Skip to content
Nelum
Laws of Azerbaijan

Presidential Decree No. 333 amending the Presidential Decree No. 969 on additional measures for the implementation of Law No. 759-IG “on foodstuffs”

Made 2014-10-31 · Text as of 2026-10-01

Public law and official guidance, published as research. Not legal, tax or financial advice.

research.laws.repealedOn

About this law

Original title
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin Fərmani.
Language
Azerbaijani
Kind
Regulation
Country
Azerbaijan
Subjects
Food and nutrition
Keywords
consumer protection, ecofriendly products/ecofriendly processes, food safety and quality, hygiene/sanitary procedures, inspection, institution, standards, governance

Where to read it

    No source link is recorded for this law.

Text

The law's own text, section by section, as held. Each section has its own link.

  1. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli Fərmanını “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram: “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 574; 2005, № 7, maddə 592; 2008, № 8, maddə 719; 2009, № 4, maddə 226, № 7, maddə 528; 2010, № 4, maddə 296, 2014, № 5, maddə 477) 1-ci hissəsinin beşinci abzasında “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində” sözləri “istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, sanitariya tələblərinə əməl olunması ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, ekoloji tələblərə əməl olunması ilə bağlı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, baytarlıq və fitosanitar tələblərə əməl olunması ilə bağlı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, dövlət standartlarının və standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə əməl olunması ilə bağlı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, gömrük nəzarəti ilə bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi” sözləri ilə əvəz edilsin. http://e-qanun.az/framework/2373 İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 31 oktyabr 2014-cü il № 333

Presidential Decree No. 333 amending the Presidential Decree No. 969 on additional measures for the implementation of Law No. 759-IG “on foodstuffs” · Nelum