Skip to content
Nelum
Laws of Azerbaijan

Presidential Decree № 3596 on additional measures to strengthen the structure of the Food Safety Agency

Made 2018-01-26 · Text as of 2026-10-01

Public law and official guidance, published as research. Not legal, tax or financial advice.

About this law

Original title
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı № 3596.
Language
Azerbaijani
Kind
Regulation
Country
Azerbaijan
Subjects
Livestock, Food and nutrition, Cultivated plants
Keywords
animal health, food safety and quality, hygiene/sanitary procedures, inspection, toxicity/poisoning, plant protection
Categories
agriculture

Where to read it

    No source link is recorded for this law.

Text

The law's own text, section by section, as held. Each section has its own link.

  1. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin maddi-texniki bazasını gücləndirmək, qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı həyata keçirilən işlərin səmərəliliyini daha da artırmaq və sistemliliyini təmin etmək məqsədilə qərara alıram: 1. Bu Sərəncamın 1, 2 və 3 nömrəli əlavələrində qeyd edilən laboratoriyalardan, o cümlədən onların yerləşdiyi inzibati binalardan və maddi-texniki bazalarından ibarət dövlət əmlakı, müvafiq olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin balansından Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra – Agentlik) balansına verilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. iki ay müddətində: 2.1.1. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının Agentliyin balansına verilməsini təmin etsin; 2.1.2. bu Sərəncamın 2 nömrəli Əlavəsində qeyd edilən tikilməkdə olan laboratoriyalar üçün nəzərdə tutulmuş vəsaitin Agentliyə ayrılmasını təmin etsin; 2.2. Agentliklə birlikdə bu Sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən Agentliyə keçəcək ştat sayının və “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vəsaitin Agentliyə ötürülməsi üçün zəruri tədbirlər görsün; 2.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.6. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 3. Bu Sərəncamın 1-ci hissəsinin icrası başa çatana qədər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həmin laboratoriyalardan istifadə ilə bağlı qanunvericilikdə müəyyən olunmuş səlahiyyətlərinin həyata keçirilməsini davam etdirsinlər. 4. Agentlik: 4.1. bu Sərəncamın 1-ci hissəsinin icrası başa çatdıqdan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əsasnamələri ilə müəyyən olunmuş vəzifələrinin icrası ilə bağlı həmin dövlət orqanlarının müvafiq laboratoriyalardan ödənişsiz istifadə etməsini təmin etsin; 4.2. bu Sərəncamın 2 nömrəli Əlavəsində qeyd edilən tikilməkdə olan laboratoriyaların tikintisinin başa çatdırılmasını və fəaliyyətinin təşkilini təmin etsin. 5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 26 yanvar 2018-ci il № 3596 Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 yanvar tarixli 3596 nömrəli Sərəncamına 1 nömrəli Əlavə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin balansından Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin balansına verilən laboratoriyaların SİYAHISI 1. İstehlak Mallarının Ekspertizası Mərkəzinin Bakı şəhərində yerləşən Qida və Qeyri-Ərzaq Mallarının Mərkəzi Sınaq Laboratoriyası; 2. Cəlilabad rayonunda yerləşən Lənkəran Regional Qida Sınaq Laboratoriyası. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 yanvar tarixli 3596 nömrəli Sərəncamına 2 nömrəli Əlavə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin balansından Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin balansına verilən laboratoriyaların SİYAHISI 1. Bakı şəhəri, S.S.Axundov küçəsi 73c ünvanında yerləşən Baytarlıq Elmi-Tədqiqat İnstitutu. 2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti üzrə: 2.1. Bakı şəhəri, 8-ci mikrorayon, 3123-cü məhəllədə yerləşən Respublika Baytarlıq Laboratoriyası; 2.2. Sabirabad, Göygöl, Bərdə, Quba və Qax rayonlarında yerləşən və hazırda fəaliyyətdə olan zona baytarlıq laboratoriyaları; 2.3. Abşeron, Salyan, Ucar, Şəki, Lənkəran, Tovuz, Şamaxı və Beyləqan rayonlarında tikilməkdə olan zona baytarlıq laboratoriyaları. 3. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti üzrə: 3.1. Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin Bakı şəhərində yerləşən laboratoriyası; 3.2. Respublika Karantin Ekspertiza Mərkəzinin Bakı şəhərində yerləşən laboratoriyası; 3.3. Abşeron, Salyan, Sabirabad, Ucar, Göygöl, Şəki, Bərdə, Quba, Lənkəran, Tovuz və Şamaxı rayonlarında yerləşən toksikologiya-nəzarət laboratoriyaları; 3.4. Abşeron, Salyan, Sabirabad, Ucar, Göygöl, Şəki, Bərdə, Quba, Lənkəran, Tovuz və Şamaxı rayonlarında yerləşən karantin ekspertizası laboratoriyaları. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 yanvar tarixli 3596 nömrəli Sərəncamına 3 nömrəli Əlavə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin balansından Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin balansına verilən laboratoriyaların SİYAHISI 1. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Bakı şəhərində yerləşən Qidalanma Gigiyenası Laboratoriyası.

Presidential Decree № 3596 on additional measures to strengthen the structure of the Food Safety Agency · Nelum