Skip to content
Nelum
Laws of Azerbaijan

Resolution No. 18 of the Board of the Food Safety Agency on approving the Regulations of the Food Chain Control Department of the Office of the Food Safety Agency

Made 2020-08-06 · Text as of 2026-10-01

Public law and official guidance, published as research. Not legal, tax or financial advice.

About this law

Original title
“Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparatının Qida zəncirinə nəzarət şöbəsinin Əsasnaməsi” təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qararı № 18.
Language
Azerbaijani
Kind
Regulation
Country
Azerbaijan
Subjects
Livestock, Food and nutrition, Cultivated plants
Keywords
animal feed/feedstuffs, animal health, consumer protection, agricultural commodities, enforcement/compliance, food safety and quality, hygiene/sanitary procedures, inspection, institution, internal trade, monitoring, governance, plant protection
Categories
agriculture

Where to read it

Text

The law's own text, section by section, as held. Each section has its own link.

  1. AZƏRBAYCAN RESPUBLİKASI QİDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİNİN KOLLEGİYASININ QƏRARI № 18 Bakı şəhəri “06” avqust 2020-ci il Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparatının struktur bölmələrinin Əsasnamələrinin və strukturuna daxil olan regional bölmələrinin Nümunəvi Əsasnaməsinin təsdiq edilməsi barədə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 20-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 5.5.3-cü və 5.11.5-ci yarımbəndlərini və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” 6 noyabr 2018-ci il tarixli 652 nömrəli Sərəncamını rəhbər tutaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası QƏRARA ALIR: 1. “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparatının Qida təhlükəsizliyi şöbəsinin Əsasnaməsi” təsdiq olunsun (əlavə olunur). 2. “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparatının Qida zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsinin Əsasnaməsi” təsdiq olunsun (əlavə olunur).[1] 3. “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparatının Qeydiyyat və reyestrlərin aparılması şöbəsinin Əsasnaməsi” təsdiq olunsun (əlavə olunur).[2] 4. “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparatının Maliyyə və təminat şöbəsinin Əsasnaməsi” təsdiq olunsun (əlavə olunur). 5. “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparatının Beynəlxalq əlaqələr və protokol şöbəsinin Əsasnaməsi” təsdiq olunsun (əlavə olunur). https://e-qanun.az/framework/45717# edn1 https://e-qanun.az/framework/45717# edn2 6. “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparatının Hüquq, kadr və icraya nəzarət şöbəsinin Əsasnaməsi” təsdiq olunsun (əlavə olunur). 7. “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparatının İnformasiya təminatı və innovativ həllər şöbəsinin Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur). 8. “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparatının Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).[3] 9. “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparatının Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur). 10. “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparatının Daxili nəzarət sektorunun Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur). 11. “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparatının Strateji təhlil və planlaşdırma sektorunun Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur). 12. “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparatının Satınalmalar sektorunun Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur). 13. “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrinin nümunəvi Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur). 14. Hüquq, kadr və icraya nəzarət şöbəsinə (İbrahim Babayev) tapşırılsın: 14.1. Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin; 14.2. Bu Qərardan irəli gələn digər məsələləri həll etsin. 15. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 27 aprel 2019-cu il tarixli 05 nömrəli Qərarının 3-cü bəndi ləğv edilsin. 16. Kollegiyanın məsul katibi Asif Əbdüləzimov bu Qərarın surətinin aidiyyəti üzrə göndərilməsini təmin etsin. 17. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram. https://e-qanun.az/framework/45717# edn3 Əsas: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 6 avqust 2020-ci il tarixli iclasının protokolu. Kollegiyanın sədri Qoşqar Təhməzli Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 6 avqust 2020-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilib. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qida zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsinin[15] ƏSASNAMƏSİ 1. Ümumi müddəalar 1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə uyğun hazırlanmışdır və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra ismin müvafiq hallarında – Agentlik) Aparatının Qida zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsinin (bundan sonra ismin müvafiq hallarında – Şöbə) əsas fəaliyyət istiqamətlərini, vəzifə və funksiyalarını, hüquqlarını, fəaliyyətinin təşkili qaydalarını müəyyən edir. 1.2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununu və digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”ni, digər normativ hüquqi aktları, Agentliyin Kollegiya qərarlarını, Agentliyin sədrinin (bundan sonra ismin müvafiq hallarında – Sədr) qərarlarını, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur. https://e-qanun.az/framework/45717# edn15 1.3. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Agentlik Aparatının struktur bölmələri, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların, təsisçisi olduğu, səhmlərinin saxlanılması və ya idarə olunması Agentliyə həvalə edilmiş hüquqi şəxslər, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. 2. Şöbənin fəaliyyət istiqamətləri 2.0. Şöbə aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir: 2.0.1. qida və yem məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi (idxal və ixrac əməliyyatları istisna olmaqla), utilizasiyası və məhv edilməsi də daxil olmaqla qida zəncirinin müvafiq mərhələlərində qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə dövlət nəzarəti tədbirlərini regional bölmələr vasitəsilə həyata keçirir;[16] 2.0.2. fitosanitar nəzarətində olan yüklərin idxalı zamanı həmin yüklərə idxal karantin icazəsinin verilməsini təşkil edir və idxal nəzarətini regional bölmələr vasitəsilə həyata keçirir;[17] 2.0.3. qida və yem məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə riayət edilməsinə regional bölmələr vasitəsilə dövlət nəzarətini həyata keçirir;[18] 2.0.3-1. qida və yem məhsullarının istehlakçılarının hüquqlarının müdafiəsi ilə bağlı dövlət siyasətinin müəyyən edilməsində iştirak edir;[19] 2.0.4. ölkəyə idxal olunan yeyinti məhsullarının istehsalçılarının qida təhlükəsizliyi baxımından qeydiyyata alınması və qeydiyyata alınmasından imtina edilməsi barədə qərar verir; 2.0.5. qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatlarının verilməsini təşkil edir; 2.0.6. fəaliyyət istiqaməti üzrə Agentliyin regional bölmələrinin işinin təşkilini və fəaliyyətlərinin əlaqələndirilməsini həyata keçirir və onların bu sahədə fəaliyyətinə nəzarət edir.[20] 2.0.7. qida təhlükəsizliyi üzrə sahənin inkişafının təmin edilməsində və qida təhlükəsizliyi sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir; 2.0.8. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. 3. Şöbənin vəzifələri https://e-qanun.az/framework/45717# edn16 https://e-qanun.az/framework/45717# edn17 https://e-qanun.az/framework/45717# edn18 https://e-qanun.az/framework/45717# edn19 https://e-qanun.az/framework/45717# edn20 3.0. Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 3.0.1. fəaliyyət istiqamətləri üzrə normativ hüquqi aktların, təşkilati-sərəncamverici sənədlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək, digər dövlət orqanları tərəfindən hazırlanmış qanunvericilik aktlarının layihələrinə rəy və təkliflər vermək; 3.0.2. qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti sahəsində mövcud vəziyyəti təhlil etmək, dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi barədə təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək; 3.0.3. aidiyyəti dövlət qurumlarının qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti ilə bağlı fəaliyyətinin əlaqələndirilməsində iştirak etmək; 3.0.4. fəaliyyət istiqamətləri üzrə xarici dövlətlərin qabaqcıl təcrübəsini öyrənmək və aidiyyəti üzrə Agentliyin rəhbərliyinə təkliflər vermək; 3.0.5. Dövlət Proqramlarında, Strateji Yol Xəritələrində, Strateji Planlarda və Fəaliyyət Planlarında şöbənin fəaliyyət istiqamətləri üzrə qeyd olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək; 3.0.6. Agentlik rəhbərliyinin müvafiq göstərişinə və iş planına uyğun olaraq kollegiyanın müzakirəsinə təqdim ediləcək məsələlərin