Skip to content
Nelum
Laws of Azerbaijan

Presidential Decree No. 531 on approval of the statute of state nature and biosphere reserves

Made 2001-07-04 · Text as of 2026-10-01

Public law and official guidance, published as research. Not legal, tax or financial advice.

About this law

Original title
“Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi Əsasnaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı № 531.
Language
Azerbaijani
Kind
Regulation
Country
Azerbaijan
Subjects
Environment, Wild species and ecosystems
Keywords
protected area, cultural heritage, education, research, biodiversity, ecosystem conservation, inspection, monitoring, risk assessment/management, capacity building, biosphere reserves, management/conservation, protection of environment, genetic resources

Where to read it

    No source link is recorded for this law.

Text

The law's own text, section by section, as held. Each section has its own link.

  1. “Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi Əsasnaməsi”nin və “Azərbaycan Respublikasının milli parklarının ümumi Əsasnaməsi”nin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq qərara alıram: 1. “Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi Əsasnaməsi” və “Azərbaycan Respublikasının milli parklarının ümumi Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur). 2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV Bakı şəhəri, 4 iyul 2001-ci il № 531 Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 531 nömrəli Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi ƏSASNAMƏSİ 1. ÜMUMİ MÜDDƏALAR 1.1. Dövlət təbiət qoruqları - səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini təbii vəziyyətdə qoruyub saxlamaq, təbiət proseslərinin və hadisələrinin gedişini öyrənmək məqsədilə yaradılan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir. 1.2. Qlobal ekoloji monitorinqin həyata keçirilməsi üçün fəaliyyət göstərən və ya yenidən təşkil edilən dövlət təbiət qoruqlarına dövlət təbiət biosfer qoruqları statusu verilir və dövlət təbiət biosfer qoruqları beynəlxalq biosfer rezervatlar sisteminə daxil edilir. 1.3. "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət təbiət və biosfer qoruqlarının təşkili üçün ayrılmış torpaq sahələri onların daimi istifadəsinə verilir. 1.4. Dövlət təbiət və biosfer qoruqlarının əraziləri respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu ərazilərə xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilir. 1.5. Azərbaycan Respublikasının Prezidenti tərəfindən respublika ərazisində beynəlxalq əhəmiyyətli dövlət təbiət qoruqları müəyyən edilə bilər. 1.6. Məqsədli istifadəsinə və hüquqi rejiminə görə dövlət təbiət və biosfer qoruqlarının torpaqları təbii qoruq təyinatlı torpaqlara daxildir. 1.7. Dövlət təbiət və biosfer qoruqlarının torpaqlarından, habelə onun hüdudlarında olan sudan, bitki və heyvanlar aləmindən təsərrüfat məqsədləri üçün istifadə edilməsi qadağandır. 1.8. Biosfer qoruqlarının hüdudlarına qlobal ekoloji monitorinqin həyata keçirilməsi məqsədilə biocoğrafi vilayətlərin digər əraziləri də daxil edilə bilər. 1.9. Dövlət təbiət və biosfer qoruqlarının rəmzləri (bayraq, emblem və s.) ola bilər. 2. DÖVLƏT TƏBİƏT VƏ BİOSFER QORUQLARININ YARADILMASININ MƏQSƏDLƏRİ 2.1. Dövlət təbiət və biosfer qoruqlarının yaradılmasının məqsədləri aşağıdakılardır: 2.1.1. genetik fondun, bioloji müxtəlifliyin, ekoloji sistemlərin və təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətini qoruyub saxlamaq məqsədi ilə təbiət ərazilərinin mühafizəsini həyata keçirmək; 2.1.2. elmi tədqiqatları təşkil etmək və aparmaq, "Təbiət salnaməsi" tərtib etmək; 2.1.3. ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi (biosfer qoruqları üçün isə qlobal ekoloji monitorinqi) çərçivəsində ekoloji monitorinqi həyata keçirmək; 2.1.4. təsərrüfat obyektlərinin və digər obyektlərin yerləşdirilməsi layihələrinin və sxemlərinin dövlət ekoloji ekspertizasında iştirak etmək; 2.1.5. ətraf mühitin mühafizəsi sahəsində elmi kadrların və mütəxəssislərin hazırlanmasına kömək etmək. 