Presidential Decree No. 846 on measures to improve aqueducts for drinking water in rural areas
Made 2001-12-21 · Text as of 2026-10-01
Public law and official guidance, published as research. Not legal, tax or financial advice.
About this law
- Original title
- Azərbaycan Respublikasında kənd içməli su kəmərlərinin istismarının yaxşılaşdırılması tədbirləri haqqında Azərbaycan Respublikasi Prezidentinin Sərəncami № 846.
- Language
- Azerbaijani
- Kind
- Regulation
- Country
- Azerbaijan
- Subjects
- Agricultural and rural development, Water
- Keywords
- business/industry/corporations, farming, institution, potable water, agricultural development, governance, water supply, waterworks
- Categories
- *
Where to read it
No source link is recorded for this law.
Text
The law's own text, section by section, as held. Each section has its own link.
Azərbaycan Respublikasında kənd içməli su kəmərlərinin istismarının yaxşılaşdırılması tədbirləri haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI Keçmiş "Azərkəndsutəchizat" Dövlət Konserninin və ləğv edilmiş kolxoz və sovxozların balansında olan kənd içməli su kəmərlərinin istismarının və kənd əhalisinin içməli suya olan tələbatının ödənilməsinin yaxşılaşdırılması məqsədi ilə qərara alıram: 1. Keçmiş "Azərkəndsutəchizat" Dövlət Konserninin, kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələrinin balansında olmuş, kənd içməli su kəmərləri və onların istismar xidmətinin maddi-texniki bazası Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin balansına verilsin. 2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, kənd içməli su kəmərləri və onların maddi-texniki bazasının Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinin balansına verilməsini təmin etsinlər. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV Bakı şəhəri, 21 dekabr 2001-ci il № 846