Food and nutrition
Keywords
Codex Alimentarius, standards, inspection, institution, food additives, food safety and quality, oils/oilseeds/fats, hygiene/sanitary procedures, packaging/labelling, research, agricultural commodities, governance
Categories
agriculture, softs

Where to read it

    No source link is recorded for this law.

Text

The law's own text, section by section, as held. Each section has its own link.

  1. AZƏRBAYCAN RESPUBLİKASININ STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN KOLLEGİYASI Q Ə R A R № 150111500016 Bakı şəhəri “14” dekabr 2015-ci il Dövlət standartlarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 1998-ci il tarixli 26 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi Qaydaları”nın 2, 3, 6 və 7-ci bəndlərini və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 8.12 və 8.45-cibəndlərini rəhbər tutaraq qərara alınır 1. Beynəlxalq, Avropa və Rusiya Federasiyasının milli standartları əsasında hazırlanmış aşağıdakı dövlət standartları təsdiq edilsin. 1.1. AZS 810-2015 (CODEX STAN 310-2013) “Nar” (1 nömrəli əlavə). 1.2. AZS 837-2015 (CODEX STAN 152-1985) “Buğda unu”(2 nömrəli əlavə). 1.3. AZS 838-2015 (CODEX STAN 33-1981) “Zeytun yağları və cecələrdən sıxılmış zeytun yağları” (3 nömrəli əlavə). 1.4. AZS 839-2015 (CODEX STAN 87-1981) “Şokolad və şokolad məhsulları” (4 nömrəli əlavə). 1.5. AZS 840-2015 (CODEX STAN 279-1981) “Kərə yağı” (5 nömrəli əlavə). 1.6. AZS 841-2015 (CAC/MRL-2-2015) “Yeyinti məhsullarında baytarlıq preparatlarının qalıqlarına dair yol verilən maksimum konsentrasiyalar (YKM) və risklərin idarəedilməsi üzrə tövsiyyələr” (6 nömrəli əlavə). 1.7. AZS 842-2015 (CAC/RCP1-2015) “Qida gigiyenasının ümumi prinsipləri-tövsiyyə edilən beynəlxalq təcrübə kodeksi” (7 nömrəli əlavə). 1.8. AZS 843-2015 (ГОСТ Р 51074-2003) “Qida məhsulları. İstehlakçı üçün məlumat. Ümumi tələblər” (8 nömrəli əlavə). 1.9. AZS 856-2015 (ГОСТ Р 51204-98) “Dəmir yolunun kontakt şəbəkəsi üçün çubuqlu polimer izolyatorlar. Ümumi texniki şərtlər” (9 nömrəli əlavə). 1.10. AZS 860-2015 (ГОСТ Р 51377-99) “Məişət qızdırıcı qaz konvektorları təhlükəsizlik tələbləri və sınaq üsulları” (10 nömrəli əlavə). 2. Qanunvericilik və hüquq ekspertizası şöbəsinə (E.Cəbrayılov) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartının Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gündən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin. 3. Texniki tənzimləmə və standartlaşdırma şöbəsinə (N. Tağıyev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartının qeydiyyata alınmasını təmin etsin. 4. Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutuna (X.Məmmədov) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartının texniki tənzimləmə və standartlaşdırma üzrə texniki normativ hüquqi aktların dövlət fonduna daxil edilməsini təmin etsin. 5. Ümumi şöbəyə (X.Həsənovaya) tapşırılsın ki, aidiyyəti struktur bölmələrini bu Qərarla tanış etsin. 6. