Skip to content
Nelum
Laws of Azerbaijan

Presidential Decree No. 59 on implementation of Article 5 of the Basel Convention

Made 2004-01-15 · Text as of 2026-10-01

Public law and official guidance, published as research. Not legal, tax or financial advice.

About this law

Original title
Birləşmiş Millətlər Təşkilatının Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyasından irəli gələn bəzi məsələlər barədə Azərbaycan Respublikasi Prezidentinin Sərəncami № 59.
Language
Azerbaijani
Kind
Regulation
Country
Azerbaijan
Subjects
Waste and hazardous substances
Keywords
transboundary movement of waste, hazardous waste, waste disposal, waste management, institution, international agreement-implementation, governance

Where to read it

    No source link is recorded for this law.

Text

The law's own text, section by section, as held. Each section has its own link.

  1. Birləşmiş Millətlər Təşkilatının "Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiya"sından irəli gələn bəzi məsələlər barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI Azərbaycan Respublikasının 2001-ci il 16 fevral tarixli Qanunu ilə Azərbaycan Respublikasının qoşulduğu Birləşmiş Millətlər Təşkilatının 1989-cu il martın 22-də Bazel şəhərində imzalanmış "Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiya"sının 5-ci maddəsinə uyğun olaraq qərara alıram: 1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatının "Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiya"sı üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqan təyin edilsin. 2. Birləşmiş Millətlər Təşkilatının "Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiya"sının 5-ci maddəsində nəzərdə tutulmuş mərkəz Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində Təhlükəli Tullantıların İdarə Olunması Agentliyi təyin edilsin. 3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, sərəncamın 1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiya"sı üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqan və 2-ci bəndinə müvafiq olaraq həmin Konvensiyanın 5-ci maddəsində nəzərdə tutulmuş mərkəz Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində Təhlükəli Tullantıların İdarə Olunması Agentliyinin təyin olunması barədə Birləşmiş Millətlər Təşkilatına müvafiq bildiriş göndərsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 15 yanvar 2004-cü il № 59

Presidential Decree No. 59 on implementation of Article 5 of the Basel Convention · Nelum