hazırlanmasını təşkil etmək; 3.0.7. aidiyyəti struktur bölmələri ilə birlikdə qanunla müəyyən edilmiş hallarda və qaydada qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti obyektlərində aparılacaq yoxlamalara dair illik planlar hazırlamaq, illik planlara uyğun olaraq planlı və ya plandan kənar yoxlamaları və digər dövlət nəzarəti tədbirlərini təşkil etmək və regional bölmələr vasitəsilə həyata keçirmək; 3.0.8. aparılmış yoxlamalar zamanı aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və (və ya) məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar hazırlamaq, rəhbərliyə təqdim etmək və qəbul edilmiş qərarların icrasına regional bölmələr vasitəsilə nəzarət etmək; 3.0.8-1. Agentliyin fəaliyyəti üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarların icrasına nəzarət etmək, regional bölmələr tərəfindən həyata keçirilmiş yoxlamaların ekspertizasını aparmaq, tərtib edilmiş sənədləri, o cümlədən regional bölmələr tərəfindən təqdim edilmiş hesabatları təhlil etmək və nəticələri barədə rəhbərliyə arayış təqdim etmək;[21] 3.0.8-2. qida və yem məhsullarının istehlakçılarının hüquqları ilə bağlı dövlət siyasətinin müəyyən edilməsində iştirak etmək, istehlakçılardan daxil olmuş şikayətlərin regional bölmələr tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada baxılmasına nəzarəti həyata keçirmək; 3.0.8-3. ixrac edilməsi nəzərdə tutulan qida və yem məhsullarının, baytarlıq və fitosanitar nəzarətində olan yüklərin ilkin istehsal, istehsal və ya emalını həyata keçirən obyektlərin ixrac olunacaq ölkənin tələbi nəzərə alınmaqla qiymətləndirilməsini regional bölmələr vasitəsilə həyata keçirmək və nəticələri barədə sənədləri müvafiq tədbirlərin görülməsi üçün Agentliyin aidiyyəti struktur bölmələrinə təqdim etmək; 3.0.8-4. həyat və sağlamlığa təhlükə ehtimalı müəyyən olunduqda, lakin elmi qeyri müəyyənlik davam etdikdə, daha ətraflı risk qiymətləndirilməsinin aparılması üçün əlavə elmi məlumatların əldə edilməsinə qədər Agentlik tərəfindən həyat və sağlamlığın qorunması https://e-qanun.az/framework/45717# edn21 məqsədilə risklərin idarə edilməsi üzrə qeyri-müəyyən subyektlər dairəsinə münasibətdə müvəqqəti tədbirlərin tətbiqi ilə bağlı təkliflər vermək; 3.0.8-5. qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestrinə fəaliyyət istiqaməti üzrə müəyyən etdiyi təhlükəli qida və yem məhsulları barədə məlumatların daxil edilməsi ilə bağlı tədbirlər görmək;[22] 3.0.9. fəaliyyət istiqamətləri üzrə inzibati xətalar haqqında işlərə baxılması ilə bağlı hərəkətləri həyata keçirmək; 3.0.10. aidiyyəti qurumlara müraciətlər hazırlamaq, sənədlərin toplanmasını və göndərilməsini təmin etmək; 3.0.11. qida və yem məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyə, o cümlədən müvafiq sahədə ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarına riayət olunmasına dövlət nəzarətini təşkil etmək, qanun pozuntularının qarşısının alınması və pozuntuya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə regional bölmələr vasitəsilə tədbirlər görmək;[23] 3.0.11-1. ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti regional bölmələr vasitəsilə həyata keçirmək; 3.0.11-2. qida zənciri subyektləri tərəfindən qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı HACCP-a əsaslanan daxili nəzarət sistemlərinin tətbiqi vəziyyətinin regional bölmələr vasitəsilə yoxlamaq, məhsulların izlənilməsi ilə bağlı sənədləri, habelə malik olduğu izləmə sistemi və prosedurları haqqında məlumatları qida zənciri subyektlərindən tələb etmək; 3.0.11-3. sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi və sahibkarların rəqabət qabiliyyətinin artırılması istiqamətində texniki və metodiki dəstək tədbirləri təşkil etmək;[24] 3.0.12. təhlükəli və kütləvi zəhərlənməyə (xəstəliklərə) səbəb olmuş, habelə bu cür hallara səbəb ola biləcəyinə əsaslı sübutlar olan, ölkədə istehsal edilən və ya satışı həyata keçirilən qida məhsullarının dövriyyədən çıxarılması və qida təhlükəsizliyi baxımından yaranmış fövqəladə vəziyyətin aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər görmək;[25] 3.0.13. gömrük orqanları ilə birlikdə dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilmiş yüklər (mallar, məhsullar) üzərində baytarlıq, fitosanitar və qida təhlükəsizliyi nəzarətini regional bölmələr vasitəsilə həyata keçirmək, həmçinin regional bölmələr tərəfindən bu fəaliyyətin həyata keçirilməsinə nəzarət etmək; 3.0.14. qida zəncirinin müvafiq mərhələlərində qida