Skip to content
Nelum
Laws of Azerbaijan

Presidential Decree No. 106 on approval of Statute of Zengezur National Park

Made 2004-08-03 · Text as of 2026-10-01

Public law and official guidance, published as research. Not legal, tax or financial advice.

About this law

Original title
Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı haqqında Əsasnamənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı № 106.
Language
Azerbaijani
Kind
Regulation
Country
Azerbaijan
Subjects
Environment, Wild species and ecosystems
Keywords
capacity building, cultural heritage, ecosystem conservation, inspection, monitoring, protected area, research, tourism, management/conservation, national parks, protection of environment

Where to read it

    No source link is recorded for this law.

Text

The law's own text, section by section, as held. Each section has its own link.

  1. Azərbaycan Respublikasında yaradılmış milli parkların əsasnamələrinin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasında yaradılmış milli parkların əsasnamələri təsdiq edilsin: 1.1. "Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı haqqında Əsasnamə" (əlavə olunur);[1] 1.2. "Azərbaycan Respublikasının Şirvan Milli Parkı haqqında" Əsasnamə(əlavə olunur); 1.3. "Azərbaycan Respublikasının Ağgöl Milli Parkı haqqında" Əsasnamə" (əlavə olunur). 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu Fərmandan irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll etsinlər. 3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 3 avqust 2004-cü il № 106 Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 106 nömrəli Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı haqqında Ə S A S N A M Ə [2] I. ÜMUMİ MÜDDƏALAR http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5467.htm# edn1 http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5467.htm# edn2 1.1. Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı (bundan sonra - Milli Park) ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin (bəbir, muflon, bezoar keçisi, ağboğaz bülbül, qəşəng dovdaq, şahin və s.) qorunub saxlanılması üçün Azərbaycan Respublikası prezidentinin 2003-cü il 16 iyun tarixli 1249 nömrəli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazisində yaradılmışdır. 1.2. Milli Park xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi, təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və başqa məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarəsi statusuna malik ərazidir. 1.3. Milli Park öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası prezidentinin və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin normativ hüquqi aktlarını və bu Əsasnaməni rəhbər tutur. 1.4. Milli Parkın ərazisi respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu ərazidə olan torpaq, su, bitki və heyvanlar aləmi onun daimi istifadəsinə verilir. 1.5. Milli Parkın hüdudlarına ayrı-ayrı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada digər torpaq istifadəçilərinin və mülkiyyətçilərinin torpaq sahələri də daxil edilə bilər. 1.6. Milli Parkdan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə əməl etmək şərti ilə təbiəti mühafizə, elmi tədqiqat, ətraf mühitin monitorinqi, sağlamlaşdırma, təlim-tərbiyə, turizm və rekreasiya məqsədləri üçün istifadə edilə bilər. 1.7. Milli Parkda, onun məqsədli təyinatına və təbiət komplekslərinin və ayrı-ayrı obyektlərin mühafizəsi, bərpası və istifadəsi üzrə müəyyən edilmiş tələblərə zidd olmayan başqa fəaliyyət növləri Milli Parkın fiziki və hüquqi şəxslərlə bağlanmış və ekoloji ekspertizadan keçmiş müqavilələri əsasında həyata keçirilir. 