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram. Kollegiyanın sədri, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI ZEYTUN YAĞLARI VƏ CECƏLƏRDƏN SIXILMIŞ ZEYTUN YAĞLARI AZS 838-2015 (CODEX STAN 33 – 1981) MÜQƏDDİMƏ 1. “Qida məhsullarının standartlaşdırılması üzrə” Texniki Komitə (TK 07) tərəfindən hazırlanıb və təqdim edilib. Kodeks Alimentarius Milli Komitəsi tərəfindən dövlət standartı kimi qəbul edilməsi məqsədəmüvafiq hesab edilmişdir. 2. Bu standart, CODEX STAN 33 – 1981, «Codex Standard for olive oils and pomace oils» standartının autentik tərcüməsidir. 3. İLK DƏFƏ TƏTBİQ EDİLİR. 4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI Zeytun yağları və cecələrdən çəkilmiş zeytun yağları Масло оливковое первого прессования AZS 838-2015 и масло из выжимок (CODEX STAN 33 – 1981) Standard for olive oils and olive pomace oils 1. TƏTBİQ SAHƏSİ Bu standart, insan istehlakı üçün nəzərdə tutulmuş, Bölmə 2 – də təsvir edilmiş zeytun yağları və cecələrdən çəkilmiş zeytun yağlarına şamil edilir. 2. ANLAYIŞLAR Zeytun yağı, həlledicilər və ya təkrar estrifikasiya proseslərindən istifadə olunmaqla alınmış və istənilən başqa növ yağların qarışığı olan yağlar istisna olmaqla zeytun ağacının (Olea europaea L.) meyvələrindən alınmış yağdır. İlk presslənmədən alınmış zeytun yağı, mexaniki və ya yağda başqa proseslərə səbəb olmayan və yuyulma, süzülmə, sentrifuqalama və filtrləmədən başqa digər emal üsullarına məruz qalmayan xüsusi şəraitdə, ələlxüsus termiki şəraitdə zeytun ağacının meyvələrindən alınan yağdır. Cecələrdən çəkilmiş zeytun yağı, tərkibində hallogen olmayan məhlullarla emal və təkrar estrifikasiya prosesində və hər hansı bir digər növ yağ qarışıqlarının alınmasında istifadə edilən fiziki üsullardan başqa digər üsulların tətbiqi ilə zeytun cecələrindən alınan yağdır. 3. ƏSAS TƏRKİB VƏ KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ Əla növ birinci sızma zeytun yağı: 100 qramda 0,8 qramdan çox olmayan, olein turşusu ilə ifadə edilən sərbəst turşuluğa malik və digər xüsusiyyətləri bu kateqoriyaya aid edilən zeytun yağı. Birinci sızma zeytun yağı: 100 qramda 2,0 qramdan çox olmayan, olein turşusu ilə ifadə edilən sərbəst turşuluğa malik və digər xüsusiyyətləri bu kateqoriyaya aid edilən zeytun yağı. Adi birinci sızma zeytun yağı: 100 qramda 3,3 qramdan çox olmayan, olein turşusu ilə ifadə edilən sərbəst turşuluğa malik və digər xüsusiyyətləri bu kateqoriyaya[3] aid edilən zeytun yağı. Saflaşdırılmış zeytun yağı: ilkin triqliserid quruluşunda dəyişikliyə səbəb olmayan saflaşdırma üsulları ilə birinci sızma zeytun yağından əldə edilən zeytun yağı. 100 qramda 0,3 qramdan çox olmayan, olein turşusu ilə ifadə edilən sərbəst turşuluğa malik və digər xüsusiyyətləri bu kateqoriyaya aid edilən zeytun yağıdır. Zeytun yağı: insan istehlakı üçün yararlı saflaşdırılmış və birinci sızma zeytun yağlarının qarışığından alınmış yağ. 100 qramda 1 qramdan çox olmayan, olein turşusu ilə ifadə edilən sərbəst turşuluğa malik və digər xüsusiyyətləri bu kateqoriyaya[4] aid edilən zeytun yağıdır. Cecələrdən çəkilmiş saflaşdırılmış zeytun yağı: ilkin qliserid quruluşunda dəyişikliyə səbəb olmayan