Skip to content
Nelum
Laws of Azerbaijan

Presidential Decree № 2962 on measures to improve irrigation efficiency in cultivation areas and to meet the need of population for potable water

Made 2017-06-05 · Text as of 2026-10-01

Public law and official guidance, published as research. Not legal, tax or financial advice.

About this law

Original title
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı № 2962.
Language
Azerbaijani
Kind
Regulation
Country
Azerbaijan
Subjects
Agricultural and rural development, Water
Keywords
agricultural land, irrigation, potable water, water supply, waterworks, well sinking/boreholes
Categories
softs

Where to read it

    No source link is recorded for this law.

Text

The law's own text, section by section, as held. Each section has its own link.

  1. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI Son illərdə Azərbaycan Respublikasında iqtisadiyyatın sürətli inkişafı digər sahələr kimi qeyri-neft sektorunda da köklü dəyişikliklərə səbəb olmuşdur. Respublikada pambıqçılıq, taxılçılıq və digər kənd təsərrüfatı bitkiləri və heyvandarlıq məhsulları istehsalında daha böyük artıma nail olunması məqsədi ilə əkin sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi üçün mühüm tədbirlər həyata keçirilmiş, su anbarları, magistral kanallar və digər su təsərrüfatı obyektləri tikilib istifadəyə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına 2013–2016-cı illərdə ölkənin 40 şəhər və rayonu üzrə əhalisi 1,3 milyon nəfərə yaxın olan 560 yaşayış məntəqəsində əkin sahələrinin, əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi və əhalinin içməli suya tələbatının ödənilməsi üçün 957 subartezian quyusu qazılmışdır. Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini və vətəndaşların müraciətlərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Əhalisi 375 min nəfərə yaxın olan 36 şəhər və rayonun 136 yaşayış məntəqəsində (siyahı əlavə edilir) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 150 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 10,5 milyon (on milyon beş yüz min) manat vəsait ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 5 iyun 2017-ci il № 2962 Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 iyun tarixli 2962 nömrəli Sərəncamına Əlavə 2017-ci ildə qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair S İ Y A H I Sıra № si Rayonun, şəhərin adı Quyuların sayı Yaşayış məntəqələrinin adı 1 Ağcabədi 9 Göyük Muğanlı Şahsevən Yuxarı Qiyaməddinli (2 ədəd) Bala Kəhrizli Taynaq Hindarx Hüsülü 2 Ağdam 4 Birinci Yüzbaşılı Mahrızlı Sarıcalı Təzəkənd 3 Ağdaş 1 Pirəyir 4 Ağsu 2 Ağalarbəyli İlxıçı 5 Ağstafa 7 Aşağı Göycəli Aşağı Kəsəmən Pirili Xılxına Poylu Eynallı Köçəsgər 6 Astara 1 Kijəbə qəsəbəsi 7 Balakən 4 Xalatala Sarıbulaq Qazma Qarahacılı 8 Beyləqan 4 Şəfəq qəsəbəsi Kəbirli (2 ədəd) Dünyamalılar 9 Bərdə 9 Çəmənli İmamqulubəyli Birinci Qazaxlar Əliyanlı (2 ədəd) Qaradəmirçi Xanərəb Əmirli Şahvəllər 10 Cəlilabad 5 Privolnoye (3 ədəd) Üçtəpə Təzəkənd 11 Füzuli 5 Horadiz şəhərinin ərazisi Şükürbəyli Alxanlı Aşağı Kürdmahmudlu Şıpartı ərazisi 12 Gəncə 2 Kəpəz rayonunun ərazisi (2 ədəd) 13 Goranboy 9 Nizami Xoylu Qaradağlı Bəşirli Xınalı (2 ədəd) Qarapirimli Nadirkənd Yeni yol 14 Göygöl 4 Xaqani Səmədli Quşqara Yeni Qızılca 15 Xaçmaz 3 Yeni Həyat qəsəbəsi Suxtaqalaqışlaq Çarxı 16 Şamaxı 2 Çarhan Göylər Dağ 17 İsmayıllı 4 İsmayıllı şəhərinin ərazisi (2 ədəd) Hacıhətəmli Diyallı 18 Qax 6 Kötüklü Qaradolaq (2 ədəd) Almalı Zəyəm Lələpaşa 19 Qazax 6 Birinci Şıxlı Çaylı (2 ədəd) Alpout Canalı Hüseynbəyli 20 Qəbələ 4 Vəndam qəsəbəsi Topbağ kəndi Böyük Pirəli Yemişanlı 21 Quba 3 Birinci Nügədi Amsarqışlaq Küpçalqışlaq 22 Qusar 2 Əniqoba Haçatala 23 Masallı 3 Qəriblər Çaxırlı Köhnə Alvadı 24 Oğuz 4 Oğuz şəhərinin ərazisi Muxas Zərrab Padar 25 Samux 5 Samux şəhərinin ərazisi Alıuşağı Tatlı Zazalı Əhmədbəyli 26 Şəki 7 Şəki şəhərinin ərazisi Qudula Çapağan Qoxmuq Baltalı Aşağı Layısqı Baş Layısqı 27 Şəmkir 7 Şəmkir şəhərinin ərazisi (2 ədəd) Dəllər Cırdaxan (2 ədəd) Düyərli (2 ədəd) Yeniabad 28 Tərtər 7 Seydimli Buruc Ələsgərli Köçərli Yuxarı Sarıcalı Səhləbad Əskipara 29 Tovuz 6 Qovlar şəhərinin ərazisi (2 ədəd) Çilovdarlı Dönük Qırıqlı Alakol Əyyublu 30 Yevlax 2 Köyük Rüstəmli 31 Zaqatala 6 Muxax Yengiyan Yuxarı Tala Əliabad qəsəbəsi Dağlı Lahıc 32 Xocavənd 1 Muğanlı ərazisi (qış otlaqları) 33 Yardımlı 1 Arvana 34 Laçın (Ağcabədi rayonunun Taxta Körpü ərazisi) 1 Mais oba ərazisi (Laçın qış yataqları) 35 Qobustan 2 Bədəlli Ərəbşalbaş 36 Lerik 2 Gürdəsər Boykəndil Cəmi 150 136

Presidential Decree № 2962 on measures to improve irrigation efficiency in cultivation areas and to meet the need of population for potable water · Nelum