1.8. Milli Parkın torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədi ilə onun sanitariya-mühafizə zonaları müəyyən edilir. Milli Parkın sanitariya-mühafizə zonalarının müəyyən edilməsi və həmin zonaların mühafizə rejimi “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsi ilə tənzimlənir.[3] 1.9. Milli Park dövlət büdcəsindən, yerli büdcələrdən, büdcədənkənar vəsaitlərdən, ətraf mühitin mühafizəsi üzrə fondların vəsaitləri hesabına və qanunvericilikdə qadağan edilməyən digər maliyyə mənbələrindən maliyyələşdirilir. 1.10. Milli Parkın idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarənin xüsusi fondu və vəsaitləri ola bilər. Bu fondun və vəsaitlərin yaradılması və onlardan istifadə qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. 1.11. Milli Parkın pasportu Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanır. Pasportda Milli Parkın əhəmiyyəti, adı, yerləşdiyi yer, yaranma tarixi, torpaqdan daimi istifadə hüququnun qeydiyyat nömrəsi və tarixi, mühafizə olunan ərazinin xarakteristikası, onun ümumi görünüşünün sxemi, qorunan nadir fauna və flora növləri, fəaliyyət prosesində aparılan dəyişikliklər barədə qeydlər öz əksini tapmalıdır. [4] http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5467.htm# edn3 http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5467.htm# edn4 Bu ərazinin pasportu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində dövlət qeydiyyatına alınmaqla Milli Parkda saxlanılır. 1.12. Milli Parkda təbiət qoruq fondunun vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması, bu ərazinin perspektiv inkişafı şəbəkəsinin müəyyən edilməsi, mühafizə rejiminə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı aparılır. 1.13. Milli Park müstəqil balansa, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən dövlət mülkiyyətində olan əmlaka, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Milli Parkın adı əks olunan möhürə, müvafiq blank və ştamplara, xəzinə hesablarına, bayraq və emblemə malikdir. II. MİLLİ PARKIN YARADILMASININ MƏQSƏDLƏRİ 2.1. Milli Parkın yaradılmasının məqsədləri aşağıdakılardır: 2.1.1. təbiət komplekslərini, nadir və etalon təbiət ərazilərini, tarix-mədəniyyət obyektlərini qoruyub saxlamaq; 2.1.2. turizm və rekreasiya üçün şərait yaratmaq; 2.1.3. təbiəti mühafizənin və ekoloji maarifçiliyin elmi metodlarını hazırlamaq və tətbiq etmək; 2.1.4. əhalini ekoloji maarifləndirmək; 2.1.5. ekoloji monitorinqi həyata keçirmək; 2.1.6. zədələnmiş təbiət, tarix-mədəniyyət komplekslərini və obyektlərini bərpa etmək. III. MİLLİ PARKIN XÜSUSİ MÜHAFİZƏ REJİMİNİN XÜSUSİYYƏTLƏRİ 3.1. Milli Parkın ərazisində onun təbiət, tarix-mədəniyyət və digər xüsusiyyətləri nəzərə alınmaqla xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunur və aşağıdakı fəaliyyət zonaları müəyyən edilir: 3.1.1. xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zonalar; 3.1.2. təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilən zonalar; 3.1.3. turizm və rekreasiya zonaları; 3.1.4. turistlərə və başqalarına xidmət göstərilən zonalar; 3.1.5. Milli Parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonaları. 3.2. Milli Parkın ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan ayrı-ayrı fəaliyyət zonaları üzrə bölgüsü Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin razılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. 3.3. Milli Parkın turizm və rekreasiya zonalarında turizm və rekreasiya məqsədləri üçün təbiətdən istifadənin ayrı-ayrı növlərinə (ov, balıq və digər su bioresurslarının idman və həvəskar ovu və s.) yol verilir.