3. DÖVLƏT TƏBİƏT VƏ BİOSFER QORUQLARININ TƏŞKİLİ 3.1. Dövlət təbiət və biosfer qoruqları xüsusi ekoloji, elmi və mədəni dəyərə malik olan təbiət obyektlərinin (səciyyəvi və nadir landşaftlar, nadir geoloji törəmələr, bitki və heyvan növləri və sair) yerləşdiyi (biosfer qoruqları üçün isə Qlobal ekoloji monitorinqin həyata keçirilməsinə imkan verən) ərazilərdə (torpaq və su məkanı (akvatoriya) sahələrində) yaradılır. 3.2. Dövlət təbiət və biosfer qoruqları Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası və əlaqədar təşkilatların (Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi və s.) rəyi nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin təqdimatına əsasən Azərbaycan Respublikası Prezidentinin qərarı ilə təşkil edilir.[1] 3.3. Dövlət təbiət və biosfer qoruqlarının torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədi ilə onların sanitariya-mühafizə zonaları müəyyən edilir. Dövlət təbiət və biosfer qoruqlarının sanitariya-mühafizə zonalarının müəyyən edilməsi və həmin zonaların mühafizə rejimi “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsi ilə tənzimlənir.[2] http://www.e-qanun.az/alpidata/framework/data/4/c f 4379.htm# edn1 http://www.e-qanun.az/alpidata/framework/data/4/c f 4379.htm# edn2 3.4. Dövlət təbiət və biosfer qoruqlarının hər biri üçün pasport hazırlanır və bu ərazilərin pasportu Ekologiya və Təbii Sərvətlər Nazirliyində dövlət qeydiyyatına alınmaqla dövlət təbiət və biosfer qoruqlarında saxlanılır. 4. DÖVLƏT TƏBİƏT VƏ BİOSFER QORUQLARININ XÜSUSİ MÜHAFİZƏ REJİMİNİN XÜSUSİYYƏTLƏRİ 4.1. Dövlət təbiət və biosfer qoruqlarında xüsusi mühafizənin vacib tədbirlərindən başqa aşağıdakılar qadağan edilir: 4.1.1. bina və qurğuların, ümumi istifadə üçün yolların, boru kəmərlərinin və digər kommunikasiyaların tikintisi; 4.1.2. geoloji-kəşfiyyat və müxtəlif axtarış işlərinin aparılması; 4.1.3. kənd təsərrüfatının, sənayenin, hidroenergetikanın, su nəqliyyatının və digər təsərrüfat ehtiyaclarının suya olan tələbatının ödənilməsi üçün yerüstü və yeraltı sulardan istifadə edilməsi; 4.1.4. oduncaq tədarükü, ikinci dərəcəli meşə ehtiyatları tədarükü, meşədən əlavə istifadə və ovçuluq təsərrüfatının ehtiyacları üçün meşədən istifadə; 4.1.5. bitki aləmindən təsərrüfat məqsədi ilə, habelə biçənək və otlaq kimi istifadə edilməsi; 4.1.6. ov və balıq və digər su bioresurslarının ovu, habelə ov və balıqçılıq obyektlərinə aid edilməyən heyvanların təsərrüfat məqsədi ilə istifadə edilməsi və ovlanması;[3] 4.1.7. ətraf mühitə hər hansı kimyəvi, bioloji və fiziki təsirin tətbiq edilməsi; 4.1.8. kolleksiyaların toplanması, xüsusi icazə olmadan bitki və ya heyvanları təbii mühitdən ayırmaqla elmi tədqiqatların keçirilməsi; 4.1.9. xüsusi icazə olmadan qoruqların ərazisində olmaq; 4.1.10. təbiət komplekslərini pozan və təbiət obyektləri üçün təhlükə yaradan hər hansı digər fəaliyyət. 4.2. Dövlət təbiət və biosfer qoruqlarının təbiət ərazilərindən və obyektlərindən istifadəsi qanunla nəzərdə tutulmuş hallarda ödənişli ola bilər. 4.3. Hüquqi və fiziki şəxslər əhali və ictimai birliklər dövlət təbiət və biosfer qoruqlarının mühafizəsinə dair təkliflərini verə bilərlər və bu təkliflər dövlət təbiət və biosfer qoruqları tərəfindən nəzərə alınmalıdır. 4.4. Dövlət təbiət və biosfer qoruqlarının əraziləri və obyektləri hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan dövlətinə mənsubdur və özgəninkiləşdirilə bilməz. 4.5. Dövlət təbiət və biosfer qoruqların fiziki və hüquqi şəxslərin idarəçiliyinə, istifadəsinə və icarəsinə verilməsi qadağandır. 4.6. Dövlət təbiət və biosfer qoruqlarında təbiət qoruq fondunun vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması, bu ərazilərin perspektiv inkişafı şəbəkəsinin müəyyən edilməsi, mühafizə rejiminə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı aparılır. 4.7. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xüsusi mühafizə olunan təbiət ərazilərinin sxemləri əsasında dövlət təbiət və biosfer qoruqlarının yaradılması və genişləndirilməsi üçün torpaq sahələri müvafiq ehtiyat torpaq fondunda saxlanılır və həmin ərazilərdə torpaqların istifadəsinə məhdudiyyətlər qoyulur. http://www.e-qanun.az/alpidata/framework/data/4/c f 4379.htm# edn3 5. DÖVLƏT TƏBİƏT VƏ BİOSFER QORUQLARININ ELMİ TƏDQİQAT FƏALİYYƏTİ 5.1. Dövlət təbiət və biosfer qoruqlarının elmi tədqiqat fəaliyyəti il boyu stasionar müşahidələrin və çoxillik kompleks tədqiqatların təşkili yolu ilə həyata keçirilir və ekoloji şəraitin proqnozlaşdırılması, təbiəti mühafizənin elmi əsaslarının hazırlanması, canlı orqanizmlərin genofondunun qorunub saxlanması, təbii ehtiyatların bərpası və səmərəli istifadəsi məqsədi ilə təbii proseslərin dinamikasının öyrənilməsinə (biosfer qoruqlarında qlobal ekoloji monitorinqin aparılmasına) yönəldilir. 5.2. Dövlət təbiət və biosfer qoruqlarında elmi-tədqiqat işlərinin təşkili və aparılması məqsədi ilə onlar elmi işçi ştatları ilə təmin olunur və bu işə direktorun elmi işlər üzrə müavini rəhbərlik edir. 5.3. Dövlət təbiət və biosfer qoruqlarında hər il elmi işin əsası olan "Təbiət salnaməsi" aparılır. 5.4. Dövlət təbiət və biosfer qoruqlarında elmi tədqiqatlar kənar elmi təşkilatların və ayrı ayrı mütəxəssislərin cəlb edilməsi ilə də aparıla bilər. 5.5. Dövlət təbiət və biosfer qoruqlarında elmi və herbari fondları yaradılır və həmişəlik saxlanılır. 5.6. Dövlət təbiət və biosfer qoruqlarına elmi əsərlər çap etmək hüququ verilir. 6. DÖVLƏT TƏBİƏT VƏ BİOSFER QORUQLARININ MÜHAFİZƏSİ 6.1. Dövlət təbiət və biosfer qoruqlarının mühafizəsi onun mühafizə xidməti tərəfindən həyata keçirilir və bu işə direktor və mühafizə üzre direktor müavini rəhbərlik edirlər. 6.2. Dövlət təbiət və biosfer qoruqlarının mühafizə xidmətinin aşağıdakı vəzifələri vardır: [4] 6.2.1. dövlət təbiət və biosfer qoruğu ərazisində və onun sanitariya-mühafizə zonasında xüsusi mühafizə rejimini pozanların sənədlərini yoxlamaq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, nəqliyyat vasitələrini və gəmiləri, ov alətlərini, əldə edilmiş məhsulları və başqa əşyaları yoxlamaq, hüquqpozmaya səbəb olmuş alətləri, cihazları və əşyaları, qanunsuz əldə edilmiş məhsulları, habelə müvafiq sənədləri götürmək; [5] 6.2.2. dövlət təbiət və biosfer qoruğu ərazisində və onun sanitariya-mühafizə zonasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməli törədən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək;[6] 6.2.3. dövlət təbiət və biosfer qoruğu ərazilərindən istifadə qaydalarının, həmin ərazilərin mühafizə rejiminin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati xəta haqqında protokollar tərtib etmək; [7] 6.2.4. dövlət təbiət və biosfer qoruğu ərazisində və onun sanitariya-mühafizə zonasında mühafizəsi və istifadəsi sahəsində pozuntu hallarını aradan qaldırmaq haqqında icrası məcburi olan göstərişlər vermək və digər tədbirlər görmək. [8] 6.3. Dövlət təbiət və biosfer qoruqlarının bütün işçiləri qoruq rejiminin pozulması hallarının qarşısının alınmasında qoruğun mühafizə işçilərinə kömək göstərməlidirlər. 6.4. Dövlət təbiət və biosfer qoruqlarının rejiminin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunvericiliyin pozulması nəticəsində dövlət təbiət qoruqlarına vurulmuş zərər Azərbaycan http://www.e-qanun.az/alpidata/framework/data/4/c f 4379.htm# edn4 http://www.e-qanun.az/alpidata/framework/data/4/c f 4379.htm# edn5 http://www.e-qanun.az/alpidata/framework/data/4/c f 4379.htm# edn6 http://www.e-qanun.az/alpidata/framework/data/4/c f 4379.htm# edn7 http://www.e-qanun.az/alpidata/framework/data/4/c f 4379.htm# edn8 Respublikasının Mülki Məcəlləsində və təbiətin mühafizəsi ilə bağlı digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada ödənilir. 6.5. Dövlət təbiət və biosfer qoruqlarında mühafizə rejimini həyata keçirən işçilərə xidməti vəzifələrini yerinə yetirərkən xüsusi geyim forması daşımaqla Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xidməti silah saxlamaq və gəzdirmək hüququ verilir. 7. DÖVLƏT TƏBİƏT VƏ BİOSFER QORUQLARININ MÜHAFİZƏSİNƏ, QORUNMASINA VƏ İSTİFADƏSİNƏ DÖVLƏT NƏZARƏTİ 7.1. Dövlət təbiət və biosfer qoruqlarının vəziyyətinə, mühafizəsi, qorunması və bərpası üzrə tədbirlərin yerinə yetirilməsinə, qanunvericiliklə nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 531 nömrəli Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR

Presidential Decree No. 531 on approval of the statute of state nature and biosphere reserves · Nelum