üsullarla cecələrdən alınmış xam zeytun yağından əldə edilən zeytun yağı. 100 qramda 0,3 qramdan çox olmayan, olein turşusu ilə ifadə edilən sərbəst turşuluğa malik və digər xüsusiyyətləri bu kateqoriyaya1 aid edilən zeytun yağıdır. Cecələrdən çəkilmiş zeytun yağı: cecələrdən çəkilmiş saflaşdırılmış zeytun yağı və birinci sızma zeytun yağlarının qarışığından ibarət zeytun http://www.e-qanun.az/alpidata/framework/data/31/f 31731.htm# ftn3 http://www.e-qanun.az/alpidata/framework/data/31/f 31731.htm# ftn4 yağı. 100 qramda 1 qramdan çox olmayan, olein turşusu ilə ifadə edilən sərbəst turşuluğa malik və digər xüsusiyyətləri bu kateqoriyaya1 aid edilən zeytun yağıdır. Birinci sızma zeytun yağlarının orqanoleptik xüsusiyyətləri (qoxu və dad) Qüsurların medianı Meyvə xüsusiyyətlərinin medianı Əla növ birinci sızma zeytun yağı Me = 0 Me>0 Birinci sızma zeytun yağı 0<Me≤2,5 Me>0 Adi birinci sızma zeytun yağı 2,5<Me≤6,0* * və ya qüsur medianı 2,5 – dən kiçik və ya ona bərabər, meyvə xüsusiyyətlərinin medianı isə 0-a bərabər olduqda Qaz xromatoqrafı vasitəsi ilə təyin edilmiş yağ turşularının miqdarı (yağ turşularının cəminə görə %) Birinci sızma zeytun yağları Zeytun yağı, Saflaşdırılmış zeytun yağı Cecələrdən çəkilmiş zeytun yağı, Cecələrdən çəkilmiş saflaşdırılmış zeytun yağı Yağ turşusu C 14:0 0,0 – 0,05 0,0 – 0,05 0,0 – 0,05 C 16:0 7,5 – 20,0 7,5 – 20,0 7,5 – 20,0 C 16:1 0,3 – 3,5 0,3 – 3,5 0,3 – 3,5 C 17:0 0,0 – 0,3 0,0 – 0,3 0,0 – 0,3 C 17:1 0,0 – 0,3 0,0 – 0,3 0,0 – 0,3 C 18:0 0,5 – 5,0 0,5 – 5,0 0,5 – 5,0 C 18:1 55,0 – 83,0 55,0 – 83,0 55,0 – 83,0 C 18:2 3,5 – 21,0 3,5 – 21,0 3,5 – 21,0 C 18:3[5] C 20:0 0,0 – 0,6 0,0 – 0,6 0,0 – 0,6 C 20:1 0,0 – 0,4 0,0 – 0,4 0,0 – 0,4 C 22:0 0,0 – 0,2 0,0 – 0,2 0,0 – 0,3 C 24:0 0,0 – 0,2 0,0 – 0,2 0,0 – 0,2 Trans yağ turşuları C 18:1 T 0,0 – 0,05 0,0 – 0,20 0,0 – 0,40 http://www.e-qanun.az/alpidata/framework/data/31/f 31731.htm# ftn5 C18:2T + C18:3T 0,0 – 0,05 0,0 – 0,30 0,0 – 0,35 Sterol və triterpendiolun miqdarı Desmetilsterinin miqdarı (Sterinlərin ümumi miqdarına görə %) Xolesterin ≤0,5 Brassikasterin ≤0,2 cecələrdən çəkilmiş zeytun yağı üçün ≤0,1 digər növlər üçün Kampesterin ≤4,0 Stiqmasterin <Kampesterin δ-7-stiqmastrerin ≤0,5 β-sitosterin+δ-5-avenasterin+δ-5-23 stiqmastadienol+klerosterin+sitostanol+δ 5,24-stiqmastadienol ≥93,0 Sterinlərin cəminin minimal miqdarı Birinci sızma zeytun yağı Saflaşdırılmış zeytun yağı 1,000 mq/kq Zeytun yağı Cecələrdən çəkilmiş saflaşdırılmış zeytun yağı 1,800 mq/kq Cecələrdən çəkilmiş zeytun yağı 1,600 mq/kq Eritrodiol və uveolun maksimal miqdarı (sterinlərin ümumi miqdarına görə %) Birinci sızma zeytun yağı Saflaşdırılmış zeytun yağı ≤ 4,5 Zeytun yağı 3.11 Mumun miqdarı Səviyyə: Birinci sızma zeytun yağı ≤250 mq/kq Saflaşdırılmış zeytun yağı ≤350 mq/kq Zeytun yağı ≤350 mq/kq Cecələrdən çəkilmiş saflaşdırılmış >350 mq/kq zeytun yağı Cecələrdən çəkilmiş zeytun yağı >350 mq/kq ECN 42 ekvivalent karbon ədədinə malik triqliseridlərin faktiki və nəzəri miqdarları arasında maksimal fərq Birinci sızma zeytun yağı 0,2 