Skip to content
Nelum
Laws of Azerbaijan

Resolution No. 19 of the Food Safety Agency on veterinary and sanitary rules for the activities of meat sales establishments

Made 2020-11-03 · Text as of 2026-10-01

Public law and official guidance, published as research. Not legal, tax or financial advice.

About this law

Original title
“Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qararı № 19.
Language
Azerbaijani
Kind
Regulation
Country
Azerbaijan
Subjects
Food and nutrition
Keywords
business/industry/corporations, Codex Alimentarius, equipment, food safety and quality, hygiene/sanitary procedures, internal trade, meat, poultry products, standards, transport/storage
Categories
*

Where to read it

Text

The law's own text, section by section, as held. Each section has its own link.

  1. AZƏRBAYCAN RESPUBLİKASI QİDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİNİN KOLLEGİYASININ QƏRARI № 19 Bakı şəhəri 03 noyabr 2020-ci il “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”ın, “Baytarlıq apteklərinin təşkilinə və fəaliyyətinə dair tələblər”in, “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nın, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq sanitariya normaları və qaydaları”nın, “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”ın və “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın “Tədbirlər Planı”nın 10.1.2-ci yarımbəndinin icrası məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 2.0.3-cü, 3.0.2 ci və 4.0.1-ci yarımbəndlərini və 5.10 - 5.12-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası QƏRARA ALIR: 1. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyət istiqamətləri üzrə aşağıdakı texniki normativ hüquqi aktlar təsdiq edilsin: 1.1. “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat” (Əlavə 1); 1.2. “Baytarlıq apteklərinin təşkilinə və fəaliyyətinə dair tələblər” (Əlavə 2); 1.3. “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları” (Əlavə 3); 1.4. “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları” (Əlavə 4); 1.5. “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar” (Əlavə 5); 1.6. “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları” (Əlavə 6); 2. Bu Qərarın 1.2 - 1.6-cı bəndləri ilə təsdiq edilən texniki normativ hüquqi aktlar 1 aprel 2021-ci il tarixindən qüvvəyə minir. 3. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparatının Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri vəzifəsini icra edən Elşad Cəbrayılov bu Qərarın “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 (üç) gün ərzində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin. 4. Kollegiyanın məsul katibi Asif Əbdüləzimov bu Qərarın surətinin aidiyyəti üzrə göndərilməsini təmin etsin. 5. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram. Kollegiyanın sədri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Əlavə 3 Ət satışı müəssisələrinin fəaliyyətinə dair BAYTARLIQ-SANİTARİYA NORMALARI VƏ QAYDALARI 1. Ümumi müddəalar 1.1. “Ət satışı müəssisələrinin fəaliyyətinə dair Baytarlıq-sanitariya normaları və qaydaları” “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununa və “Codex Alimentarius” Komissiyası tərəfindən hazırlanan beynəlxalq texniki normalar və qaydalara (“Ət gigiyenasının ümumi prinsipləri”- CAC/RCP 58-2005) uyğun olaraq işlənib hazırlanmış və ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydalarını müəyyən edir. 1.2. Ət satışı müəssisəsinin fəaliyyətinə dövlət baytarlıq nəzarəti Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir. 2. Əsas anlayışlar 2.0. Bu Qaydalarda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.0.1. Ət satışı müəssisəsi (bundan sonra – müəssisə) - ət və ət məhsullarının qəbulunun, saxlanmasının və satışının həyata keçirildiyi və bu Qaydaların tələblərinə cavab verən tikililər və ya ticarət obyektlərində bu məqsədlə ayrılmış xüsusi yerlər; 2.0.2. Heyvan və quş cəmdəyi - baytarlıq-sanitariya qaydalarına uyğun kəsilərək qansızlaşdırılmış, dərisi soyulmuş və ya tükləri təmizlənmiş (quşlara münasibətdə), daxili orqanları, başı kəsilib və ətrafları diz oynağından ayrıldıqdan sonra bütöv heyvan və quş gövdəsi; 2.0.3. Baytarlıq-sanitariya ekspertizası - ət və ət məhsullarının dövlət