[5] 3.4. Milli Parkda müəyyən olunmuş qaydada elmi tədqiqatlar, mədəni-maarif və tədris tədbirləri keçirilə bilər. 3.5. Milli Parkın ərazisində aşağıdakılar qadağan edilir: 3.5.1. təbiət komplekslərinə və tarix-mədəniyyət obyektlərinin varlığına təhlükə yaradan hər bir fəaliyyət; http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5467.htm# edn5 3.5.2. geoloji kəşfiyyat və faydalı qazıntı işlərinin aparılması; 3.5.3. hidroloji rejimin dəyişməsinə səbəb olan işlərin aparılması; 3.5.4. xüsusi ekoloji təhlükə yaradan kimya sənayesi, metallurgiya, nüvə energetikası və sair müəssisələrin fəaliyyəti; 3.5.5. Milli Parkın fəaliyyəti ilə bağlı olmayan magistral yolların, boru kəmərlərinin, elektrik xətlərinin və digər kommunikasiyaların tikintisi; 3.5.6. müəyyən olunmuş yerlərdən kənar dayanacaqların təşkili, çadırların qurulması və tonqalların yandırılması; 3.5.7. dayanacaqların təşkili, çadırların qurulması və tonqalların yandırılması üçün müəyyən olunmuş yerlərdən və ümumi istifadə olunan quru və su yollarından kənar mexaniki nəqliyyat vasitələrinin hərəkəti və dayanacağı, ev heyvanlarının köçürülməsi; 3.5.8. yerli fauna və flora növlərinə uyğun olmayan növlərin introduksiyası; 3.5.9. meşələrdə əsas istifadə qırıntısı. 3.6. Milli Parkın ərazisində ekoloji, elmi, estetik, mədəni və rekreasiya dəyərini aşağı sala bilən digər fəaliyyət növləri qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhdudlaşdırıla və yaxud qadağan edilə bilər. 3.7. Milli Parkın mühafizəsi onun mühafizə xidməti tərəfindən həyata keçirilir. Bu işə Milli Parkın direktoru və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin razılığına əsasən Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad olunan mühafizə işləri üzrə direktor müavini öz səlahiyyətləri daxilində rəhbərlik edirlər. [6] 3.8. Milli Parkın mühafizə xidmətinin aşağıdakı vəzifələri vardır:[7] 3.8.1. Milli Parkda xüsusi mühafizənin hüquqi rejimini pozmuş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada nəqliyyat vasitələrinə baxış keçirmək, şeyləri və sənədləri götürmək, şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlamaq; 3.8.2. Milli Parkın ərazisində və sanitariya-mühafizə zonasında fiziki və hüquqi şəxslərin “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa və mühafizə rejiminə zidd olan fəaliyyətini dayandırmaq;[8] 3.8.3. Milli Parkda xüsusi mühafizənin hüquqi rejimini pozmuş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında protokollar tərtib etmək və ya cinayət məsuliyyətinə cəlb edilməsi barədə müvafiq tədbirlər görmək; 3.8.4. Milli Parkın ərazisində və onun sanitariya-mühafizə zonasında mühafizə və istifadə sahəsində pozuntu hallarını aradan qaldırmaq haqqında icrası məcburi olan göstərişlər vermək və digər tədbirlər görmək. [9] IV. MİLLİ PARKIN ELMİ TƏDQİQAT FƏALİYYƏTİ 4.1. Milli Parkın elmi tədqiqat fəaliyyəti rekreasiya məqsədi ilə istifadə olunan şəraitdə ekoloji vəziyyətin proqnozlaşdırılmasına və qiymətləndirilməsinə, səciyyəvi və nadir təbiət komplekslərinin (o cümlədən, bioloji müxtəlifliyin) elmi cəhətdən əsaslanmış üsullarla qorunmasına yönəldilir. 4.2. Milli Parkda elmi tədqiqat fəaliyyəti Milli Parkın elm şöbəsinin işçiləri tərəfindən aparılır. 