Safalaşdırılmış zeytun yağı 0,3 Zeytun yağı 0,3 Cecələrdən çəkilmiş zeytun yağı 0,5 Stiqmastadienin maksimal miqdarı Birinci sızma zeytun yağı 0,15 mq/kq Peroksid ədədi Birinci sızma zeytun yağı ≤20 aktiv oksigen milliekvivalenti /kg yağ Saflaşdırılmış zeytun yağı ≤5 milliekvivalent aktiv oksigen/kg yağ Zeytun yağı ≤15 milliekvivalent aktiv oksigen/kg yağ Cecələrdən çəkilmiş safladırılmış zeytun yağı ≤5 milliekvivalent aktiv oksigen/kg yağ Cecələrdən çəkilmiş zeytun yağı ≤15 milliekvivalent aktiv oksigen/kg yağ K270 Ultra – bənövşəyi işıqda udulma 270 nm dalğa uzunluğunda ultra – bənövşəyi işıqda udulma δK udma zamanı əmsalın dəyişməsi Əla növ birinci sızma zeytun yağı ≤0,22 ≤0,01 Birinci sızma zeytun yağı ≤0,25 ≤0,01 Adi birinci sızma zeytun yağı ≤0,30(*) ≤0,01 Saflaşdırılmış zeytun yağı ≤1,10 ≤0,16 Zeytun yağı ≤0,90 ≤0,15 Cecələrdən çəkilmiş safladırılmış zeytun yağı ≤2,00 ≤0,20 Cecələrdən çəkilmiş zeytun yağı ≤1,70 ≤0,18 *Aktivləşdirilmiş alüminium oksiddən keçdikdən sonra 270 nm dalğa uzunluğunda, udulma 0,11 – dən az olmalıdır. 4. QİDA ƏLAVƏLƏRİ 4.1 Birinci sızma zeytun yağı Tərkibində qida əlavələrinin olmasına yol verilmir. 4.2 Saflaşdırılmış zeytun yağı, zeytun yağı, cecələrdən çəkilmiş safladırılmış zeytun yağı, cecələrdən çəkilmiş zeytun yağı Yuxarıda sadalanan məhsullara, saflaşdırlma zamanı itirilən α – tokoferolun (d-alfa–tokoferol (INS 307a)); qarışıq tokoferol konsentratı (INS 307b); təbii miqdarının bərpa edilməsi üçün, dl- alfa– tokoferolun (INS 307c)) əlavə edilməsinə icazə verilir. Hazır məhsulda alfa – tokoferolun qatılığı 200 mq/kq – dan çox olmamalıdır. 5. ÇİRKLƏNDİRİCİLƏR 5.1 Bu standarta (CODEX STAN 193-1995) aid olan məhsullar, “Kodeks Alimentarus” Komissiyası tərəfindən müəyyən edilmiş çirkləndirici maddələrin yol verilən hədd miqdarına və eyni zamanda aşağıdakı normalara uyğun olmalıdır: Yol verilə bilən maksimal qatılıq Qurğuşun (Pb) 0,1 mq/kq Arsen (As) 0,1 mq/kq 5.2 Pestisid qalıqları Bu standarta aid olan məhsullar, “Kodeks Alimentarus” Komissiyası tərəfindən müəyyən edilmiş çirkləndirici maddələrin yol verilən hədd miqdarına uyğun olmalıdır. 5.3 Halogenləşdirilmiş həlledicilər Hər bir halogenləşdirilmiş həlledicinin maksimal miqdarı 0,1 mq/kq Bütün halogeləşdirilmiş həlledicilərin maksimal cəm miqdarı 0,2 mq/kq 6. GİGİYENİK TƏLƏBLƏR Bu standartda təsvir edilmiş məhsulların istehsalı və gələcək istifadəsi üçün verilmiş standartın və “Tövsiyyə edilən beynəlxalq norma və qaydalar. Qida məhsullarının gigiyenasının ümumi prinsipləri (CAC/RCP 1-1969, Rev. 3-1997)” və “Gigiyenik norma və qaydalar” və “Norma və qaydalar” kimi digər Kodeks mətnlərinin tələblərinə əməl edilməsi tövsiyyə olunur. Məhsullar “Qida məhsulları üçün mikrobioloji tələblərin təyin edilmə və istifadə prinsipləri (CAC/GL21-1997)” əsasında təyin edilmiş hər bir mikrobioloji tələblərə cavab verməlidir. 7. MARKALANMA Məhsul “Qablaşdırılmış qida məhsullarının markalanmasına dair ümumi standart (CODEX STAN 1-1985, Rev. 1-1991)” əsasında markalanmalıdır. 