baytarlıq müfəttişləri tərəfindən yoxlanılması, müayinəsi, onlara baxışın keçirilməsi və xüsusi müayinələrin aparılması; 2.0.4. Baytarlıq nişanlaması - Azərbaycan Respublikası Nazirlət Kabinetinin 2006-cı il 209 nömrəli qərarı ilə təsdiq edilmiş ”Baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulması” Qaydalarına uyğun olaraq heyvan və quş cəmdəyinin və ya onun ayrı-ayrı hissələrinin baytarlıq-sanitariya ekspertizasından keçirilərək qida üçün, yaxud digər təyinatı üzrə yararlı olub-olmamasının baytarlıq mütəxəssisləri tərəfindən müxtəlif formalı (oval, düzbucaqlı və s.) baytarlıq damğası və ya ştampla işarələnməsi; 2.0.5. Ət və ət məhsulu - insanların qidalanması üçün yararlı olan ət (heyvan və quş əti), o cümlədən balıq, xərçəngkimilər və digər suda yaşayan onurğasızlar (dəniz məhsulları) və sub məhsullar; 2.0.6. Sub məhsul - heyvan və quş kəsimi zamanı əldə edilən və qida üçün yararlı olan ət və ət məhsulları (dil, böyrəklər, beyin, ürək, qaraciyər, ağciyər, işgənbə, kitabça, dalaq, diafraqma, ətraflar, quyruq, yelin, pətənək və s.);[4] 2.0.7. Dezinfeksiya - xəstəlik törədən mikroorqanizmlərin kimyəvi maddələr vasitəsilə məhv edilməsi; 2.0.8. Tullantı - müəsisədə ət və ət məhsullarının qəbulu, saxlanılması və satışı zamanı toplanan və “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun https://e-qanun.az/framework/46825# edn4 olaraq kənarlaşdırılan, kənarlaşdırma üçün nəzərdə tutulan, kənarlaşdırılmalı olan məhsullar.[5] 3. Əhatə dairəsi 3.1. Bu Qaydalar ət və ət məhsullarının müəssisələr tərəfindən daşınması, qəbulu, saxlanması və satılması ilə bağlı fəaliyyətə şamil edilir. 3.2. Bu Qaydalar ət və ət məhsullarının realizasiyası ilə məşğul olan bütün növ müəssisələrə şamil edilir. 4. Müəssisəsinin quruluşuna və yerləşməsinə dair tələblər 4.1. Müəssisə fərdi inşa edilmiş ayrı tikilidə, binaların ayrıca girişi olan qeyri yaşayış sahəsində (zirzəmi və yarımzirzəmi istisna olmaqla), həmçinin ticarət obyektlərində bu Qaydaların 4.2-4.10-cu bəndlərində göstərilən tələblərə cavab verən xüsusi ayrılmış yerlərdə yerləşə bilər. 4.2. Müəssisə bir otaqdan (ticarət zalından) ibarət olduğu təqdirdə onun sahəsi şərti olaraq 3 bölməyə ayrılır: ətin doğranması və işlənməsi, ətin çeşidlənməsi və qablaşdırılması və ət satış (vitrin) bölməsi. 4.3. Müəssisə yaşayış binasının altında yerləşdiyi halda ət və ət məhsullarının qəbul edilməsi üçün əlavə giriş qapısı olmalıdır. 4.4. Müəssisənin divarları, tavanı, döşəməsi, pəncərələri, qapıları yuyulabilən və dezinfeksiyaedici məhlulların təsirinə davamlı materialdan olmalıdır. 4.5. Müəssisə daxilində örtük materiallarında qüsur (qırıqlar, çatlar və s.) aşkarlandıqda dərhal təmir olunmalıdır. 4.6. Müəssisənin kanalizasiya xəttindəki drenaj sistemi ətin doğranması və satış bölməsindən aralıda yerləşməli, zərərvericilərin, pis qoxu və çirkab suların kanalizasiyadan geriyə doğru hərəkətini məhdudlaşdıracaq şəkildə quraşdırılmalıdır. 4.7. Müəssisənin işçi heyəti üçün nəzərdə tutulmuş sanitar qovşaq otağı (olduğu təqdirdə) aşağıdakılarla təchiz olunmalıdır: 4.7.1. bağlanan qapılar; 4.7.2. sanitar qovşaq; 4.7.3. əlləri yumaq və dezinfeksiya etmək üçün vasitələr, çanaq, quruducu qurğu və ya birdəfəlik dəsmallar, asılqanlar; 4.7.4. giriş qapısının ağzında ayaqqabıların dezinfeksiya edilməsi məqsədi ilə qoyulan dezinfeksiyaedici örtük. 4.8. Müəssisənin daxilində kondisionerlər quraşdırılmalı və ilin müxtəlif fəsillərində havanın temperatur və nəmlik rejimi nizamlanmalıdır. https://e-qanun.az/framework/46825# edn5 4.9. Müəssisə daxilində təbii və süni işıqlandırılma təmin edilməlidir. Süni işıqlandırma cihazları insanın görmə qabiliyyətinə mənfi təsir göstərməyən qoruyucu örtüklə təmin olunmalıdır. 4.10. Müəssisədə istilik, su, kanalizasiya, təbii və mexaniki havalandırma sistemləri, həmçinin yanğın təhlükəsizlik siqnalı quraşdırılmalıdır. 5. Müəssisədə ləvazimatlara (alət və avadanlıqlara) dair tələblər 5.1. Müəssisə ət və ət məhsullarının saxlanılması üçün soyuducu şkaf, soyuducu vitrin və ya dondurucularla təchiz olunmalıdır. 