Skip to content
Nelum
Laws of Azerbaijan

Presidential Decree No. 329 on appointment of National Coordination Center

Made 2004-07-29 · Text as of 2026-10-01

Public law and official guidance, published as research. Not legal, tax or financial advice.

About this law

Original title
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Davamlı üzvi çirkləndiricilər haqqında Stokholm Konvensiyasında nəzərdə tutulmuş milli koordinasiya mərkəzinin təyin edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin Sərəncami № 329.
Language
Azerbaijani
Kind
Regulation
Country
Azerbaijan
Subjects
Waste and hazardous substances
Keywords
data collection/reporting, institution, international agreement-implementation, pollution control, governance

Where to read it

    No source link is recorded for this law.

Text

The law's own text, section by section, as held. Each section has its own link.

  1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Davamlı üzvi çirkləndiricilər haqqında" Stokholm Konvensiyasında nəzərdə tutulmuş milli koordinasiya mərkəzinin təyin edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI Azərbaycan Respublikasının 2003-cü il 9 dekabr tarixli 554-IIQ nömrəli Qanunu ilə Azərbaycan Respublikasının qoşulduğu "Davamlı üzvi çirkləndiricilər haqqında" Stokholm Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq qərara alıram: 1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Davamlı üzvi çirkləndiricilər haqqında" Stokholm Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq məlumatların mübadiləsi məqsədilə Azərbaycan Respublikası tərəfindən milli koordinasiya mərkəzi təyin edilsin. 2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Davamlı üzvi çirkləndiricilər haqqında" Stokholm Konvensiyası üzrə Azərbaycan Respublikası tərəfindən milli koordinasiya mərkəzinin təyin edilməsi barədə həmin Konvensiyanın Katibliyinə müvafiq bildiriş göndərsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 29 iyul 2004-cü il № 329

Presidential Decree No. 329 on appointment of National Coordination Center · Nelum