təhlükəsizliyi təminatının gücləndirilməsi məqsədi ilə qida məhsullarının izlənilməsi və geri götürülməsi sisteminin aidiyyəti dövlət orqanları ilə birlikdə hazırlanmasında iştirak etmək və tətbiqi ilə bağlı tədbirlər görmək;[26] 3.0.15. fəaliyyət istiqamətləri üzrə aparılan araşdırmalar, monitorinqlər, yoxlamalar, ekspertizalar və onların nəticələri ilə bağlı görülən işlərə dair məlumatları təhlil etmək və vahid informasiya bankı yaratmaq; https://e-qanun.az/framework/45717# edn22 https://e-qanun.az/framework/45717# edn23 https://e-qanun.az/framework/45717# edn24 https://e-qanun.az/framework/45717# edn25 https://e-qanun.az/framework/45717# edn26 3.0.16. bioloji fəallığa malik qida əlavələrinin idxalı, ixracı, istehsalı, satışı və dövriyyəsinin təmin edilməsi məqsədilə onların ekspertiza sənədlərinə əsasən müvafiq sertifikatın verilməsi üçün rəy vermək; 3.0.17. heyvan, heyvandarlıq məhsulları və xammal sahibləri tərəfindən Azərbaycan Respublikasının baytarlıq qanunvericiliyinə əməl edilməsinə nəzarət etmək və nəzarətin həyata keçirilməsini təşkil etmək; 3.0.18. heyvan kəsiminin baytarlıq qanunvericiliyinin tələblərinə uyğun həyata keçirilməsinə nəzarəti təşkil etmək və qanunsuz heyvan kəsiminin qarşısının alınması ilə bağlı səmərəli mübarizə üsullarını araşdırmaq; 3.0.19. beynəlxalq ticarətdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OİE) və digər beynəlxalq təşkilatların tələblərinə uyğun öhdəliklərə və qaydalara əməl edilməsi üçün tədbirlərin görülməsi ilə bağlı təkliflər vermək və təşkilini həyata keçirmək; 3.0.20. dövlət büdcəsi və qanunla qadağan edilməyən digər mənbələr hesabına alınmış baytarlıq və fitosanitar preparatlarının saxlanmasına, daşınmasına, dövriyyəsinə, istifadəsinə və keyfiyyətinə nəzarətin həyata keçirilməsini təşkil etmək; 3.0.21. Agentliyin regional bölmələrinin fəaliyyət istiqaməti üzrə iş proqramlarını tərtib etmək, aidiyyəti siyasət şöbələri tərəfindən hazırlanmış monitorinq planlarının icrasını təmin etmək;[27] 3.0.22. Agentliyin fəaliyyət istiqaməti üzrə regional bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, mütərəqqi və müasir iş proseslərinin tətbiqi üzrə Agentliyin rəhbərliyinə təkliflər vermək; 3.0.23. regionlarda Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək və fəaliyyət istiqamətləri üzrə Agentliyin regional bölmələri tərəfindən işlərin görülməsini təşkil etmək; 3.0.24. fəaliyyət istiqamətləri üzrə Agentliyin regional bölmələri tərəfindən görülən işlər və tapşırıqların icrası vəziyyəti barədə hesabatlar almaq; 3.0.25. Agentliyin regional bölmələrinin fəaliyyətinin əlaqələndirilməsini təşkil etmək və iş prosesində ortaya çıxan problemlərin və çatışmazlıqlarının araşdırılması və onların aradan qaldırılması ilə bağlı təkliflər hazırlamaq; 3.0.26. Agentliyin regional bölmələrinin fəaliyyətində baş vermiş nöqsanların araşdırılması və aradan qaldırılması ilə bağlı tədbirlər görmək; 3.0.27. Agentliyin regional bölmələrində fəaliyyət göstərən əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması, təlimlərə cəlb edilməsinin zəruriliyi haqqında təkliflər hazırlamaq və bu təlimlərin təşkilində iştirak etmək;[28] 3.0.28. Agentliyin fəaliyyət istiqaməti üzrə regional bölmələrinin fəaliyyətinin əlçatanlıq, şəffaflıq, nəzakətlilik, rahatlıq və məsuliyyət prinsipləri əsasında və qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməsinə nəzarət etmək; 3.0.29. Agentliyin fəaliyyət istiqaməti üzrə regional bölmələrinin fəaliyyətinə dair aparılmış qiymətləndirmənin nəticələri barədə ümumiləşdirmə aparmaq, hesabatlar hazırlamaq və təkliflər vermək;[29] 3.0.30. Şöbənin iş planını, fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq; 3.0.31. rəhbərlik tərəfindən şöbəyə tapşırılmış vəzifələri yerinə yetirmək; https://e-qanun.az/framework/45717# edn27 https://e-qanun.az/framework/45717# edn28 https://e-qanun.az/framework/45717# edn29 3.0.32. Şöbəyə daxil olan ərizə, şikayət (o cümlədən Agentliyin regional bölmələrinin qəbul etdiyi inzibati aktlardan və ya inzibati tənbehvermə haqqında qərarlardan verilmiş şikayətlərə) və təkliflərə baxmaq və müəyyən edilmiş qaydada tədbirlər görmək (qərarlar qəbul etmək);[30] 3.0.33. Şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək; 3.0.34. qida təhlükəsizliyi sahəsində dövlət siyasətinin istiqamət və prinsiplərinin müəyyən edilməsi ilə bağlı təkliflər vermək; 3.0.35. ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin, habelə idxal olunan yeyinti məhsullarının istehsalçılarının qida təhlükəsizliyi baxımından qeydiyyata alınması və qeydiyyata alınmasından imtina edilməsi barədə qərar vermək; 3.0.36. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 4. Şöbənin hüquqları 4.0 Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir: 4.0.1. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə, Agentliyin Aparatının struktur bölmələrinə, strukturuna daxil olan qurumlara və strukturuna daxil olmayan tabeliyindəki qurumlara məlumatlar (sənədlər) barədə sorğular ünvanlamaq və onlardan belə məlumatları (sənədləri) almaq; 4.0.2. Şöbənin fəaliyyət istiqamətləri üzrə təhlillər və araşdırmalar aparmaq, analitik materiallar hazırlamaq, rəy və təkliflər vermək; 4.0.3. fəaliyyət istiqamətləri üzrə normativ hüquqi aktların, təşkilati-sərəncamverici sənədlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək, digər dövlət orqanları tərəfindən hazırlanmış qanunvericilik aktlarının layihələrinə rəy və təkliflər vermək; 4.0.4. şöbənin fəaliyyət istiqamətləri üzrə xarici dövlətlərin təcrübəsini öyrənmək, xarici dövlətlərin aidiyyəti orqanları ilə əməkdaşlığın keçirilməsi üçün təkliflər vermək; 4.0.5. fəaliyyət istiqamətləri üzrə dövlət nəzarətini həyata keçirmək məqsədi ilə tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərin ilkin istehsal, istehsal, emal, dövriyyə, məhv edilmə və utilizasiya üçün nəzərdə tutulmuş müvafiq sahələrinə daxil olmaq,, nəzarət sahəsinə aid məlumat və sənədləri almaq, satılan və ya satılması nəzərdə tutulan qida və yem məhsullarının müayinəsini həyata keçirmək;[31] 4.0.6. fəaliyyət istiqamətləri üzrə nəzarət tədbirinin həyata keçirilməsi üçün mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri texniki vasitələrdən və avadanlıqlardan istifadə etmək; 4.0.7. fəaliyyət istiqamətlərinə uyğun olaraq regional bölmələrin işinə nəzarəti həyata keçirmək; 4.0.8. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi məqsədilə yazılı və ya şifahi sorğuya əsasən regional bölmələrdən və tabeli qurumlardan müəyyən edilmiş formada, müddətdə və dövrlər üzrə məlumatlar, sənədlər, arayışlar, hesabatlar almaq; 4.0.9. Agentlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Agentliyi təmsil etmək, onların işində iştirak etmək; https://e-qanun.az/framework/45717# edn30 https://e-qanun.az/framework/45717# edn31 4.0.10. fəaliyyət istiqamətlərinə uyğun olaraq Şöbənin və regional bölmələrin əməkdaşlarının peşə hazırlığının və ixtisaslarının artırılması üçün təkliflər vermək; 4.0.11. Agentliyin, şöbənin, regional bölmələrin və tabeli qurumların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək; 4.0.12. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 5. Şöbənin fəaliyyətinin təşkili 5.1. Şöbənin strukturu və əməkdaşlarının sayı Sədr tərəfindən müəyyən və təsdiq edilir. Şöbə bilavasitə sədrə tabedir və onun qarşısında hesabat verir. Sədr tərəfindən səlahiyyət verilmiş şəxs istisna olmaqla, heç kəs şöbənin fəaliyyətinə müdaxilə edə bilməz. 5.2. Şöbənin fəaliyyətinə Sədr tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şəxs (bundan sonar ismin müvafiq hallarında - Şöbə müdiri) rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. 5.3. Şöbə müdirinin Sədr tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır. Şöbə müdirinin müavini şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada şöbə müdirinin müavini və ya Sədr tərəfindən təyin olunmuş digər şəxs həyata keçirir. 5.4. Şöbənin digər əməkdaşları Sədr tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. 5.5. Şöbə müdiri: 5.5.1. Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir; 5.5.2. tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir; 5.5.3. Şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir; 5.5.4. Şöbə üzrə Agentliyin Kollegiyasında müzakirə olunmalı məsələləri müəyyən edir və bu barədə təkliflərini Agentliyin rəhbərliyinə təqdim edir; 5.5.5. Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar verir; 5.5.6. Şöbənin vəzifələrini yerinə yetirmək üçün Agentliyin digər strukturlarından məlumat və sənədləri alır; 5.5.7. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir; 5.5.8. Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir; 5.5.9. Şöbəni təmsil edir. 5.6. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar.

Resolution No. 18 of the Board of the Food Safety Agency on approving the Regulations of the Food Chain Control Department of the Office of the Food Safety Agency · Nelum