.Presidential Decree No. 1487 on improving governance in the agricultural sector and on establishment of the Special Commission
Made 2011-05-03 · Text as of 2026-10-01
Public law and official guidance, published as research. Not legal, tax or financial advice.
About this law
- Original title
- Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı Xüsusi Komissiyanın yaradılması barədə Azərbaycan Respublikasi Prezidentinin Sərəncami № 1487.
- Language
- Azerbaijani
- Kind
- Regulation
- Country
- Azerbaijan
- Subjects
- Agricultural and rural development
- Keywords
- agricultural development, governance, institution
Where to read it
No source link is recorded for this law.
Text
The law's own text, section by section, as held. Each section has its own link.
Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı Xüsusi Komissiyanın yaradılması barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI Azərbaycan Respublikasında bu günə qədər aqrar sahədə keçirilən islahatların nəticəsi olaraq həmin sektorda əsaslı dəyişikliklər baş vermişdir. Bununla yanaşı, aparılmış islahatların davamı kimi aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin yenidən təşkili istiqamətində müvafiq tədqiqat institutlarının, eləcə də digər aidiyyəti qurumların fəaliyyətinin səmərəliliyi və effektivliyinin artırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin müasir tələblər səviyyəsində inkişafının təmin olunması məqsədi ilə qərara alıram: 1. Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmlərdə islahatların yeni mərhələsinin həyata keçirilməsi ilə bağlı təkliflərin hazırlanması üçün aşağıdakı tərkibdə Xüsusi Komissiya yaradılsın: Komissiyanın sədri Artur Rasi-zadə – Azərbaycan Respublikasının Baş naziri Komissiyanın üzvləri İsmət Abasov – Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri[1] Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri Hüseynqulu Bağırov – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Mahmud Kərimov – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Qərib Məmmədov – Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri http://www.e-qanun.az/alpidata/framework/data/21/c f 21619.htm# edn1 Azər Əmiraslanov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Rüfət Əsədov – Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Aqrar-sənaye şöbəsinin müdiri 2. Bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq yaradılmış Xüsusi Komissiya Azərbaycan Respublikasında aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 3 may 2011-ci il № 1487 İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) 2. 16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178) SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI [1] 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 1-ci hissəsində “iqtisadi inkişaf” sözləri “iqtisadiyyat və sənaye” sözləri ilə əvəz edilmişdir. 16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178) ilə 1-ci hissədən “və sənaye” sözləri çıxarılmışdır. http://e-qanun.az/framework/33518 http://www.e-qanun.az/alpidata/framework/data/21/c f 21619.htm# ednref1 http://e-qanun.az/framework/33518