5.2. Müəssisədə qida üçün yararsız hesab olunan, həmçinin müşayiətedici baytarlıq sənədlərində (ekspertiza aktı, baytarlıq arayışı və baytarlıq şəhadətnaməsi) uyğunsuzluq aşkar edilən ət və ət məhsullarının müvəqqəti saxlanması üçün üzərində iri şriftlərlə, aydın oxunan “Sanitar soyuducusu” yazısı olan ayrı (sanitar) soyuducu olmalıdır. 5.3. Soyuducularda temperatur rejimi ət və ət məhsullarının saxlanma şəraitinə uyğun olmalıdır. 5.4. Müəssisə daxilində havanın temperaturunu, nəmliyini ölçən, o cümlədən ət və ət məhsullarının çəkisini ölçən və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlamadan keçmiş ölçmə avadanlıqları (civəsiz termometr, psixrometr, tərəzi) olmalı və müəssisə daxilində havanın temperaturu və nəmliyi barədə gün ərzində 3 dəfədən az olmayaraq qeydlər aparılmalıdır. 5.5. Soyuducu vitrində ət və ət məhsullarının yaxşı görünməsi məqsədi ilə quraşdırılan işıqlandırma lampaları qoruyucularla təchiz olunmalıdır. 5.6. Müəssisədə istifadə olunan ləvazimatlar (avadanlıq və alətlər) hər iş gününün sonunda yuyucu məhlullarla yuyulub təmizlənməli və qurudulmalıdır. 5.7. Heyvan və quş cəmdəyinin doğranması prosesində ağac lövhə (kötük) və ya qida məhsulları üçün istifadəyə yararlı polietilen materiallardan hazırlanmış plastik lövhələrdən istifadə edilməlidir. 5.8. Ət doğramaq üçün nəzərdə tutulan ağac löhvələr (kötüklər) sərt ağacdan hazırlanmaqla çatsız və hamar olmalı, yanları yağlı boya ilə rənglənməlidir. Onlar yerdən aralı məsafədə altlıq üzərində bərkidilməklə, hər iş gününün sonunda üstü bıçaqla təmizlənməli və duz səpilməlidir. İstifadə olunması dövriliyindən asılı olaraq kötük kəsilərək yuvarlaqlaşdırılmalıdır. 5.9. Plastik ət kəsim lövhələri asan yuyulan və sanitar tələblərə cavab verən olmalı və hər iş gününün sonunda yuyularaq dezinfeksiyaedici məhlullarla təmizlənməlidir. 5.10. Soyuducu qurğuların kondensat suyu heyvan və quş cəmdəkləri, həmçinin ət məhsulları ilə təmas etməməlidir. 6. Ət və ət məhsullarının daşınması, qəbulu, saxlanması və satışına dair tələblər 6.1. Ət və ət məhsullarının daşınması üçün xüsusi izotermik və soyuducusu olan nəqliyyat növündən (avtorefrijerator) istifadə olunmalıdır. 6.2. Nəqliyyat vasitəsi təmiz olmalı, yük bölməsində heç bir kənar qoxu olmamalı və daxili səth örtüyü asan yuyulan və dezinfeksiya edilə bilən olmalıdır. 6.3. Nəqliyyat vasitəsində ət və ət məhsulları qeyri-qida məhsulları ilə birlikdə daşınmamalıdır.[6] 6.4. Nəqliyyat vasitəsinin yük bölməsinin daxili səthi ət və ət məhsullarının daşınmasından əvvəl və sonra yuyucu vasitələrlə yuyulmalı, qurulanmalı və dezinfeksiya edilməlidir. 6.5. Müəssisədə yalnız baytarlıq-sanitariya ekspertizasından keçmiş ət və ət məhsullarının satışına icazə verilir. 6.6. Müəssisəyə daxil olan və üzərində baytarlıq nişanlanması olmayan heyvan və quş cəmdəkləri və ya müşaiyətedici baytarlıq sənədlərində (ekspertiza aktı, baytarlıq arayışı və baytarlıq şəhadətnaməsi) uyğunsuzluq aşkar edilən ət və ət məhsulları satış üçün qəbul edilməməlidir. 6.7. Ət və ət məhsulları su keçirməyən, paslanmayan, asan yuyulan və dezinfeksiya ediləbilən qablarda saxlanmalı və daşınmalıdır. 6.8. Sub məhsullar digər ət və ət məhsullarından ayrı soyuducu və dondurucularda saxlanılmalıdır. Bu məhsullar yalnız qablaşdırılmış halda olduqda digər ət və ət məhsulları ilə eyni soyuducuda saxlanıla bilər. 6.9. Ət və ət məhsullarının satışı zamanı soyuducu vitrinin temperaturu +2 ÷ +6°C, ətin soyudulması və uzun müddətli saxlanması üçün dondurucuların temperaturu isə -2 ÷ 0°C olmalıdır. Təzə ət 0 ÷ +2°C -də 1 sutka; -2 ÷ 0°C -də 16 sutka; -3 ÷ -2°C -də 20 sutkaya qədər saxlanıla bilər. 6.10. Ət və ət məhsullarının satışı zamanı çiy ətin digər hazır məhsullarla birgə saxlanılmasına yol verilmir. 6.11. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və təhlükəli ət və ət məhsullarının satışına yol verilmir.[7] 6.12. Qablaşdırılmış ət məhsulları üzərindəki etiketdə məhsulun qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, saxlanma şəraiti, tərkibindəki allergenlər, mənşəyi, istehsalçının adı və ünvanı, istehsal üsulu və istifadə qaydaları barədə dolğun məlumatlar göstərilməlidir.[8] 6.13. Müəssisədə ət və ət məhsullarının satış üçün davamlı, təmiz, quru, qoxusuz və ətraf mühitə mənfi təsiri az olan alternativ qablaşdırma materiallarından (parça, kağız) və ya qalınlığı 15 mikrondan yuxarı olan plastik torbalardan istifadə olunmalıdır. 