4.3. Milli Parkda elmi tədqiqatlar kənar elmi təşkilatların və ayrı-ayrı mütəxəssislərin cəlb edilməsi ilə də aparıla bilər. http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5467.htm# edn6 http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5467.htm# edn7 http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5467.htm# edn8 http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5467.htm# edn9 4.4. Milli Parkda müəyyən olunmuş qaydada elmi tədqiqatlar, mədəni-maarif, tədris tədbirlərinin həyata keçirilməsi və ekoloji maarifləndirmə işinin təşkil edilməsi məqsədilə Şura yaradıla bilər. Şuranın tərkibi və Əsasnaməsi Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin təklifi ilə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən təsdiq edilir. 4.5. Milli Parkın elmi və herbari fondları yaradılır və daimi saxlanılır. 4.6. Milli Parkın elmi əsərlər çap etdirmək hüququ vardır. 4.7. Milli Parkda elmi tədqiqat işində əldə edilmiş nəticələrin məqsədi: 4.7.1. heyvan və bitki ehtiyatlarının qorunub saxlanılmasının, törədilib çoxaldılmasının və səmərəli istifadə edilməsinin elmi əsaslarını işləyib hazırlamaq və Milli Parkın ərazisində yayılmış vəhşi heyvanların sayının optimal normadan artığının vaxtı ilə müvafiq əraziyə yayılmış və nəsli kəsilmiş heyvan növlərinin əvvəlki yerlərinə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq köçürülməsini həyata keçirmək; 4.7.2. Milli Parkın ərazisində təbiət komplekslərinin təbii halda saxlanılmasını təmin edən tədbirləri, təbiət kompleksləri komponentlərinin faydalı məhsuldarlığının qiymətləndirilməsi və yüksəldilməsi metodlarını işləyib hazırlamaq; 4.7.3. Milli Parka bitişik ərazilərdə təbii ehtiyatlardan təsərrüfat məqsədi ilə istifadə edilməsinin səmərəliliyini müəyyənləşdirmək və nəticələrini aşkara çıxarmaq; 4.7.4. zərərli heyvan və alaq otlarına qarşı mübarizə metodlarını, ilk növbədə bioloji metodların layihələrini işləyib hazırlamaq; 4.7.5. su rejimində, torpağın və bitki örtüyünün xassələrində, heyvanların sayında və bitkilərin (fitosenozların) məhsuldarlığında dəyişikliklərin proqnozlaşdırılması məqsədi ilə həmin dəyişikliklərin səbəbini öyrənmək; 4.7.6. təbiətdə cərəyan edən proseslər haqqında sistemləşdirilmiş faktiki materiallar və nəzəri nəticələr hesabına elmi bilikləri zənginləşdirmək; 4.7.7. Milli Parkın hüdudlarından kənarda, təsərrüfat məqsədləri üçün istifadə edilən ərazilərdə eyni və ya oxşar bioekoloji metodları işləyib hazırlamaq. 4.8. Elmi tədqiqatların aparılması metodları Milli Parkın rejiminin tələblərinə zidd olmamalıdır. Aparılan işlərin nəticəsi olaraq hazırlanmış elmi təkliflər tətbiq oluna bilər. 4.9. Milli Parkın aparacağı elmi tədqiqat işlərini, görəcəyi elmi, elmi-texniki və sair tədbirləri hər təqvim ili üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmaqla Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiq etdiyi və maliyyələşdirdiyi planlar üzrə onun elm şöbəsinin işçiləri, Milli Parkla bu sahədə əməkdaşlığı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmaqla Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiq etdiyi müqavilələr əsasında müvafiq profilli elmi tədqiqat idarələri və ali məktəblər ilə həyata keçirirlər. V. MİLLİ PARKIN TƏSƏRRÜFAT FƏALİYYƏTİ 5.1. Milli Parkın təsərrüfat fəaliyyəti təbiət və tarix-mədəniyyət obyektlərinin tələb olunan səviyyədə mühafizəsindən, onlara xidmət və bərpa tədbirlərinin həyata keçirilməsindən, təbiətdə idarə olunan istirahət və turizm tədbirlərinin təşkilindən ibarətdir. 5.2. Təbiətdə istirahətin və turizmin inkişafı təsdiq edilmiş layihə sənədləri əsasında Milli Parkın ərazisində yerləşən binaların və qurğuların ayrı-ayrı fiziki və hüquqi şəxslərə icarəyə (və ya istifadəyə) verilməsi yolu ilə həyata keçirilə bilər. 