Skip to content
Nelum
Laws of Azerbaijan

Presidential Decree No. 485 on approval of the establishment of the Ministry of Ecology and Natural Resources

Made 2001-05-23 · Text as of 2026-10-01

Public law and official guidance, published as research. Not legal, tax or financial advice.

About this law

Original title
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı № 485.
Language
Azerbaijani
Kind
Regulation
Country
Azerbaijan
Subjects
Environment
Keywords
environmental security, institution, governance

Where to read it

    No source link is recorded for this law.

Text

The law's own text, section by section, as held. Each section has its own link.

  1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI Dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi, Azərbaycan Respublikasının Dövlət Hidrometeorologiya Komitəsi və "Azərmeşə" İstehsalat Birliyi ləğv edilsin. 2. Ləğv olunan Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin və Azərbaycan Respublikasının Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin bazasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılsın. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əsasnaməsinin layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 4. Bu Fərman imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV Bakı şəhəri, 23 may 2001-ci il № 485

Presidential Decree No. 485 on approval of the establishment of the Ministry of Ecology and Natural Resources · Nelum