6.14. Satış müddətində donu açıldıqdan sonra təkrar dondurulmuş ət və ət məhsullarının satışı qadağandır. https://e-qanun.az/framework/46825# edn6 https://e-qanun.az/framework/46825# edn7 https://e-qanun.az/framework/46825# edn8 6.15. Müəssisədə ət və ət məhsullarından başqa qeyri-qida məhsullarının satışı yolverilməzdir. 7. Müəssisədə sanitariya normaları və qaydaları 7.1. Müəssisədə sanitariya normaları və qaydaları ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsini, həmçinin iş prosesləri müddətində işçi heyətin, avadanlıqların o cümlədən ətraf mühitin biotəhlükəsizlik tələbləri çərçivəsində mühafizəsini təmin etməlidir. 7.2. Müəssisədə mütəmadi olaraq müvafiq yuyucu vasitələrdən istifadə edilməklə təmizlik işləri həyata keçirilməlidir. 7.3. Müəssisədə normal havalandırmanın həyata keçirilməsi üçün müvafiq şərait yaradılmalıdır. 7.4. Müəssisədə quraşdırılmış havalandırma sisteminin filtr və digər hissələrinin təmizlənməsi və ya dəyişdirilməsi asan olmalı, filtrlərin texniki şərtlərinə uyğun olaraq vaxtlı-vaxtında yenilənməlidir. 7.5. Müəssisə daxilində dezinfeksiya və digər sanitariya normaları və qaydalarına əsasən görülən işlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 may 2007-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət nümunəvi baytarlıq uçot və hesabat sənədləri blanklarının Forması”na uyğun olaraq tərtib edilmiş dövlət nümunəvi baytarlıq uçotu sənədlərinə (jurnallarına) uyğun olaraq uçotu aparılır. 7.6. Müəssisədə mövcud olan və kəsim prosesində istifadə olunan bütün ləvazımatların (avadanlıq və alətlər) ən azı gündə bir dəfə dezinfeksiyası aparılmalıdır. Ət və ət məhsulları ilə təmasda olan kəsici alətlər hər iş gününün sonunda sterilizasiya aparatı ilə dezinfeksiya edilməlidir. 7.7. Müəssisədə iş prosesində əmələ gələn tullantılar ağzı kip bağlanan, qoxu yaymayan və su keçirməyən paketlərdə tullantılar üçün ayrılmış qablara toplanmalıdır. Digər maddələrin saxlanıldığı qablardan fərqlənməsi üçün tullantı qabları işarələnməlidir. 7.8. Müəssisənin yaxınlığında tullantıların toplanması üçün qapaqlı konteynerlər və həmin konteynerlərin yerləşdirilməsi üçün sahə ayrılmalıdır. Tullantı qablarının 2/3 hissəsi dolduğu zaman tullantılar üçün ayrılmış konteynerlərə boşaldılmalı və hər iş gününün sonunda həmin qablar tullantılardan təmizlənməli və dezinfeksiya edilməlidir. Konteynerlər üçün ayrılmış sahələr müəssisədən kənarda yerləşdirilməli və təmiz saxlanılmalıdır. İş prosesində əmələ gələn və kənarlaşdırılan tullantıların zərərsizləşdirilməsi “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq təmin olunmalıdır. 7.9. Müəssisədə ilkin tibbi yardım dəsti olmalıdır. 7.10. İş alətlərini - bıçaqları, qarmaqları və itiləyici çarxları paslanmayan materialdan (polad və ya düralümindən) hazırlanmış örtüklərdə (çexollarda) saxlanılmalıdır. Dəri örtüklərinin və bənzər materiallardan olan örtüklərin istifadəsi qadağandır. 7.11. Dezinfeksiya üçün vasitələr, yuyucu və təmizləyici məhsullar, habelə zərərvericilərlə mübarizədə istifadə olunan kimyəvi vasitələr ət və ət məhsullarının saxlandığı bölmələrdən kənarda yerləşən ayrıca yerlərdə və ya dolablarda saxlanılmalıdır. 7.12. Ət və ət məhsulları fiziki (şüşə, metal, taxta qırıntıları və s.), kimyəvi (yuyucu və dezinfeksiyaedici maddələr, zərərvericilərlə mübarizədə istifadə edilən vasitələr və s.) və bioloji (mikroorqanizmlər, parazitlər və s.) çirkləndiricilərlə təmasda olmamalıdır. 7.13. Müəssisədə istifadə olunan su və digər axıntılar kanalizasiya sisteminə axıdılmazdan əvvəl filtr qurğularından keçirilməklə təmizlənməli və zərərsizləşdirilməlidir. 7.14. Müəssisədə xaricə açılan bütün pəncərələr həşəratların girişinə mane olan torlarla təchiz edilməlidir. 8. Müəssisədə işçilərin fərdi sanitariya normaları və qaydalarına dair tələblər 8.1. Müəssisədə çalışan işçilərin sanitar geyimi (saç toru və ya örtüyü, xalat, önlük, əlcək) olmalı və bu geyimdən yalnız müəssisə daxilində istifadə olunmalıdır. 8.2. Müəssisədə işçilər tərəfindən şəxsi sanitariya normalarına riayət edilməli, o cümlədən sanitar geyimlər təmiz saxlanmalı və sahibkarlar tərəfindən geyimlərin yuyulması və təmizlənməsi üçün şərait yaradılmalıdır. 