Skip to content
Nelum
Laws of Azerbaijan

Ministerial Decree No. 87 amending the Ministerial Decree No. 158 validating the Regulation on state hygienic registration of foodstuffs and keeping state registry

Made 2011-05-27 · Text as of 2026-10-01

Public law and official guidance, published as research. Not legal, tax or financial advice.

About this law

Original title
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 oktyabr tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarının dövlət gigiyena qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı.
Language
Azerbaijani
Kind
Regulation
Country
Azerbaijan
Subjects
Food and nutrition
Keywords
certification, food safety and quality, hygiene/sanitary procedures

Where to read it

    No source link is recorded for this law.

Text

The law's own text, section by section, as held. Each section has its own link.

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 oktyabr tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarının dövlət gigiyena qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2011 ci il 4 mart tarixli 82-IVQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 aprel tarixli 1424 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 oktyabr tarixli 158 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 1018) ilə təsdiq edilmiş "Yeyinti məhsullarının dövlət gigiyena qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin: 1.1. 1.3-cü bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: “Gigiyenik sertifikatın verilməsinə görə dövlət rüsumu ödənilir.”; 1.2. 2.1.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin: “Gigiyenik sertifikatın verilməsinə görə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.”. 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri Artur RASİZADƏ Bakı şəhəri, 27 may 2011-ci il № 87

Ministerial Decree No. 87 amending the Ministerial Decree No. 158 validating the Regulation on state hygienic registration of foodstuffs and keeping state registry · Nelum