7.1 Məhsulun adı Məhsulun adı, bu standartın 3 – cü bölməsində verilmiş təsvirə uyğun olmalıdır. Heç bir halda “zeytun yağı” adı “cecələrdən çəkilmiş zeytun yağı” üçün istifadə oluna bilməz. 7.2 Yük konteynerlərinin markalanması Markalanma haqqında yuxarıda sadalanan tələblərə dair məlumatlar konteynerin üzərində və ya müşayət edən sənədlərdə qeyd edilməlidir. Məhsulun adı, partiya nömrəsi, həmçinin istehsalçının və ya qablaşdırıcının adı və ünvanı mütləq şəkildə konteynerin üzərində qeyd edilməlidir. Lakin partiya nömrəsi, istehsalçının və ya qablaşdırıcının adı və ünvanı işarə edici qeydlə də verilə bilər. Bu halda, verilmiş qeyd birmənalı olaraq müşahidə edən sənədlərə uyğun olmalıdır. 8. ANALİZ VƏ NÜMUNƏ GÖTÜRMƏ ÜSULLARI Orqanoleptik xüsusiyyətlərin təyini COI/T.20/Doc. no. 15. əsasında. Sərbəst turşuluğun təyini ISO 660:1996 və ya AOCS Cd 3d-63(03) əsasında. Yağ –turşu tərkibinin təyini COI/T.20/Doc. no. 24 və ISO 5508:1990 və AOCS Ch 2-91 (02) və ya AOCS Ce Lf-96 (02). Nümunə götürmə bax ISO 5509:2000 və ya AOCS Cc 2 66(97) əsasında. Trans-yağ turşularının miqdarının təyini COI/T.20/Doc no. 17, və ya ISO 15304:2002, və ya AOCS Ce lf-96 (02) əsasında. Mum miqdarının təyini COI/T.20/Doc.no. 18 və ya AOCS Ch 8-02 (02) əsasında. ECN 42 triqliseridlərinin nəzəri və faktiki miqdarları arasındakı fərqin hesablanması COI/T.20/Doc. no. 20 və ya AOCS Ce 5b-89 (97) əsasında. Sterinlərin miqdarının və tərkibinin təyini. COƏ/T.20/Doc. no. 10 və ya ISO 12228:1999, və ya AOCS Ch 6-91 (97) əsasında. Eritrodilin miqdarının təyini COƏ/T.20/Doc. no. 30-2011 əsasında Stiqmastadienlərin təyini COƏ/T.20/Doc. no. 11 və ya İSO 15788-1:1999 və ya AOCS Cd-26-96 (03 və ya İSO 15788-2:2003 əsasında Peroksid ədədinin təyini İSO 3960:2001 və ya AOCS Cd 8b-90 (03) əsasında Ultrabənövşəyi işıqda udulmanın təyini COI/T.20/Doc. no.19 və ya ISO 3656:2002, və ya AOCS Ch 5-91(01) əsasında. alfa – tokoferolun təyini ISO 9936:1997 əsasında. Arsenin təyini AOAC 952.13, və ya AOAC 942.17, və ya AOAC 986.15 əsasında. Halogenləşdirilmiş həlledicilərdə qalığın təyini COI/T.20/Doc. no.8 əsasında. Nümunə götürmə ISO 661:1989 və ya İSO 5555:2001 əsasında ƏLAVƏ DİGƏR KEYFİYYƏT VƏ TƏRKİB GÖSTƏRİCİLƏRİ Bu keyfiyyət və tərkib göstəriciləri standartın keyfiyyət və tərkib göstəricilərinə əlavə məlumatdır. Məhsul əsas keyfiyyət və tərkib göstəricilərinin tələblərinə cavab verdiyi halda, lakin əlavə keyfiyyət və tərkib göstəricilərinin tələblərinə cavab vermədiyi halda belə standartın tələblərinə cavab vermiş hesab 1. KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ Maksimal səviyyə Nəmlik və uçucu maddələr Birinci sızma zeytun yağı 0,2% Saflaşdırılmış zeytun yağı 0,1% Zeytun yağı 0,1% Cecələrdən çəkilmiş saflaşdırılmış zeytun yağı 0,1% Cecələrdən çəkilmiş zeytun yağı 0,1% Həll olmayan qarışıqlar Birinci sızma zeytun yağı 0,1% Saflaşdırılmış zeytun yağı 0,05% Zeytun yağı 0,05% Cecələrdən çəkilmiş saflaşdırılmış zeytun yağı 0,05% Cecələrdən çəkilmiş zeytun yağı 0,05% Metalların miqdarı Dəmir (Fe) 3 mq/kq Mis (Cu) 0,1 mq/kq Orqanoleptik xüsusiyyətlər Birinci sızma zeytun