8.3. Müəssisədən işçilərin sanitar geyimdə və iş ayaqqabıları ilə kənara çıxması yolverilməzdir. Müəssisənin qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada ilkin və dövri tibbi müayinələrdən keçirilməli, habelə gigiyenik təlimlərə cəlb olunmalıdırlar.[9] İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) 2. 20 sentyabr 2023-cü il tarixli 37 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202309200037, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 oktyabr 2023-cü il) QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI https://e-qanun.az/framework/46825# edn9 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/55315 [1] Dövlət fitosanitar müfəttişləri nümunə götürmə tam başa çatmayana qədər bu materialı yükün üzərinə qaytarmır. [1] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”ın 10-cu hissəsinin adında “Ərzaq” sözü “Qida” sözü ilə əvəz edilmişdir. [2] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Baytarlıq apteklərinin təşkilinə və fəaliyyətinə dair tələblər”in 2.0.3-cü yarımbənddən “yem və yem əlavələri,”, “yem məqsədilə işlədilən kənd təsərrüfatı və sənaye tullantıları,” sözləri çıxarılmışdır. [3] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə 6.11-ci bənddə birinci cümlədə “yemlərlə” sözü “yem məhsulları ilə” sözləri ilə, ikinci cümlədə “yemlər” sözü “yem məhsulları” sözləri ilə əvəz edilmişdir. [4] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nın 2.0.6-cı yarımbənddə “ət və” sözləri çıxarılmışdır. [5] 20 sentyabr 2023-cü il tarixli 37 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202309200037, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 oktyabr 2023-cü il) ilə “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nın 2.0.8-ci yarımbənddə və 7.8-ci bənddə “İstehsalat və məişət tullantıları” sözləri “Tullantılar” sözü ilə əvəz edilmişdir. https://e-qanun.az/framework/46825# ftnref1 https://e-qanun.az/framework/46825# ednref1 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref2 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref3 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref4 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref5 https://e-qanun.az/framework/55315 [6] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nın 6.3-cü və 6.15-ci bəndlərdə “qeyri-ərzaq” sözləri “qeyri-qida” sözləri ilə əvəz edilmişdir. [7] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nın 6.11-ci bənd yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 6.11. Müəssisədə qida təhlükəsizliyi tələblərinə cavab verməyən və yararlılıq müddəti bitmiş ət və ət məhsullarının satışına yol verilmir. [8] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nın 6.12-ci bənddə “istehsalı və son istifadə tarixi və ya yararlılıq müddəti” sözləri “qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, saxlanma şəraiti, tərkibindəki allergenlər, mənşəyi, istehsalçının adı və ünvanı, istehsal üsulu və istifadə qaydaları barədə dolğun məlumatlar” sözləri ilə əvəz edilmişdir. [9] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nın 8.3-cü bənddə ikinci cümlə yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: Müəssisə işçilərinin tibbi müayinədən keçməsi və sağlamlığına dair sənədi olmalı və onlar azı ildə bir dəfə dövri tibbi müayinədən keçməlidirlər. [10] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nın 2.0.9-cu yarımbənd yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 2.0.9. Heyvan mənşəli qida məhsulu - insanların qidalanması üçün yararlı olan ət (heyvan və quş əti), balıq və balıq kürüsü, molyuska, xərçəngkimilər və digər suda yaşayan onurğasızlar (dəniz məhsulları) və sub məhsullar (heyvan və quş kəsimi zamanı əldə edilən və istehlak üçün yararlı olan qida məhsulları (dil, böyrəklər, beyin, ürək, qaraciyər, ağciyər, işgənbə, kitabça, dalaq, diafraqma, ətraflar, quyruq, yelin, pətənək və s.)); https://e-qanun.az/framework/46825# ednref6 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref7 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref8 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref9 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref10 https://e-qanun.az/framework/54618 [11] 20 sentyabr 2023-cü il tarixli 