Skip to content
Nelum
Laws of Azerbaijan

Presidential Decree No. 1323 on issues related to the management of agricultural lands in the liberated territories of Azerbaijan

Made 2021-04-27 · Text as of 2026-10-01

Public law and official guidance, published as research. Not legal, tax or financial advice.

About this law

Original title
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı № 1323.
Language
Azerbaijani
Kind
Regulation
Country
Azerbaijan
Subjects
Land and soil
Keywords
agricultural development, agricultural land, land-use planning, lease, pastoralism, contracts

Where to read it

Text

The law's own text, section by section, as held. Each section has its own link.

  1. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi sahəsində aşağıdakı səlahiyyətlərin həyata keçirilməsi müvəqqəti olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilir: 1.1. kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi; 1.2. bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq icarəyə verilən torpaqlardan təyinatı üzrə istifadəyə, habelə kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyası daxilində əkin, çoxillik əkmələrin altında olan və dincə qoyulmuş kənd təsərrüfatı yerlərinin (uqodiyaların) bir-biri arasında dəyişdirilməsinə nəzarətin həyata keçirilməsi; [1] 1.3. torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına, həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə aid edilməsi, habelə örüş, otlaq və ya biçənək kənd təsərrüfatı yerlərinin əkin və çoxillik əkmələrin altında olan kənd təsərrüfatı yerlərinə dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında məsələ qaldırılması. [2] 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsinin, habelə həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə aid edilməsinin və dəyişdirilməsinin sadələşdirilmiş qaydasını iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin; [3] 2.2. bu Fərmandan irəli gələn məsələləri həll etsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 27 aprel 2021-ci il № 1323 İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. 18 may 2022-ci il tarixli 1681 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 may 2022-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 449) 2. 30 iyul 2024-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 iyul 2024-cü il, “Azərbaycan” qəzeti, 31 iyul 2024-cü il, № 160) (Bu Fərman 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.) FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI [1] 18 may 2022-ci il tarixli 1681 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 may 2022-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 44 9) ilə 1.2-ci bəndə “istifadəyə” sözündən sonra “, habelə kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyası daxilində əkin, çoxillik əkmələrin altında olan və dincə qoyulmuş kənd təsərrüfatı yerlərinin (uqodiyaların) bir-biri arasında dəyişdirilməsinə” sözləri əlavə edilmişdir. [2] 18 may 2022-ci il tarixli 1681 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 may 2022-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 44 9) ilə 1.3-cü bənd yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 1.3. torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsi, habelə bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq icarəyə verilməsi nəzərdə tutulan torpaqlarda həmin kateqoriya daxilində kənd təsərrüfatı yerlərinin (uqodiyaların) dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında məsələ qaldırılması. [3] 18 may 2022-ci il tarixli 1681 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 may 2022-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 44 9) ilə 2.1-ci https://e-qanun.az/framework/49610 https://e-qanun.az/framework/57638 https://e-qanun.az/framework/49610 https://e-qanun.az/framework/49610 https://e-qanun.az/framework/49610 bənddə “aid edilməsi, habelə həmin kateqoriya daxilində torpaqlarda kənd təsərrüfatı yerlərinin (uqodiyaların)” sözləri “aid edilməsinin, habelə həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə aid edilməsinin və” sözləri ilə əvəz edilmişdir.

Presidential Decree No. 1323 on issues related to the management of agricultural lands in the liberated territories of Azerbaijan · Nelum