Skip to content
Nelum
Laws of Azerbaijan

Presidential Decree No. 2434 on establishment of the State Commission for monitoring water reservoirs

Made 2016-11-14 · Text as of 2026-10-01

Public law and official guidance, published as research. Not legal, tax or financial advice.

About this law

Original title
Su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikasi Prezidentinin Sərəncami № 2434.
Language
Azerbaijani
Kind
Regulation
Country
Azerbaijan
Subjects
Water
Keywords
institution, monitoring, water conservation zone, water quality standards, water supply, basin/catchment/watershed, water resources management, precautionary principle, risk assessment/management, inland waters, standards, governance

Where to read it

    No source link is recorded for this law.

Text

The law's own text, section by section, as held. Each section has its own link.

  1. Su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI Ölkənin su, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan, dövlət əhəmiyyətli Şəmkir, Yenikənd, Mingəçevir, Varvara, Ceyranbatan və digər su anbarları uzun müddət istismar olunduğundan bu hidroqovşaqlarda mövcud problemlərin öyrənilməsi və qiymətləndirilməsi, baş verə biləcək texnogen proseslərin proqnozlaşdırılması zərurəti yaranmışdır. Göstərilən su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Şəmkir, Yenikənd, Mingəçevir, Varvara, Ceyranbatan və digər su anbarlarının istismar vəziyyətinin öyrənilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın: Komissiyanın sədri Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Komissiyanın üzvləri: Abid Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini; Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri; Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri; Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri; Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri; Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri; Hüseynqulu Bağırov – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri; Etibar Pirverdiyev – “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri; Qorxmaz Hüseynov – “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri; Əhməd Əhmədzadə – Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri. 2. Dövlət Komissiyası bu Sərəncamın 1-ci hissəsində göstərilən su anbarlarının hidrotexniki qurğularında və su mühafizə zonasında mövcud problemləri araşdırsın, su anbarlarının bəndlərinə təhlükə yaradan amilləri müəyyənləşdirsin, texniki təhlükəsizliyini təmin edən tədbirlərə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 14 noyabr 2016-cı il № 2434

Presidential Decree No. 2434 on establishment of the State Commission for monitoring water reservoirs · Nelum