37 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202309200037, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 oktyabr 2023-cü il) ilə “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nın 2.0.10 cu yarımbənddə və 6.19-cu bənddə “İstehsalat və məişət tullantıları” sözləri “Tullantılar” sözü ilə əvəz edilmişdir. [12] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nın 2.0.12-ci yarımbənddə “çirkləndiricilərin” sözü “çirkləndirici maddələrin” sözləri ilə əvəz edilmişdir, “, elmi cəhətdən əsaslandırılmış və normalaşdırılmış” sözləri çıxarılmışdır. [13] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nın 2.0.19-cu yarımbənddə “qanunvericiliyin tələblərinə” sözləri “mövcud olan tələblərə” sözləri ilə, “nəzərdə tutulmuş təyinatından başqa digər bir təyinat üçün istifadə etmək məqsədilə texnoloji emalı” sözləri “ilkin nəzərdə tutulmuş təyinatından başqa bir təyinat üçün istifadə etmək məqsədilə texnoloji emalı, yaxud digər məqsədlərlə istifadəsi” sözləri ilə əvəz edilmişdir. [14] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nın 2.0.21-ci yarımbənd yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 2.0.21. Qida təhlükəsizliyi - qida məhsullarının qida təhlükəsizliyi göstəricilərinə riayət edilməklə ilkin istehsalı, emalı, dövriyyəsi və utilizasiyası mərhələlərində, habelə qida məhsullarının istehlakı zamanı insanların həyat və sağlamlığına zərər vurulması ilə bağlı təhlükənin olmaması; [15] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 1.1-ci bənddə “tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları)” sözləri “istehsalı, emalı, dövriyyəsi” sözləri ilə əvəz edilmişdir. [16] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 1.4-cü bənddə “məhsulları sahəsində fəaliyyət göstərən subyektlər” sözləri “zənciri subyektləri” sözləri ilə əvəz edilmişdir. https://e-qanun.az/framework/46825# ednref11 https://e-qanun.az/framework/55315 https://e-qanun.az/framework/46825# ednref12 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref13 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref14 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref15 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref16 https://e-qanun.az/framework/54618 [17] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2.0.4-cü, 2.0.5-ci, 2.0.8-2.0.12-ci, 2.0.22-ci yarımbəndlər yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 2.0.4. uşaq qida məhsulları - uşaq orqanizminin fizioloji xüsusiyyətlərinə uyğunlaşdırılmış xüsusi qida məhsulları; 2.0.5. pəhriz qida məhsulları - profilaktiki və müalicəvi məqsədlər üçün istifadə edilən xüsusi qida məhsulları; 2.0.8. ərzaq xammalı - bitki, heyvan, mikrobioloji və mineral mənşəli məhsullar, habelə qida məhsullarının istehsalında istifadə edilən sular; 2.0.9. ilkin istehsal - məhsulun yığılması, südün sağılması, həmçinin heyvanların kəsiminə qədər heyvan mənşəli məhsulların əldə edilməsi də daxil olmaqla ilkin istehsal məhsullarının istehsalı, becərilməsi, çeşidlənməsi, habelə çöl heyvanlarının, balıqların və dəniz məhsullarının ovlanması və yabanı bitki məhsullarının yığılması; 2.0.10. ilkin istehsal məhsulları - ilkin istehsaldan, o cümlədən torpaqdan və diri heyvandan alınan qida və yem məhsulları, o cümlədən balıq və balıq kürüsü, dəniz məhsulları, bal, ovlanmış çöl heyvanları və yığılmış yabanı bitki məhsulları; 2.0.11. qida məhsulları sahəsində fəaliyyət - qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi ilə bağlı həyata keçirilən fəaliyyət; 2.0.12. qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlər (bundan sonra – qida subyektləri) - qida zəncirinin bütün mərhələlərində fəaliyyəti həyata keçirən təsərrüfat subyektləri, həmçinin dövlət orqanları (qurumları), bələdiyyələr; 2.0.22. Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP- Hazard analysis and critical control points) - qida təhlükəsizliyinin idarə edilməsi üçün mühüm əhəmiyyət kəsb edən təhlükə amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət olunması sistemi. [18] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2.0.13-cü yarımbənddə “qida məhsulları sahəsində fəaliyyətin obyekti” sözləri “qida zənciri obyekti”, “qida məhsulları sahəsində” sözləri “qida zəncirində” sözləri ilə əvəz edilmişdir. [19] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 4.1-ci bənddə “fəal” sözü “aktiv” sözü ilə əvəz edilmişdir. [20] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ına yeni məzmunda 4.5-ci bənd əlavə edilmişdir. https://e-qanun.az/framework/46825# ednref17 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref18 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref19 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref20 https://e-qanun.az/framework/54618 [21] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 1 nömrəli əlavə - “İlkin istehsal və əlaqəli fəaliyyətlərlə bağlı gigiyena tələbləri”nin 2.2.10-cu yarımbənddə “sağlam olmasını və sağlamlıq riskləri ilə bağlı təlimlərdə iştirakını təmin etməli” sözləri “ilkin və dövri tibbi müayinədən keçməsini, habelə onlara gigiyenik təlimlərə cəlb olunmasını təmin etməli” sözləri ilə əvəz olunmuşdur. [22] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 1 nömrəli əlavə - “İlkin istehsal və əlaqəli fəaliyyətlərlə bağlı gigiyena tələbləri”nin 3.2-ci bəndində “ərzaq” sözü “qida” sözü ilə əvəz olunmuşdur. [23] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2 nömrəli əlavə - Qida obyektlərinə dair gigiyena tələblərinin 1.4-cü bəndin birinci cümləsində “və” sözü çıxarılmışdır. [24] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2 nömrəli əlavə - Qida obyektlərinə dair gigiyena tələblərinin 2.0.1-ci yarımbəndin ikinci cümləsindən “tətbiqinə icazə verilən (müvafiq təsdiqedici sənədlə - sertifikatla müşayiət olunmalıdır)” sözləri, dördüncü cümləsindən “və müvafiq təsdiqedici sənədlə - sertifikatla müşayiət olunan” sözləri çıxarılmışdır. [25] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2 nömrəli əlavə - Qida obyektlərinə dair gigiyena tələblərinin 3.3-cü bənd yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 3.3. Qida obyektlərində uyğunluq sertifikatları ilə təmin edilmiş avadanlıqlardan istifadə edilməlidir. [26] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2 nömrəli əlavə - Qida obyektlərinə dair gigiyena tələblərinin 4-cü hissənin adında “Qida obyektlərində istifadə olunan səyyar” sözləri “Səyyar” sözü ilə əvəz olunmuşdur. [27] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi https://e-qanun.az/framework/46825# ednref21 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref22 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref23 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref24 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref25 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref26 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref27 https://e-qanun.az/framework/54618 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2 nömrəli əlavə - Qida obyektlərinə dair gigiyena tələblərinin 4.5-ci bənddə “(müvafiq sənədlə - sertifikatla müşayiət olunmalıdır)” sözləri çıxarılmışdır. [28] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2 nömrəli əlavə - Qida obyektlərinə dair gigiyena tələblərinin 5.1-ci bənddə “ərzaq” sözü “qida” sözü ilə əvəz edilmişdir. [29] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2 nömrəli əlavə - Qida obyektlərinə dair gigiyena tələblərinin 7.2-ci bənd yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 7.2. İstehlakçıların aldadılması, o cümlədən eyni xassəli oxşar qida məhsullarının xüsusi xassələrə malik olması haqqında yanlış məlumat verməklə istehlakçıların aldadılması qadağandır. [30] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2 nömrəli əlavə - Qida obyektlərinə dair gigiyena tələblərinin 7.5-ci bəndin birinci cümləsində “müvafiq qaydada uyğunluq sertifikatları ilə təmin edilməli” sözləri “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verməli” sözləri ilə əvəz edilmişdir. [31] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2 nömrəli əlavə - Qida obyektlərinə dair gigiyena tələblərinin 7.8-ci bənddə, 7.8.1-ci yarımbənddə “pəhriz” sözü “tibbi məqsədlər üçün hazırlanan” sözləri ilə əvəz edilmişdir. [32] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2 nömrəli əlavə - Qida obyektlərinə dair gigiyena tələblərinin 7.8.2-ci yarımbəndin 3-cü abzasında “pəhriz qidalarında” sözü “tibbi məqsədlər üçün