yağları: Bax, bu standartda bölmə 3. Digər: Qoxu Dad Rəng Saflaşdırılmış zeytun yağları qənaətbəxş qənaətbəxş açıq – sarı Zeytun yağı yaxşı yaxşı açıq, sarıdan yaşıladək Cecələrdən çəkilmiş saflaşdırılmış zeytun yağı qənaətbəxş qənaətbəxş açıq, sarıdan sarı – qəhvəyiyədək Cecələrdən çəkilmiş zeytun yağı qənaətbəxş qənaətbəxş açıq, sarıdan yaşıladək 20ºC temperaturda 24 saat ərzində xarici görünüş: Saflaşdırlmış zeytun yağları, zeytun yağı, cecələrdən çəkilmiş saflaşdırılmış zeytun yağı, cecələrdən çəkilmiş zeytun yağı Şəffaf 2. TƏRKİB GÖSTƏRİCİLƏRİ Triqliseridin 2 – ci vəziyyətində doymuş yağ turşuları (palmitin və stearin turşularının cəmi): Maksimal səviyyə Birinci sızma zeytun yağları 1,5% Saflaşdırlmış zeytun yağları 1,8% Zeytun yağı 1,8% Cecələrdən çəkilmiş saflaşdırılmış zeytun yağı 2,2% Cecələrdən çəkilmiş zeytun yağı 2,2% 3. KİMYƏVİ VƏ FİZİKİ XÜSUSİYYƏTLƏR Nisbi sıxlıq (20ºC/ 20ºC temperaturlu su): 0,910 – 0,916 Sınma göstəricisi (Refraksiya indeksi) ( ) Birinci sızma zeytun yağları 1,4677 – 1,4705 Saflaşdırlmış zeytun yağları Zeytun yağı Cecələrdən çəkilmiş zeytun yağı 1,4680 – 1,4707 Sabunlaşma ədədi (mq KOH/q yağ): Birinci sızma zeytun yağları 184 – 196 Saflaşdırlmış zeytun yağları Zeytun yağı Cecələrdən çəkilmiş zeytun yağı 182 - 193 Yod ədədi (Viys üsulu ilə): Birinci sızma zeytun yağları 75 – 94 Saflaşdırlmış zeytun yağları Zeytun yağı Cecələrdən çəkilmiş zeytun yağı 75 - 92 Sabunlaşmayan qarışıqlar Maksimal səviyyə 15 q/kq Birinci sızma zeytun yağları Saflaşdırlmış zeytun yağları Zeytun yağı Cecələrdən çəkilmiş zeytun yağı 30 q/kq K 232 ultra – bənövşəyi işıqda udulma 232 nm dalğa uzunluqlu ultra – bənövşəyi işıqda udulma Əla növ birinci sızma zeytun yağı ≤2,50[6] Birinci sızma zeytun yağı ≤2,604 4. ANALİZ VƏ NÜMUNƏ GÖTÜRMƏ ÜSULLARI 4.1 Nəmlik və uçucu maddələrin təyini İSO 662 :1998 əsasında http://www.e-qanun.az/alpidata/framework/data/31/f 31731.htm# ftn6 Petroleum efirində həll olmayan qarışıqların təyini. İSO 663:2000 əsasında. Metal (mis, dəmir) izlərinin təyini ISO 8294:1994 və ya AOAC 990.05. Sabunlaşma ədədinin təyini İSO 3657:2002 və ya AOCS Cd 3-25 (03) əsasında. Sabunlaşmayan qarışıqların təyini ISO 3596:2000, və ya ISO 18609:2000, və ya AOCS Ca 6b-53 (01) əsasında. Treiqliseridin 2 – ci vəziyyətində doymuş yağ turşularının təyini. ISO 6800:1997 və ya AOCS Ch 3-91 (97) əsasında. Nisbi sıxlığın təyini IUPAC 2.101 əsasında, uyğun çevirmə əmsalı ilə Sınma əmsalının təyini İSO 6320:2000 və ya AOCS Cc7-25 (02) əsasında. Yod ədədinin təyini İSO 3961:1996 və ya AOAC 993.20 və ya AOCS Cd1d-92 (97) və ya NMKL 39(2003) əsasında. Orqanoleptik xüsusiyyətlərin təyini COI/T.20/Doc.no.15 əsasında. Ultrabənövşəyi işıqda udulma COI/T.20/Doc. no. 19 və ya ISO 3656:2002, və ya AOCS Ch 5-91 (01). Nümunə götürmə ISO 661:1989 və ya İSO 5555:2001. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 14 dekabr 2015-ci il tarixli 150111500016 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

State Standard No. AZS 838-2015 for standard for olive oils and olive pomace oils · Nelum