5.3. Milli Parkın ərazisində mehmanxanaların, kempinqlərin, turbazaların, iaşə və digər obyektlərin tikintisi və istifadəsi, əhalinin istirahəti məqsədi ilə digər şəraitlərin yaradılması Milli Parkın fiziki və hüquqi şəxslərlə bağlanmış və ekoloji ekspertizadan keçmiş müqavilələri əsasında həyata keçirilə bilər. VI. MİLLİ PARKIN MÜHAFİZƏSİNƏ, QORUNMASINA VƏ İSTİFADƏSİNƏ DÖVLƏT NƏZARƏTİ Milli Parkın vəziyyətinə, mühafizəsi, qorunması və bərpası üzrə tədbirlərin yerinə yetirilməsinə, qanunvericiliklə nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. VII. MİLLİ PARKIN FƏALİYYƏTİNİN TƏŞKİLİ 7.1. Milli Parkın strukturu, ştat cədvəli və xərclər smetası Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdimatı ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. 7.2. Milli Parka Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən direktor rəhbərlik edir. [10] 7.3. Direktor Milli Parkın fəaliyyətinə görə şəxsən məsuliyyət daşıyır. 7.4. Direktor aşağıdakı səlahiyyətlərə malikdir: 7.4.1. Milli Parkın işinə ümumi rəhbərliyi həyata keçirir və onun fəaliyyətində qanunvericiliyin tələblərinə əməl olunmasını təmin edir; 7.4.2. təbiəti mühafizə, elmi tədqiqat və biotexniki planların layihələrinin hazırlanmasını təşkil edir, onların müvafiq qaydada təsdiq edildikdən sonra yerinə yetirilməsini təmin edir; 7.4.3. Milli Parkda elmi tədqiqat işlərinin planlarının, tapşırıqların yerinə yetirilməsinin gedişi haqqında müvafiq şöbələrin və ayrı-ayrı əməkdaşların hesabatlarını dinləyir; 7.4.4. Milli Parkın ixtisaslı kadrlarla komplektləºdirilməsini təºkil edir, kadrların ixtisaslarının artırılması istiqamətində tədbirlər görür; 7.4.5. Milli Parkın meşə təsərrüfatı, elmi tədqiqatların, onların tətbiqinin nəticələri haqqında hesabatları, habelə maliyyə-təsərrüfat fəaliyyəti barədə mühasibat, maliyyə və statistika hesabatlarını müəyyən olunmuş qaydada aidiyyəti üzrə təqdim edir; 7.4.6. Milli Parkın maddi-texniki təminatına ümumi rəhbərliyi həyata keçirir; 7.4.7. Milli Parkın fəaliyyətinə aid olan məsələlərlə əlaqədar məhkəmələrdə çıxış edir, müvafiq prosessual hüquq və vəzifələri həyata keçirir; 7.4.8. Milli Parkın Şurasının fəaliyyətinə rəhbərlik edir. 7.5. Milli Parkın bütün işçiləri Milli Parkın rejiminin pozulması hallarının qarşısının alınmasında mühafizə işçilərinə kömək göstərməlidirlər. 7.6. Milli Parkın təbiət ərazilərindən və obyektlərindən istifadə qanunvericilikdə nəzərdə tutulmuş hallarda ödənişli ola bilər. 7.7. Əhali və ictimai birliklər Milli Parkın mühafizəsinə dair təkliflərini verə bilərlər. Bu təkliflərə Milli Park tərəfindən baxılır. 7.8. Milli Parkın ərazisi və obyektləri hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan dövlətinə mənsubdur və özgəninkiləşdirilə bilməz. http://www.e-qanun.az/alpidata/framework/data/5/c f 5467.htm# edn10 7.9. Milli Parkın hüquqi və fiziki şəxslərin idarəçiliyinə, istifadəsinə və icarəsinə verilməsi qadağandır. 7.10. Milli Parkın rejiminin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 7.11. Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunvericiliyin pozulması nəticəsində Milli Parka vurulmuş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsində və təbiətin mühafizəsi ilə bağlı digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada ödənilir. 7.12. Milli Parkın mühafizə rejimini həyata keçirən vəzifəli şəxslərinə xidməti vəzifələrini yerinə yetirərkən xüsusi geyim forması daşımaq, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xidməti silah saxlamaq və gəzdirmək hüququ verilir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 106 nömrəli Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR

Presidential Decree No. 106 on approval of Statute of Zengezur National Park · Nelum