hazırlanan qida məhsullarında” sözləri ilə, 5-ci abzasında “saxlama” sözü “yararlılıq” sözü ilə əvəz edilmişdir. [33] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida https://e-qanun.az/framework/46825# ednref28 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref29 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref30 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref31 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref32 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref33 https://e-qanun.az/framework/54618 məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2 nömrəli əlavə - Qida obyektlərinə dair gigiyena tələblərinin 9.1-ci bənddə “ərzaq” sözü “qida” sözü ilə əvəz edilmişdir. [34] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2 nömrəli əlavə - Qida obyektlərinə dair gigiyena tələblərinin 10.1-ci bənddə “(qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi)” sözləri “(qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı və dövriyyəsi)” sözləri ilə əvəz edilmişdir. [35] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”nın 1.1-ci bənddə “qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin” sözləri “qida zənciri subyektlərinin” sözləri ilə əvəz edilmişdir. [36] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”nın 2.0.5-ci yarımbənd yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 2.0.5. partiya - eyni zaman kəsiyində, eyni şərtlər altında, eyni yerdə istehsal edilən, emal olunan, texnoloji proses nəticəsində əldə edilən identifikasiya olunmuş məhsul qrupu; [37] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”nın 2.0.6-cı yarımbənddə “çirkləndiricilərin” sözü “çirkləndirici maddələrin” sözləri ilə əvəz edilmişdir, “, elmi cəhətdən əsaslandırılmış və normalaşdırılmış” sözləri çıxarılmışdır. [38] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”nın 2.0.7-2.0.9-cu və 2.0.16-cı yarımbəndlər yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 2.0.7. qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlər (bundan sonra – qida subyektləri) - qida zəncirinin bütün mərhələlərində fəaliyyəti həyata keçirən təsərrüfat subyektləri, həmçinin dövlət orqanları (qurumları), bələdiyyələr; 2.0.8. uşaq qida məhsulları - uşaq orqanizminin fizioloji xüsusiyyətlərinə uyğunlaşdırılmış xüsusi qida məhsulları; 2.0.9. pəhriz qidaları - profilaktiki və müalicəvi məqsədlər üçün istifadə edilən xüsusi qida məhsulları; https://e-qanun.az/framework/46825# ednref34 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref35 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref36 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref37 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref38 https://e-qanun.az/framework/54618 2.0.16. Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP- Hazard analysis and critical control points) - qida təhlükəsizliyinin idarə edilməsi üçün mühüm əhəmiyyət kəsb edən təhlükə amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət olunması sistemi. [39] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”nın 5.5-ci bənddə “pəhriz qidaları” sözləri “tibbi məqsədlər üçün hazırlanan qida məhsulları” sözləri ilə əvəz edilmişdir. [40] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”na 1 nömrəli əlavə Qida məhsullarının təhlükəsizlik göstəricilərinin 1.14.9-cu yarımbəndində “Bioloji fəallığa malik qida əlavələri (BFMQƏ)” sözləri “Bioloji aktiv qida məhsulları (BAQM)” sözləri ilə əvəz edilmişdir. [41] 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il) ilə “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”na 2 nömrəli əlavə İstehsal gigiyenası göstəricilərinin 2.2.9-cu yarımbəndində və “Müayinə nəticələrinin dəyərləndirilməsi” hissəsində üçüncü və onuncu abzaslarında “pəhriz qidaları” sözləri “tibbi məqsədlər üçün hazırlanan qida məhsulları” sözləri ilə əvəz edilmişdir. https://e-qanun.az/framework/46825# ednref39 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref40 https://e-qanun.az/framework/54618 https://e-qanun.az/framework/46825# ednref41 https://e-qanun.az/framework/54618

Resolution No. 19 of the Food Safety Agency on veterinary and sanitary rules for the activities of meat sales establishments · Nelum